“GENESİS” EKSPERİMENTİ BİR NƏTİCƏ VERƏCƏKMİ?
Plana görə, “Genesis” aparatının içində Günəş küləyinin nümunələri olan kapsul Yer səthinə enərkən planetimizin atmosferində “qarşılanmalı” idi. Lakin kapsuldakı tormoz paraşütləri açılmadığından o, saatda təxminən 310 kilometr sürətlə Yuta ştatındakı səhrada torpağa sancılmışdır. Bu zaman kapsul sınmış və içində Günəş küləyinin nümunələri olan konteyner zədələnmişdir. Əvvəlcə güman edilirdi ki, Yer maddələri bu nümunələrə düşdüyünə görə onlar öz elmi dəyərini tamamilə itirmişdir. Amma sonra məlum olmuşdur ki, bəzi nümunələrə, ümumən, zərər dəyməmişdir. Odur ki, alimlər eksperiment qarşısında qoyulmuş bir sıra vəzifələrin həlli perspektivini kifayət qədər nikbin qiymətləndirirlər.
ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyinin direktoru da bu fikirdədir. Onun sözlərinə görə, “Genesis” aparatının mükəmməl konstruksiyası sahəsində bu elmi ekspedisiya mühüm nəticələr verəcəkdir.
Alimlər əmindirlər ki, Günəş küləyi maddəsinin toplanmış nümunələri bizim Günəş sisteminin formalaşması və təkamülü, ola bilsin, həyatın meydana gəlməsi proseslərini daha yaxşı öyrənməyimizə kömək edəcəkdir.