İRAQ: FİLİPPİNLİLƏR GETDİLƏR...
Beləliklə, Manila filippinli mülki sürücünü oğurlamış yaraqlıların ultimatumunu yerinə yetirmişdir. Onlar Filippin hökumətindən öz əsgərlərini iyulun 20-dək İraqdan çıxarmağı tələb edir, əks halda, onu öldürməklə hədələyirdilər.
...POLŞA ORDUSUNUN KONTİNGENTİ İSƏ QALIR
AZƏRTAC-ın xəbər verdiyi kimi, Polşanın Baş naziri Marek Belka bazar günü Bağdada gəlmişdir. İyulun 19-da o, iraqlı həmkarı Əyyad Əllavi ilə görüşdə bəyan etmişdir ki, Polşa öz hərbi kontingentini İraqda çoxmillətli qüvvələrin tərkibində yerləşdirməyə dair öhdəliklərinə sadiq qalır.
M.Belka Varşavanın yeni İraq rəhbərliyini dəstəklədiyini təsdiqləmiş və Ə.Əllavini öz ölkəsinə cavab səfərinə dəvət etmişdir. Dəvət qəbul olunmuşdur.
Xatırladaq ki, hazırda İraqda Polşanın 2500 əsgər və zabiti var. Polşa kontingentinin üçüncü növbəsi oraya getməyə hazırlaşır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [13:25]
Çexiya ordusunun peşəkar hərbçilərinin sayı 38 min nəfərə çatdırılacaq
- 12.11.2026 [12:19]
ABŞ-nin kommersiya neft ehtiyatları 9 milyon barel artıb
- 12.11.2026 [12:07]
Süd vəzi xərçəngini erkən mərhələdə aşkarlayan yeni metod hazırlanıb
- 12.11.2026 [11:22]
Qlobal bazarlarda süni intellekt şirkətlərinin səhmlərinə maraq kəskin artıb
COP31-də müzakirələr davam edir
- [12:32]
Sabahın hava proqnozu açıqlanıb
- [12:30]
Bu saata olan əsas xəbərlər
- [12:00]