Azərbaycan Dövlət İnformasiya Agentliyi

İfaçılıqdan dirijorluğa

Bakı, 2 fevral, Abdulla Suvar, AZƏRTAC

Elə istedadlı, bacarıqlı gənclərimiz var ki, onların sorağı ölkəmizin hüdudlarını aşaraq çox-çox uzaqlardan gəlir. Onlar təkcə özlərini deyil, həm də mənsub olduqları məmləkəti yaxın-uzaq ölkələrdə şərəf və ləyaqətlə təmsil edir. Həmsöhbətim, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, Prezident mükafatçısı Əyyub Quliyev də belə gənclərdəndir. Azərbaycan dirijorluq sənətinin inkişafına yeni töhfələr verən Əyyub Quliyev 2 fevral - Gənclər günündə AZƏRTAC-ın suallarını cavablandırıb.

-İlk olaraq səhnəni, görkəmli tarzən, Azərbaycanın Xalq Artisti, atanız Ramiz Quliyevlə bölüşdünüz, sonra sənət yolunuz tamamilə dəyişdi. Gənc ifaçının dirijorluğu hansı zərurətdən yarandı?

-Bu dəyişiklik uşaq yaşlarımdan orkestr anlayışına, orkestr kollektivinə olan böyük marağımın nəticəsi idi. Simfonik orkestrlərdəki hər bir alətin tarixi, quruluşu, imkanları barədə geniş bilgiyə sahib olmağa çalışırdım. Şahmat fiqurlarını düzür və onu orkestr kimi təsəvvür edirdim. Bu 10-11 yaşlarımda baş verib. Həmin illərdə atam da xarici səfərlərdən müxtəlif orkestrlərin disk və audio yazılarını gətirərdi. Elə bil atam marağımı görür və bu istiqamətdə məni hazırlayırdı. O vaxtlar Bakıda belə şeylərə rast gəlmək çətin idi. Canlı orkestr çıxışlarına qulaq asa-asa təsəvvürümdə onlara dirijorluq edirdim. Sadaladıqlarım deməyə əsas verir ki, bu yolu seçməyim heç də təsadüfi olmayıb. Seçimim ətrafımdakılar tərəfindən də müsbət qarşılanıb. Açığını deməliyəm ki, tar ifaçılığını Ramiz Quliyevdən mənimsəyib bu istiqamətdə təhsilimi davam etdirsəm də, sonradan dirijorluğa olan həvəsim yolumu bütövlükdə dəyişdi. Böyük həvəsim nəticəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsini fərqlənmə diplomu ilə bitirdim.

-Sorağınız tez-tez beynəlxalq festivallardan gəlir, siz təşəbbüs göstərirsiniz, yoxsa...

-Sözsüz ki, bu işdə dəvətçi tərəfin istəyi həlledici olur. Bu məsələlərdə iştirak etdiyimiz müsabiqələr, festivallar böyük önəm daşıyır. Ona görə ki, bu müsabiqələrə görkəmli sənətkarlar gəlir, baxır, bəyənir sonra da dəvət edirlər. Bir növ onların verdiyi dəyər bizim nüfuzlu festivallarda iştirakımıza zəmin yaradır. Beynəlxalq səviyyəli müsabiqələrdə yer tutmaq, qalib gəlmək dirijor üçün vacib göstəricidir. Müsabiqələrdən sonra dəvətlər olur, müqavilələr bağlanır. Bu həm də yeni uğurlar üçün başlanğıc rolunu oynayır. Konsertlər bir-birini əvəz edir, yeni əlaqələrin əsası qoyulur. Dirijor kimi səhnəni bölüşdüyüm kollektivlərdə qazandığım uğurlar nəinki özümə, bütövlükdə Azərbaycan dirijorluq sənətinə göstərilən sonsuz sevginin təzahürüdür.

-Sergey Raxmaninovun 140 illik yubileyinə həsr olunmuş beynəlxalq musiqi festivalında iştirak edən ilk azərbaycanlı dirijor kimi hansı hissləri keçirdiniz?

-Sergey Raxmaninov nəinki Rusiyada, bütün dünyada əfsanəyə çevrilmiş pianoçu və bəstəkar kimi qəbul olunur. Belə bir nüfuzlu layihədə iştirak etmək olduqca qürurverici idi. Bu iştirak təsadüfi deyildi. Belə ki, mən 2009-cu ildən Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının orkestri ilə əməkdaşlıq edirəm. Bu çox böyük tarixi olan kollektivdir. Bu filarmoniyanın 125 yaşı var. Rusiyanın elə bir görkəmli solisti, musiqiçisi tapmazsan ki, həmin orkestrlə səhnəni bölüşməsin. Tale elə gətirib ki, 2013-cü ildə Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru təyin olunmuşam. Sevinirəm ki, görülən işlər öz bəhrəsini verdi və mən belə nüfuzlu beynəlxalq festivalda ölkəmizin adını bütün konsertlərin afişasında böyük hərflərlə yazdıra bildim. Bu, həm də baş dirijor kimi mənə festivalın proqramına Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərini daxil etmək imkan yaratdı.

-Bilirsiniz ki, Azərbaycan dirijorluq məktəbinin sayılıb-seçilən nümayəndələri var. Hərdən sizə elə gəlmirmi ki, maestro Niyazidən sonra bu yola çıxmaq və özünü təsdiqləmək heç də asan olmayacaq?

-Maestro Niyazi hamı üçün bir etalondur. Onun qoyub getdiyi mirası yaşatmaq bu sənətdə yenilik etməkdən qat-qat çətindir. Bu gün də onun qoyduğu irsdən bəhrələnirik, Niyazi olduqca böyük bir məktəbdir. Onun gördüyü işlər Azərbaycan musiqi tarixinə qızıl hərflərlə yazılıb. Biz onun qoyduğu yolu davam etdirməklə yanaşı, yeni çalarlarla zənginləşdirməyə çalışırıq. Düşünürəm ki, bu istiqamətdə axtarışlarımız öz bəhrəsini verir. Maestro sağ olsaydı sevinərdi ki, onun qoyduğu irs nəinki yaşadılır, həm də gənc dirijorlar tərəfindən şərəf və ləyaqətlə davam etdirilir.

-Tez-tez səfərlərdə olur, müxtəlif ölkələrdə dirijor kimi səhnəyə çıxırsınız. İş baxımından, peşəkarlıq nöqteyi-nəzərdən Azərbaycan musiqi kollektivlərinin səhnəni bölüşdüyünüz digər orkestrlərdən fərqini hiss edirsinizmi?

-Bütün kollektivlər biri-birindən ənənəsi, keçdiyi inkişaf yolu və tarixi ilə fərqlənir. Tanınmış kollektivlərlə işləmək insana yeniliklə yanaşı, bilik və təcrübə də qazandırır. Gənc olmağıma baxmayaraq, bir sıra məşhur kollektivlərlə çalışmışam. Təcrübəm deməyə əsas verir ki, Azərbaycan musiqi kollektivləri heç də dünyanın ən nüfuzlu orkestrlərindən geri qalmır. Bizim musiqi kollektivlərində çox təcrübəli ifaçılar cəmlənib. Bunu işlədiyim Akademik Opera və Balet Teatrının simfonik orkestrinə, həm də ölkəmizdəki digər orkestrinə aid etmək olar. Ölkənin mentaliteti, qaydaları, insanların davranışı, həyata baxışı da orkestrin formalaşmasına təsir edən amillərdir. İnsanların xarakterindəki soyuqqanlılıq, çılğınlıq, emosionallıq musiqi əsərləri kimi orkestrdə də özünü göstərir. Bizim musiqi orkestrləri özünü bütövlükdə prosesə həsr edir, musiqiçilərimiz emosionaldır. İstiqanlılıq musiqi kollektivlərimizdə hiss olunur. Bizdə dirijorla musiqiçi arasında səmimi münasibət var, onlar bir ailə kimi formalaşıb.

-Dirijorlara həm də orkestrin pultuna sahib adam kimi baxırlar. Doğurdanmı belədir, yoxsa müasir dünyada dirijorsuz da keçinmək olar.

-Dirijor musiqi kollektivinin rəhbəri, böyük məsuliyyətin daşıyıcısıdır. İndiki zamanda dirijorsuz keçinmək çətindir. Dirijor yaxşı musiqiçi olmaqla yanaşı, həm də yaxşı psixoloq olmalıdır, insanlarla əlaqə qurmağı bacarmalıdır. Əgər sən baş dirijorsansa musiqidən kənar işlərə də cavabdehsən. Orkestrin texniki problemləri, maddi-texniki bazasının gücləndirilməsi, qastrolların təşkilindən tutmuş ən xırda detallara qədər bütün məsuliyyət sənin üzərinə düşür. Hər dirijor bu işlərin öhdəsindən gələ bilmir. Düzdür, kiçik heyətli elə orkestrlər var ki, onlarda dirijora ehtiyac yoxdur. Bu, əsasən kamera orkestrlərinə aiddir ki, onlar mürəkkəb əsərləri ifa etmir. Əgər böyük simfonik orkestr nəzərdə tutulursa inanmıram ki, Çaykovskinin, Bramsın, Betxovenin əsərlərini dirijorsuz ifa etmək mümkün olsun. Bu musiqi əsərlərində o qədər böyük texniki, psixoloji, dramaturji məsələlər ortaya qoyulur ki, onları dirijorsuz həll etmək çox çətindir. Dirijor orkestrin nəyinki rəhbəri, həm də mayakıdır. Ona görə də yaxşı dirijordan çox şey asılıdır.

-Qarşıdakı planlarınız?

-Fransada böyük bir konsert proqramı nəzərdə tutulur. Konsertdə Fransa Dövlət Simfonik Orkestri iştirak edəcək. Bu konsertdə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlovun, eyni zamanda Fransada yaşayan, lakin Azərbaycana həsr edilmiş musiqi əsərləri yazan bəstəkarların əsərlərinə müraciət olunacaq. Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə reallaşacaq musiqi proqramında mənimlə bərabər, Xalq Artist Ramiz Quliyev, skripkaçı Səbinə Rakçeyeva və digər ifaçılarımız iştirak edəcək. Yaxın zamanlarda Opera və Balet Teatrında Qara Qarayevin xüsusi olaraq xoreoqrafiya üçün işlənmiş simfonik əsərlərinə, həmçinin dünya klassiklərinin əsərlərinə müraciət olunacaq. Eyni zamanda, Belarus, Slovakiya və Almaniyanın müxtəlif kollektivləri ilə musiqi proqramları hazırlayırıq. Bu proqramların icrası zamanı əsas üstünlük Azərbaycan bəstəkarlarının əsərlərinə veriləcək. Sevinirəm ki, əməkdaşlıq etdiyimiz musiqi kollektivləri Azərbaycan bəstəkarlarının əsərlərinə yüksək dəyər verir. Bu da bizi olduqca sevindirir.

-Maraqlı müsahibəyə görə çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında futbol turniri təşkil olunub

Xoreoqraf Şahar Binyamini: Azərbaycan rəqqasları çox istedadlıdırlar

AzTU-da “Şanlı Zəfər tariximiz” adlı tədbir: “Missiya” filmi nümayiş etdirilib

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır

Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

Nobel qardaşlarının Azərbaycan irsi Helsinkidə elmi müzakirə mövzusu olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb

ADPU-nun Quba filialında Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

AMEA-nın elmi müəssisələrində bal sistemi əsasında qiymətləndirmə mexanizmi təkmilləşdirilir

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib

Avropa Komissiyası: Çexiya miqrasiya təzyiqi təhlükəsi altında olan ölkələr sırasındadır

“Prezidentimizə söz verdim” – CAHANGİRBƏYLİDƏN REPORTAJ

Qələbənin sədası xalq çalğı alətlərində

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib

Tbilisidə “Koordinat 44” tamaşasının premyerası olub

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər

Praqada 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər

Zəfər Günü Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin təcəssümüdür - ŞƏRH

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşadan

Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyevdən

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı

QHT Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

Cahangirbəylinin həyat ağacı - FOTOLAR

MDU-da Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Ağstafada bir ailənin 3 üzvü zəhərlənib

Braziliyada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edilib

Azərbaycan IV Avrasiya Təhlükəsizliyi Konfransında təmsil olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşası Tbilisidə səhnələşdirilir

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib

Aygün Attar: Azərbaycançılıq dövlətin ideoloji dayanıqlılığının və milli birliyin əsasını təşkil edir

İşğaldan azad edilmiş ərazilərin bərpası və yerli istehsalın inkişafı dayanıqlı məskunlaşma üçün şərait yaradır

UNEC-də bayram tədbiri: Zəfərin 6-cı ildönümü

Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb – YENİLƏNİB

AzerGold” Zəfər Gününu silsilə tədbirlərlə qeyd edib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir

FHN-in əməkdaşları Zəfər Gününü qeyd ediblər

Bakı Dövlət Universitetində Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri

Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

BMT rəsmisi: Bakıda qurduğumuz tərəfdaşlıqlar ən böyük nailiyyətlərimizdən və dəyərli imkanlarımızdan biridir

Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

“Alphabet” “Qualcomm” şirkətində yarım milyard dollarlıq pay əldə edib

V4 liderləri Aİ-nin genişlənməsini dəstəkləyib, Ukrayna məsələsində fikir ayrılığı qalır

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Əlcəzairdə Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

AQTA-da Zəfər Günü qeyd olunub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub

Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək

Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Macarıstanın "Gripen" qırıcıları bomba təhdidlərinə görə üç dəfə havaya qaldırılıb

İngiltərə Bankının rəhbəri: Aİ ilə əlaqələrin gücləndirilməsi Britaniya iqtisadiyyatının inkişafına təkan verə bilər

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

BMT sammitində Bakı Kommunikesi elan edilib

Dövlət Xidmətinin nümayəndələri Koreyada daşınmaz əmlakın kadastrı sahəsindəki rəqəmsallaşdırma işləri ilə tanış olublar

Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş olub

Ağdamda 8700-dən çox ağac və dekorativ kol əkilib

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Müəllim: Musiqi bacarıqları düzgün tədris və müntəzəm məşğələ ilə inkişaf edir

Yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında növbəti qaliblər məlum olub

BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb

Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Zəfər Günü beynəlxalq hüququn bərpası baxımından mühüm tarixi və siyasi əhəmiyyətə malikdir - ŞƏRH

Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Milli qürurumuzun təntənəsi – ADPU-nun Şamaxı filialında Zəfər Günü

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər

“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb

Şəhid qardaşı: Mən həm qardaşımı, həm dostumu, həm də döyüş yoldaşımı itirdim

DİM-in verdiyi sertifikat və şəhadətnamələr artıq “mygov”da

Rəşad Eyubov: Futbolçuların əsas milliyə layiq görülməsinə çox şadam

Milli Kibertəhlükəsizlik Agentliyi: Son dövrdə böyük həcmdə fərdi məlumat sızması halları müşahidə olunur

"802” qaynar xətti bayram günlərində vatsap üzərindən fəaliyyət göstərəcək

® Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Yekaterinburqda 8 Noyabr - Zəfər Günü qeyd edilib

Arxeoloqlar Zəfər Gününü müharibə iştirakçıları ilə qeyd ediblər

Azərbaycan modeli: Milli həmrəylikdən dayanıqlı sülhə - ŞƏRH

Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrlə bağlı monitorinq aparılıb

ADU-nun rektoru şəhid ailələrinə dövlət qayğısından və gənclərin məsuliyyətindən danışıb

Bu il dövlət büdcəsindən vətəndaşlara 300 milyon manata yaxın vəsait qaytarılıb

Ərəb nəsri və İslam mədəniyyətinə dair elmi məqalə Rumıniya jurnalında dərc edilib

Gimnastikanın tamblinq növü üzrə Azərbaycan millisi üçqat dünya çempionu olub