Bu saata olan əsas xəbərlər
AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 22 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyev Orxan Məmmədovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq.
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan ölkəmizə ekstradisiya ediləcək.
Hesablama Palatasına 1000-dən çox dövlət qurumu hesabat təqdim edib.
Bakıda keçiriləcək U-15 dünya çempionatının oyunlarını 81 hakim idarə edəcək.
Gürcüstanda Azərbaycana qarşı təxribatla məşğul olan jurnalist həbs edilib.
Paşinyan Azərbaycanla sülh sazişinin 2027-2028-ci illərdə imzalanacağı qənaətindədir.
Daha 176 keçmiş məcburi köçkün doğma yurda qovuşub.
Parisdə nümayişlərin qadağan olunması fonunda təqribən 10 metro stansiyası bağlanıb.
Yunanıstanda Qərbi Nil virusuna yoluxan 49 nəfər ölüb.
“Filtrsiz”in yeni buraxılışı: Gündəlik ünsiyyət və etiket qaydaları.
Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər təəssüratlarını AZƏRTAC-la bölüşüblər.
Azərbaycan ICOMOS-un 23-cü Baş Assambleyasına ev sahibliyi edəcək.
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub.
Azərbaycan, Türkiyə və ABŞ biznes əməkdaşlığını genişləndirməyi hədəfləyir.
İyirmi beş il əvvəl törədilmiş qətlin üstü açılıb.
Azərbaycanlı alim Oksford Universitetinin mükafatına layiq görülüb.
Çində 6,7 bal gücündə zəlzələ olub.
Azərbaycan və Özbəkistanın ev sahibliyi edəcəyi U-20 dünya çempionatının tarixi açıqlanıb.