FRANSA NÜMAYƏNDƏ HEYƏTİ ATƏŞƏ TUTULMUŞDUR
Ölkənin xarici işlər nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda Haiti paytaxtının mərkəzi xəstəxanalarının birinə baş çəkmiş Fransa nümayəndə heyətinin bir qrup silahlı dəstə tərəfindən atəşə tutulduğu təsdiqlənmişdir.
Dövlət katibi də bu faktı təsdiqləyərək bildirmişdir ki, onun başçılıq etdiyi nümayəndə heyəti xəstəxanaya baş çəkərkən yüzə yaxın silahlı adam onlara hücum edərək atəş açmışlar. Haitili polislər nümayəndə heyətini dövrəyə alaraq onları qorumuş, basqınçılara cavab atəşi açmışlar. Atışma bir saat yarımdan artıq davam etmişdir. Nəticədə basqınçılardan bir nəfər öldürülmüş, bir fransız əsgəri və bir haitili polis isə yüngülcə yaralanmışlar.