CƏLİLABADIN KÜÇƏLƏRİ ASFALTLAŞDIRILIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Cəlilabad rayonunda küçə və meydanların asfaltlaşdırılmasına başlanmışdır.
Şəhərin 28 May, Şəhriyar, 8 Mart, N.Nərimanov və Ərdəbil küçələrinə 6000 kvadratmetr asfalt döşənmişdir.
Rayonun kənd yolları da əsaslı təmir olunur. Göytəpə-Kolanlı, Qarazəncirli-Əliqasımlı, Cəlilabad-Sərhədabad, Əliqasımlı-Üçtəpə yollarının 68 kilometrinə asfalt çəkilmişdir.