AZƏRBAYCAN DRES BİRİNCİDİR
“Azərenerji” ASC-nin sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, istehsalat zədələnmələrinin qarşısının alınması məqsədi ilə keçirdiyi baxış-müsabiqəyə yekun vurulmuşdur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, istehsal müəssisələri arasında birinci yeri ölkəmizin ən böyük enerji hasilatçısı Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası tutmuşdur.