24 YANVAR
![]() |
1945-ci il. Məşhur Azərbaycan sərkərdəsi, qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov (1910-1945) həlak olub. H.Aslanovun komandanlığı ilə Qırmızı Bayraqlı, II dərəcəli Suvorov ordenli 35-ci Şaulyay qvardiya tank briqadası 1945-ci ilin yanvarında Baltik dənizi sahillərinə çıxıb. Tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov yanvarın 24-də Priyekule yaxınlığında, Liyepaya rayonunda kəşfiyyat zamanı ağır yaralanıb və bir neçə saat sonra vəfat edib. İki Lenin ordeni, üç “Qırmızı Bayraq” ordeni, II dərəcəli Suvorov ordeni, “Aleksandr Nevski” ordeni, I dərəcəli Vətən müharibəsi ordeni, iki “Qızıl Ulduz” ordeni və medallarla təltif edilib. Həzi Aslanov Bakıda Şəhidlər xiyabanında dəfn edilib. |
![]() |
1946-cı il. BMT Baş Məclisi “Atom enerjisinin kəşfi ilə əlaqədar yaranan problemləri nəzərdən keçirmək üçün komissiyanın təsis edilməsi” haqqında ilk qətnaməsini qəbul edib. |
![]() |
1924-cü il. Fransanın Şamoni şəhərində I Qış Olimpiya Oyunları başlanıb. |
![]() |
1931-ci il. Moskvada “Romen” Musiqili-Dram Teatrının əsası qoyulub. Bu teatr hazırda dünyada fəaliyyət göstərən ən qocaman qaraçı teatrıdır. Əvvəllər tamaşalar yalnız qaraçı dilində oynanılırdı, 1940-cı ildən rus dilində də təqdim edilir. |
![]() |
1776-cı il. Alman yazıçısı, bəstəkar, rəssam Ernst Teodor Vilhelm Amadey Hofman (1776-1822) anadan olub. Sonralar o, üçüncü adı Vilhelmi dahi bəstəkar Volfqanq Amadey Mosart şərəfinə Amadey adı ilə əvəzləyib. Yazıçıya “Pişik Murrun həyat baxışları” romanı, “Qızıl küp” nağılı, “Sinnober ləqəbli balaca Saxes” hekayəsi dünya şöhrəti gətirib. Hofmanın “Birələr hökmdarı” əsəri Prussiya hökuməti ilə münaqişəyə gətirib çıxarıb. Romanın ifşaedici hissələri çıxarılıb və yalnız 1906-cı ildə çap edilib. |
![]() |
1922-ci il. ABŞ-ın Onava şəhərciyindən (Ayova ştatı) olan Kristian Nelson “Eskimo” dondurması üçün patent alıb. O vaxtdan yanvarın 24-ü Beynəlxalq Eskimo Günü kimi qeyd edilir. “Eskimo” sözü fransız mənşəlidir. Fransada eskimosların geyiminə bənzəyən uşaq kombinezonlarını eskimo adlandırırdılar. Buna görə də şokoladdan ibarət “kombinezon” “geyindirilmiş” dondurmaya da “Eskimo” adı verilib. |
MÜƏLLİFLƏ ƏLAQƏ
Zəfər Günü Torontoda qeyd edilib
- [03:26]
Şəhid İsmayıl Kərimliyə həsr edilmiş sənədli filmin təqdimatı olub
- 04.11.2026 [23:55]
BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar
- 04.11.2026 [23:50]
Çempionlar Liqası: "Fənərbağça" "Liverpul"u məğlub edib
- 04.11.2026 [23:44]
Macarıstanda kommunist dövrünün məxfi xidmətlərinin arxivləri açılıb
- 04.11.2026 [23:11]
"Vikinq"in və “Sabah”ın start heyətləri açıqlanıb
- 04.11.2026 [22:58]
Xorvatiyada Zəfər Günü qeyd edilib
- 04.11.2026 [22:32]
Pavel Herçinski: Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi dayanıb
- 04.11.2026 [21:58]
Qarabağ Dirçəliş Fondu “AIREX 2026” sərgisində iştirak edir
- 04.11.2026 [21:55]
Lənkəranda 64 yaşlı kişinin meyiti tapılıb
- 04.11.2026 [21:35]
Bakıda Türk Dünyası Animasiya Gününün keçirilməsi təklif olunub
- 04.11.2026 [21:23]
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
- 04.11.2026 [21:00]
“Arşın mal alan” komediyası Moskvada nümayiş etdiriləcək
- 04.11.2026 [20:42]
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
- 04.11.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 04.11.2026 [20:00]
Nazir: Azərbaycan dünyada güclü idman mərkəzi kimi tanınır
- 04.11.2026 [19:57]
Cəlilabadda ağacəkmə aksiyası
- 04.11.2026 [19:39]
Emma Edhem: Azərbaycan regionun ən mühüm ölkələrindən birinə çevrilib
- 04.11.2026 [19:34]
“Yaşa, Xəzər!” sərgisində konseptual incəsənət nümunəsi: “Qara kürü” əsəri
- 04.11.2026 [18:51]
Şair Sahib Məmmədov: Poetik görüşlər insanlar arasında mənəvi bağ yaradır
- 04.11.2026 [18:48]
Höteborqda Zəfər Günününə həsr olunmuş şahmat turniri olub
- 04.11.2026 [18:34]
ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən
- 04.11.2026 [18:32]
Kişi voleybolçuların Superliqasında III turun oyunlarına start verilib
- 04.11.2026 [18:13]
Reza Deqati: Fotoqrafiyanı insanlara xidmət vasitəsi kimi seçmişəm
- 04.11.2026 [17:31]
Zelenski: Hazırda Kiyevdə vəziyyət daha ağırdır
- 04.11.2026 [17:23]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 04.11.2026 [17:22]
Fransa və Almaniyada sosial etirazlar: narazılığın əsas səbəbləri - ŞƏRH
- 04.11.2026 [17:22]
İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib
- 04.11.2026 [17:20]
Nazir: Pakistan Azərbaycanla əməkdaşlığı daha da gücləndirməyə sadiqdir
- 04.11.2026 [17:18]
“Gülüstan” türbəsi– Azərbaycan daşişləmə sənətinin nadir incisi
- 04.11.2026 [17:14]
bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı açıqlanıb
- 04.11.2026 [17:11]
Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu asfaltlanır
- 04.11.2026 [17:10]
® “Kapital Bank” yeni konseptli ilk filialı ilə Gəncədə
- 04.11.2026 [16:54]
Belçikada işçilərin sayının azalacağı gözlənilir
- 04.11.2026 [16:43]
MEK-də gənc alimlər və tələbələr Zəfər Gününü qeyd ediblər
- 04.11.2026 [16:42]
On mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
- 04.11.2026 [16:34]
Vəkillər Kollegiyasının rəhbərliyi təlimdə iştirak edib
- 04.11.2026 [16:28]





