Fransa səfiri Nigeri tərk edib
Bakı, 27 sentyabr, AZƏRTAC
Fransanın Niameydəki səfiri Silven İtte bu gün Nigeri tərk edərək Çadın paytaxtı Ncamenaya yollanıb.
AZƏRTAC RFI radiostansiyasına istinadla xəbər verir ki, Silven İtte yaxın zamanlarda Çaddan Fransaya qayıdacaq.
Fransalı diplomatın Niameyi tərk etməsi Nigerdə hakimiyyəti ələ keçirən qiyamçılarla Paris arasında bir həftədən çoxdur ki, davam edən qarşıdurmaya son qoyub.
Qiyamçılar avqustun sonlarında fransalı diplomatı arzuolunmaz şəxs elan edib. Yeni rejimin tələbini qəbul etməyən Paris əvvəlcə diplomatik missiyasının Niameydə qalmasında israr etsə də, sonradan Prezident Emmanuel Makron Silven İttenin yaxın zamanlarda Fransaya qayıdacağını, 1,5 minlik fransalı hərbçinin isə ilin sonuna qədər Nigeri tərk edəcəyini bildirib.
Xatırladaq ki, iyulun 26-da Prezident Qvardiyası Nigerdə qiyam qaldıraraq ölkə prezidenti Məhəmməd Bazumu həbs edib.
Təxminən 26 milyonluq əhalisi olan Niger dünyanın ən kasıb ölkələrindən biridir. BMT-nin inkişaf indeksində 191 ölkə arasında 189-cu yerdə qərarlaşan Nigerin əhalisinin 40 faizdən çoxu yoxsulluq içərisində yaşayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [23:11]
Macarıstanda kommunist dövrünün məxfi xidmətlərinin arxivləri açılıb
- 04.11.2026 [21:58]
Pavel Herçinski: Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi dayanıb
- 04.11.2026 [21:00]
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
- 04.11.2026 [17:23]
Zelenski: Hazırda Kiyevdə vəziyyət daha ağırdır
- 04.11.2026 [16:43]
Belçikada işçilərin sayının azalacağı gözlənilir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Cəlilabadda ağacəkmə aksiyası
- [19:39]
“Bir cənub şəhərində”
- [16:01]