Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ali qonağın şərəfinə

Ali qonağın şərəfinə

Bakı, 9 iyun (AZƏRTAC). Xəbər verdiyimiz kimi, iyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sloveniya Respublikasına rəsmi səfəri çərçivəsində Prezident Danilo Türkün adından dövlətimizin başçısının şərəfinə rəsmi ziyafət verilmişdir.

Prezidentlər rəsmi ziyafətdə çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsində görməkdən məmnun olduğunu bildirən Sloveniya Prezidenti Danilo TÜRK bu səfərin ölkələrimiz arasında əməkdaşlığı bütün səviyyələrdə genişləndirmək qətiyyətini sübut etdiyini vurğulayaraq dedi:

- Tarixən dostluğumuz və qarşılıqlı anlaşmamız ölkələrimizin oxşar addımlarına əsaslanırdı. İyirmi il öncə bir-birindən asılı olmayan qaydada sloveniyalılar və azərbaycanlılar müstəqillik qərarını verdilər. Qətiyyətli və fəal iş sayəsində biz yeni mərhələyə qədəm qoyduq. Bu gün keçmişimizə nəzər salmaq fürsətimiz var və fərəh hissi ilə bildiririk ki, biz son iyirmi il ərzində bir çox nailiyyətləri əldə etmişik. Tarix boyu sloveniyalılar və azərbaycanlılar arasında əlaqələr formalaşmışdır. Sloveniyalılar İkinci Dünya müharibəsi zamanı ərazimizdə milli azadlıq mübarizəsində Azərbaycan döyüşçülərinin cəsarətini yüksək qiymətləndirirlər. Onların sırasında öz şücaəti və qəhrəmanlığı, eləcə də gücü, fəal işi və təvazökarlığı ilə tanınan bir nəfər də var idi - Milli Qəhrəmanınız Mehdi Hüseynzadə - Mixaylo. Onun qəhrəmanlıq tarixçəsini yaddan çıxarmamaq məqsədi ilə silahdaşı Çiril Zupaniç həmin hadisələri kitabında yazaraq onları əbədiləşdirmişdir. Sloveniya ilə Azərbaycan arasında yenicə yaradılmış Dostluq Cəmiyyətinin məqsədi gələcəkdə Mixaylo haqqında məlumat və bilgiləri yaymaqdır.

Sloveniya Prezidenti ölkələrimiz arasında mədəni əlaqələrin əhəmiyyətinə toxundu. Səfər çərçivəsində imzalanan mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlığa dair sazişin bu sahədə əlaqələrin inkişafı üçün yeni imkanlar açdığını vurğuladı. Sloveniya dövlətinin başçısı onu da bildirdi ki, ölkələrimizin şirkətləri enerji, informasiya, ətraf mühit texnologiyası, mühəndis işi və əczaçılıq sahələrində təmaslar qurub, Azərbaycanda kiçik su elektrik stansiyalarının tikintisində Sloveniya şirkətləri ilə əməkdaşlığa dair plan qüvvəyə minib.

Danilo Türk Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq dedi:

-Mən bu məsələnin həllinə yönəlmiş dialoqunuz sahəsindəki irəliləyişi və səylərinizi alqışlayıram. Danışıqlarda irəliləyişin hər bir əlamətini və bu sahədə vəziyyətin yaxşılaşdırılması məqsədi ilə atılan hər bir addımı görməkdən məmnunam. Mən Dovildə mayın 26-da “Böyük səkkizlik” ölkələrinin sammiti çərçivəsində Rusiya, Fransa və ABŞ prezidentlərinin - ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin bəyanatını alqışlayıram. Həmin bəyanatda onlar məsələnin sülh yolu ilə həlli üçün prinsiplər üzərində razılığa çağırmışlar. Ümid edirəm ki, iyunda Kazanda keçiriləcək üçtərəfli görüşdə razılıq əldə olunacaqdır. Biz demək olar ki, eyni fikirdəyik - nizamlanmaya yönəlmiş səylər status-kvonun daimi olmasının qarşısını almaq üçün sürətləndirilməlidir. Bu məsələnin həlli digər münaqişələrin həllinə də müsbət təsir göstərə bilər.

Avropa İttifaqının üzvü kimi Sloveniya bu təşkilat ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün fəal çalışır. Avropa İttifaqı Azərbaycanı mühüm tərəfdaş hesab edir və Azərbaycan ilə daha fəal münasibətlər qurmaq arzusundadır. Buna görə Avropa İttifaqı Azərbaycanı özünə daha da yaxınlaşdırmaq məqsədi ilə yeni siyasət və proqramlar formalaşdırır. Bu baxımdan mən “Şərq tərəfdaşlığı” layihəsini qeyd etmək istərdim. Sloveniya bu proqramın həyata keçirilməsində fəal iştirak edir.

Prezident Danilo Türk onu da bildirdi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək Assosiasiya sazişi siyasi və iqtisadi münasibətlərin təkmilləşdirilməsi üçün mühüm alətdir. Enerji təhlükəsizliyi, enerji resursları və marşrutlarının şaxələndirilməsi də ümumi maraq doğuran mühüm sahədir.

X X X

Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:

- Hörmətli cənab Prezident!

Xanımlar və cənablar!

İlk növbədə mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə, cənab Prezident, Sizə minnətdarlığımı bildirirəm. Gözəl ölkənizi ikinci dəfə ziyarət etməyimdən çox məmnunam.

Mən ikitərəfli əlaqələrimizin genişlənməsi və keyfiyyətcə yeni mərhələyə qalxması məqsədi ilə qarşılıqlı səfərlərin həyata keçirilməsini vacib hesab edirəm. Bu baxımdan Sizin 2009-cu ildə Azərbaycana uğurlu səfərinizi xüsusi qeyd etmək istəyirəm.

Bu gün əlaqələrimizin yeni mərhələsində ölkələrimiz arasında sənaye, energetika, nəqliyyat, informasiya texnologiyaları, turizm, ticarət, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur.

Lakin etiraf etmək lazımdır ki, iqtisadi münasibətlərimizin göstəriciləri ölkələrimizin potensialına cavab vermir. İki ölkə arasında ticarət dövriyyəsi və sərmayə qoyuluşunun həcmi arzu olunan səviyyədə deyildir. İnanıram ki, səfərim zamanı keçirdiyimiz görüşlər, apardığımız fikir mübadiləsi və müzakirələr ölkələrimiz arasında münasibətlərin yeni müstəviyə yüksəlməsinə təkan verəcəkdir.

Azərbaycan və Sloveniya xalqları çətin günlərdə bir-birinə dayaq olmuşlar. İkinci Dünya müharibəsi illərində faşizmə qarşı mübarizədə burada qəhrəmancasına həlak olmuş “Mixaylo” təxəllüsü ilə tanınan Mehdi Hüseynzadə daim hər iki xalqın xatirələrində yaşayır.

Sloveniya xalqı bu gün də öz qəhrəmanlarını unutmur. Novo Qoritsa şəhərində müxtəlif ictimai qurumların nümayəndələrinin, xüsusilə Mehdi Hüseynzadənin silahdaşlarından ibarət 80-ə yaxın sloveniyalının yeni yaranmış Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinə üzv olması xalqlarımızın bir-birinə olan hörmətini və diqqətini nümayiş etdirir.

Azərbaycan ilə Sloveniyanın beynəlxalq və regional təşkilatlarda - xüsusilə BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurasında əməkdaşlığı böyük məmnunluq doğurur. Azərbaycanın xarici siyasətində Avropa İttifaqı və Avratlantik strukturlarla əlaqələr mühüm yer tutur. Azərbaycan ilə Avropa İttifaqı arasında 2006-cı ildə imzalanmış “Enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”, eləcə də bu ilin yanvar ayında imzalanan “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə” bunun bariz nümunəsidir. Artıq regionun əsas iqtisadi mərkəzinə çevrilmiş Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması üçün bundan sonra da öz töhfəsini verməyə hazırdır.

Biz enerji resurslarımızın bütün istiqamətlərdə dünya bazarlarına çıxarılmasında maraqlıyıq və istehsal etdiyimiz neftin və qazın Avropaya nəqli üçün irəli sürülən təşəbbüsləri nəzərdən keçirməyə hazırıq. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı neft-qaz layihələri bizim etibarlı tərəfdaş olduğumuzu sübut edir və bundan sonra da bütün maraqlı tərəflərlə əməkdaşlıq etməyə imkan verir.

Yuxarıda qeyd edilənlərlə yanaşı, regionun inkişafı üçün ən böyük təhlükə mənbəyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapmamasıdır. Bildiyiniz kimi, Azərbaycanın Dağlıq Qarabağ regionu və 7 digər rayon 20 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal olunmuşdur. Bu, Azərbaycanın ümumi ərazisinin təxminən 20 faizini təşkil edir. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, İKT, ATƏT, Avropa Şurası, NATO və digər beynəlxalq təşkilatların qərar və qətnamələri vardır. Bu münaqişə ancaq beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Hörmətli cənab Prezident, icazə verin, bu badələri Sizin şərəfinizə, Azərbaycan ilə Sloveniya arasında səmimi dostluq və faydalı əməkdaşlıq əlaqələrinin inkişafı şərəfinə qaldırım.

######

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 98 dollara satılır

ABŞ-də “Amerikada Azərbaycan izləri” layihəsinin təqdimatı olub

Poniçalada axtarış-xilasetmə əməliyyatları başa çatıb

Vitali Kliçko: Kiyevdə körpülərə raket zərbələri nəticəsində sağ və sol sahillər arasında nəqliyyat çətinliyi yaranıb

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub YENİLƏNƏCƏK

Buenos-Ayresdə “Azərbaycana açılan pəncərə” adlı sərgi açılıb

Kiril Valçev Bolqarıstan Xəbər Agentliyinin rəhbəri vəzifəsindən istefa verəcək

Azərbaycan–Vyetnam əlaqələrinin güclənməsi zamanın sınaqlarından çıxmış möhkəm dostluğa əsaslanır ŞƏRH

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə qrant müsabiqələri elan edir

Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib VİDEO

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləri

Bakının bir sıra yollarında nəqliyyat sıxlığı yaranıb – SİYAHI

“Axios”: Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri vəzifəsindən ayrılır

Noyabrın 20-si Ağdam Şəhəri Günüdür

Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib VİDEO

Qarakənd faciəsindən 35 il ötür

İranla müharibə ABŞ-yə 48 milyard dollardan çox vəsaitə başa gəlib

Zelenski: Ukrayna Qərb tərəfdaşlarından 115 milyard dollar maliyyə yardımı almağa ümid edir

Qızılın qiyməti ötən ilin sentyabrdan bəri ilk dəfə 3550 dollardan aşağı düşüb

Kiyevdə bir neçə körpü ballistik raketlərlə vurulub - YENİLƏNİB

Norveç və Böyük Britaniya Ukraynaya patrul qayıqları tədarük edəcək

Parisdə Səməd Vurğunun 120 illiyinə həsr olunmuş musiqili ədəbi-bədii gecə təşkil edilib

Vitkoff: Tramp Şençjendə Ukrayna məsələsinə xüsusi diqqət yetirib

Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndələri ilə görüşüb

Göyçayda yol qəzası ölümlə nəticələnib VİDEO

Göyçayda yol qəzası ölümlə nəticələnib VİDEO

Zelenski: Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin necə işləyəcəyinin izahına ehtiyac var

Hörmüz boğazının şərqində tanker minaya düşərək alovlanıb

Lənkəranda zəncirvari qəza iki kəndi işıqsız qoyub

Somali BƏƏ-nin səfirini ölkədən çıxarır

Tramp İranla bağlı qərarını yeni ilin əvvəlində verəcəyini bildirib

Fransa Ruanda da daxil olmaqla, miqrantların geri qaytarılması mərkəzlərinin yaradılmasında iştirak etməyəcək

Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım

Kuşner: Ukrayna üçün təhlükəsizlik zəmanətləri NATO Nizamnaməsinin 5-ci maddəsinə əsaslanacaq

Uzun fasilədən sonra Gürcüstan və Rusiya nümayəndələrinin görüşü olub

Zelenski: Rusiya il ərzində bütün atəşkəs təkliflərini rədd edib

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Misir və Fransa Aralıq dənizində birgə hərbi təlimlərə başlayıb

Poniçaladakı partlayışdan 8 saat sonra 3 yaşlı uşaq dağıntılar altından sağ çıxarılıb VİDEO

Poniçaladakı partlayışdan 8 saat sonra 3 yaşlı uşaq dağıntılar altından sağ çıxarılıb VİDEO

Tramp Çinə səfərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirəcək

Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib

Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

Türkiyənin ilk pilotsuz qırıcı təyyarəsi “KIZILELMA” inventara daxil edilib

Dadaş Məmmədov: İncəsənət protokolsuz ünsiyyətə imkan yaradır və mədəniyyətləri yaxınlaşdırır

Böyük Britaniyada tələbələr ilk qazıntılarında Roma dövrünə aid xəzinə aşkarlayıblar

Aİ Böyük Britaniyadan “Brexit”lə bağlı mövqeyini dəqiqləşdirməyi tələb edir

Milli Məclisin sədri MDB PA-nın Şura iclasında iştirak edib

Nazir: “Made in EU” strategiyası Türkiyə-Aİ əlaqələrinə xələl gətirir

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaradır ŞƏRH

Bu saata olan əsas xəbərlər

Ağdama köçürülmüş sakinlərin 2640-dan çoxu məşğulluq tədbirlərinə cəlb edilib - EKSKLÜZİV

Yazdıqlarımın oxuculara çatması ən böyük arzularımdan biri idi - yazıçı

“Eternity-2026” təlimi çərçivəsində Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib

AzTU-ya QS dünya reytinqindəki mövqeyinə görə sertifikat təqdim edilib

Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib

Altı marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Putin Ukrayna ilə danışıqların müddəti barədə danışıb

Azərbaycan ağırlıqqaldıranı Şanxay Əməkdaşlıq Təşkilatı Açıq Kubokunda 3-cü yeri tutub

BMT Məhkəməsi Myanmanı rohincalara qarşı soyqırımı törətməkdə məsuliyyətli hesab edib

Naxçıvan Kukla Teatrı ilə Çine Belediyesi Kültür Merkezi arasında əməkdaşlıq memorandumu imzalanıb

Baş məşqçi: Çalışırıq ki, Xankəndi rəqiblər üçün çətin səfər olsun

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başlayıb

Ali Radanın sədri: Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir

Ədəbiyyat Muzeyində Lətif Kərimovun 120 illik yubileyi qeyd olunub

Türkmənistanda Azərbaycan-Rusiya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Daha bir şirkət Ağdam Sənaye Parkının rezidenti olub

Ramiz Məmmədov: Şükürlər olsun ki, yenidən Xankəndidə futbol matçı keçirildi

BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisi Vəkillər Kollegiyasının fəaliyyəti barədə məlumatlandırılıb

Elşən Rüstəmov: “İvan İliçin ölümü” teatrın repertuarında layiqli yer tutacaq

Azərbaycanın Qarabağda yaratdığı yeni reallıqlar regionda davamlı sülh üçün zəmin yaradır ŞƏRH

Azərbaycan cüdo üzrə U-23 dünya çempionatında ilk medalını qazanıb

FAO: Qlobal taxıl ehtiyatları gələn il 1,8 faiz artacaq

Pan-Avropa Regional Şurasının iclasında Azərbaycandakı sosial-iqtisadi islahatlar barədə məlumat verilib

Deputat: Gələn ilin sosial müdafiə və səhiyyə xərcləri əhalinin rifahına yönələcək

“Azərişıq” elektroenergetika sektorundakı nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Gömrükçülər pirotexniki vasitələr aşkar ediblər

İncəsənət məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb

COP31-də Azərbaycanın sənaye sektorunda yaşıl və rəqəmsal transformasiya təcrübəsi təqdim olunub

UN-Habitat-ın nümayəndələri Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırılıb

Naxçıvan Muxtar Respublikasının 2027-ci il büdcə gəlirlərinin 510 milyon manat təsdiq edilməsi nəzərdə tutulub

Azərbaycanda ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib YENİLƏNİB VİDEO

Azərbaycanda ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib YENİLƏNİB VİDEO

Nigar Camalova: Tarixi və etnoloji tədqiqatlarda süni intellektin tətbiqi üçün yeddi mərhələli metodika təklif edilib - MÜSAHİBƏ

Azərbaycanla ABŞ arasında aqrar investisiya və texnologiya sahələrində əməkdaşlıq müzakirə olunub

Böyük futbol yenidən Xankəndiyə qayıtdı

Zəfərdən quruculuğa: Böyük Qayıdışın konturları - ŞƏRH

Dövlət Komissiyası: Cari ilin 10 ayında müsadirə edilən narkotiklərin həcmi 1,7 tondan çox artıb

Bakıda Avstriya günləri

Şərurda Dövlət Proqramının icrası ilə əlaqədar görüş olub

Nazir: Milli komandamız da ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilər

Lənkəranda fermer təsərrüfatlarında görülən işlərlə yerində tanışlıq olub

Tovuzda sahibkarlıq subyektlərinin fəaliyyəti ilə tanışlıq olub

Liderlərin üçtərəfli görüşü: Geosiyasi hesablamalar və Ukraynanın gələcəyi - TƏHLİL

Yusif Tapdıqlı: İstehlakçı müraciətlərinin əksəriyyəti qüsurlu malların satışı ilə bağlıdır

® Mərkəzi Gömrük Hospitalında iş mühitində psixoloji dayanıqlıq mövzusunda maarifləndirici təlim təşkil edilib

Çinin hərbi təhsil üzrə nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib

Nərmin Mirzəyeva: ƏMAS əmək qanunvericiliyinin pozulmasının qarşısını əvvəlcədən alır

İcraçı direktor: Biznes biliklərinin adaptasiyası və texnologiyaya transformasiyası çox önəmlidir

Cahangirbəyli kəndində daha 19 ailəyə evlərinin açarları təqdim olunub

Rusiya Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Avropa İttifaqı nümayəndələrini Moskvaya dəvət edib

Bu ilin on ayında istehlakçılara qaytarılan vəsait açıqlanıb

Qırğızıstan və Türkmənistan Azərbaycandan Avropaya uzanan marşrutun perspektivlərini müzakirə edib