Azərbaycan Dövlət İnformasiya Agentliyi

AŞPA-NIN PAYIZ SESSİYASINDA

Avropa Şurası Parlament Assambleyası sessiyasının oktyabrın 7-də keçirilmiş növbəti iclasında Çeçenistanla bağlı məsələlər barədə Andreas Qross (İsveçrə), Rudolf Bindiq (Almaniya) və Tadeuş İvinskinin (Polşa) məruzələri dinlənilmişdir. Məruzələrdə və çıxışlarda Çeçenistanda böhranlı vəziyyətin hələ də davam etdiyi, bölgədə stabilliyin bərqərar olunmadığı, insan hüquqları, qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlı narahatlıq vurğulanmış, çeçen yaraqlılarının Moskvada və Rusiya Federasiyasının digər rayonlarında törətdikləri terror aktları nəticəsində günahsız insanların, xüsusilə Beslanda məktəblilərin həlak olması pislənilmiş, Şimali Qafqazın bu bölgəsində keçirilmiş prezident seçkilərinə münasibət bildirilmişdir.

Deputatlar Avropa Şurasını bölgədə sabitliyin bərqərar olması, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və onlara humanitar yardım göstərilməsi üçün öz səlahiyyətlərindən istifadə etməyə çağırmışlar.

ERMƏNİSTAN-AZƏRBAYCAN VƏ DAĞLIQ QARABAĞ

PROBLEMİ TEZLİKLƏ HƏLLİNİ TAPMALIDIR

Günün ikinci yarısında Ermənistan tərəfindən 1361 və 1374 nömrəli qətnamələrin yerinə yetirilməsi barədə monitorinq komitəsinin üzvü, Polşadan olan deputat Yerji Jaskernianın hesabatı dinlənilmişdir. Məruzəçi Ermənistanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsindən danışarkən, hansı səbəbdənsə, ölkədə baş alıb gedən xaosun üzərindən sükutla keçmiş, ancaq bəzi iradlarını bildirmişdir. Onun iradları hakimiyyətdə olan qüvvələrlə müxalifət arasında dialoqun bu günə kimi baş tutmamasından, hüquq mühafizə orqanlarının fəaliyyətindəki nöqsanları sadalamaqdan, baxışlarına görə həbs edilənlərə şərait yaradılmadığını, Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun gecikdirilməsini bildirməkdən ibarət olmuşdur.

Məruzə bir çox deputatlar tərəfindən tənqidlə qarşılanmışdır. Hətta almaniyalı deputat Marianna Tritz məruzənin səthi hazırlandığını demişdir. Çıxış etmiş avropalı deputatların əksəriyyəti Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ probleminə toxunaraq, Avropa Şurasını münaqişənin sülh yolu ilə həllində ciddi addımlar atmamaqda günahlandırmış, münaqişənin yenidən alovlanacağından ehtiyat etdiklərini gizlətməmiş, Dağlıq Qarabağda keçirilmiş hərbi təlimlərdən narahatlıqlarını söyləmiş, problemin aradan qaldırılması ilə bağlı son zamanlar iki ölkənin prezidentləri arasında danışıqların fəallaşmasını müsbət hal kimi qiymətləndirmişlər.

Başqalarına qara yaxmaq xislətindən əl çəkməyən Ermənistan deputatları ölkələrində yaranmış ağır vəziyyəti Azərbaycanın üzərinə yıxmağa səy göstərmiş, sessiya iştirakçılarının diqqətini Ermənistan iqtisadiyyatının iflic vəziyyətinə düşməsindən, əhalinin əksəriyyətinin kasıblığın son həddində yaşamasından və digər problemlərdən yayındırmağa çalışaraq, ölkənin blokada şəraitində olmasından, Sumqayıt hadisələrindən danışmışlar. Hətta Şavaş Koçaryan dolayısı yolla Azərbaycanı çeçen yaraqlıları ilə əlbir olmaqda ittiham etməyə səy göstərmişdir.

Milli Məclisin deputatı Rafael Hüseynov ermənilərin ittihamlarına sərt cavab vermişdir. O, çıxışında demişdir: “BMT-nin dörd qətnaməsində, Avropa Şurasının bir sıra sənədlərində əksini tapdığı kimi, Ermənistan işğalçı dövlətdir və biz indi AŞPA üzvü olan yeganə işğalçı dövlətin bu qurum qarşısında öhdəliklərini necə yerinə yetirməsi, bu quruma nə dərəcədə layiq olması məsələsini müzakirə edirik.

Avropa Şurasının ali vəzifələrindən biri insan haqlarını müdafiə etmək, hər bir fərdə münasibətdə qanunun aliliyinə, ədalət prinsiplərinə riayət edilməsinə nail olmaqdır. Dəfələrlə olub ki, biz burada zorakılığa məruz qalmış konkret bir jurnalistin, siyasi fəaliyyətlərinə görə həbs olunmuş ayrı-ayrı şəxslərin məsələlərini müzakirə etmiş, onlarla bağlı ədalətin, haqqın bərpasına çalışmışıq. Avropa Şurasının fəaliyyətinin fəlsəfəsinə və bu fəlsəfənin məntiqinə uyğun olaraq, bir nəfər uğrunda aparılan mübarizə ilə müqayisədə haqqı tapdalanan yüz min və bir neçə milyonu müdafiə etməkdən ötrü aparılan mübarizə yüz dəfə, min dəfə artıq olmalıdır.

Lakin biz Azərbaycanın bir milyon insanını qaçqın və məcburi köçkünə çevirmiş, dünyanın gözü qarşısında qonşu dövlətin ərazisinin 20 faizini işğal altında saxlayan, terrorizmin, narkobiznesin inkişafına rəvac verən Ermənistanla bağlı daim bir paradoksun şahidi olmuşuq. Avropa Şurasının üzvü ola-ola işğalçı siyasətini davam etdirən, Cənubi Qafqaz bölgəsində bütün region və qanunazidd, Avropa üçün təhlükə törədən fəaliyyətlər göstərən Ermənistana münasibətdə indiyədək heç bir ciddi tədbir görülməmişdir. AŞ-nin üzvü olduğu 4 il ərzində Nizamnamə tələblərini daim pozan Ermənistana qarşı üzvü olduğumuz qurumun səlahiyyətləri və qanun çərçivəsində sanksiyaların tətbiq edilməsi zəruriyyəti ilə əlaqədar dəfələrlə məsələ qaldırsaq da, heç bir tədbir görülməyibdir.

Elə indi müzakirə etdiyimiz məruzə də bir çox acı həqiqətlərə göz yumularaq yazılmışdır. Sanki bu məruzənin də məqsədi Ermənistanı imtahan etməkdən, nöqsanları üzə çıxararaq onların aradan qaldırılmasına nail olmaqdan daha çox, bu ölkənin rəhbərliyini və onun apardığı zəruri siyasəti müdafiə etmək xarakteri daşıyır.

Ermənistan prezidenti R.Koçaryanın 2004-cü ilin yay sessiyasında AŞPA kürsüsündən Azərbaycanın işğalında bilavasitə iştirak etməsi, Şuşada, Xocalıda dinc insanların qətlə yetirilməsində iştirakı ilə fəxr etdiyini söyləməsi təsadüfi deyildir. Avropa Şurası kürsüsündən belə sözlər söyləmək Avropa Şurasını və onun prinsiplərini təhqir etmək deməkdir. Səbəbkar da elə Ermənistana qarşı son dərəcə yumşaq, ehtiyatlı münasibət göstərmiş AŞPA özüdür.

İşğalçıya və işğala məruz qalana, cinayətkara və cinayətə məruz qalana eyni münasibət bəsləyərək, bunu tarazlaşdırma kimi qələmə vermək qətiyyən düzgün deyildir. AŞPA bu gün dünyanın ən nüfuzlu təşkilatlarından biridir. Bu nüfuzu qorumaq, sabah daha artıq etmək üçün biz gərək həqiqətlər nə qədər sərt olsa belə, onları dilə gətirməkdən çəkinməyək. Həqiqət isə budur ki, Ermənistan apardığı bu siyasətlə AŞ üzvləri sırasında olmağa layiq deyil və bu gün təqdim olunan məruzəni də mən Ermənistanla bağlı əsil həqiqətləri kifayət qədər obyektiv və müfəssəl şəkildə əks etdirmədiyimdən qeyri-qənaətbəxş sayıram”.

Azərbaycanlı deputatın çıxışı sürəkli alqışlarla qarşılanmışdır.

Axırda məruzə ilə bağlı hazırlanmış qətnamə layihəsinə düzəlişlər edilmişdir. Azərbaycanlı deputat Asim Mollazadə düzəlişlərin birində “danışıqlarda Dağlıq Qarabağın erməni icmasının nümayəndələrinin iştirakı” ifadəsinə qəti etirazını bildirmişdir. Onun etirazı səsə qoyulmuş və yekdilliklə qəbul edilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz