Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ali qonağın şərəfinə

Ali qonağın şərəfinə

Almatı, 20 oktyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, oktyabrın 20-də Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilmişdir.

Dövlət başçıları rəsmi naharda nitq söyləmişlər.

Qazaxıstan Prezidenti Nursultan NAZARBAYEV Azərbaycan ilə Qazaxıstan arasında mehriban qonşuluq əlaqələrinə toxunaraq dedi ki, tarixi köklərə malik olan ölkələrimizi nadir təbii sərvətli Xəzər dənizi birləşdirir. Prezident İlham Əliyevin ölkəmizə növbəti səfəri əməkdaşlığımızın etibarlı dostluq münasibətlərinə əsaslandığını bir daha sübut edir.

Nursultan Nazarbayev Stalin repressiyası illərində Azərbaycan əhalisinin bir hissəsinin də Qazaxıstana köçürülməyə məruz qaldığını xatırladaraq dedi:

-1937-ci ilin may ayının təkcə bir günü ərzində Qazaxıstanın Taldı-Kurqan vilayətinə konvoy altında 600 azərbaycanlı ailə gətirildi. Xalqımız bu qanunsuzluğun bütün günahsız qurbanlarının dərdinə şərik oldu, onlarla ev-eşiyini, bir parça çörəyini bölüşdü. Azərbaycanlılar qazax xalqı ilə əl-ələ verib Qazaxıstanda yeni müəssisələr tikdilər, ölkəni inkişaf etdirdilər. Onların bir çoxu burada qalıb yaşadı və artıq dediyim kimi, bizdə 130 minlik Azərbaycan diasporu vardır. Onlar Qazaxıstan vətəndaşlarıdır, ölkəmizin rəngarəng palitrasının ən parlaq hissələrindən biridir.

Daha sonra Qazaxıstan Prezidenti müstəqilliyinin 20 illiyini yenicə qeyd etmiş Azərbaycanın uğurlarından danışaraq dedi:

-Hörmətli dostlar!

Oktyabrın 18-də qardaş Azərbaycan müstəqilliyinin 20 illiyini qeyd etdi. Bunlar heç də asan illər deyildi. Bunu hamımız bilirik. Azərbaycanın üzləşdiyi çətinliklərə baxmayaraq, ölkə elə sürətlə inkişaf etmişdir ki, həm iqtisadiyyatının artım sürətinə, həm də xalqın rifahına görə postsovet məkanında qabaqcıl mövqelərə çıxmışdır. Bütün atributlara malik dinamik inkişaf edən müasir dövlət yaradılmışdır. Bu dövlət bütün dünyada tanınmışdır. Ölkəniz qətiyyətli addımlarla tərəqqiyə doğru irəliləyir. Biz buna ürəkdən şadıq. Azərbaycanın yüksək səviyyədə uğurlarında, Qazaxıstan-Azərbaycan əməkdaşlığında ölkənizin ümummilli lideri Heydər Əliyev xüsusi rol oynamışdır. Mənə onunla çox yaxın münasibətlərdə olmaq xoşbəxtliyi nəsib olmuşdur. Onunla yaxşı əməkdaşlıq edir, bu çox müdrik, xeyirxah və uzaqgörən insanı tanıyırdım.

Azərbaycan Qazaxıstan üçün mehriban dost, etibarlı işgüzar tərəfdaş, qonşudur. Biz əməkdaşlığımızın perspektivinə və ölkələrimizin inkişafının gələcəyinə əminik. Əminəm ki, Almatıda bugünkü danışıqların nəticələri, daxili siyasət, iqtisadiyyat, xarici siyasət və regional əməkdaşlığın bütün məsələlərinə dair fikir mübadiləmiz ölkələrimiz arasında dostluğu və qarşılıqlı anlaşmanı möhkəmləndirir.

Hörmətli dostlar! Məşhur Azərbaycan atalar sözündə deyildiyi kimi, “ürəkdən ürəyə ən qısa yol var”. Zənnimcə, münasibətlərimiz məhz belə qurulmalıdır: ümumi tarixi köklər, iki ölkənin strateji mənafelərinin ümumi anlaşılması əsasında. Biz bu barədə sabah keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında danışacağıq.

X X X

Prezident İlham ƏLİYEV çıxış edərək dedi:

-Hörmətli Nursultan Abişeviç! Əvvəla, ölkəmiz haqqında dediyiniz səmimi sözlərə, qardaş Qazaxıstana yenidən rəsmi səfərə dəvətə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Mənim üçün Sizin ölkəyə gəlmək həmişə çox fərəhli hadisədir. Elə alınmışdır ki, Azərbaycana rəhbərlik etdiyim bütün illər ərzində, demək olar, hər il Qazaxıstanda - ya Astanada, ya da Almatıda oluram.

Azərbaycan dövlətinin başçısı müstəqillik dövründə Qazaxıstanın da inkişafı, iqtisadi potensialının güclənməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün görülən işlərin, aparılan islahatların nəticələrindən danışdı. Prezident İlham Əliyev dost Qazaxıstanın beynəlxalq aləmdə artan nüfuzu və bunun nəticəsi olaraq bu ölkənin ATƏT-ə sədrlik etməsinin Azərbaycanda məmnunluq hissi yaratdığını vurğuladı. Dövlətimizin başçısı Azərbaycan ilə Qazaxıstan arasındakı əlaqələrin bugünkü vəziyyəti və perspektivlərinə də toxunaraq dedi:

-Xalqlarımızı ümumi tarix, ümumi köklər birləşdirir. Xalqlarımızı yaxınlaşdıran amil, əlbəttə, həm də Sizinlə mənim atam - Prezident Heydər Əliyev arasındakı şəxsi dostluq olmuşdur. Bu dostluq zamanın - həm sovet dövrünün, həm də müstəqillik dövrünün sınağından çıxmışdır. Sizin dostluğunuz və münasibətləriniz azərbaycanlıların və qazaxların bütün nəsilləri üçün nümunədir - münasibətləri qardaşlıq, qarşılıqlı yardım və strateji maraqlar əsasında necə qurmaq nümunəsi! Xoşbəxtlikdən strateji mənafelərimiz də həm regionda, həm də dünyada üst-üstə düşür. Biz bütün işlərdə bir-birimizi dəstəkləyirik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə daim diqqət yetirdiyinizə görə Sizə çox minnətdarıq. Siz bu məsələ ilə lap əvvəldə də, sonra da, ATƏT-in sədri kimi də, indi də məşğul olmusunuz. Biz bu gün bu mövzunu ətraflı müzakirə etdik. Mən danışıqlar prosesində baş verən son hadisələri Sizə çatdırdım. Ümidvaram ki, yaxın vaxtlarda ədalət bərpa ediləcək, işğala son qoyulacaq, azərbaycanlılar doğma torpaqlarına qayıdacaq və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır.

Bu gün biz iqtisadi gündəliyi ətraflı müzakirə etdik. O, çox genişdir, buraya bir çox komponentlər - energetika, nəqliyyat, kənd təsərrüfatı, qarşılıqlı investisiyalar, tikinti, biznes daxildir. Yəni bütün bu istiqamətlər üzrə münasibətlərin inkişafının dəqiq anlaşılması vardır. Komissiya müvəffəqiyyətlə işləyir, biznes-forumlar keçirilir. Başqa sözlə, bizim bu gün mənfi cəhət kimi qeyd etdiyimiz yeganə məsələ budur ki, əmtəə dövriyyəsi lazımi səviyyədə deyildir və ölkələrimizin potensialına cavab vermir. Amma bu, düzələn işdir.

Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısını Azərbaycana səfərə dəvət etdi və dedi:

-Bu badəni Qazaxıstan Prezidenti Nursultan Abişeviç Nazarbayevin sağlığına, qardaş qazax xalqının tərəqqisi və rifahı şərəfinə qaldırmaq istəyirəm.

X X X

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri davam edir.  

######

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İranla müharibə ABŞ-yə 48 milyard dollardan çox vəsaitə başa gəlib

Zelenski: Ukrayna Qərb tərəfdaşlarından 115 milyard dollar maliyyə yardımı almağa ümid edir

Qızılın qiyməti ötən ilin sentyabrdan bəri ilk dəfə 3550 dollardan aşağı düşüb

Kiyevdə bir neçə körpü ballistik raketlərlə vurulub - YENİLƏNİB

Norveç və Böyük Britaniya Ukraynaya patrul qayıqları tədarük edəcək

Parisdə Səməd Vurğunun 120 illiyinə həsr olunmuş musiqili ədəbi-bədii gecə təşkil edilib

Vitkoff: Tramp Şençjendə Ukrayna məsələsinə xüsusi diqqət yetirib

Husilər Səudiyyə Ərəbistanında dörd hədəfə zərbə endirdiklərini iddia ediblər

Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndələri ilə görüşüb

Göyçayda yol qəzası ölümlə nəticələnib VİDEO

Göyçayda yol qəzası ölümlə nəticələnib VİDEO

Zelenski: Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin necə işləyəcəyinin izahına ehtiyac var

Hörmüz boğazının şərqində tanker minaya düşərək alovlanıb

Lənkəranda zəncirvari qəza iki kəndi işıqsız qoyub

Somali BƏƏ-nin səfirini ölkədən çıxarır

Tramp İranla bağlı qərarını yeni ilin əvvəlində verəcəyini bildirib

Fransa Ruanda da daxil olmaqla, miqrantların geri qaytarılması mərkəzlərinin yaradılmasında iştirak etməyəcək

Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım

Kuşner: Ukrayna üçün təhlükəsizlik zəmanətləri NATO Nizamnaməsinin 5-ci maddəsinə əsaslanacaq

Uzun fasilədən sonra Gürcüstan və Rusiya nümayəndələrinin görüşü olub

Zelenski: Rusiya il ərzində bütün atəşkəs təkliflərini rədd edib

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Misir və Fransa Aralıq dənizində birgə hərbi təlimlərə başlayıb

Poniçaladakı partlayışdan 8 saat sonra 3 yaşlı uşaq dağıntılar altından sağ çıxarılıb VİDEO

Poniçaladakı partlayışdan 8 saat sonra 3 yaşlı uşaq dağıntılar altından sağ çıxarılıb VİDEO

Tramp Çinə səfərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirəcək

Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib

Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

Türkiyənin ilk pilotsuz qırıcı təyyarəsi “KIZILELMA” inventara daxil edilib

Dadaş Məmmədov: İncəsənət protokolsuz ünsiyyətə imkan yaradır və mədəniyyətləri yaxınlaşdırır

Böyük Britaniyada tələbələr ilk qazıntılarında Roma dövrünə aid xəzinə aşkarlayıblar

Aİ Böyük Britaniyadan “Brexit”lə bağlı mövqeyini dəqiqləşdirməyi tələb edir

Milli Məclisin sədri MDB PA-nın Şura iclasında iştirak edib

Nazir: “Made in EU” strategiyası Türkiyə-Aİ əlaqələrinə xələl gətirir

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaradır ŞƏRH

Bu saata olan əsas xəbərlər

Ağdama köçürülmüş sakinlərin 2640-dan çoxu məşğulluq tədbirlərinə cəlb edilib - EKSKLÜZİV

Yazdıqlarımın oxuculara çatması ən böyük arzularımdan biri idi - yazıçı

“Eternity-2026” təlimi çərçivəsində Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib

AzTU-ya QS dünya reytinqindəki mövqeyinə görə sertifikat təqdim edilib

Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib

Altı marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Putin Ukrayna ilə danışıqların müddəti barədə danışıb

Azərbaycan ağırlıqqaldıranı Şanxay Əməkdaşlıq Təşkilatı Açıq Kubokunda 3-cü yeri tutub

BMT Məhkəməsi Myanmanı rohincalara qarşı soyqırımı törətməkdə məsuliyyətli hesab edib

Naxçıvan Kukla Teatrı ilə Çine Belediyesi Kültür Merkezi arasında əməkdaşlıq memorandumu imzalanıb

Baş məşqçi: Çalışırıq ki, Xankəndi rəqiblər üçün çətin səfər olsun

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başlayıb

Ali Radanın sədri: Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir

Ədəbiyyat Muzeyində Lətif Kərimovun 120 illik yubileyi qeyd olunub

Türkmənistanda Azərbaycan-Rusiya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Daha bir şirkət Ağdam Sənaye Parkının rezidenti olub

Ramiz Məmmədov: Şükürlər olsun ki, yenidən Xankəndidə futbol matçı keçirildi

BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisi Vəkillər Kollegiyasının fəaliyyəti barədə məlumatlandırılıb

Elşən Rüstəmov: “İvan İliçin ölümü” teatrın repertuarında layiqli yer tutacaq

Azərbaycanın Qarabağda yaratdığı yeni reallıqlar regionda davamlı sülh üçün zəmin yaradır ŞƏRH

Azərbaycan cüdo üzrə U-23 dünya çempionatında ilk medalını qazanıb

FAO: Qlobal taxıl ehtiyatları gələn il 1,8 faiz artacaq

Pan-Avropa Regional Şurasının iclasında Azərbaycandakı sosial-iqtisadi islahatlar barədə məlumat verilib

Deputat: Gələn ilin sosial müdafiə və səhiyyə xərcləri əhalinin rifahına yönələcək

“Azərişıq” elektroenergetika sektorundakı nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Gömrükçülər pirotexniki vasitələr aşkar ediblər

İncəsənət məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb

COP31-də Azərbaycanın sənaye sektorunda yaşıl və rəqəmsal transformasiya təcrübəsi təqdim olunub

UN-Habitat-ın nümayəndələri Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırılıb

Naxçıvan Muxtar Respublikasının 2027-ci il büdcə gəlirlərinin 510 milyon manat təsdiq edilməsi nəzərdə tutulub

Azərbaycanda ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib YENİLƏNİB VİDEO

Azərbaycanda ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib YENİLƏNİB VİDEO

Nigar Camalova: Tarixi və etnoloji tədqiqatlarda süni intellektin tətbiqi üçün yeddi mərhələli metodika təklif edilib - MÜSAHİBƏ

Azərbaycanla ABŞ arasında aqrar investisiya və texnologiya sahələrində əməkdaşlıq müzakirə olunub

Böyük futbol yenidən Xankəndiyə qayıtdı

Zəfərdən quruculuğa: Böyük Qayıdışın konturları - ŞƏRH

Dövlət Komissiyası: Cari ilin 10 ayında müsadirə edilən narkotiklərin həcmi 1,7 tondan çox artıb

Bakıda Avstriya günləri

Şərurda Dövlət Proqramının icrası ilə əlaqədar görüş olub

Nazir: Milli komandamız da ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilər

Lənkəranda fermer təsərrüfatlarında görülən işlərlə yerində tanışlıq olub

Tovuzda sahibkarlıq subyektlərinin fəaliyyəti ilə tanışlıq olub

Liderlərin üçtərəfli görüşü: Geosiyasi hesablamalar və Ukraynanın gələcəyi - TƏHLİL

Yusif Tapdıqlı: İstehlakçı müraciətlərinin əksəriyyəti qüsurlu malların satışı ilə bağlıdır

® Mərkəzi Gömrük Hospitalında iş mühitində psixoloji dayanıqlıq mövzusunda maarifləndirici təlim təşkil edilib

Çinin hərbi təhsil üzrə nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib

Nərmin Mirzəyeva: ƏMAS əmək qanunvericiliyinin pozulmasının qarşısını əvvəlcədən alır

İcraçı direktor: Biznes biliklərinin adaptasiyası və texnologiyaya transformasiyası çox önəmlidir

Cahangirbəyli kəndində daha 19 ailəyə evlərinin açarları təqdim olunub

Rusiya Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Avropa İttifaqı nümayəndələrini Moskvaya dəvət edib

Bu ilin on ayında istehlakçılara qaytarılan vəsait açıqlanıb

Qırğızıstan və Türkmənistan Azərbaycandan Avropaya uzanan marşrutun perspektivlərini müzakirə edib

Şair Nazim Aslanın “Bir sevginin taleyi” kitabının təqdimatı olub

Qida subyektlərinin əməkdaşları üçün HACCP təlimi keçirilib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Kerç körpüsünün dəmir yolu xəttinin zədələndiyini təsdiqləyib

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca işıqfor quraşdırılacaq YENİLƏNİB VİDEO

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca işıqfor quraşdırılacaq YENİLƏNİB VİDEO

Rusiya Prezidenti Krım körpüsünə hücumlardan sonra qismən atəşkəs ideyasından imtina edib

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib VİDEO

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı aşkar edilmiş cinayətlərin 189-u qrup halında törədilib

Avropa İttifaqı İndoneziya ilə iki ticarət və investisiya sazişi imzalayır

Azərbaycanın turizm potensialı Ankarada beynəlxalq sərgidə tanıdılır

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsaslı dəyişikliklər ediləcək

Xaçmazda beynəlxalq ekspert bağçılıqla bağlı təcrübəsini bölüşüb

Azərbaycanda “Eternity-2026” təlimi uğurla davam edir

Putin: Rusiya ABŞ-nin Ankoricdə Ukrayna ilə bağlı təkliflərini qəbul edib

Məhdudiyyətləri aşan yaradıcılıq: Ülkər Ayçiçəyin kitabı təqdim olunub

Yanvar-sentyabr ayları ərzində elektron satınalmanın məbləği 3 milyard manatı ötüb