Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKIDA SİYASİ MƏSLƏHƏTLƏŞMƏLƏR

Avqustun 23-də Azərbaycan Prezidenti Heydər Əliyevlə həmin gün Bakıya gəlmiş ATƏM-in Dağlıq Qarabağa dair Minsk qrupunun sədri Yan Eliassonun görüşündə Ermənistan-Azərbaycan münaqişəsini aradan qaldırmaq məqsədilə siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilmişdir. Tərəflər bu problemin sülh yolu ilə həllinə tərəfdar olduqlarını təsdiqləmişlər.

Azərbaycan dövlətinin başçısı mətbuat üçün verdiyi bəyanatında münaqişə zonasında atəşin dayandırılmasında ATƏM-in, onun Minsk qrupunun və Rusiyanın vasitəçilik səylərini xüsusi vurğulamışdır. Onun fikrincə, münaqişənin başlanmasından bəri ən uzun müddət - üç aydan artıq davam edən atəşkəsə tərəflərin əməl etməsi münaqişə iştirakçılarının və vasitəçilərin şəksiz nailiyyətidir. Qeyd olunmuşdur ki, bilavasitə Qarabağ probleminin həlli üçün ATƏM-in yaratdığı Minsk qrupunun işə başlamasından keçən iki ildən artıq dövr ərzində ilk dəfə olaraq, belə atəşkəs haqqında razılığa gəlinmişdir.

Azərbaycan Prezidenti bunu həm də “münaqişənin aradan qaldırılması prosesində mühüm addım” kimi qiymətləndirir. Heydər Əliyev belə hesab edir ki, bunun ardınca böyük siyasi saziş imzalanmalıdır və o, Ermənistanla Azərbaycan arasında müharibəyə son qoya, iki dövlətin dinc, yanaşı yaşamasını təmin edə bilər. Prezident həmçinin əmindir ki, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi, 1 milyondan artıq qaçqının doğma yerlərinə qayıtması, respublikanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulnazlığının təmin edilməsi, habelə Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə təminat verilməsi və bölgənin statusu ilə bağlı məsələlərin həlli şərti ilə bu, tamamilə mümkündür.

Heydər Əliyev demişdir ki, indi ən başlıcası yaranmış imkanı əldən verməməkdir. Münaqişənin aradan qaldırılmasına münasibətdə ATƏM-in və Rusiyanın mövqelərindəki bəzi fərqlərə gəldikdə isə, dövlət başçısı əmindir ki, “vasitəçilərin mövqelərini yaxşılaşdırmaq o qədər də çətin deyil. Onların bu mövqeləri indi hazırlanmaqda olan birləşdirilmiş sənəddə - böyük siyasi sazişdə əksini tapmalıdır”. Bununla yanaşı, Prezident bir daha bəyan etməyi lazım bilmişdir ki, Azərbaycan Ermənistanın təcavüzünə məruz qalmış zərərçəkən tərəfdir. Həmin təcavüz nəticəsində respublika öz ərazisinin 20 faizə qədərini itirmiş, onun bir milyondan artıq vətəndaşı qaçqın vəziyyətindədir, ölkəyə böyük maddi və mənəvi zərər dəymişdir.

Yan Eliasson münaqişə zonasında atəşin dayandırılmasının və onun rejiminin möhkəmləndirilməsinin mühümlüyü haqqında Prezidentin fikrinə şərik çıxmış və bildirmişdir ki, son vaxtlar ATƏM-in Minsk qrupunun və Rusiyanın da səyləri bu istiqamətə yönəldilmişdir. O demişdir ki, indi problemi qəti həll etmək məqsədilə gələcək birgə fəaliyyətin birləşdirilmiş planını işləyib hazırlamaq mühümdür. Minsk qrupunun sədri ümid etdiyini bildirmişdir ki, hazırda bütün əlaqədar tərəflərin gördüyü tədbirlər böyük siyasi sazişin imzalanmasına və deməli, regionda sülhə gətirib çıxaracaqdır. Bununla yanaşı, o qeyd etmişdir ki, avqustun birinci yarısında Moskvada Azərbaycan və Ermənistan nümayəndələrinin Rusiyanın vasitəçiliyi ilə təşkil olunmuş görüşündə nəzərdən keçirilən sənədin layihəsi ATƏM-in və Rusiyanın birləşdirilmiş planının layihəsi deyildir.

İsveç diplomatı belə hesab edir ki, regionda sülhə nail olmağın mühüm şərti təkcə vasitəçilərin səylərinin birləşdirilməsi deyil, həm də bütün tərəflərin istək, əzm və müdriklik göstərməsi, hazırda bu prosesə əngəl törədən əsas siyasi problemlərin həllinə qadir olmalarıdır. Diplomat həmin problemlər dedikdə, işğal olunmuş ərazilərin azad edilməsini, qaçqınların öz yerlərinə qayıtmasını, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi üçün təminat yaradılmasını və onun statusunun müzakirə olunmasını nəzərdə tutur. Minsk qrupunun sədri demişdir ki, onun fikrincə, bu məsələdə də iki istiqamətdə işləmək - birləşdirici plan üzərində gərgin işi davam etdirmək, digər tərəfdən isə münaqişədə iştirak edən tərəflərin siyasi liderləri ilə dialoqlar vasitəsilə problemin həllinin perspektivlərini axtarmaq lazımdır. Bunlar son nəticədə müvəffəqiyyət qazanılmasına gətirib çıxara bilər. O həmçinin demişdir ki, əgər bu həftənin axırınadək davam edəcək indiki səfəri zamanı həll olunmamış bütün məsələlərin gələcək müzakirəsini sürətləndirə bilərsə, bu mərhələdə özünün missiyasını uğurlu sayar. Diplomat bildirmişdir ki, bundan ötrü Bakı ilə Yerevan arasında səfərlər etməyə hazırdır.

Münaqişənin aradan qaldırılması ilə bağlı siyasi məsələlərin həllinin yolları və metodlarının müzakirəsi bağlı qapı arxasında davam etdirilmişdir.

Siyasi məsləhətləşmələrdə Azərbaycan tərəfdən xarici siyasət məsələləri üzrə dövlət müşaviri Vəfa Quluzadə, xarici işlər naziri Həsən Həsənov iştirak etmişlər.

Aslan Aslanov

AZƏRTAC-ın müxbiri 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qəbələdə Zəfər Gününə həsr olunan tədbirdə qəhrəmanlıq tariximizdən danışılıb

Savalan Mirzəyev: Azərbaycanın Zəfəri regionda sülhün və sabitliyin təminatıdır

Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Naxçıvanda “Sözümüz imzamızdır” və “Arı” kitablarının təqdimat mərasimi olub

Müharibə veteranı Taleh Qasımov: Zəfər Günü xalqımızın qürur mənbəyidir

Tramp Ağ Evin aparat rəhbərini dəyişir

SOCAR və “Honeywell Technologies” arasında Qlobal Çərçivə Sazişi imzalanıb

Tramp: İranın qarşısını almasaydım, İsrail və Yaxın Şərq mövcud olmazdı

Dmanisi Tədris Mərkəzində tədbir: “Zəfər səsləyir bizi”

Birinci Qarabağ müharibəsi qəhrəmanının obrazını göz yaşları ilə yaradan aktyor – Elnur Vəlizadə

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub VİDEO

AzTV-nin 100 illik yubileyinə həsr olunmuş ensiklopediyanın təqdimatı olub VİDEO

“Neftçi” “Kəpəz”ə qalib gəlib

Beynəlxalq Çövkən Federasiyasına 7 yeni ölkə üzv qəbul edilib

“Zəfər sədası” müsabiqəsində ən yaxşı bədii qiraətçilər seçilib

Peşə təhsili müəssisələrinin təhsilverənləri üçün keçirilən ixtisasartırma təlimləri yekunlaşıb

Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında futbol turniri təşkil olunub

Xoreoqraf Şahar Binyamini: Azərbaycan rəqqasları çox istedadlıdırlar

AzTU-da “Şanlı Zəfər tariximiz” adlı tədbir: “Missiya” filmi nümayiş etdirilib

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır VİDEO

Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

Nobel qardaşlarının Azərbaycan irsi Helsinkidə elmi müzakirə mövzusu olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb

ADPU-nun Quba filialında Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

AMEA-nın elmi müəssisələrində bal sistemi əsasında qiymətləndirmə mexanizmi təkmilləşdirilir

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib

Avropa Komissiyası: Çexiya miqrasiya təzyiqi təhlükəsi altında olan ölkələr sırasındadır

“Prezidentimizə söz verdim” – CAHANGİRBƏYLİDƏN REPORTAJ

Qələbənin sədası xalq çalğı alətlərində

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib

Tbilisidə “Koordinat 44” tamaşasının premyerası olub

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər

Praqada 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər

Zəfər Günü Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin təcəssümüdür - ŞƏRH

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşadan

Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyevdən

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı VİDEO

QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

Cahangirbəylinin həyat ağacı - FOTOLAR

MDU-da Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Ağstafada bir ailənin 3 üzvü zəhərlənib

Braziliyada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edilib

Azərbaycan IV Avrasiya Təhlükəsizliyi Konfransında təmsil olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşası Tbilisidə səhnələşdirilir

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib

Aygün Attar: Azərbaycançılıq dövlətin ideoloji dayanıqlılığının və milli birliyin əsasını təşkil edir

İşğaldan azad edilmiş ərazilərin bərpası və yerli istehsalın inkişafı dayanıqlı məskunlaşma üçün şərait yaradır

UNEC-də bayram tədbiri: Zəfərin 6-cı ildönümü

Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb – YENİLƏNİB

AzerGold” Zəfər Gününu silsilə tədbirlərlə qeyd edib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir

FHN-in əməkdaşları Zəfər Gününü qeyd ediblər

Bakı Dövlət Universitetində Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri

Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

BMT rəsmisi: Bakıda qurduğumuz tərəfdaşlıqlar ən böyük nailiyyətlərimizdən və dəyərli imkanlarımızdan biridir

Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

“Alphabet” “Qualcomm” şirkətində yarım milyard dollarlıq pay əldə edib

V4 liderləri Aİ-nin genişlənməsini dəstəkləyib, Ukrayna məsələsində fikir ayrılığı qalır

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Əlcəzairdə Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

AQTA-da Zəfər Günü qeyd olunub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub

Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək

Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Macarıstanın "Gripen" qırıcıları bomba təhdidlərinə görə üç dəfə havaya qaldırılıb

İngiltərə Bankının rəhbəri: Aİ ilə əlaqələrin gücləndirilməsi Britaniya iqtisadiyyatının inkişafına təkan verə bilər

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

BMT sammitində Bakı Kommünikesi elan edilib

Dövlət Xidmətinin nümayəndələri Koreyada daşınmaz əmlakın kadastrı sahəsindəki rəqəmsallaşdırma işləri ilə tanış olublar

Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş olub

Ağdamda 8700-dən çox ağac və dekorativ kol əkilib

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Müəllim: Musiqi bacarıqları düzgün tədris və müntəzəm məşğələ ilə inkişaf edir

Yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında növbəti qaliblər məlum olub

BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb

Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Zəfər Günü beynəlxalq hüququn bərpası baxımından mühüm tarixi və siyasi əhəmiyyətə malikdir - ŞƏRH

Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Milli qürurumuzun təntənəsi – ADPU-nun Şamaxı filialında Zəfər Günü

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər