BAKIDA NATO HƏFTƏSİ KEÇİRİLƏCƏK
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iyunun 14-19-da Bakıda NATO həftəsi keçiriləcəkdir. İlk gün “Avropa” otelində bu beynəlxalq təşkilatın elm komitəsinin iclası olacaqdır. Həftə çərçivəsində Bakı Dövlət Universitetində “Elmi araşdırmalar və təhlükəsizlik çağırışları”, AMEA-da “Terrorizm və nüvə təhlükəsizliyi” mövzularında seminarlar, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda “Virtual İpək yolu” layihəsinə əsasən yaradılmış “AzRENA ictimai internet mərkəzi”nin açılışı olacaq, daha sonra isə bu mərkəzdə NATO-nun yay məktəbinin dinləyiciləri üçün məşğələ keçiriləcəkdir.
Tədbirdə NATO baş katibinin müavini J.Furnenin iştirakı gözlənilir. Onun kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşü də nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [17:24]
Milli Məclisin növbəti iclaslarında hansı məsələlər müzakirə olunacaq?
- 13.11.2026 [16:42]
Azərbaycanın Zəfər Günü Sofiyada qeyd olunub
- 13.11.2026 [12:40]