Dağlarda yanğın baş vermişdir
Şamaxı, 27 avqust (AZƏRTAC). Avqustun 26-da səhər saat 11 radələrində Şamaxı rayonunun Ağsu rayonu ilə həmsərhəd olan cənub dağlıq ərazisində yanğın hadisəsi baş vermişdir. Şamaxının Mədrəsə və Kərkənc inzibati ərazi dairələrinin Qaranohur adlanan dağlıq ərazisində yanğın daha şiddətli olmaqla xeyli əraziyə yayılmışdır.Yanğının yaxınlıqdakı yaşayış məntəqələrinə, fermalara, Şamaxı ərazisindəki və Ağsu dolaylarındakı meşələrə ciddi təhlükə törədəcəyi nəzərə alınaraq hadisə yerinə Şamaxı, Ağsu və İsmayıllı rayon yanğından mühafizə hissələrinin avtomaşınları və 100 nəfərdən çox əməkdaşı, habelə Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin 2 helikopteri cəlb edilmişdir. İki ayrı-ayrı ərazidə baş verən yanğınla mübarizə axşam saat 21.30-dək davam etmişdir.
Yanğin dağlıq ərazidə baş verdiyindən alovla mübarizədə əsasən əl əməyindən və helikopterlərin köməyindən istifadə olunmuşdur. Hadisə zamanı quru ot, kol-kos və xirda ağaclıqlar olan 30 hektar ərazi yanmışdir.
Avqustun 27-də səhər tezdən yanğınsöndürənlərin və helikopterlərin köməyi ilə ərazidəki xirda yanğın ocaqlarının məhdudlaşdırılması, yanan ağac kötüklərinin tam söndürülməsi istiqamətində işlər davam etdirilmişdir.
Hadisənin baş vermə səbəbləri ilə əlaqədar araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [15:50]
Sabah hava əsasən yağmursuz olacaq - PROQNOZ
- 13.11.2026 [15:16]
Həftəsonu hava necə olacaq?- AÇIQLAMA VİDEO
- 12.11.2026 [17:41]
Nigar Arpadarai: Azərbaycan nümayəndə heyəti COP31-ə töhfə verməyə çalışır
- 12.11.2026 [16:41]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 12.11.2026 [15:53]