Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Bu gün çox əlamətdar bir gündür. Rumıniyanın paytaxtı Buxarest şəhərində Azərbaycan Respublikasının səfirliyinin yeni binası açılır və bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik etmək istəyirəm.

Bir neçə ildir ki, Azərbaycanın Rumıniyada səfirliyi açılmışdır və onun fəaliyyəti çox uğurludur. Bu illər ərzində iki ölkə arasında olan əlaqələr daha da güclənmiş, yeni mərhələyə qədəm qoymuşdur.

Çox şadam ki, ümummilli liderimiz Heydər Əliyevin və Rumıniya Prezidenti İon İliyeskunun xalqlarımız arasında münasibətlərin möhkəmlənməsi sahəsindəki səyləri öz bəhrələrini verir. Mənim də Rumıniyaya rəsmi səfərim bu gün başa çatır və deyə bilərəm ki, bu səfər çox uğurlu olubdur, çoxlu mühüm sənədlər imzalanıb və geniş fikir mübadiləsi aparılıbdır. Bu səfərdən sonra qətiyyətlə deyə bilərəm ki, Rumıniya-Azərbaycan əlaqələri həm ikitərəfli formatda, həm də regional əməkdaşlıq baxımından çox sürətlə inkişaf edir. Ölkələrimiz bir-birinə çox yaxındır. Dünyada sülhün, təhlükəsizliyin təmin olunmasında Rumıniya və Azərbaycan fəal iştirak edirlər və bu amil bizi daha çox birləşdirir. Rumıniyanın Avropa və Avratlantik strukturlarına inteqrasiya siyasəti öz gözəl nəticələrini veribdir. Biz də buna çox sevinirik və bildirmək istəyirəm ki, Azərbaycan da bu yolla gedir. Ölkəmizin də siyasəti Avropa və Avratlantik strukturlarına inteqrasiyadan ibarətdir. Bu, bizim strateji seçimimizdir. Bu seçim 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra edilibdir və bu gün Azərbaycan dövləti və hökuməti bu siyasi xəttə sadiqdir, bu siyasəti davam etdirir.

Bir sözlə, deyə bilərəm ki, siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Məqsədimiz ondan ibarətdir ki, iqtisadi əlaqələrimizi də yüksək səviyyəyə çatdıraq. Bunu etmək üçün bütün imkanlar vardır. İqtisadi baxımdan Rumıniya ilə Azərbaycan ən dinamik inkişaf edən ölkələrdir. Bizim iqtisadi potensialımız günü-gündən güclənir. Yeni istehsal sahələri işə salınır, yeni infrastruktur layihələri həyata keçirilir. Azərbaycanın enerji daşıyıcılarının Avropaya və ümumən dünyaya çatdırılması istiqamətində çox mühüm addımlar atılıbdır və bu sahədə iki ölkə arasında çox gözəl əməkdaşlıq mümkündür. Əminəm ki, biz buna nail olacağıq.

Hökumətlərarası birgə komissiyanın bundan sonrakı fəaliyyəti ondan ibarət olmalıdır ki, bizim iqtisadi əlaqələrimizi bütün sahələrdə daha da gücləndirsin, iş adamlarına gözəl şərait yaratsın, ümumiyyətlə, iqtisadi-ticarət əlaqələrinin inkişafında daha da fəal rol oynasın.

Humanitar sahəni əhatə edən mühüm sazişlər imzalanıbdır. Bu, Azərbaycan dövlətini, hökumətini qane edir. Çalışmalıyıq ki, bu əlaqələri bundan sonra da inkişaf etdirək və gücləndirək. Səfirliyimizə də bu işdə yeni uğurlar arzulayıram. Bu gözəl binanın açılışı münasibətilə bir daha sizin hamınızı təbrik edirəm.

X X X

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirliyin yeni binasının açılışında iştirak edən xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb söhbət etdi.

Dövlətimizin başçısı jurnalistlərin suallarına cavab verdi.

SUAL: Cənab Prezident, Sizin çıxışlarınızdan da məlum oldu ki, Rumıniya səfərinizdən razı qalmısınız...

CAVAB: Bəli, razı qalmışam. Çox uğurlu səfərdir. Bizim aramızda olan qarşılıqlı anlaşma apardığımız danışıqlar əsnasında bir daha təsdiqini tapdı. Biz çox geniş fikir mübadiləsi apardıq, həm ikitərəfli, həm də regional məsələləri müzakirə etdik. Əlbəttə ki, imzalanmış sənədlər gələcək əməkdaşlıq üçün hüquqi baza yaradır. Bütün görüşlər çox uğurlu keçibdir. Mən çox razıyam. Rumıniya-Azərbaycan əlaqələri bizim üçün çox vacibdir.

SUAL: Dünənki mətbuat konfransında Rumıniya Prezidenti xatırlatdı ki, umummilli liderimiz Heydər Əliyevin vaxtında Azərbaycan qazının Rumıniyadan keçməklə Avropaya nəql olunması məsələsi qaldırılmışdı. Rumıniyanın enerji layihələrində iştirakı ilə bağlı konkret müzakirələr oldumu?

CAVAB: Biz bu məsələni müzakirə etdik. Bilirsiniz ki, Azərbaycan qazı Avropaya çatdırılacaqdır. Bu istiqamətdə önəmli addımlar atılıb. Gürcüstan və Türkiyə üzərindən Avropanın digər ölkələrinə qaz nəql olunacaqdır. Bu barədə Avropa Birliyində də müzakirlər aparılmışdır. Əlbəttə, bu baxımdan Rumıniya ilə Azərbaycan arasında da əməkdaşlıq ola bilər. Mən bu gün maraqlandım, Rumıniya ildə təxminən 5 milyard kubmetr qaz idxal edir və Azərbaycanın onu bu qazla təmin etməyə imkanı olacaqdır. Bizim “Şahdəniz” yatağından böyük həcmdə qaz çıxarılacaq və onu istənilən yerə çatdıra biləcəyik. Odur ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini də Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi uğurla başa çatdırmalıyıq və öz öhdəliyimizi yerinə yetirməliyik.

SUAL: Cənab Prezident, səfər zamanı Dağlıq Qarabağ münaqişəsi ətrafında da müzakirələr apardınız. Ümumiyyətlə, Rumıniyanın bu məsələ ilə bağlı mövqeyi Sizi qane edirmi?

CAVAB: Əlbəttə qane edir. Sİz dünən bu sualı Rumıniya Prezidentinə verdiniz və o da cavabında sonrakı çıxışlarında da birmənalı şəkildə dedi ki, Rumıniya bu məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Bu, çox önəmli bəyanatdır. Bildiyiniz kimi, son müddət ərzində bir neçə dövlət başçısı birmənalı şəkildə belə bir bəyanatla çıxış etmişdir. Mənim əksər səfərlərimdə tərəf-müqabilim buna oxşar bəyanatla çıxış etmişdir. Bu, çox önəmli haldır, bu, bir də onu göstərir ki, dünyada ikili standartlara yol verilməməlidir. Bütün məsələlər yalnız beynəlxalq hüquq normaları prizmasından öz həllini tapmalıdır. Əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.

Ermənistanda bunu nə qədər tez başa düşsələr, o qədər yaxşıdır. İndi əsas məsələ bundadır ki, BMT-nin və ATƏT-in mühüm qərarları həyata keçirilsin, bunun üçün mexanizm yaradılsın. Əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsindən biri də icra olunmur, Ermənistana qarşı bir dəfə də olsun sanksiya tətbiq edilmir. Əlbəttə, bu, dözülməz haldır. Əgər beynəlxalq hüquq mexanizmləri hazırlanarsa və tətbiq olunarsa, onda bu münaqişə daha tez öz həllini tapacaqdır.

SUAL: Cənab Prezident, Dağlıq Qarabağ məsələsi AŞPA-nın sessiyasında da müzakirə olunmuşdur. Siz sessiyanın nəticələrindən razı qaldınızmı?

CAVAB: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yanvar sessiyasında baxılacaqdır. Bilirsiniz ki, məruzə hazırlanıb, Terri Devis məruzəni təqdim edibdir və o mətbuatda da öz əksini tapıbdır. Bu, çox obyektiv, reallıqları əks etdirən məruzədir. Bu sessiyada da həmin məsələyə toxunuldu, müəyyən fikirlər səsləndi. Amma deyə bilərəm ki, onların hamısı bizim təməlini qoyduğumuz prinsipləri əks etdirir. Əsas məsələ o idi ki, işğal haqqında məlumatlar Avropa Şurasının sənədlərinə salınsın, Azərbaycanın ərazi bütövlüyünün pozulması barədə fikirlər öz əksini tapsın. Artıq bu, sənəddir, huquqi bazadır. Əminəm ki, müzakirə olunacaq məruzə də Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini bir daha göstərəcəkdir. Əlbəttə ki, müəyyən sanksiyalar da nəzərdə tutula bilər. Bəri başdan Avropa Şurasından bizim tələbimiz və istəyimiz ondan ibarət idi ki, bu münaqişəyə siyasi qiymət verilsin. Avropa Şurasının başqa mexanizmi yoxdur və biz ondan möcüzə gözləməməliyik. Amma siyasi qiymət veriləndən sonra bu, siyasi danışıqlar prosesi üçün də güclü baza olacaqdır. Deyə bilərəm ki, artıq dünyada bu münaqişə ilə əlaqədar dolğun məlumat var, Azərbaycanın haqlı olması regionda və beynəlxalq aləmdə qəbul edilir. Bizim vəzifəmiz ondan ibarətdir ki, öz siyasi iradəmizi, təzyiqi daha da gücləndirək, Ermənistanı işğalçı dövlət kimi bütün kürsülərdən ifşa edək və öz siyasi həmlələrimizi davam etdirək. Bunu Prezident də, deputatlar da, mətbuat da, hər bir Azərbaycan vətəndaşı da etməlidir. Yalnız bu təqdirdə biz istəyimizə nail olacağıq.

X X X

Prezident İlham Əliyev səfirliyin yeni binası, əməkdaşların iş şəraiti ilə yaxından tanış oldu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik

Bu gün Avropa ölkələri Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini daha dərindən anlayırlar - ŞƏRH

ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalığa və Şahdağa qar yağır - FAKTİKİ HAVA

“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir

İndoneziyada tufanlar nəticəsində 500-ə yaxın bina zərər görüb

Şon Daffi: ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb

İsveç şahzadəsi Madlen uşaq serialını təqdim edib

Azərbaycan gimnastı gənclər arasında Dünya çempionatında tarixi bürünc medal qazanıb

Budapeştdə üçüncü Azərbaycan nar festivalı keçirilib

Estoniya Rusiya ilə sərhəd keçid məntəqələrini bağlayacaq

Danimarkada milyon krondan çox qiyməti olan “Pokémon” kartlarını oğurlayıblar

Almaniyada görkəmli bəstəkar Arif Mirzəyevin xatirəsi anılıb

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

“Kür” komandasının baş məşqçi: “Çair” komandası ilə cavab qarşılaşmasında həndbolçularımız bacardıqlarını etdilər

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur

Prezident: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır

Husilər 600 Yəmən əsgərinin azad edildiyini açıqlayıblar

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə

Mixail Ulyanov: Digər ölkələr nüvə sınaqlarını bərpa etsə, Rusiya cavab tədbiri görəcək

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

WP: ABŞ aviasiya tənzimləyicisi modernləşdirmə səbəbindən pozuntular riski barədə xəbərdarlıq alıb

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb

Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neftdaşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib