İranda polis əməkdaşı qətlə yetirilib
Bakı, 24 avqust, AZƏRTAC
İranın Sistan-Bəlucistan vilayətində xidmət aparan polis əməkdaşlarına qarşı silahlı hücum olub.
AZƏRTAC İran mətbuatına istinadla xəbər verir ki, silahlı hücum zamanı polis leytenantı Əli Bincani qətlə yetirilib və digər 3 nəfər polis əməkdaşı yaralanıb.
Vilayətin ədliyyə idarəsinin yaydığı xəbərdə bildirilib ki, avtomobildə xidmət ərazisinə yola düşən polislərə qəfil atəş açılıb. Polis əməkdaşı xidməti avtomobilində aldığı güllə yarasından yerindəcə keçinib. Digər 3 nəfər isə xüsusi rabitə ilə mərkəzə məlumat veriblər. Ədliyyə idarəsinin məlumatında o da bildirilib ki, baş vermiş hadisə ilə əlaqədar araşdırma aparılır.
Qeyd edək ki, İranın Sistan-Bəlucistan vilayətində polisə və xüsusi xidmət orqanlarının əməkdaşlarına qarşı silahlı hücumların təşkil olunması mütəmadi xarakter alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.11.2026 [21:01]
Nigeriyada gəmi qəzası: 50-dən çox insan ölüb, axtarışlar davam edir
- 21.11.2026 [20:03]
Tramp: ABŞ və İran arasındakı razılaşma daimi olmalıdır
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Peruda güclü zəlzələ baş verib
- [07:09]