İNSAN HÜQUQLARI BƏRPA EDİLİR
Ombudsman Aparatından AZƏRTAC-a bildrmişlər ki, orada saxlanılan səkkiz nəfərlə təkbətək söhbət zamanı iki nəfərin MST-yə gətirilməzdən əvvəl polis bölməsində vaxtından artıq saxlanıldığı, bir şəxs barəsində isə cinayət prosessual qanunvericiliyi ilə müəyyən olunmuş 48 saat müddətin tamam olmasına baxmayaraq, heç bir tədbir görülmədiyi məlum olmuşdur.
Həmin gün Nərimanov Rayon Polis İdarəsinin 16, 17 və 18-ci polis bölmələrinə baxışda saxlanılma və ya qanun pozuntusu aşkar edilməmişdir.
Həmin gün 24 saat fəaliyyət göstərən mobil telefona bir şəxs zəng edərək 15 saylı cəzaçəkmə müəssisəsində (CÇM) həyat yoldaşının cərimə kamerasına salındığını, özünün isə CÇM-nin rəhbərliyinə müraciət etməsinə baxmayaraq, qəbul edilmədiyini bildirmişdir.
Müvəkkilin məsələyə müdaxiləsindən sonra həmin şəxs CÇM-nin rəhbərliyi tərəfindən qəbul edilərək dinlənilmiş, ona həyat yoldaşı ilə görüşməyə icazə verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [18:17]
Azərbaycan Aİ-nin Brüsseldə keçirilən nazirlər toplantısında təmsil olunub
- 17.11.2026 [18:14]