AzərTAc-da GÖRÜŞ
Agentliyin Baş direktoru Aslan Aslanov qonağa beynəlxalq əlaqələrin genişlənməsi sahəsində son illərdə görülən işlərdən, Azərbaycanla Bolqarıstan arasında münasibətlərin çoxillik tarixindən, ümummilli liderimiz Heydər Əliyevin Sofiyaya səfərinin ölkələrimizin əməkdaşlığında əhəmiyyətindən danışdı. Eyni zamanda, AZƏRTAC-la Bolqarıstan Teleqraf Agentliyi (BTA) arasında qarşılıqlı əlaqələr yaradılmasının vacibliyini bildirdi.
Cənab İvan Palçev ölkəmizdəki diplomatik fəaliyyətindən söhbət açdı, Bolqarıstan-Azərbaycan münasibətlərinin inkişafı, xüsusən iqtisadi əməkdaşlığın genişlənməsi üçün potensial imkanlar olduğunu, o cümlədən Böyük İpək yolunun bərpasının da əhəmiyyətini vurğuladı. Qarşılıqlı əlaqələrin genişlənməsində kütləvi informasiya vasitələrinin rolunu nəzərə çarpdıran diplomat Bolqarıstan Teleqraf Agentliyinin AZƏRTAC-la informasiya mübadiləsi sahəsində əməkdaşlıq yaratmaq istədiyini bildirdi və BTA-nın təklif etdiyi sazişin layihəsini təqdim etdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
İzmirdə baş verən partlayışda ölənlərin sayı 16 nəfərə çatıb
- 09.11.2026 [22:50]
Dakar-2026: Boksçumuz yarımfinala yüksəlib
- 09.11.2026 [22:18]
Cüdo üzrə U-17 Bakı şəhər birinciliyinə start verilib
- 09.11.2026 [22:13]
Qarsda Zəfər yürüşü təşkil edilib
- 09.11.2026 [22:10]
Azərbaycanın iki cüdo hakimi beynəlxalq “B” kateqoriyası qazanıb
- 09.11.2026 [22:09]
Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
- 09.11.2026 [21:41]
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb
- 09.11.2026 [20:21]
Hikmət Babaoğlu: Biz gənc nəsli Zəfər ruhunda yetişdirməliyik
- 09.11.2026 [19:55]
Bayrağımızın ucalığı dövlətimizin qüdrətindən qaynaqlanır - ŞƏRH
- 09.11.2026 [19:43]
İsveçdə yanacağın və ictimai nəqliyyatın qiymətlərinin artacağı gözlənilir
- 09.11.2026 [19:23]