Birləşmiş Ştatların neft hasilatı azalıb
Bakı, 24 sentyabr, AZƏRTAC
ABŞ-ın gündəlik xam neft istehsalı azalır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft hasilatı 253 min barrel azalaraq gündəlik orta hesabla 11,1 milyon barrel olub.
Bu il fevralın 22-28-ni əhatə edən həftədə isə ABŞ-ın neft hasilatı gündəlik orta hesabla 13,1 milyon barrelə çataraq rekord səviyyəyə yüksəlmişdi.
Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 160 min barrel artaraq sutkada 5,16 milyon barrel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 427 min barrel çoxalaraq gündəlik 3 milyon barrel təşkil edib.
EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik 11,4 milyon barrel, gələn il isə 11,1 milyon barrel olacağı gözlənilir.
Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.11.2026 [20:05]
Avropanın təhlükəsizliyi üçün birgə addım: Fransa və İsveçdən hava təlimi
- 20.11.2026 [19:15]
Böyük Britaniya və Aİ arasında yeni razılaşma əldə olunub
- 20.11.2026 [18:58]
Şahzadə Harri övladlarının Böyük Britaniyadakı yeni həyatından danışıb
- 20.11.2026 [17:42]
Fransada COVID-19-un yayılması sürətlənir
- 20.11.2026 [17:28]
“Anthropic” səhmlərində kəskin satış dalğası davam edir
- 20.11.2026 [15:56]
COP31-də Afrikada su təhlükəsizliyinə diqqət çəkilib
- 20.11.2026 [15:13]