İRAQDA ÜÇ POLŞALI ƏSGƏR ÖLDÜRÜLÜB
Polşa sülhməramlı qüvvələrinin kontingenti 2400 hərbi qulluqçudan ibarətdir. Ölkənin mərkəzi rayonları onun məsuliyyəti altında olan zonaya daxildir. Son itkilər də nəzərə alınmaqla, İraqda Polşa hərbi kontingenti 13 əsgər itirmişdir.
Buna baxmayaraq, Prezident Aleksandr Kvasnevski bəyan etmişdir ki, Polşa hərbçiləri İraqda missiyasını yerinə yetirəcəkdir.
Röyter Agentliyinin verdiyi məlumatda bildirilir ki, ölkə vətəndaşlarının əksəriyyəti Polşa hərbi kontingentinin İraqda olmasının əleyhinədir.