Dezinfeksiya məntəqələri açılacaqdır
Bakı, 1 mart (AZƏRTAC). Ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərin azaldılması məqsədi ilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) Balaxanı məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunu tərk edən bütün maşınların dezinfeksiyanı və yuyulmasını təmin edən məntəqələrin tikilməsini planlaşdırır.
ASC-dən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 74 saylı qərarın 6.4-cü maddəsinə əsasən məişət tullantılarının boşaldığı yerdə avtomaşınların yuyulması və dezinfeksiyası üçün məntəqə olmalıdır. Artıq layihə ilə bağlı texniki-iqtisadi əsaslandırma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləri hazırlanmışdır.
Hazırda Balaxanı poliqonunun Almaniyanın “Christ” şirkətinin yuma avadanlıqları ilə təchiz edilməsi prosesi gedir. Layihəyə əsasən müasir standartlara cavab verən 4 dezinfeksiya məntəqəsi gün ərzində 400-dən çox maşına xidmət göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [15:50]
Sabah hava əsasən yağmursuz olacaq - PROQNOZ
- 13.11.2026 [15:16]
Həftəsonu hava necə olacaq?- AÇIQLAMA VİDEO
- 12.11.2026 [17:41]
Nigar Arpadarai: Azərbaycan nümayəndə heyəti COP31-ə töhfə verməyə çalışır
- 12.11.2026 [16:41]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 12.11.2026 [15:53]