Azərbaycan Dövlət İnformasiya Agentliyi

Distant təhsilin üstünlükləri

Bakı, 12 noyabr, AZƏRTAC

2020-ci ilin fevralından ölkəmizdə koronavirus (COVID -19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Dövlətimiz virusa qarşı səmərəli, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi sahəsində həm dünyada mövcud olan ən qabaqlayıcı təcrübələrdən istifadə edib, həm də öz nümunəvi təcrübəsini yaradıb. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə martın 3-dən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı və Təhsil Nazirliyinin müvafiq əmri ilə ölkənin bütün təhsil müəssisələrində təlim və tədris prosesi dayandırılıb. Eyni zamanda, şagirdlərin təhsildən kənar qalmaması üçün Təhsil Nazirliyi tərəfindən distant təhsilin tətbiqinə başlanılıb. İlk olaraq martın 11-dən “Mədəniyyət” telekanalında “Teledərslər” layihəsinə start verilib. Pandemiya dövründə teledərslər məktəbəhazırlıq qrupları da daxil olmaqla I-XI siniflərdə tədris olunan fənlər üzrə məzmun standartlarının çatdırılmasında şagirdlərə ən yaxın bələdçi olub. Bununla yanaşı, 2020-ci il aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsinin tətbiqinə başlanılıb. Layihə “Microsoft Teams” proqramı üzərindən fəaliyyət göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakıdakı 120 nömrəli tam orta məktəbin direktoru Kamran İsalı söyləyib. O bildirib ki, 120 nömrəli məktəbin pedaqoji kollektivi də distant dərslərin təşkili məqsədilə “Virtual məktəb” layihəsinə fəal qoşulmaq üçün şagird və valideynlərlə bir sıra tədbirlər həyata keçirib. Pandemiya dövründə istər telefon, istər digər sosial proqramlar vasitəsilə şagird və valideynlər layihə ilə tanış edilib. Layihə ilk dəfə tətbiq olunduğu üçün məktəb tərəfindən valideyn və şagirdlərlə davamlı maarifləndirmə işləri aparılıb, ehtiyac yarandıqda müvafiq texniki kömək göstərilib. “Virtual məktəb” layihəsinin tətbiqi həm pandemiya dövründə şagirdlərin təhsildən kənar qalmamasına, həm də distant təhsilin ölkəmizdə əhatə dairəsinin genişlənməsi ilə bu istiqamətdə istər pedaqoji kadrların, istərsə də gənc nəslin məsafədən öyrətmə və öyrənmə təcrübəsinin formalaşdırmasına xidmət edir. Belə ki, layihə ölkəmizdə şagirdlərin mütləq əksəriyyətinin, eyni zamanda, müəllimlərin internet resurslarından daha geniş miqyasda istifadə etməsinə zəmin yaratmış oldu. Buna nümunə olaraq qeyd edə bilərik ki, artıq fəaliyyət göstərdiyimiz 120 nömrəli məktəbdə şagird və müəllim heyətinin yüz faizi “Virtual məktəb” platformasında qeydiyyatdan keçərək şəxsi elektron poçt hesabı ilə təmin olunub. Nəticədə hazırda şagird-müəllim, şagird-şagird, müəllim-valideyn, müəllim-müəllim arasında olan kommunikasiya qənaətbəxş səviyyədədir. “Virtual məktəb” platformasında mövcud texniki imkanlardan istifadə edərək məktəb rəhbərliyi tədris olunan dərslərə nəzarəti həyata keçirə bilir. Eyni zamanda, valideyn övladının dərslərini izləyə bilir. Dərslərdə iştirakına nəzarət edə bilir. Beləliklə, sistem dərsdinləməni mümkün edərək tədrisin keyfiyyətinə birbaşa onlayn nəzarəti həyata keçirmə imkanı yaradır. Bu platformada məktəbin fəaliyyətinin tənzimlənməsi üçün vacib olan bir sıra statistik məlumatların da əldə olunması mümkündür. Məktəb olaraq hər gün dərslərə qoşula bilən şagirdlərin statistik təhlilini aparırıq. Şagirdlərin davamiyyət göstəriciləri, distant dərslərə qoşulma səviyyələri uyğun olaraq müvafiq iclaslarda müzakirə olunur.

“Virtual məktəb” platformasında distant təhsilin üstünlüklərindən biri də təhsilalanların zəruri proqram materiallarını, onlar üçün uyğun olan vaxtda və məkanda əldə edə bilmələridir. Belə ki, distant dərslər müvafiq dərs cədvəllərinə əsasən tədris olunan zaman dərsin videoyazısı qeydə alınır və elektron yaddaşda saxlanılır. Bu funksiya təhsilalanlar üçün ehtiyac yarananda ötən dərsi yenidən dinləmək və ya qoşula bilmədiyi dərslərə onun üçün uyğun vaxtda qoşularaq həmin dərsləri dinləmək imkanı yaradır.

“Platformada şagirdlərin qiymətləndirməsini həyata keçirmək və nailiyyətlərin izlənilməsi üçün də kifayət qədər imkanlar mövcuddur. Müəllimlər müvafiq funksiyalardan istifadə edərək şagirdlərə ev tapşırıqları, açıq və ya qapalı test tapşırıqları təqdim edə bilir. Bu zaman şagirdlərin nəticələrinin təhlili üçün qrafik təsvirlərdən də istifadə etmək mümkündür. Platforma üzərindən dərslərin tədrisi ilə yanaşı, məktəbin fəaliyyətinin qurulması ilə bağlı müzakirələrin reallaşdırıla bilməsi də ayrıca əhəmiyyət daşıyır. Nümunə üçün qeyd etmək olar ki, fəaliyyət göstərdiyimiz 120 nömrəli məktəbdə pedaqoji şura, valideyn iclasları və digər müşavirələr distant qaydada həyata keçirilir. Bütün bunlarla yanaşı, şagirdlərin dərsdənkənar fəaliyyətinin də distant təşkili istiqamətində işlər aparılır. Buna sinif təşkilat saatları, əlamətdar günlərin qeyd olunması kimi tədbirləri misal göstərmək olar. Bütövlükdə qeyd olunan bu fəaliyyət istiqamətləri pandemiya dövründə distant dərslərin nə qədər vacib əhəmiyyətə malik olduğunu göstərir. Eyni zamanda, distant təhsil üzrə yaranmış bu təcrübə və imkanlar təkcə pandemiya dövründə deyil, gələcəkdə də təhsil müəssisələrinin fəaliyyətinin səmərəli qurulmasına, məkan və zaman amillərinin optimal istifadəsində böyük rol oynayacaq. Yəni distant və əyani fəaliyyətin vəhdəti həm təhsilalanların həm də təhsilverənlərin fəaliyyətinə müsbət təsir göstərəcək”, - deyə məktəb direktoru bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rubio: Ukraynada sülh Moskva və Kiyev arasında razılaşmadan asılıdır

“Forbes”: “Nvidia” rəhbəri bir gündə 7,4 milyard dollar itirib

Rubio: ABŞ ideyalar irəli sürür, amma Ukrayna məsələsində uğura zəmanət verə bilməz

ABŞ və İran uranın zənginləşdirilməsi səviyyəsinin azaldılması barədə razılığa gələ bilərlər

Aİ Ukraynadakı hərbi missiyasının mandatını 2028-ci ilədək uzadıb

Cüdoçularımız Yaponiyada beynəlxalq təlimlərə qatılıblar

Şuşada bayram konserti və atəşfəşanlıq olub

COP31-in ilk günündə qida təhlükəsizliyi, kənd təsərrüfatı və iqlim dəyişikliyinin sağlamlığa təsiri müzakirə olunub

İzmirdə baş verən partlayışda ölənlərin sayı 16 nəfərə çatıb

Üçrəngli bayrağımız milli kimliyimizin, dövlətçilik tariximizin və milli birliyimizin rəmzidir

Bolnisidə Zəfər Günü və Azərbaycan Bayrağı Gününə həsr olunmuş tədbir təşkil edilib

Dakar-2026: Boksçumuz yarımfinala yüksəlib

Cüdo üzrə U-17 Bakı şəhər birinciliyinə start verilib

Qarsda Zəfər yürüşü təşkil edilib

Azərbaycanın iki cüdo hakimi beynəlxalq “B” kateqoriyası qazanıb

Dövlət Bayrağı Günü tarixi yaddaş, milli suverenlik və dövlətçilik ideologiyasının təntənəsidir

Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

Hikmət Babaoğlu: Biz gənc nəsli Zəfər ruhunda yetişdirməliyik

Bayrağımızın ucalığı dövlətimizin qüdrətindən qaynaqlanır - ŞƏRH

Nadir Azəri: Azərbaycan bayrağı xalqımızın azadlıq mübarizəsinin, tarixi yaddaşının, milli kimliyinin və gələcəyə olan inamının ifadəsidir

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında paylaşım edib VİDEO

İsveçdə yanacağın və ictimai nəqliyyatın qiymətlərinin artacağı gözlənilir

Ülviyyə Axundova: Qələbənin mahiyyətinin və dəyərinin gənclərə aşılanması mühüm vəzifələrdəndir

Folklor İnstitutunun direktoru: Xankəndidən xalqa ünvanlanan təbrik Zəfər tariximizin siyasi, mənəvi və ideoloji məzmununu bir daha nümayiş etdirir

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus “Starlink” peyk rabitə bloklayıcısına zərbələr endirib

“Azərsun Holdinq” COP31-də: Dayanıqlı gələcək naminə milli dəyərlərimizi dünyaya təqdim edirik

Anar Əsgərov: İşğaldan azad olunmuş ərazilərə yeni gənclik ruhu qayıdıb

Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər VİDEO

Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər VİDEO

Eka Tkeşelaşvili: Azərbaycanın iqlim sahəsində təcrübəsi bir çox ölkədə maraq doğurur

2026-cı il tarixdə ən isti dörd ildən biri olacaq

COP31 iştirakçılarına Azərbaycanın su təhlükəsizliyi sahəsində təcrübəsi barədə məlumat verilib

“İMZA” İctimai Birliyi tərəfindən Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Dövlət Bayrağı Günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib

Vyanada Zəfər Günü qeyd olunub

Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası

Zəfər qürurunu əks etdirən konsert

Türkiyənin ev sahibliyi etdiyi COP31-də Azərbaycan pavilyonu: “Dialoq Dəhlizi”

Üçrəngli bayrağımız – milli dövlətçilik tariximizin və müstəqillik idealımızın təcəssümü

Türk ekspert: Azərbaycan Qələbəni sülhə, sülhü isə inkişafa çevirən ölkə nümunəsi kimi beynəlxalq nüfuzunu artırır

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır VİDEO

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır VİDEO

Müstəqilliyimizin və milli qürurumuzun əbədi rəmzi – FOTO

Xankəndidə “Zəfər nəsli” adlı gənclər düşərgəsi açılıb VİDEO

Xankəndidə “Zəfər nəsli” adlı gənclər düşərgəsi açılıb VİDEO

Oman Sultanlığında Zəfər Günü qeyd edilib

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

Deputat: Azərbaycanın dövlətçilik tarixində Dövlət Bayrağının xüsusi yeri var

Xankəndidə səslənən tarixi mesajlar gələcək inkişafın və sülhün aydın strategiyasıdır - ŞƏRH

Qaxın ucqar kəndlərinə qar yağıb VİDEO

Qaxın ucqar kəndlərinə qar yağıb VİDEO

Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır

Qarabağ səmasında dalğalanan müqəddəs bayrağımız FOTOREPORTAJ VİDEO

Qarabağ səmasında dalğalanan müqəddəs bayrağımız FOTOREPORTAJ VİDEO

Tbilisidə Cənubi Qafqazda sülh və əməkdaşlıq məsələləri müzakirə edilib

Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

Bu gün Dövlət Bayrağımızın ölkəmizin bütün ərazisində dalğalanması tarixi mübarizənin və dövlətçilik iradəsinin nəticəsidir – ŞƏRH

Zəfər Qurbanov: Üçrəngli bayrağımız milli qürurumuzun və dövlət müstəqilliyimizin rəmzidir

Bayrağımız qürurumuzdur, müstəqilliyimizin və birliyimizin rəmzidir

“Zəfər yalnız keçmişə bağlı qürur mənbəyi deyil, həm də gələcək qarşısında məsuliyyətdir” – Bəyanat

Dohada Zəfər Günü qeyd olunub

Üçrəngli bayrağımız milli birliyimizin, dövlətçilik iradəmizin və qürurumuzun ifadəsidir - ŞƏRH

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Muxtar Babayev: COP-31 həm də Azərbaycanda qəbul olunan qərarların icrası baxımından əhəmiyyət kəsb edir

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO

SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

Dünya bazarında neftin qiyməti ABŞ-İran danışıqlarının nəticəsindən asılı olacaq – TƏHLİL

Zəfər Günü Tallində qeyd olunub

Fransada siyasi qüvvələr arasında gərginlik - Emmanuel Makronun təşəbbüsü etirazla qarşılanıb

Gənclər Kitabxanasında Dövlət Bayrağı Gününə həsr olunmuş süni intellektəsaslı təqdimat hazırlanıb

Dövlət Bayrağımız Azərbaycanın milli qürurunun və müstəqillik iradəsinin rəmzidir - ŞƏRH

Azərbaycançılıq məfkurəsi və gələcəyə baxış - ŞƏRH

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı olan iki qardaş ölkədir

Naxçıvanda zəncirvari qəza olub, 1 nəfər xəsarət alıb

Mərdəkan şosesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Politoloq: İndi bayrağımıza fəxrlə baxa bilirik

Odessaya hava zərbəsi endirilib, 3 nəfər həlak olub

Brüsseldə Zəfərdən danışılıb

Alişer Salomov: Ekologiya sərhəd tanımır, dövlətlərin birgə addımlarına ehtiyac var

Əməkdar artist: Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur mənbəyidir

Dakar-2026: Azərbaycan çimərlik güləşi üzrə komanda hesabında birinci olub

Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Moldovada Zəfər və Dövlət Bayrağı günləri silsilə tədbirlərlə qeyd olunub

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir – ŞƏRH

Sergey Şoyqu: Cənubi Qafqazda vəziyyət yaxşılaşır

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bu günü VİDEO

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bu günü VİDEO

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Fransada Emmanuel Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur

Zəfər və Dövlət Bayrağı günləri Barselonada qeyd olunub

Sabah hava əsasən yağmursuz keçəcək

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 noyabr

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

İmişlidə yol qəzası olub, ölənlər var

Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir

İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə

Qazaxıstan Trans-Xəzər marşrutu ilə yükdaşımaların həcmini artırır

Şuşa ağ örpəyə bürünüb – FOTOLAR

BDYPİ xəbərdarlıq edir: Bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb