Gəncədə zəncirvari qəza olub
Gəncə, 10 noyabr, AZƏRTAC
Gəncədə yol nəqliyyat hadisəsi hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan "Mersedec", "VAZ 2107" və "VAZ 2106" markalı minik maşınları toqquşub.
Qəza zamanı xəsarət alanların olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.