Bərdədə yeni meşələr salınır
Bərdə, 25 mart (AZƏRTAC). Bərdə rayonunda meşələrin mühafizəsi və bərpası, yeni meşələrin salınması daim diqqət mərkəzində saxlanılır.
Bərdə rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC-a bildirmişlər ki, bu ilin əvvəlindən 30 hektar sahədə akasiya, iydə və tut cinslərindən ibarət yeni meşələr salınmış, 3 hektarda mexaniki xidmət göstərilmişdir. Kökləndirmək üçün 0,5 hektar sahədə müxtəlif cinslərdən 20 min ədəd qələm basdırılmış, 0,5 hektar sahədə şam və sərv ağaclarından ibarət böyütmə sahəsi (20 min ədəd) yaradılmış, 1,70 hektar sahədə tinglik səpilmişdir.
İlin axırınadək 90 hektar sahədə yeni meşələrin salınması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.11.2026 [14:35]
COP31-də qurulan Tropikal Kəpənək Bağçası xüsusi diqqət çəkir VİDEO
- 10.11.2026 [12:34]
Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək VİDEO
- 10.11.2026 [11:18]
COP31-in ikinci günü enerji və infrastruktura həsr olunub
- 09.11.2026 [21:41]
Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub