BAKIDA GÜL BAYRAMI
11-də axşamüstü Milli parka gəzintiyə çıxan bakılılar və respublika paytaxtının qonaqları ürəkaçan mənzərə ilə qarşılaşmışlar. Hər tərəf al-əlvan, bahar ətirli güllərə qərq olmuşdu.
Burada ənənəvi “Gül bayramı” keçirilirdi. Sahil boyu Milli parkın bütün xiyabanları Bakının ayrı-ayrı rayonlarının uşaq bağçaları və məktəblərinin ixtiyarına verilmişdi.
Balaca rəssamlar rəngbərəng güllərdən hörülmüş dövlət rəmzlərini, yazın gəlişinə həsr olunmuş rəsm əsərlərini nümayiş etdirirdilər. Müxtəlif dibçək güllərindən, qurudulmuş gül, bitki kollarından, göz oxşayan qəribə eksponatlardan ibarət sərgilər təşkil olunmuşdu.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov gül bayramının iştirakçılarını, paytaxt sakinlərini və qonaqlarını təbrik etdi, tədbirin hər il keçiriləcəyini, paytaxtın bütün rayonlarında təşkil olunacağını bildirdi.
Bakılılar və şəhərin qonaqları Azərbaycan incəsənət ustalarının çıxışlarını hərarətlə qarşıladılar.
Foto Namiq Məmmədovundur
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.11.2026 [04:34]
İİKK: Hörmüz boğazında qaydaları pozan iki tanker minaya düşərək yanıb
- 08.11.2026 [03:07]
ABŞ qüvvələri Oman körfəzində ticarət gəmisini zərərsizləşdirib
- 08.11.2026 [01:41]
Polşada atəş açan şəxsin evində üç nəfərin cəsədi tapılıb
- 07.11.2026 [22:11]
Ərdoğan ilə Tramp arasında telefon danışığı olub
- 07.11.2026 [08:58]
Mask: Süni intellekt gələcəkdə bütün insan ehtiyaclarını ödəyə biləcək
Batabat yaylağına qar yağır
- [11:18]
Bu gün Şuşa Şəhəri Günüdür
- [08:00]
Slovakiyada Zəfər Günü təntənəsi
- [06:48]
Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edilib
- 07.11.2026 [23:39]
İçərişəhərdə Zəfər Gününə həsr olunmuş konsert təşkil olunub
- 07.11.2026 [22:43]
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında ikinci medalı qazanıb
- 07.11.2026 [22:20]
Ərdoğan ilə Tramp arasında telefon danışığı olub
- 07.11.2026 [22:11]
Premyer Liqanda XI turun daha iki oyunu keçirilib
- 07.11.2026 [21:55]