GÖMRÜKÇÜLƏRİ ALDADA BİLMƏDİLƏR
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “Samur” gömrükxanasının əməkdaşları Rusiyadan gələn “Mersedes Benz-033” markalı avtomaşına baxış keçirmişlər. Nəticədə sürücü Rəşad Baxışova məxsus, nəzarətdən gizli külli miqdarda müxtəlif adda kosmetik əşyalar və qadın geyimləri, “Yekaterinburq-Bakı” qatarında isə Mirmüseyib Aslanovdan 600 ədəd “Yava” siqareti müsadirə olunmuşdur.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ