Hava yenidən pisləşəcək
Bakı, 14 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi barədə məlumat yayıb
Məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında martın 15-də və 16-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Martın 15-də güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək.
Martın 14-ü axşamdan 18-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Martın 15-də qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur tədricən 3-5 dərəcə düşəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [17:41]
Nigar Arpadarai: Azərbaycan nümayəndə heyəti COP31-ə töhfə verməyə çalışır
- 12.11.2026 [16:41]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 12.11.2026 [15:53]
ETSN: Ceyranlar və Bezoar keçiləri tarixi areallarına qaytarılır
- 12.11.2026 [12:32]
COP31-də müzakirələr davam edir
- 12.11.2026 [12:30]