Ağcabədidə çiyid səpini başa çatıb
Ağcabədi, 24 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə çiyid səpini başa çatıb.
Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun baş mütəxəssisi Ramiz Quluzadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, “Prime Cotton” MMC, “Azərpambıq” MMC, “P-Agro” MMC, “Cotton Trade” MMC, “Hüseyn Pambıq İK” MMC və “Azərşəkər” MMC ilə müqavilə əsasında 11 min 780,81 hektar sahədə çiyid səpini həyata keçirilib. Əkin sahələrindən yüksək məhsul əldə etmək üçün aqrotexniki tələblərə düzgün və ardıcıl əməl olunması diqqət mərkəzində saxlanılır. Artıq səpin aparılmış ərazilərin 11 min 138 hektarında çıxış alınıb. Hazırda sahələrdə becərmə işləri aparılır. Bu günədək 4977,87 hektarda birinci kultivasiya işləri görülüb, 5772,17 hektar sahə gübrələnib, 5944,3 hektar sahə dərmanlanıb.
Qeyd edək ki, 2024-cü ildə Ağcabədi rayonunda 13 min 112 hektar sahədə pambıq əkilib, 37 min 277 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 28,4 sentner olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [18:27]
Tərtərdə “Vətən bağı”nda 350 meyvə ağacı əkilib
- 06.11.2026 [18:23]
Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı
- 06.11.2026 [18:17]
Ağdamda 8700-dən çox ağac və dekorativ kol əkilib
- 06.11.2026 [18:02]
Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyib
- 06.11.2026 [17:10]
Astaranın iki kəndində içməli su layihəsi həyata keçirilib
- 06.11.2026 [16:16]
Naxçıvanda müsabiqə qalibləri mükafatlandırılıb
- 06.11.2026 [15:53]