Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ana dilim ölən deyil...

Ana dilim ölən deyil...

Bakı, 31 iyul (AZƏRTAC, Gözəl Ağayeva). Xalqın taleyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafında ən mühüm amillərdən biridir. Ona dövlət dili statusunun verilməsi isə həmin xalqın milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsinə geniş imkan yaradır.

Bu baxımdan ölkəmizdə avqustun 1-nin Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsi təqdirəlayiqdir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən qeyd edilir. Məhz Ulu Öndərin qətiyyəti və siyasi iradəsi nəticəsində respublikamız həmin tarixdən tam şəkildə latın qrafikalı Azərbaycan əlifbasına keçib.

Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən, azərbaycançılıq məfkurəsinin əsasında duran mühüm amillərdəndir. Qobustan və Gəmiqaya təsvirlərini yaradan əcdadlarımız, ulu babalarımız çox-çox minilliklər bundan əvvəl müxtəlif yazı növlərindən və əlifbalardan istifadə etmişlər. İslamın qəbuluna qədər olan dövrün yazılı abidələrinin bir qismi ya məhv edilib, ya zaman keçdikcə həmin yazı şəkilləri unudulub, ya da ərəb qrafikasına keçirilib. İslamın yayıldığı dövrdən isə xalqımız ərəb əlifbasından istifadə yolu ilə min ildən artıq bir zaman ərzində zəngin mədəni irs yaradıb. Lakin ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundzadə başda olmaqla dövrün maarifçi ziyalılarını əlifba islahatı üzərində düşünməyə vadar edib.

Əsrlər boyu təqib və təzyiqlərlə qarşılaşan dilimiz laylalarımızın, bayatılarımızın, nağıllarımızın, “Kitabi-Dədə Qorqud”umuzun dilidir. Nizami müdrikliyi, Nəsimi üsyankarlığı, Şah İsmayıl qüdrəti, Füzuli məhəbbəti, Üzeyir dühası bu dildə ifadə olunaraq xalqımızın yaddaşına əbədi həkk olunub. Azərbaycan dilinin dünya dilləri arasında ən kamil dillərdən biri olduğunu bir çox xalqların görkəmli nümayəndələri də etiraf ediblər.

Tariximizdə xüsusi yer tutan Səfəvilər hakimiyyəti dövründə, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Azərbaycan dili rəsmi dövlət dili elan edilsə də, real tarixi şərait üzündən uzunömürlü olmayıb.

Azərbaycanda əlifba islahatının reallaşdırılması sovet dövrünə düşür. 1929-cu ildə respublikada latın qrafikasına keçilsə də, bu, cəmi 10 il sürüb. 1939-cu ildən müstəqillik dövrünədək kiril əlifbasından istifadə edilib. Bu müddətdə dilçi alimlərimizin gərgin əməyi sayəsində dil tarixi, dialektologiya, müasir dil, lüğətçilik sahələrində dəyərli tədqiqatlar aparılıb.

Qeyd edək ki, Ulu Öndərin böyük qətiyyəti, cəsarəti və prinsipiallığı sayəsində hələ sovet dövründə - 1978-ci ildə qəbul olunan respublika Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsbit edən maddə salınıb. Bu, həm də Ümummilli Liderin öz ana dilini dərindən bilmək, onun bütün sirlərinə, gözəlliklərinə  bələd olmaq, onlardan məharətlə, yerli-yerində istifadə edə bilmək qabiliyyətindən qaynaqlanıb. Əbəs yerə deyil ki, Ulu Öndər həm də söz sərrafı kimi tanınıb.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunan ilk Konstitusiyasında xalq referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək Azərbaycanda dövlət dilinin Azərbaycan dili adlandırılması müddəasına tərəfdar olduğunu bildirdi.

Sonralar “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında fərmanlar, milli mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyasının formalaşması yolunda göstərdiyi misilsiz xidmətlərdəndir.

Təsadüfi deyil ki, Heydər Əliyevin dövlətçilik ənənələrinə və siyasi kursuna sədaqətini nümayiş etdirən Prezident İlham Əliyevin dövlət başçısı kimi imzaladığı ilk sənədlərdən biri də Azərbaycan və dünya klassiklərinin ən məşhur əsərlərinin Azərbaycan dilində latın qrafikalı əlifba ilə kütləvi nəşrinin həyata keçirilməsi haqqındakı Sərəncam olub. Ölkə rəhbərinin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” 2004-cü il 14 yanvar,  “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” 2007-ci il 30 dekabr tarixli sərəncamları ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirdi. Bu sırada dövlətimizin başçısının “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may və “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may sərəncamları, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamları dilimizə, mədəniyyətimizə, zəngin mənəvi dəyərlərimizə böyük hörmət və ehtiramın bariz nümunəsidir. Dövlət proqramı 2013-2020-ci illər ərzində bu istiqamətdə bir sıra zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Proqramın məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur.

Beləliklə, qloballaşan dünyanın yeni çağırışlarına müsbət cavab verən Azərbaycan dövləti dilimizin cəmiyyətdə rolunun daha da möhkəmlənməsini təmin edir.

Azərbaycan dili dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın şəkildə ifadə etmək qüdrətinə malikdir. Dilimizin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı formaları vardır.

Gəlin, dilimizi qoruyaq, ona hörmət edək, hər birimiz üçün müqəddəs olan, babalarımızdan bizə miras qalan bu neməti tam dolğunluğu və gözəlliyi ilə gələcək nəsillərə ötürək.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Budapeştdə üçüncü Azərbaycan nar festivalı keçirilib

Almaniyada görkəmli bəstəkar Arif Mirzəyevin xatirəsi anılıb

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

Gəncədə bağlı qapı arxasında köməksiz qalan azyaşlı xilas edilib VİDEO

“Kür” komandasının baş məşqçi: “Çair” komandası ilə cavab qarşılaşmasında həndbolçularımız bacardıqlarını etdilər

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur

Prezident: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır

Husilər 600 Yəmən əsgərinin azad edildiyini açıqlayıblar

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə

Mixail Ulyanov: Digər ölkələr nüvə sınaqlarını bərpa etsə, Rusiya cavab tədbiri görəcək

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

WP: ABŞ aviasiya tənzimləyicisi modernləşdirmə səbəbindən pozuntular riski barədə xəbərdarlıq alıb

Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb

Ağdam şəhərində gənc tibb işçilərinin konfransı keçirilib

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neftdaşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb