Cəbhədə atəşkəs 64 dəfə pozulub
Bakı, 1 fevral, AZƏRTAC
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 64 dəfə pozub.
Ermənistan Respublikasının İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Voskepar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağdam və Əlibəyli kəndlərində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Şuraabad, Baş Qərvənd, Sarıcalı, Cəvahirli, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.11.2026 [11:32]
Azərbaycan Ordusunda daşqaldırma üzrə birincilik keçirilib
- 21.11.2026 [10:09]
NATO-nun nümayəndə heyəti Müdafiə Nazirliyində olub
- 20.11.2026 [12:27]
Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında ekspert görüşü keçirilib
- 19.11.2026 [18:52]
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Peruda güclü zəlzələ baş verib
- [07:09]