Daşqınlar artacaqdır
Bakı, 14 noyabr (AZƏRTAC). Ümumdünya Bankında belə hesab edirlər ki, iqlim dəyişiklikləri Cənub-Şərqi Asiyada ekstremal hava şəraitinə və daşqınlara səbəb olacaqdır.
Ümumdünya Bankının iqlim dəyişiklikləri məsələləri üzrə xüsusi nümayəndəsi Endrü Stir Hanoya (Vyetnam) səfəri zamanı demişdir ki, artıq bu gün regionda getdikcə daha güclü və aramsız yağışlar yağır, çox tez-tez daşqınlar olur, ekstremal hava şəraiti yaranır, havanın temperaturu yüksəlir. Buna səbəb qlobal iqlim dəyişiklikləri prosesidir. Stirin sözlərinə görə, gələcəkdə vəziyyət daha da ağırlaşacaqdır.
İqlim dəyişikliklərini “ətraf mühitin vəziyyətinin ən təxirəsalınmaz problemi” adlandıran BMT mütəxəssisləri bu fikirdə onunla həmrəydirlər.
Bir neçə fakt göstərək. Tailandda bir neçə ay davam edən yağışlar nəticəsində son yarım əsrdə görünməmiş güclü daşqın artıq 500 nəfərin məhvinə səbəb olmuş, ölkədə milyonlarla evi dağıtmışdır. Zərərçəkənlərin sayı yüz minlərlədir. İqtisadi itkilər bir neçə milyard dollara çatmışdır və artmaqda davam edir.
Qonşu Kambocada 2000-ci ildən bəri azı 247 adam güclü daşqınların qurbanı olmuşdur. Vyetnamda yüzdən çox adam suda həlak olmuşdur: qurbanların çoxu ölkənin cənubunda, Mekonq çayı deltasında yaşayırdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.11.2026 [14:35]
COP31-də qurulan Tropikal Kəpənək Bağçası xüsusi diqqət çəkir
- 10.11.2026 [12:34]
Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək VİDEO
- 10.11.2026 [11:18]
COP31-in ikinci günü enerji və infrastruktura həsr olunub
- 09.11.2026 [21:41]
Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
İzmirdə baş verən partlayışda ölənlərin sayı 16 nəfərə çatıb
- 09.11.2026 [22:50]
Dakar-2026: Boksçumuz yarımfinala yüksəlib
- 09.11.2026 [22:18]
Cüdo üzrə U-17 Bakı şəhər birinciliyinə start verilib
- 09.11.2026 [22:13]
Qarsda Zəfər yürüşü təşkil edilib
- 09.11.2026 [22:10]
Azərbaycanın iki cüdo hakimi beynəlxalq “B” kateqoriyası qazanıb
- 09.11.2026 [22:09]
Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
- 09.11.2026 [21:41]
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb
- 09.11.2026 [20:21]
Hikmət Babaoğlu: Biz gənc nəsli Zəfər ruhunda yetişdirməliyik
- 09.11.2026 [19:55]
Bayrağımızın ucalığı dövlətimizin qüdrətindən qaynaqlanır - ŞƏRH
- 09.11.2026 [19:43]
İsveçdə yanacağın və ictimai nəqliyyatın qiymətlərinin artacağı gözlənilir
- 09.11.2026 [19:23]
Anar Əsgərov: İşğaldan azad olunmuş ərazilərə yeni gənclik ruhu qayıdıb
- 09.11.2026 [18:41]
2026-cı il tarixdə ən isti dörd ildən biri olacaq
- 09.11.2026 [18:23]
“İMZA” İctimai Birliyi tərəfindən Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
- 09.11.2026 [18:07]
Dövlət Bayrağı Günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib
- 09.11.2026 [17:56]
Vyanada Zəfər Günü qeyd olunub
- 09.11.2026 [17:49]
Zəfər qürurunu əks etdirən konsert
- 09.11.2026 [17:43]