Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Əkinçi”- 150: Gələcəyə ismarıc

“Əkinçi”- 150: Gələcəyə ismarıc

Bakı, 16 iyul, AZƏRTAC

1875-ci il iyul ayının 22-də Azərbaycan dilində nəşrə başlayan, 1877-ci il avqustun 18-də son nömrəsinin çapı ilə 25 aylıq fəaliyyətini dayandıran “Əkinçi” qəzeti milli mətbuatımızın doğum tarixini yazdı. Bu, qəzetin təsisçisi və münşisi, 1865-ci ildə Moskva Universitetinin Riyaziyyat fakültəsini təbiət elmləri üzrə fərqlənmə diplomu ilə bitirən 33 yaşlı pedaqoq, maarifçi-demokrat, publisist Həsən bəy Zərdabinin həyat missiyasının ən yaddaqalan hadisəsi oldu. O, qəzetə ana dilini öyrədən bir məktəb kimi baxır, “qəzet və ya jurnal oxumaq insanı dünyadan xəbərdar edir, öz dilini öyrədir”- yazaraq, qəzetin qarşısında dayanan əsas vəzifələri xatırladırdı.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Əkinçi”- 150: Gələcəyə ismarıc” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

“Əkinçi”nin meydana gəlməsində təkcə Həsən bəy Zərdabinin deyil, XIX əsrin ikinci yarısında Azərbaycanda xüsusilə intişar tapmağa başlayan maarifçilik mühitinin, bu mühitin yaranmasına təkan verən ictimai-siyasi proseslərin oynadığı rolu qeyd etməyi lazım bilirik. Xüsusən böyük maarifçi, türk-müsəlman xalqlarını əhatə edəcək əlifbanın nəinki ən qızğın təbliğatçısı, həmçinin əlifba layihəsinin müəllifi Mirzə Fətəli Axundzadə ilə başlanan, Azərbaycan ictimai şüurunda özünü hiss etdirən renessans mərhələsinin diktə etdiyi məqamları unutmamağı vacib sayırıq. Təhsil sahəsində, xüsusilə imperiya hüdudlarındakı xalqların təhsilə təşviqi ilə bağlı mərkəzi hakimiyyətin yürütdüyü siyasət nəticəsində məktəblərdə ana dilində tədrisin həyata keçirilməsi işi ləng də olsa gedir, renessansın dayanıqlılığını təmin edirdi. Yeri gəlmişkən, Azərbaycan dilində fəaliyyətə başlayan dünyəvi məktəblərin ilk rüşeymləri ölkəmizdə məhz XIX əsrin 60-cı illərində gözə dəyirdi. Bütün bunlar milli burjuaziyamızın formalaşma mərhələsini yaşayan Azərbaycanın dialektik inkişafında mühüm sayılan amillər idi və buna görə də cəsarətlə o qənaətimizi bölüşürük ki, milli mətbuatımızın yaranmasını XIX əsrin ikinci yarısı üçün gözlənilən hadisə adlandıra bilərik. Ola bilər ki, o, 1875-ci ilin yayında deyil, bir, iki, hətta beş il tez və yaxud gec baş verəydi, o da tamamilə mümkün idi ki, həmin nəşrin təsisçisi Həsən bəy Zərdabi deyil, başqası da ola bilərdi. Amma reallıq odur ki, bu möhtəşəm hadisənin baş verməsi üçün zəmin yaranmışdı.

“Əkinçi”nin ilk nömrəsindəki baş məqalədə qəzetin təsisçisi və redaktoru Həsən bəy Zərdabinin yazdığı məqalədə nəşrin məramnaməsinə diqqət çəkilir, materialların “Daxiliyyə xəbərləri”, “Əkin və ziraət xəbərləri”, “Tazə xəbərlər”, “Elanlar” rubrikası altında gedəcəyi qeyd olunurdu. Qəzetin bir neçə nömrəsinin çapından sonrakı nömrələrində digər rubrikaya ehtiyac yarandı. Bu, “Məktubat” rubrikası idi və bu bölümdə verilən yazılarda nəhayətsiz görünən imperiya sərhədləri daxilində, əsasən soydaşlarımız yaşayan məkanlardan istənilən şəxs ictimai rəy üçün əhəmiyyət kəsb edən hadisələrdən yaza bilər və yaxud insanlarımızı tərəqqidən saxlayan məsələlərdən söz açılırdı. Bununla “Əkinçi” qəzetində mövzuların rəngarəngliyi artmaqla yanaşı, təzə-təzə yaranan Azərbaycan jurnalistikasında ilkin ənənələr formalaşırdı. Bu prosesdə dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadə, şair Seyid Əzim Şirvani, Səid Ünsizadə, Nəcəf bəy Vəzirov, Qarabağ xanlarının nəslindən olan Əsgər ağa Gorani, Əhsənül Qəvaid və digər “Milləti- islami qəflətdən ayıltmaq istəyən”, bunun üçün özündə potensial görən və həmin potensialı cəmiyyətdə etiraf edilən azsaylı ziyalılarımız qoşulmuşdu.

“Əkinçi” meydana qədəm basdığı gündən təkcə bir cəbhədə döyüşmürdü. Onun döyüşdüyü insanlar ancaq milləti buxovda saxlamağın elmsizlik, cəhalət olduğunu bilən və bunu aradan qaldıranlarla ölüm-qalım savaşına çıxanlar deyildi. Həmin əsrin 20-ci illərinin sonlarında Rusiya imperiyasının uzağagedən planlarına hesablanan və buna görə də Güney Qafqaza, xüsusilə İrəvan xanlığının ərazilərinə köçürülən erməni millətindən olan insanlar milli münaqişənin ocaqlarını yaratmaqda idilər. Oxşar proseslərdə olduğu kimi, bunun “tarixi kökləri”nin ideoloji əsasları yaradılırdı və bu işi erməni ziyalıları arasında görmək istəyənlər kifayət qədər tapılırdı. Belə “millətsevərlərdən” biri - erməni millətindən olan, Moskvada doğulub böyüsə də, hansı zərurətdənsə (?!) Tiflisdə qərarlaşan Qriqori Artsruninin təsis etdiyi, özünün redaktorluğu ilə erməni dilində nəşr edilən “Mşak” qəzeti ictimai-siyasi, ədəbi qəzetdə xüsusilə ardıcıl idi. 1873-cü ilin fevral ayından nəşrə başlayan qəzet missiyasının təkcə xəbər dərc etməklə məhdudlaşmayacağı ilk nömrələrindən diqqət çəkirdi. Başlayan prosesin idarə olunmasının Sankt-Peterburqdakı imperator sarayının himayəsi ilə Qafqaz Canişinliyindən idarə olunması ona görə mübahisə doğurmurdu ki, senzorların razılıq verməsindən sonra çapa gedən həmin nömrələrdə milli münaqişələrin əsası qoyulurdu. Bu, nəşrin “həm də müxtəlif erməni məskənləri haqqında yeni biliklər, maarifləndirici məlumatlar yaymaq” kimi xeyirxah məqsədlər güdmədiyi senzorların razılığı ilə çap olunan ilk nömrələrindən görünürdü. Bu, 1873-cü ildə qəzetin 14-cü nömrəsində “Qandzak” (tarixən azərbaycanlılara aid olan Gəncə həmin yazıda belə təqdim edilirdi) sakinlərinin aborigen əhalisinin ermənilər olması ilə bağlı dərc edilmiş “araşdırma yazısı”nda mahalda əsasən ermənilərin yaşadığı iddia edilərək “onlar öz ana dili ilə sıx bağlıdırlar, həm də qonşularının dilində yaxşı danışırlar; xalq öz kilsəsinə sadiqdir, kilsə adət-ənənələrini qeyrətlə qoruyur, milli xeyriyyə işlərini hərarətlə, səxavətlə dəstəkləyir” - yazaraq təqdim olunan materiallarda qabarırdı: “Bunlardan sonra türklərin sayı 1800 nəfərdir, ermənilərdən çoxdur, lakin təsir gücündə deyil. Onların həyat tərzi Asiya tayfalarına xasdır. Onların sosial dünyagörüşünü qiymətləndirmək artıqdır, lakin onların təhsil vəziyyətinin son dərəcə əlverişsiz olduğunu qeyd etmək lazımdır. Onların yeganə məktəbi məsciddir ki, hər soxta (təhsilli adam), mirzə və ya molla bir neçə oğlanı başına yığıb kobud səslə yerdə oturan oğlanlara dərs keçirlər. Onlar nə öyrənirlər? Çox dəhşətli keyfiyyətlər... Onların aristokratlarının övladları kral məktəblərində təhsil alır, lakin verilən təhsildən bəhrələnməyə çalışmadan dərin bilik əvəzinə xaotik və səthi fikirləri mənimsəyir. Nəticədə rus dilini xatırladan təhrif nitqlə məzun olur, “möhtəşəm” təhsilləri ilə fəxr edirlər”(“Mşak” qəzeti, 1873-cü il,14-cü nömrə)

Oxşar mövzuda yazılaraq qəzetdə dərc edilən məqalələr təkcə yazı müəlliflərinin, heç o yazıları sifariş verərək redaktə edən, nömrəyə qoyan redaktorun da deyil, ümumilikdə Çar Rusiyası mərkəzi hakimiyyətinin siyasətini əks etdirirdi. Qənaətimizi təsdiq edən arqument həmin nömrələrin çapına birbaşa siyasi hakimiyyət qarşısında hesabatlı senzorların icazə verməsi idi. Bu siyasətin nəticəsi idi ki, belə məqalələr qəzetdə təkəmseyrək görünmürdü. 1875-ci il iyul ayının 22-də ilk nömrəsi işıq üzü görən “Əkinçi” və onun redaktoru Həsən bəy Zərdabinin “Mşak”ın fəaliyyətindən azından xəbərdar olması ona görə şübhəsizdir ki, həmin vaxtlarda Tiflisdə yaşayan görkəmli azərbaycanlı ziyalıların əksəriyyəti ilə onun məktublaşmalarını təsdiq edən kifayət qədər faktlar mövcuddur. Əlbəttə, məktublaşmaların məzmunu təkcə hal-əhval tutmaqla məhdudlaşmır, Qafqaz Canişinliyinin bərqərar olduğu Tiflisdə gedən proseslər barədə fikir mübadilələri də aparılırdı.

“Əkinçi”nin informasiya coğrafiyasının Bakı quberniyası ilə qapanmadığını onun ilk nömrələrindən görmək mümkün idi. Qəzetin 1876-cı il 30 yanvar tarixli nömrəsində “İrəvandan məktublar” adlı yazı buna görə maraqlıdır. Rusiya-Osmanlı müharibəsi ərəfəsində belə bir xəbərin qəzetdə özünə yer tapmasını heç cür təsadüfi hesab etmək olmaz: “20, ya 30 il bundan əqdəm İran dövlətinin Qarapapaq tayfasından 1500 xanə Osmanlı dövlətinə tabe Şuragil adlı yerə köçmüş imişlər. İndi İran dövlətinin tərəfindən məzkur tayfanı zor ilə İrana köçürməyə hökm olunub. Bu əmrdən ötrü cənab Mirzə Haşım xan Şuragilə varid olub, ol tayfadan 500 ev İrana göndərib və qalan 1000 evin iltirmasına binaən onlara möhlət verib ki, torpaq məhsullarını götürüb sonra köçsünlər. Bu halda xəbər var ki, onlar da bu yaxınlarda köçürüləcəklər”.

“Əkinçi” sənətindən doğan intuisiya ilə əkin sahələrini basan alaq otlarının kökatma tendensiyası qarşısında hərəkətsiz dayanmır, imkanları daxilində 250-300 tirajla bunun maksimum ictimailəşməsinə çalışırdı. Azərbaycan və onun təbii coğrafiyasına məxsus Qərbi Azərbaycan, həmçinin Borçalı mahalında bu yöndə informasiyalara replika şəklində olsa belə, səhifələrində yer ayrılırdı. Məsələn, qəzetin 1876-cı il 8 oktyabr tarixli nömrəsində azərbaycanlılar barədə xarakterik olmayan rəy formalaşdırmağa çalışan ermənidilli mətbu orqanın paylaşdığı xəbər olduğu kimi təqdim olunur: “Ermənilərin “Mşak” qəzetinə Axalkalak şəhərindən yazırlar ki, müsəlmanlar oğurluğu zurna-qabal ilə eləyirlər. Bir dəstə adam gəlin aparırıq deyibən gedib gələni soyur”.

“Əkinçi”nin nömrələrini vərəqlədikcə millətimizə atılan daşları, edilən iftiraları cavablandıran gənc redaktorun qəlbində püskürən etiraz açıq-aydın görünməklə bərabər, onun səbirlə verdiyi cavablara heyrət etməyə bilmirsən. Belə cavabların biri qəzetin 1877-ci il 17 fevral tarixdəki sayında, Həsən bəyin yazdığı məqalədə belə təqdim edilir: “Bizim qəzetin 24-cü nömrəsində Qurban bayramının əsl mətləbi barəsində yazılan daxiliyyəni Tiflis şəhərində erməni dilində çap olunan “Mşak” qəzeti erməni dilinə tərcümə elədib, basdırıbdır. Heç görülübdür ki, bizim zəmanədə elm oxumuş adam xalqı Məkkəyə getməyə təhrik edə və ittihadi-islam fikrinə düşə və ittihadi-islam heç məqdurdurmu? Xüləsa, bu tövr çox danışıb axırda deyir: neçə yüz ildir ki, İslam ətrafında olan erməni, gürcü və qeyri tayfaları güc ilə İslam edib və indi siz bu qədər tayfaları ittihadi-islam ilə birləşdirmək istəyirsiniz... Yox, qaytarın bizə ki, bizim zəmanə elm zəmanəsidir və biz elm sahibiyik və elm təhsil etməyə qabiliyyətiniz var. Bizim qardaşlarımızı ki, keçmişdə onları cəbrən İslam eləmisiniz, verin bizə”.

Erməni baş redaktorun isterik qışqırtılarına 35 yaşlı Həsən bəy Məlikovun cavabı mükəmməl jurnalistika nümunəsi sayıla biləcək səviyyədədir: müdrik, arqumentli, emosiyasız-filansız. Zərdabi haqlı olduğuna əmindir və buna görədir ki, o, haqsız adamların kompleksini yaşamır, təmkinlə opponentini hələ başlamamış, az-az insanların görə biləcəyi qan-qada dolu yola çağırışları rədd edir. Bu, o vaxtlardır ki, 5 il sonra özünü elan edəcək, məramnaməsində türk və müsəlmanlara, hətta onların fikirləri ilə razılaşmayan, qanlı əməllərinə dəstək olmayan ermənilərə qarşı da açıq terror çağırışları edəcək Daşnaksutyun partiyası hələ meydanda yoxdur. Hələ Qarabağda töküləcək qanlara, ardınca Bakı və İrəvanda qızışacaq, tarixdə 1905-1906-cı illər erməni-müsəlman toqquşmalarına 28 il var. Qanlı çağırışların hara qədər gedəcəyini görən az-az insanlardan biri kimi Həsən bəy Zərdabi Artsruni kimi “ziyalıların”, “millətsevərlərin” xalqını hara qədər aparacağını görür və onların bu təşviqinin elmli kəslər üçün ayıb olduğunu qələmə alır: “Ey cənab Artsruni (zikr olan qəzetin münşisinin adıdır), əgərçi cənabınız doğru buyurursunuz ki, zəmanəmiz elm zəmanəsidir və bu halda ermənilər bizdən artıq elm təhsil etməyə rağibdirlər, amma neçə yüz ildir ki, biz ermənilər ilə qonşuluq edirik, indi cənabınıza eyib deyilmi ki, bizim aramızda ədavət salırsınız?!”

Jurnalistikamızın əbədilik patriarxı Həsən bəy Zərdabinin uzaqdan gördüklərinin reallıq olduğunu Azərbaycan oxucuları kimi, “Əkinçi”nin hər bir nömrəsini diqqətlə izləyən, lazım olduğu təqdirdə oradakı ayrı-ayrı yazıları rus və erməni dillərinə tərcümə edərək müxtəlif nəşrlərdə dərc etdirən digər dillərə aid auditoriyada da cəmi 7 ay sonra görəcəklər. Rusiya-Türkiyə müharibəsinin ilk vaxtlarından tərəf olaraq rus çarizminin ətrafında birləşən ermənilər Osmanlı təbəəsi olan yüz minlərlə soydaşının hansı ocaq başına sürükləndiyinin fərqində olmadılar və yaxud olmaq istəmədilər. Onlar açıqdan-açığa müharibənin nəticələrinə hesablanan addımlar ataraq Osmanlı dövlətinin məğlub olacağı təqdirdə gözlənilən sülh müqaviləsinə “erməni məsələsi”ni əlavə etmək üçün ciddi planlar qururdular. “Əkinçi”nin münşisi isə təsisçisi olduğu qəzetin nömrələrində qardaş ölkənin hərbi və siyasi elitasını gözlənilən savaşda tərəf kimi vuruşacaq ermənilərin gələcək planları barədə səsi yetən hər kəsi xəbərdar etməyi borc bilirdi. Onun qəzetin 1877-ci il 18 avqust tarixli nömrəsində “Təzə xəbərlər” rubrikasında yazaraq dərc etdirdiyi replikada bunu görmək mümkündür: “Mşak” qəzetinə Badkubədən yazırlar ki, bizim şəhərin erməniləri Üçkilsədə olan erməni patriarxına ərizə göndəriblər ki, cənab patriarx Rusiyada sakin olan ermənilərin adından padişahi-imperaturi-əzəmdən təvəqqe eləsin ki, Osmanlı dövlətinə tabe olan ermənilərin onlara olan zülmdən xilas etməkdən ötrü slavyan tayfasına alınan ixtiyarları onlar üçün də alsın və barədə “Mşak” qəzetindən iltimas ediblər ki, bu ərizəni çap edib, ermənilərə məlum eləsin ki, qeyri şəhərlərdə olan ermənilər də cənab patriarxa belə ərizə göndərsinlər”.

“Əkinçi” və onun yaradıcı heyəti, başda qəzetin redaktoru Həsən bəy Zərdabi olmaqla istər qəzetin nəşr olunduğu dövrlərdə, istərsə də qəzet maliyyə sıxıntısı səbəbindən çapını dayandırdığı zamanlardan sonrakı zamanlarda öz missiyalarını- Xalq və Vətənə xidmət etmək borcunu ömürlərinin sonuna qədər ləyaqətlə davam etdirdilər. Onlar atdıqları addımların dəyərinin illər keçəndən sonra veriləcəyinə o qədər əmin idilər ki, bu əminliyə bütün zamanların oxucusunun heyrətlənməsi belə heyrətamiz görünür. Onlar keçdikləri yolu belə xarakterizə edir və gələcək nəsillərin qarşısında əbədi öhdəliyi səsləndirirdilər: “Ey qardaşlar, rəva deyil ki, bircə qəzetimiz var ki, “Əkinçi” olsun, sizə “Əlif Leyla” dərsi desin. Bu halda müsəlman milləti tufana düşmüş təkidir ki, hər ləpə onların bir hissəsinin aparıb qərq edir.... Qardaşlarınızın qərq olmağına baxa-baxa inək irəlidən yediyi xörəyi köyşəyən kimi Rüstəm Zalın nağılını oxuyub keçmişdə olanların qüvvətilə fəxr edək və öz qərq olmağımıza əlac eyləməyək”.

Kifayət qədər ibrətamizdir, deyilmi?

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qeyri-neft-qaz ixracı 2026-cı ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 20 faizdən çox artıb

Hirkan meşələri – təbiətin möcüzəsi

Bu il 110-dan çox gənc sahibkara 6 milyon manatdan çox kredit ayrılıb

Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb

Bu saata olan əsas xəbərlər

Dövlət payı 51 faizdən az olan texnologiya parklarının rezidentləri üçün 20 illik vergi güzəştləri paketi tətbiq olunacaq

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Ağarçin məbədi

Azər Bayramov: Ələt Azad İqtisadi Zonası sahibkarlara əlverişli biznes mühiti təqdim edir

Naxçıvanda parkda donmuş halda tapılan kişinin həyatını xilas etmək mümkün olmayıb

Təbiətin gizli təhlükəsi: zəhərli göbələklərdən ehtiyatlı olun

Əmirulla Məmmədov: Gənclərin texniki və təbiət elmlərinə yönləndirilməsi vacibdir

Fransada harkilərin faciəli taleyi: Beş ailə yaxınlarının məzarlarının taleyi ilə bağlı məhkəməyə müraciət edib

Nazir müavini: Gələn il dövlət büdcəsinin gəlirləri 1,7 faiz çox olacaq

Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri dövlətlərin strateji tərəfdaşlığının inkişafında mühüm yer tutur

2027-ci ildə bədən tərbiyəsi və idmanın təşkili üçün 35,8 milyon manat vəsait nəzərdə tutulub

Zəfərdən dövlətçilik zirvəsinə: milli kimliyimizin üç mühüm günü ŞƏRH

BDU-da professor Əmirulla Məmmədovun 80 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb

Himalay Məmişov: 2030-cu ildə cari xərclər tam olaraq qeyri-neft gəlirləri hesabına təmin olunacaq

Gələn il media qurumlarının xərclərinin qarşılanmasına 68,4 milyon manat vəsait ayrılacaq

NESR: Müasir texnologiyaların tətbiqi ilə Azərbaycanın quruda yerləşən yataqlarından səmərəli istifadə edilə bilər VİDEO

NESR: Müasir texnologiyaların tətbiqi ilə Azərbaycanın quruda yerləşən yataqlarından səmərəli istifadə edilə bilər VİDEO

Qvardiola ABŞ millisinin baş məşqçi postuna əsas hədəfdir

Nazir müavini: Növbəti ilin büdcəsi investisiya yönümlülüdür

Nazir müavini: Gələn ilin büdcəsində qeyri-neft ÜDM-in 4,4%-lik real artımı əsas götürülüb

Qlobal bazarlarda süni intellekt şirkətlərinin səhmlərinə maraq kəskin artıb

COP31 Azərbaycanın beynəlxalq nüfuzunu və Türkiyə ilə strateji müttəfiqliyini bir daha nümayiş etdirir - ŞƏRH

Ötən ay qeyri-neft sektoru üzrə ixrac 414 milyon dolları ötüb

İqtisadiyyat naziri Hindistan şirkətlərinin rəhbərləri ilə mümkün birgə layihələri müzakirə edib

Oktyabrda qlobal miqyasda elektrikli avtomobil satışları 2,09 milyona çatıb

Deputat: Konstitusiyamız müstəqil dövlətçiliyimizin hüquqi təməlini, milli iradəmizin əsasını təşkil edir

AQTA sədrinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Özbəkistanın birinci xanımı Antalyada mühüm ekoloji təşəbbüslər irəli sürüb

Qızılın qiyməti 4000 dollar həddindən aşağıdadır

Milli Kitabxanada Konstitusiya Gününə həsr olunmuş virtual və ənənəvi kitab sərgisi açılıb

Neft qiymətləri son iki ayın minimumuna enib

Zabratda qanunsuz fəaliyyət göstərən ət emalı müəssisəsinin fəaliyyəti dayandırılıb

Xankəndidən səslənən Zəfər mesajı Azərbaycanın suveren iradəsinin təntənəsidir - ŞƏRH

“Xilasedici”nin baş məşqçisi: Qarşımızda yeni hədəflər var

İrakli Kobaxidze: Cənubi Qafqaz regionu Avropanı Şərqlə birləşdirən yeganə yoldur

Sankt-Peterburqda avtomobilin partlaması nəticəsində hərbi qulluqçu ölüb

Ötən gün 47 cinayətin açılması təmin olunub

Zərgərlik məmulatlarının əyarlanması və damğalanması ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

Şahin Əliyev: Dövlət idarəçiliyində süni intellekt texnologiyalarından istifadə imkanlarının artırılması diqqət mərkəzindədir

Yaxın Şərqdə müharibənin Körfəz ölkələrinə vurduğu maddi zərər 200 milyard dolları ötüb

Alimlər süd vəzi xərçəngini erkən aşkarlayan qan testi hazırlayıblar

Cevdet Yılmaz: Azərbaycan-Türkiyə qardaşlığının qarşısında heç bir qüvvə dayana bilməz

Azərbaycanlı alim Səmərqənd Dövlət Universitetində mühazirə oxuyub

Uitkoff və Kuşner danışıqlar aparmaq üçün Moskvaya gəliblər

Fermer: Birgə mübarizə tədbirləri zərərvericinin yayılmasının qarşısının alınmasına böyük töhfə verəcək

Avropa Kuboku: “Gəncə” Türkiyə klubu ilə qarşılaşacaq

Teymur Musayev: Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib

Kommersiya qurumlarının sayı 6,4 faiz artıb

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb

Qətər: Hörmüz boğazında böhranın qlobal iqtisadiyyata təsiri getdikcə ağırlaşır

Xankəndidə payızın rəngləri - şəhərin gündəlik həyatından FOTOREPORTAJ

Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb

Azərbaycan Universitetində Xaqani Şirvaninin 900 illik yubileyi qeyd olunub

GDU-da “Uşaq hüquqları” mövzusunda tədbir təşkil olunub

“VIVANT” serialı ilə əməkdaşlıq Azərbaycanın Yaponiya bazarında tanıdılmasına yeni imkanlar yaradır

Millətlər Liqası: Türkiyə Belçika ilə qarşılaşır

ADAU-da Konstitusiyanın dövlətçilik tariximizdəki rolu və əhəmiyyəti vurğulanıb

Birjalarda qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycan neftinin qiyməti 100 dolları ötüb VİDEO

Azərbaycan neftinin qiyməti 100 dolları ötüb VİDEO

Şəmkirdə avtomobil yol kənarına yuvarlanıb, sürücü və sərnişin ölüb

Bu gün Dünya Keyfiyyət Günüdür

“Xilasedici” CEV Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib

Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış

Mütərəqqi dəyərlərə söykənən Azərbaycan Konstitusiyası

Hazırda Bakının hansı yollarında sıxlıq müşahidə edilir?

Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib

Bu gün Konstitusiya Günüdür

“Anthropic” bəzi ölkələrdə xidmətlərindən istifadəyə məhdudiyyət qoyub

“Nvidia” səhmləri baş direktorun mümkün istefası xəbəri fonunda 8,6 faiz ucuzlaşıb

ABŞ və Çin Rusiya ilə üçtərəfli danışıqların keçirilməsini vacib hesab edirlər

Litvada enerji şirkətlərinin fövqəladə mənfəətinə vergi tətbiq ediləcək

Kiyev ballistik raketlərlə vurulub

WSJ: Tramp Vensin İranla dialoqu bərpa etmək cəhdlərinə etiraz etməyib

“Fox News”: Ağ Ev nazirlərin ictimai bəyanatlarına nəzarəti yumşaldacaq

Rusiyada hasil edilən nadir mavi almazın bir karatının qiyməti 1 milyon dolları ötə bilər

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər

Aİ-nin gömrük rüsumu Macarıstan istehlakçılarını Asiya onlayn mağazalarından uzaqlaşdırır

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib

Fikrət Sadıxovun “Diplomat olmaq asandırmı?” kitabı işıq üzü görüb

ABŞ Rusiyadan Avropa ilə təhlükəsizlik sazişinə dair yeni təklif istəyib

Ermənistan borcunu ödədikdən sonra KTMT-də tamhüquqlu iştirakını bərpa edə bilər

Şavkat Mirziyoyev: Özbəkistan iqlim dəyişmələri ilə mübarizə səylərinə qətiyyətlə sadiqdir

Azərbaycan şahmatçısı fenomenal nəticə ilə Avropa çempionu olub

Almaniya hökuməti strateji qaz ehtiyatının yaradılması barədə qərar qəbul edib

Dmitri Nataluxa: Ukrayna yeni aktivlərin əldə edilməsi ilə bağlı Azərbaycanın biznes nümayəndələri ilə danışıqlar aparır - EKSKLÜZİV VİDEO

Dmitri Nataluxa: Ukrayna yeni aktivlərin əldə edilməsi ilə bağlı Azərbaycanın biznes nümayəndələri ilə danışıqlar aparır - EKSKLÜZİV VİDEO

Xudatda avtomobil yanaraq yararsız hala düşüb

Tallində “Ad günü şamları” sənədli filminin dünya premyerası olub

Medina Tuqanova: Türkiyəli dinləyicilər Azərbaycan musiqisini çox sevirlər

Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib

Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib

Dövlət Komitəsi: İrəvan Göy məscidinin mərasim zalına erməni şairin adının verilməsi sülh səylərinə qarşı təxribatdır

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

Bu saata olan əsas xəbərlər

UNEC-in yeni rəsmi saytı təqdim olunub