BORİSPOL HAVA LİMANINDA QARŞILANMA
Azərbaycan Respublikasının və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş Borispol beynəlxalq hava limanında Prezident İlham Əliyevi Ukraynanın Baş naziri Viktor Yanukoviç, xarici işlər naziri Konstantin Qrişşenko, Kiyev şəhər şurasının sədri Aleksandr Omelçenko, Azərbaycanın bu ölkədəki səfiri Tələt Əliyev, Ukraynanın Bakıdakı səfiri Boris Aleksenko və digər rəsmi şəxslər mehribanlıqla qarşıladılar.
Milli geyimli qızlar dövlətimizin başçısına duz-çörək təqdim etdilər. Prezident İlham Əliyevin xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.
Azərbaycan Prezidenti İlham Əliyev hava limanından maşın karvanının müşayiəti ilə Kiyevə, onun üçün ayrılmış iqamətgaha yola düşdü.