Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Əsrin müqaviləsi” - 18

Bakı, 19 sentyabr (AZƏRTAC). Dünyada neftin hasilatı ilk dəfə 1847-ci ildə məhz Azərbaycanda - Bakıda, Bibiheybətdə neftçilərin gecəli-gündüzlü ağır zəhmətləri sayəsində mümkün olmuş və sənaye üsulu ilə neft hasilatına başlanmışdır. İkinci Dünya müharibəsi zamanı faşizm ilə mübarizədə də Sovetlər İttifaqının istifadə etdiyi neftin 75 faizinin Azərbaycanda hasil olunması ölkəmizin neftçilərinin gərgin əməyi sayəsində reallaşmışdır.

Artıq o dövrdən xeyli vaxt keçmişdir - Sovet İttifaqı dağılmış, müstəqil respublikalar yaranmışdır. İttifaq tərkibində olan Azərbaycan üçün müstəqilliyin əldə edilməsi heç də asan olmamışdır. Bundan başqa, müstəqillik illərinin əvvəllərində ölkədə yaranan xaos, özbaşınalıq, hakimiyyətsizlik iqtisadi tənəzzülə səbəb olmuş, neft hasilatında durğunluq yaranmışdı. Azərbaycanı belə bir ağır vəziyyətdən qurtarmaq üçün xalqın təkidli tələbi ilə Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ölkəmizin siyasi-iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoymuşdur. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı.

Ölkə iqtisadiyyatının dirçəlişini neft amilində görən ulu öndər uzaqgörən siyasəti ilə dünyanın məşhur neft şirkətlərini də bu işə cəlb etdi. Bu strategiyanın təməlində isə bir ideya dururdu: neftdən əldə olunan bütün gəlirləri, eləcə də həm siyasi, həm də iqtisadi mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltmək.

Məhz bu ideyaya söykənən siyasət nəticəsində 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarındakı neftin birgə işlənməsi haqqında müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (“Amoko”, bp, “MakDermott”, “Yunokal”, ARDNŞ, “LUKoyl”, “Statoyl”, “Ekson”, Türkiyə Petrolları, “Penzoyl”, “İtoçu”, “Remko”, “Delta”) iştirak etmişdi. Bununla da ulu öndər Heydər Əliyevin Azərbaycanın gələcəyi naminə “Yeni neft strategiyası” uğurla həyata keçirilməyə başlandı.

Sonrakı dövrdə görülən işlər, kəşf olunan yataqlar Azərbaycanın enerji potensialını artırmaqla, yeni boru kəmərlərinin çəkilməsini də labüd edirdi. Məhz ulu öndər Heydər Əliyevin səyi nəticəsində 1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) “Əsas İxrac Neft Kəməri”nin çəkilişi haqqında dövlətlərarası müqavilə imzalandı. Beləliklə, 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli lider Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyuldu və tikintisinə başlandı. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.

BTC istismara veriləndən indiyədək 1 milyard 474 milyon barrel Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır. Bundan başqa, Azərbaycan öz neftini Bakı-Supsa və Bakı-Novorossiysk kəmərləri ilə də dünya bazarlarına çıxarır. Bu, isə dövlətimizin enerji ehtiyatlarının nəqlində bir kəmərdən asılı olmağa yox, şaxələndirməyə üstünlük verdiyinin bariz sübutudur. Qeyd edək ki, neftin satışından əldə edilən valyuta Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxil olur və ölkəmizə, xalqımıza fayda verir. Respublikamızda infrastruktur və investisiya sahələrində görülən işlərə Dövlət Neft Fondundan hər il yüz milyonlarla manat vəsaitin ayrılması ölkəmizin bütün bölgələrinin inkişafına səbəb olmuşdur. Bütün bu quruculuq və abadlıq işləri isə neft kapitalının hesabına həyata keçirilir. Onu da vurğulamaq yerinə düşərdi ki, 2012-ci ilin iyulun 1-nə Fondun aktivləri 32 milyard 666 milyon dollara bərabər olmuşdur.

Zəngin təbii qaz ehtiyatlarımızın dünya bazarlarına çıxarılması istiqamətində növbəti uğurlu addım isə ötən il iyunun 26-da Azərbaycan ilə Türkiyə arasında yeni iri layihənin - Trans-Anadolu təbii qaz boru kəmərinin (TANAP) reallaşdırılması üçün təşkilati məsələlərə dair ilk razılaşmanın və hökumətlərarası sazişin imzalanması olmuşdur. Bu isə Azərbaycan qazını Avropaya daşıyacaq yeni kəmərin çəkilməsində Qərb dövlətlərinin cəsarət göstərərək seçim edə bilmədiyi bir zamanda, iki qardaş ölkənin qətiyyətli qərarı ilə birgə layihənin reallaşdırılması anlamına gəlir. Artıq Azərbaycan öz qazını TANAP vasitəsilə bir başa Avropanın sərhədlərinədək çatdıracaqdır. Sazişin imzalanma mərasimində Azərbaycan ilə Türkiyənin energetika sahəsində həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev bildirmişdir ki, bizim bərabər həyata keçirdiyimiz böyük layihələr bu gün dünya enerji xəritəsinə yeni çalarlar gətirmişdir. İndi bölgəni birgə icra etdiyimiz layihələrsiz təsəvvür etmək mümkün deyildir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Avropanın enerji xəritəsini böyük dərəcədə dəyişdirmişdir. Bu gün biz yeni böyük tarixi əhəmiyyəti olan TANAP layihəsinə də start veririk. Əminəm ki, TANAP layihəsi də eyni uğura nail olacaqdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri kimi TANAP layihəsi də vaxtında və keyfiyyətlə icra ediləcəkdir. TANAP layihəsi Türkiyəyə böyük həcmdə Azərbaycan qazını nəql etmək üçün imkan yaradacaqdır. Bizim qaz ehtiyatlarımız çox böyükdür. Təkcə “Şahdəniz” layihəsi 1,2 trilyon kubmetr qaz ehtiyatına malikdir. Ancaq Azərbaycanın digər yataqlarında təsdiq edilmiş ehtiyatlar 2,6 trilyon kubmetrdir. Yəni, bu gün başladığımız layihə əminəm ki, bundan sonra onilliklər, bəlkə də 100 il, bəlkə də ondan da artıq müddətdə maraqlarımızı təmin edəcəkdir. Həm enerji təhlükəsizliyi məsələləri təmin ediləcəkdir, eyni zamanda, Azərbaycan üçün yeni bazarların açılması məsələləri də həllini tapacaqdır”.

TANAP layihəsi Azərbaycanda hasil olunan təbii qazı Gürcüstandan keçərək Türkiyə vasitəsilə Avropaya nəql edəcək “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsinin əsas elementlərindən biridir. Bu, Azərbaycan, Türkiyə və Avropa üçün böyük önəm daşıyır. “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycandan ildə 16 milyard kubmetr qaz Türkiyəyə nəql olunacaq, bunun 6 milyard kubmetri qardaş ölkənin istifadəsinə veriləcək, 10 milyard kubmetri isə Avropaya ixrac ediləcəkdir. Gələn ildən inşasına başlanılacağı gözlənilən TANAP-la ilk qaz nəqli 2017-ci ilə planlaşdırılır.

Beləliklə uzaqgörən neft strategiyası sayəsində Azərbaycan iqtisadi tənəzzüldən sürətli inkişaf dövrünə qədəm qoymuş və bu yolda inamla addımlayır. Bütün bu uğurların təməli isə “Əsrin müqaviləsi”nə söykənir və bu gün qətiyyətlə demək olar ki, ulu öndər Heydər Əliyevin “Yeni neft strategiyası” hələ uzun illər Azərbaycan xalqına xidmət edəcək, respublikamızın iqtisadi inkişafında mühüm yer tutacaqdır.

Ceyhun Rüstəmov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN-in əməkdaşları Zəfər Gününü qeyd ediblər

Bakı Dövlət Universitetində Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri

Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

BMT rəsmisi: Bakıda qurduğumuz tərəfdaşlıqlar ən böyük nailiyyətlərimizdən və dəyərli imkanlarımızdan biridir

Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb

“Alphabet” “Qualcomm” şirkətində yarım milyard dollarlıq pay əldə edib

V4 liderləri Aİ-nin genişlənməsini dəstəkləyib, Ukrayna məsələsində fikir ayrılığı qalır

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Əlcəzairdə Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

AQTA-da Zəfər Günü qeyd olunub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub

Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək

Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Macarıstanın "Gripen" qırıcıları bomba təhdidlərinə görə üç dəfə havaya qaldırılıb

İngiltərə Bankının rəhbəri: Aİ ilə əlaqələrin gücləndirilməsi Britaniya iqtisadiyyatının inkişafına təkan verə bilər

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı

BMT sammitində Bakı Kommunikesi elan edilib

Dövlət Xidmətinin nümayəndələri Koreyada daşınmaz əmlakın kadastrı sahəsindəki rəqəmsallaşdırma işləri ilə tanış olublar

Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş olub

Ağdamda 8700-dən çox ağac və dekorativ kol əkilib

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Müəllim: Musiqi bacarıqları düzgün tədris və müntəzəm məşğələ ilə inkişaf edir

Yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında növbəti qaliblər məlum olub

BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb

Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Zəfər Günü beynəlxalq hüququn bərpası baxımından mühüm tarixi və siyasi əhəmiyyətə malikdir - ŞƏRH

Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Milli qürurumuzun təntənəsi – ADPU-nun Şamaxı filialında Zəfər Günü

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər

“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb

Şəhd qardaşı: Mən həm qardaşımı, həm dostumu, həm də döyüş yoldaşımı itirdim

DİM-in verdiyi sertifikat və şəhadətnamələr artıq “mygov”da

Rəşad Eyubov: Futbolçuların əsas milliyə layiq görülməsinə çox şadam

Milli Kibertəhlükəsizlik Agentliyi: Son dövrdə böyük həcmdə fərdi məlumat sızması halları müşahidə olunur

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

"802” qaynar xətti bayram günlərində vatsap üzərindən fəaliyyət göstərəcək

® Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Yekaterinburqda 8 Noyabr - Zəfər Günü qeyd edilib

Arxeoloqlar Zəfər Gününü müharibə iştirakçıları ilə qeyd ediblər

Azərbaycan modeli: Milli həmrəylikdən dayanıqlı sülhə - ŞƏRH

Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrlə bağlı monitorinq aparılıb

ADU-nun rektoru şəhid ailələrinə dövlət qayğısından və gənclərin məsuliyyətindən danışıb

Bu il dövlət büdcəsindən vətəndaşlara 300 milyon manata yaxın vəsait qaytarılıb

Ərəb nəsri və İslam mədəniyyətinə dair elmi məqalə Rumıniya jurnalında dərc edilib

Gimnastikanın tamblinq növü üzrə Azərbaycan millisi üçqat dünya çempionu olub

Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

8 Noyabr – Zəfər Günü münasibətilə Stokholmda rəsmi qəbul keçirilib VİDEO

8 Noyabr – Zəfər Günü münasibətilə Stokholmda rəsmi qəbul keçirilib VİDEO

“Zəfər əmanətlərinə qayğı ilə” sağlamlıq həftəsi başa çatıb

Azərbaycan Universitetində Qarabağ Zəfərinin tarixi əhəmiyyəti vurğulanıb

Tərtərdə iki nəfəri öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

DİM-də şəhid ailələrinin üzvləri və qazilərin iştirakı ilə Zəfər Günü qeyd olunub

Oktyabrda dünya ərzaq qiymətləri ucuzlaşıb

AzMİU tələbəsi şəhid qardaşının döyüş yolundan danışıb VİDEO

AzMİU tələbəsi şəhid qardaşının döyüş yolundan danışıb VİDEO

AFFA rəsmiləri UEFA-nın illik konfransında iştirak ediblər

Azərbaycan muzeylərinin nadir eksponatları: Dəniz dibinin xüsusiyyətlərini müəyyən edən diplot

Astaranın iki kəndində içməli su layihəsi həyata keçirilib

DİM qazilərin və şəhid ailələrinin övladlarının təhsilinə dəstək göstərir

Ekspert: Zəngilan Aqroparkı azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafına töhfə verəcək

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər VİDEO

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər VİDEO

Azərbaycanın tarixi Zəfəri milli ləyaqətimizin və suverenliyimizin bərpasıdır ŞƏRH

Təqsirləndirilən daha iki şəxs Azərbaycana ekstradisiya edilib

ADPU-da Zəfər Günü: müharibə veteranları və şəhid ailəsi üzvləri diqqət mərkəzindədir

Qələbədən sonra Azərbaycanın qarşısında dayanan vəzifələrin xarakteri də dəyişib - ŞƏRH

Azərbaycançılıq ideoloji təhlükəsizliyimizin əsasını təşkil edir MƏQALƏ

Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyev qızının xatirələrində...

Hərbi Prokurorluğun rəhbərliyi Zəfər Günü münasibətilə görüşlər keçirib

Aktiv ƏDV ödəyicilərinin sayı 7,5 faiz artıb

Azərbaycanın Zəfər Günü Brüsseldə də qeyd olunub

Bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək

Zəfər tariximizə həsr olunmuş nəşrlər vahid məkanda toplanıb

Vergi Xidmətinin rəis müavini Şəmkirdə vətəndaşların müraciətlərini dinləyəcək

BŞDYPİ paytaxtda keçiriləcək yürüşlərlə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Çin Beynəlxalq İdxal Sərgisində “Made in Azerbaijan” məhsulları nümayiş olunur

DİM şəhid övladlarına imtahana hazırlıq vəsaitləri təqdim edib

Baş Konfransda beynəlxalq metrologiyanın gələcək inkişaf modelinə dair qətnamələr qəbul edilib

“Şanlı tariximizin möhtəşəm Zəfər Günü” - Şərqşünaslıq İnstitutunda elmi sessiya

Mbappe La Liqada oktyabrın ən yaxşı futbolçusu seçilib

Gələcəyin təminatı: DİA-da uşaq hüquqlarının müdafiəsi və müasir çağırışlar təhlil olunub

® ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib

Azərbaycanın “ESCWA” ilə praktiki əməkdaşlıq imkanları dəyərləndirilib

Yavər Rzayevin kino dünyası: İnsana və həyata fərqli baxış VİDEO

Yavər Rzayevin kino dünyası: İnsana və həyata fərqli baxış VİDEO

Azərbaycan nümayəndə heyəti SPECA həftəsində iştirak edib

DİM-in dəstəyindən yararlanan 35 qazi ali məktəbə və ya kollecə qəbul olub

Gömrük Komitəsində Zəfər Günü qeyd edilib

Regionda baş verən hadisələrin Azərbaycan iqtisadiyyatına təsiri müzakirə olunub

Çində 8 Noyabr - Zəfər Günü qeyd edilib

Rumıniya mətbuatı: Azərbaycan üzərindən keçən Orta Dəhliz ilə Meksikaya yük daşınır