İranda üç terrorçu həbs edilib
Tehran, 3 dekabr AZƏRTAC
İran İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) üç terrorçunun həbs olunması ilə bağlı açıqlama yayıb.
AZƏRTAC xəbər verir ki, SEPAH-ın İranın Qərbi Azərbaycan vilayətində keçirdiyi əməliyyat zamanı üç nəfərin terror aktları təşkil etmək planları ifşa olunub və onlar saxlanılıblar. Terrorçuların evlərində və iş yerlərində aparılan əməliyyat-axtarış tədbirləri zamanı çoxlu sayda silah-sursat, saxta sənədlər və rabitə əlaqəsi yaratmaq üçün cihazlar aşkarlanıb.
Qeyd edək ki, ötən ay Kürdüstan vilayətində də xüsusi əməliyyat keçirilmiş və terror aktının qarşısı alınmışdı.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.11.2026 [22:13]
Meqan Marklın ögey qardaşı Filippində polis araşdırmasına cəlb olunub
- 05.11.2026 [21:31]
Melaniya Tramp Ağ Evdə Rusiya və Ukrayna nümayəndələrini bir araya gətirib
- 05.11.2026 [21:22]