Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlham Əliyev öz andına sadiqdir

İlham Əliyev öz andına sadiqdir

Bakı, 26 avqust (AZƏRTAC). Azərbaycanda yeni prezident seçkiləri yaxınlaşır və azərbaycanlıların əksəriyyəti Prezident vəzifəsinə dövlətin indiki başçısı İlham Əliyevin yenidən seçilməsini istəyir. Bu, təəccüblü deyildir, çünki o, xalqa verdiyi bütün vədləri yerinə yetirir.

İlham Əliyevin 2003-cü ildə ölkənin Prezidenti vəzifəsinin icrasına başladığı zaman birinci çıxışında dediyi sözləri xatırlatmaq istərdim: “Mən hər bir Azərbaycan vətəndaşı üçün Prezident olacağam. Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam”.

Həqiqətən də belə oldu: o, hər bir Azərbaycan vətəndaşı üçün Prezident oldu və xalqın etimadını doğrultdu. Ötən on il aydın şəkildə göstərdi ki, İlham Əliyev özünün birinci və ikinci prezidentlik müddətləri ərzində ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısını, o cümlədən qaçqınlara və məcburi köçkünlərə verdiyi bütün vədləri yerinə yetirmiş, onların sosial problemlərini həll etmişdir.

O, bütün bu illər ərzində ulu öndər Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğuna yönəldilmiş müstəqillik siyasətini qətiyyətlə həyata keçirmişdir. Onun rəhbərliyi altında ölkədə iqtisadi islahatlar sürətləndirilmiş, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı qəbul edilmişdir. Bu da Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrilməsinə xidmət etmişdir. İlham Əliyevin dərindən düşünülmüş daxili islahatları və ölçülüb-biçilmiş xarici siyasəti sayəsində hazırda Azərbaycan dinamik inkişaf edən ölkədir.

Azərbaycanın xarici dövlətlərlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, bütövlükdə Azərbaycanın dünya birliyinə inteqrasiyasında İlham Əliyevin böyük xidmətlərini vurğulamaq lazımdır. Onun uğurlu xarici siyasəti sayəsində beynəlxalq və regional problemlərin həllində Azərbaycanın rolu artır. Beynəlxalq birlikdə erməni təcavüzkarlarının işğalçılıq siyasətinin ifşa edilməsi və Ermənistanın Avropa Şurasında təcavüzkar dövlət kimi tanınması işində İlham Əliyevin böyük xidmətləri vardır. Nəticədə Qərbdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ haqqında obyektiv rəy formalaşmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ hərbi münaqişəsinə düzgün siyasi qiymət verilmiş və onun həlli yolunda mühüm addımlar atılmışdır.

İlham Əliyev geniş dünyagörüşü, dərin və hərtərəfli biliyi, yüksək mədəniyyəti sayəsində bütün beynəlxalq görüşlərdə və yüksək səviyyəli danışıqlarda ölkəsinin maraqlarını uğurla müdafiə edən güclü və çevik siyasətçi kimi böyük hörmət və nüfuz qazanmışdır.

İlham Əliyev Heydər Əliyevin milli-mədəni dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi xəttini həyata keçirərkən Azərbaycan xalqının tarixi keçmişinə, bu gününə və gələcəyinə xüsusi qayğı ilə yanaşır. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə birlikdə Azərbaycan mədəniyyətinin, incəsənətinin və musiqisinin bütün dünyada təbliğ olunmasına böyük diqqət yetirir. O, müdrik dövlət xadimi və uzaqgörən siyasətçi kimi xalqın rifahını və xoşbəxt gələcəyini təmin etmək üçün vətənpərvər, hərtərəfli inkişaf etmiş və sağlam gənclərin tərbiyə olunmasının da qayğısına qalır.

Bu gün ölkədə sabitlik, yeni iş yerlərinin açılması, layiqli həyat şəraiti, uşaqları təhlükəsiz şəraitdə böyütmək hər bir vətəndaş üçün vacibdir və bütün bunları Prezident İlham Əliyev təmin edir. Onun böyük təcrübəsi, dünyada yüksək nüfuzu Azərbaycana yeni uğurlar gətirəcəkdir. Mən İlham Əliyevin hələ birinci prezidentliyi ərəfəsində “İlham Əliyev yeni dövrün siyasətçisidir” (“Bakinski raboçi” qəzeti, 20 avqust 2003-cü il) sərlövhəli məqaləmdə, daha sonra “İlham Əliyev Azərbaycanın sabahkı lideridir? Nə üçün də olmasın?!!!” (“Ukraynada çıxan “Politika i kultura” jurnalı, sentyabr 2003-cü il), “Ata da prezident olduğu bir vaxtda “millətin atası” olmaq asandırmı?” (“Kiyevski teleqraf”, 5-18 may 2006-cı il), “Konstitusiyanı təkmilləşdirərkən: Prezident hər şeyə cavabdehdir” (Kiyevski Teleqraf”, 20-26 fevral 2009-cu il) sərlövhəli məqalələrimdə bu barədə yazmışam.

Bu kontekstdə onun Dünya Azərbaycanlılarının III qurultayında söylədiyi sözləri xatırlamaq yerinə düşər. O demişdir ki, dövlət strukturları, diplomatik nümayəndəliklər həmvətənlərimizin qayğısına qalmalı, ölkəmizin hüdudlarından kənarda yaşayan və işləyən alimləri və başqa azərbaycanlıları dəstəkləməlidirlər. Prezident nitqində vurğulamışdır: “Səfirliklərlə diaspor təşkilatları arasındakı əməkdaşlıq daha da güclü, daha da məqsədyönlü olmalıdır. Biz istəyirik ki, hər bir azərbaycanlı yaşadığı yerdən asılı olmayaraq, yaxşı yaşasın, zəngin olsun, imkanları geniş olsun. Bizim onlardan yeganə arzumuz ondan ibarətdir ki, ətrafda olan soydaşlara da kömək göstərsinlər... Bu kömək ümummilli lider Heydər Əliyevin bizə vəsiyyət etdiyi “azərbaycançılıq” ideyasının prinsiplərinə uyğun gəlsin”.

Qürur hissi ilə deyə bilərəm ki, bu gün Azərbaycan Heydər Əliyev tərəfindən müəyyən olunmuş və əsası qoyulmuş yolla gedir. Ölkə Ulu Öndərin istədiyi kimi inkişaf edir. Bütün bunlar öz xalqını sevən, Azərbaycanın bu günü və gələcəyi barədə düşünən İlham Əliyevin davamlı, sarsılmaz və inamlı siyasəti sayəsində mümkün olur.

Arif Quliyev, hüquq elmləri doktoru, Ukraynanın Əməkdar Təhsil İşçisi,

Kiyev Milli Aviasiya Universitetinin Beynəlxalq hüquq kafedrasının professoru,

“Xalq Diplomatiyası İnstitutu” ictimai təşkilatı idarə heyətinin başçısı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında futbol turniri təşkil olunub

Xoreoqraf Şahar Binyamini: Azərbaycan rəqqasları çox istedadlıdırlar

AzTU-da “Şanlı Zəfər tariximiz” adlı tədbir: “Missiya” filmi nümayiş etdirilib

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır

Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

Nobel qardaşlarının Azərbaycan irsi Helsinkidə elmi müzakirə mövzusu olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb

ADPU-nun Quba filialında Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

AMEA-nın elmi müəssisələrində bal sistemi əsasında qiymətləndirmə mexanizmi təkmilləşdirilir

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib

Avropa Komissiyası: Çexiya miqrasiya təzyiqi təhlükəsi altında olan ölkələr sırasındadır

“Prezidentimizə söz verdim” – CAHANGİRBƏYLİDƏN REPORTAJ

Qələbənin sədası xalq çalğı alətlərində

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib

Tbilisidə “Koordinat 44” tamaşasının premyerası olub

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər

Praqada 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər

Zəfər Günü Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin təcəssümüdür - ŞƏRH

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşadan

Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyevdən

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı

QHT Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

Cahangirbəylinin həyat ağacı - FOTOLAR

MDU-da Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Ağstafada bir ailənin 3 üzvü zəhərlənib

Braziliyada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edilib

Azərbaycan IV Avrasiya Təhlükəsizliyi Konfransında təmsil olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşası Tbilisidə səhnələşdirilir

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib

Aygün Attar: Azərbaycançılıq dövlətin ideoloji dayanıqlılığının və milli birliyin əsasını təşkil edir

İşğaldan azad edilmiş ərazilərin bərpası və yerli istehsalın inkişafı dayanıqlı məskunlaşma üçün şərait yaradır

UNEC-də bayram tədbiri: Zəfərin 6-cı ildönümü

Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb – YENİLƏNİB

AzerGold” Zəfər Gününu silsilə tədbirlərlə qeyd edib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir

FHN-in əməkdaşları Zəfər Gününü qeyd ediblər

Bakı Dövlət Universitetində Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri

Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

BMT rəsmisi: Bakıda qurduğumuz tərəfdaşlıqlar ən böyük nailiyyətlərimizdən və dəyərli imkanlarımızdan biridir

Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

“Alphabet” “Qualcomm” şirkətində yarım milyard dollarlıq pay əldə edib

V4 liderləri Aİ-nin genişlənməsini dəstəkləyib, Ukrayna məsələsində fikir ayrılığı qalır

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Əlcəzairdə Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

AQTA-da Zəfər Günü qeyd olunub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub

Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək

Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Macarıstanın "Gripen" qırıcıları bomba təhdidlərinə görə üç dəfə havaya qaldırılıb

İngiltərə Bankının rəhbəri: Aİ ilə əlaqələrin gücləndirilməsi Britaniya iqtisadiyyatının inkişafına təkan verə bilər

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

BMT sammitində Bakı Kommunikesi elan edilib

Dövlət Xidmətinin nümayəndələri Koreyada daşınmaz əmlakın kadastrı sahəsindəki rəqəmsallaşdırma işləri ilə tanış olublar

Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş olub

Ağdamda 8700-dən çox ağac və dekorativ kol əkilib

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Müəllim: Musiqi bacarıqları düzgün tədris və müntəzəm məşğələ ilə inkişaf edir

Yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında növbəti qaliblər məlum olub

BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb

Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Zəfər Günü beynəlxalq hüququn bərpası baxımından mühüm tarixi və siyasi əhəmiyyətə malikdir - ŞƏRH

Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Milli qürurumuzun təntənəsi – ADPU-nun Şamaxı filialında Zəfər Günü

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər

“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb

Şəhid qardaşı: Mən həm qardaşımı, həm dostumu, həm də döyüş yoldaşımı itirdim

DİM-in verdiyi sertifikat və şəhadətnamələr artıq “mygov”da

Rəşad Eyubov: Futbolçuların əsas milliyə layiq görülməsinə çox şadam

Milli Kibertəhlükəsizlik Agentliyi: Son dövrdə böyük həcmdə fərdi məlumat sızması halları müşahidə olunur

"802” qaynar xətti bayram günlərində vatsap üzərindən fəaliyyət göstərəcək

® Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Yekaterinburqda 8 Noyabr - Zəfər Günü qeyd edilib

Arxeoloqlar Zəfər Gününü müharibə iştirakçıları ilə qeyd ediblər

Azərbaycan modeli: Milli həmrəylikdən dayanıqlı sülhə - ŞƏRH

Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrlə bağlı monitorinq aparılıb

ADU-nun rektoru şəhid ailələrinə dövlət qayğısından və gənclərin məsuliyyətindən danışıb

Bu il dövlət büdcəsindən vətəndaşlara 300 milyon manata yaxın vəsait qaytarılıb

Ərəb nəsri və İslam mədəniyyətinə dair elmi məqalə Rumıniya jurnalında dərc edilib

Gimnastikanın tamblinq növü üzrə Azərbaycan millisi üçqat dünya çempionu olub