Haitidə izdihamda 25 nəfər ölüb
Bakı, 13 aprel, AZƏRTAC
Haitinin şimalında yerləşən və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş qədim Laferriere qalası yaxınlığında baş verən izdiham nəticəsində 25 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Diario Libre” qəzeti məlumat yayıb.
Məlumata görə, 12 nəfər hadisə yerində, daha 13 nəfər isə aldıqları xəsarətlərdən sonra xəstəxanada ölüb.
Hadisənin səbəbi ilə bağlı hələlik rəsmi məlumat yoxdur. İlkin ehtimallara əsasən, faciə abidənin qalereyalarında oksigen çatışmazlığı nəticəsində baş verib. Bildirilir ki, bütün Haiti ərazisini əhatə edən əlverişsiz hava şəraiti – yağış və güclü külək vəziyyəti daha da ağırlaşdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [12:19]
ABŞ-nin kommersiya neft ehtiyatları 9 milyon barel artıb
- 12.11.2026 [12:07]
Süd vəzi xərçəngini erkən mərhələdə aşkarlayan yeni metod hazırlanıb
- 12.11.2026 [11:22]
Qlobal bazarlarda süni intellekt şirkətlərinin səhmlərinə maraq kəskin artıb
- 12.11.2026 [11:13]
Özbəkistanın birinci xanımı Antalyada mühüm ekoloji təşəbbüslər irəli sürüb
COP31-də müzakirələr davam edir
- [12:32]
Sabahın hava proqnozu açıqlanıb
- [12:30]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Dünya Keyfiyyət Günüdür
- [09:30]
Bu gün Konstitusiya Günüdür
- [08:00]