ABŞ hərbçiləri Somalini tərk etməyə başlayıb
Bakı, 23 dekabr, AZƏRTAC
ABŞ Silahlı Qüvvələrinin ilk bölmələri Somali sahillərində lövbər salan Birləşmiş Ştatların “Makin Island” desant gəmisinə gətirilib.
AZƏRTAC Goobjoog News portalına istinadla xəbər verir ki, amerikalı hərbçilər ABŞ kontingentinin Somali ərazisindən çıxarılması üzrə əməliyyat çərçivəsində ölkəni tərk etməyə başlayıb. Hərbçilərin daşınması gəmilər vasitəsi ilə gələn dəniz piyadalarının köməyi ilə həyata keçirilir. Birləşmiş Ştatların bu ölkədən təxliyə olunacaq hərbi kontingentinin sayı 700 nəfərə yaxındır.
“Somali Guardian” portalının məlumatına görə, ölkədən çıxarılacaq qüvvələrin əsas hissəsi Cibutidəki 3 min nəfərlik şəxsi heyətə malik “Kemp-Lemonye” hərbi dəniz bazasında yerləşdiriləcək. Bu, ABŞ-ın Afrikadakı ən böyük bazasıdır. Amerikalı hərbçilərin qalan hissəsi isə Keniyaya yollanacaq.
Qeyd edək ki, hazırda Afrika qitəsində Birləşmiş Ştatların 6 min nəfərlik hərbi qüvvəsi dislokasiya olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [14:28]
Yaponiya Asiyada atom elektrik stansiyalarının inşasına dəstək verəcək
- 16.11.2026 [13:19]
COP31: “Yaşıl” və “Mavi” zonalara maraq olduqca böyükdür VİDEO
- 16.11.2026 [13:04]
İndoneziyada Dukono vulkanı püskürüb, kül 300 metr hündürlüyə qalxıb
- 16.11.2026 [12:45]
Cənubi Afrikada silahlı hücum nəticəsində səkkiz nəfər öldürülüb
- 16.11.2026 [12:12]
COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub
- 16.11.2026 [12:10]
Uels şahzadəsi Uilyam və Keyt Middlton Hindistana səfər ediblər
- 16.11.2026 [12:10]