DOST modeli Moldovada tətbiq ediləcək
Bakı, 31 avqust, AZƏRTAC
Azərbaycanın “DOST” mərkəzləri modeli (konsepsiyası) Moldova Respublikasında tətbiq ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə DOST Agentliyinin İdarə Heyətinin iclasında bildirilib.
Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədovun sədrliyi ilə keçən iclasda qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyi arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq bu məqsədlə işçi qrup da yaradılıb. DOST Agentliyi ilə Moldovanın sosial təminat üzrə məsul qurumu olan Milli Sosial Sığorta Kassası arasında təcrübə mübadiləsi çərçivəsində indiyədək onlayn formatda işçi qrupunun daxilində, həmçinin Moldova nümayəndələrinin iştirakı ilə bir neçə görüş keçirildiyi qeyd olunub.
Agentliyin Hüquq departamentinin müdiri Azər Rəhimov “DOST” mərkəzləri modelinin (konsepsiyasının) Moldova Respublikasında tətbiq edilməsi üçün yaradılan işçi qrupunun fəaliyyəti barədə hesabatla çıxış edib.
Qeyd olunub ki, Moldova tərəfindən təqdim edilmiş 85 adda Milli Kassaya aid xidmətlərin təhlil edilməsi istiqamətində intensiv iş aparılır. Hazırda işçi qrup tərəfindən razılaşdırılmış əsas istiqamətlər üzrə konsepsiya sənədinin formalaşdırılması davam edir və yekun sənədin noyabr ayına qədər təqdim edilməsi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.11.2026 [14:29]
Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb
- 14.11.2026 [14:09]
QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək
- 14.11.2026 [13:48]
Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb
- 14.11.2026 [12:13]
Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb
- 13.11.2026 [23:47]
Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”
- 13.11.2026 [23:37]
Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq
- 13.11.2026 [23:15]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [22:14]
DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib
- 13.11.2026 [22:12]
Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir
- 13.11.2026 [21:59]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:56]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:43]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:23]
Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir
- 13.11.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 13.11.2026 [20:00]
Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub
- 13.11.2026 [19:24]
Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
- 13.11.2026 [19:07]
Səadət Yusifova: Qazaxıstanla mədəni əlaqələrimiz uğurla inkişaf etdirilir
- 13.11.2026 [18:41]
Hərbi İdarəetmə İnstitutunun kurs iştirakçıları AzTU-da infoturda olublar
- 13.11.2026 [18:38]