Azərbaycan Dövlət İnformasiya Agentliyi

20 Yanvar hadisələrinə tarixi baxış

20 Yanvar hadisələrinə tarixi baxış

Bakı, 20 yanvar, AZƏRTAC

Mövzuya Ulu Öndər Heydər Əliyevin 1990-cı il 20 Yanvar hadisələri barəsində söylədiyi fikirləri diqqətə çatdırmaqla başlamaq istərdim. Ulu Öndər demişdir: “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi”.

XX yüzillik Azərbaycan xalqının tarixinə ən qanlı hadisələrlə, misli görünməmiş faciələrlə yanaşı, müstəqillik və azadlıq uğrunda mübarizə, hünər və qəhrəmanlıq, milli oyanış və özünüdərk əsri kimi də daxil oldu. Azərbaycan xalqına qarşı tarixin müxtəlif dövrlərində düşmənləri tərəfindən soyqırımı törədilib və bu tarix unudulsun deyə tarixin saxtalaşdırılması prosesi aparılıb. Uzun bir tarixi dövr ərzində rus imperiyası milli müstəmləkə siyasəti ilə Azərbaycan xalqının mübarizə əzmini məhv etməyə çalışsa da, buna nail ola bilməyib. Xalqımıza qarşı 1918-ci ildə 31 Mart soyqırımı törədilir. Bu soyqırımda ermənilər fəal rol oynayırlar. Lakin bu faciə xalqımızın azadlıq hərəkatını daha da gücləndirir və istiqlal əzmi ilə yaşayan Azərbaycan xalqı 1918-ci il mayın 28-də uzunsürən azadlıq mübarizəsi nəticəsində öz müstəqilliyinə qovuşur. Azərbaycan xalqı Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini qurdu. Lakin müstəqil Azərbaycan dövlətinin mövcudluğu bəzi düşmən dairələrini ciddi narahat edirdi. Nəticədə Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı və sovet Rusiyası AXC-ni işğal etdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu xalqımızın gələcək faciəli günlərinin təməli oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının baş müəllimi Cəfər Xanəliyevin məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra xalqımız sovet Rusiyasının əsarətində yaşamağa məcbur qaldı. 70 il ərzində Azərbaycana qarşı milli-etnik zəmində müxtəlif təxribatlar törədildi. Milli sərvətlərimiz talan edildi, milli, dini ayrı-seçkilik siyasəti pik həddə çatdı. Milli təəssübkeş ziyalılarımız məhv edilməyə, xalqa qarşı ruslaşdırma siyasəti aparılmağa başlanıldı. Xalqın ziyalı təbəqəsinin məhv edilməsi xalqın azadlıq fikirlərinə, milli vətənpərvərlik ruhuna mənfi təsir etsə də, Azərbaycan xalqı yenə də milli mübarizədən dönmədi.

Milli azadlıq və müstəqillik arzusu ilə yaşayan həmvətənlərimiz keçən əsrin 80-ci illərində milli azadlıq uğrunda mübarizəyə başladılar. Bu prosesin ideoloji təməli isə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. 1969-1982-ci illərdə Azərbaycan SSR-nin rəhbəri olan Heydər Əliyev milli məsələlərin ön plana çəkilməsinə xüsusi diqqət yetirib və müstəqil Azərbaycana gedən yolun təməlini qoyub. Heydər Əliyev öz fəaliyyətində daim xalqın iradəsini ortaya qoyduğu üçün antimilli dairələr tərəfindən sevilmirdi. Amma uzaqgörən siyasətçini bu, narahat etmirdi. Çünki onun amalı, məqsədi daha ali idi: “Müstəqil Azərbaycanı qurmaq və xalqı azadlığa qovuşdurmaq!” Bu yolda Ümummilli Liderimiz hədsiz məhrumiyyətlərlə üzləşib. Ancaq öz yolundan, əqidəsindən heç vaxt dönməyib.

SSRİ-nin süqutuna yaxın bir vaxtda Azərbaycanın başına bəlalar gətirildi. Bu bəlalar planlı şəkildə həyata keçirilirdi. Qan yaddaşımız olan 20 Yanvar faciəsindən əvvəl baş verən Sumqayıt hadisələri, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının yenidən geniş vüsət alması, azərbaycanlıların Ermənistan SSR-dən öz doğma yurdlarında zorla deportasiya edilməsi, Moskvanın - SSRİ rəhbərliyinin müxtəlif yollarla erməni millətçilərini dəstəkləməsi, 1923-cü ildən Azərbaycan ərazisində yaradılan saatlı bomba effekti daşıyan erməni separatizminin məskəni DQMV-də azərbaycanlılara divan tutulması Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəyə qalxmasına səbəb oldu. Faciə ərəfəsində 1990-cı il yanvarın 17-də Azərbaycan KP MK-nın binasının qarşısında izdihamlı mitinq başlanmış və ümumi tətil elan olunmuşdu. Tələb edilmişdi ki, Ermənistanın Azərbaycana ərazi iddialarına son qoyulsun, Sovet İttifaqının Bakı ətrafına yığdığı qoşunlar Dağlıq Qarabağa və Ermənistan tərəfdən hücuma məruz qalan sərhəd bölgələrinə göndərilsin.

Beləliklə, SSRİ rəhbərliyi öz milli haqları uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqına qarşı qanlı divan tutmaq üçün münasib şərait yarada bildi, 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-də saat 00:00-dan Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında fərman verdi. Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov və müdafiə naziri Dmitri Yazov Azərbaycan xalqının müstəqillik hərəkatını hər vəchlə boğmağa çalışırdılar. SSRİ rəhbərliyi guya sovet Azərbaycanı hökumətini devirmək cəhdlərinin qarşısını almaq üçün hərbi müdaxilənin zəruri olduğunu iddia edirdilər.

20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı informasiya blokadasına salındı, radio, televiziya susduruldu, Azərbaycan Dövlət Televiziyasının enerji bloku silahlı hərbçilər tərəfindən partladıldı, mətbuatın nəşrinə qadağa qoyuldu. Xalqımız SSRİ Ali Sovetinin Rəyasət Heyətinin yanvarın 19-dan 20-nə keçən gecədən etibarən Bakı şəhərində fövqəladə vəziyyətin elan edilməsi haqqında qərarından xəbərsiz idi. Yanvarın 18-də televiziya ilə çıxış edən SSRİ və Azərbaycan rəhbərliyinin nümayəndələri respublika əhalisini əmin etdilər ki, Bakıda fövqəladə vəziyyət tətbiq edilməyəcək və belə tədbir nəzərdə tutulmayıb. Ancaq bu vaxt Dövlət Təhlükəsizlik Komitəsinin diviziyasının və desant hissələrinin Bakıya yeridilməsi başa çatmaqda idi. Fövqəladə vəziyyətin yanvarın 19-dan 20-nə keçən gecə tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. "Bakı əməliyyatı"na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirdilər.

Sovet ordusu qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın rayonlarında 150 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər var idi.

20 Yanvar qırğını Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı. Lakin sovet imperiyası insanlıq adına sığmayan əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədi. Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı öz şəhidləri ilə layiqincə vidalaşdı. 1990-cı il yanvarın 22-də xalqımız öz şəhid övladlarını Bakıda izdihamlı matəm yürüşü ilə indiki Şəhidlər xiyabanında dəfn etdi. Respublikada 3 gün matəm elan olundu. Dəfn mərasimi saatlarla davam etdi. Matəm mərasimində milyonlarla insan iştirak etdi. Bu, Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmini daha da gücləndirdi.

Bütün ömrü boyu xalqın yanında olan Ümummilli Lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, belə ağır vəziyyətdə faciənin səhəri günü, 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və çıxış edərək baş vermiş bu faciəvi hadisəni Azərbaycan xalqına qarşı törədilən ağır cinayət aldandırdı. Ulu Öndər cəsarətlə sərt bəyanat verərək SSRİ rəhbərliyini Azərbaycan xalqına qarşı ağır cinayət törətməkdə ittiham edib, təqsirkarların cəzalandırılmasını qətiyyətlə tələb etdi. Xalqımıza qarşı repressiyaya və ağır cinayətə əl atmış Kremlin bir addımlığında kifayət qədər aydın, cəsarətli mövqe ortaya qoyan Ulu Öndər Azərbaycanın üzləşdiyi informasiya blokadasının aradan qaldırılması, real həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün tarixi addım atdı.

Ümummilli Liderimizin bu addımı həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda böyük rezonans doğurdu. Bu qətiyyətli mövqe dərin sarsıntı içində olan xalqa mənəvi dəstək oldu. Bununla da Heydər Əliyev hər zaman xalqla, onun problemləri ilə birgə olduğunu, dərdinə şərik çıxdığını sübuta yetirdi.

Bundan narahat olan qüvvələr sonradan Heydər Əliyevin Azərbaycana dönmək istəyinin qarşısını almaq üçün fəaliyyətə başladılar. Lakin yaradılan maneələrə baxmayaraq, Heydər Əliyev Naxçıvana gəldi və fəal siyasətlə məşğul olmağa başladı. 20 Yanvar hadisəsinə ilk hüquqi-siyasi qiymət də 1991-ci ilin noyabr ayında Heydər Əliyevin Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verildi. 1991-ci il noyabrın 21-də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi tərəfindən qəbul edilmiş qərarda 20 Yanvarın “Milli Matəm Günü” kimi qeyd olunması qərara alındı. Qərarda ilk dəfə olaraq faciənin əsas günahkarları adbaad sadalanmış, onların birbaşa məsuliyyət daşıdıqları göstərilmişdi. 1993-cü ilin ikinci yarısında Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi və faciənin respublika miqyasında geniş araşdırılıb siyasi-hüquqi qiymət verilməsi tövsiyə edildi. 1994-cü ilin fevral ayında Milli Məclisin xüsusi sessiyası keçirildi. Sessiya 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsini, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsini Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirdi. Xalq hərəkatını boğmaq üçün 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası və hökumət rəhbərliyinin, o cümlədən şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi qeyd olundu.

20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı. 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. Bir ildən sonra Azərbaycan yenidən dövlət müstəqilliyinə qovuşdu. Bu qanlı faciədən ötən müddət ərzində hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarətə gələn yüz minlərlə həmvətənimiz azadlığımız uğrunda şəhid olmuş soydaşlarımızın məzarı qarşısında baş əyərək onların xatirəsini əziz tuturlar.

20 Yanvar kədəri neçə illər ötsə də, bizi heç vaxt tərk etməyəcək. Ancaq bir təsəllimiz də var: Azadlıq mücahidlərinin axıtdıqları qanlar hədər getməyib, bizi dövlət müstəqilliyinə qovuşdurub.

Xalqımız 20 Yanvar şəhidlərinin şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur. Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev 20 Yanvar faciəsinin 30 illiyinin qeyd olunması haqqında imzaladığı Sərəncam bunun əyani sübutudur.

Artıq 6 ildir ki, Azərbaycan xalqı 20 Yanvar hadisəsinin ildönümünü qalib dövlət, qalib xalq olaraq qeyd edir. Əminliklə söyləyə bilərik ki, artıq bütün şəhidlərimizin ruhu şaddır. Azərbaycan Respublikası tam suveren dövlətdir, rəşadətli, güclü Ordumuz uzun illər torpaqlarımızda məskən salmış erməni separatçı yuvasını məhv etməklə torpaq, Vətən uğrunda həlak olmuş şəhidlərimizin müqəddəs arzularını yerinə yetirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanıb, əzəli torpaqlarımızı erməni işğalından azad etməklə, ilk növbədə, 20 Yanvar şəhidlərinin ruhlarını şad etdilər. Məntiqi mühakimə və faktlara söykənərək tərəddüd etmədən deyə bilərik ki, 20 Yanvar şəhidləri hansı cəsarətlə Vətənimizin müdafiəsinə qalxmışdılarsa, İkinci Qarabağ müharibəsinin şəhid və qaziləri başda olmaqla bütün döyüşçülərimiz də eyni ruh yüksəkliyi ilə torpaqlarımızı işğaldan azad etdilər. Bəli, Vətən müharibəsinin şəhidləri canları və qanları bahasına 20 Yanvar şəhidlərinin yürüdüyü azadlıq yolunu əzmlə qət edərək Vətənimizi bütövləşdirdilər. Hər biri şəhadət zirvəsinə yüksəlməyi özünə amal seçən Azərbaycan Ordusunun getdiyi yolda yalnız bir nəticə ola bilərdi: Zəfər. Şükürlər olsun ki, bu böyük Zəfəri qəhrəman Azərbaycan Ordusu bizlərə nəsib etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib

Nobel qardaşlarının Azərbaycan irsi Helsinkidə elmi müzakirə mövzusu olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb

ADPU-nun Quba filialında Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

AMEA-nın elmi müəssisələrində bal sistemi əsasında qiymətləndirmə mexanizmi təkmilləşdirilir

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib

Avropa Komissiyası: Çexiya miqrasiya təzyiqi təhlükəsi altında olan ölkələr sırasındadır

“Prezidentimizə söz verdim” – CAHANGİRBƏYLİDƏN REPORTAJ

Qələbənin sədası xalq çalğı alətlərində

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib

Tbilisidə “Koordinat 44” tamaşasının premyerası olub

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər

Praqada 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər

Zəfər Günü Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin təcəssümüdür - ŞƏRH

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşadan

Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyevdən

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı

QHT Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

Cahangirbəylinin həyat ağacı - FOTOLAR

MDU-da Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Ağstafada bir ailənin 3 üzvü zəhərlənib

Braziliyada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edilib

Azərbaycan IV Avrasiya Təhlükəsizliyi Konfransında təmsil olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşası Tbilisidə səhnələşdirilir

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib

Aygün Attar: Azərbaycançılıq dövlətin ideoloji dayanıqlılığının və milli birliyin əsasını təşkil edir

İşğaldan azad edilmiş ərazilərin bərpası və yerli istehsalın inkişafı dayanıqlı məskunlaşma üçün şərait yaradır

UNEC-də bayram tədbiri: Zəfərin 6-cı ildönümü

Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb – YENİLƏNİB

AzerGold” Zəfər Gününu silsilə tədbirlərlə qeyd edib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir

FHN-in əməkdaşları Zəfər Gününü qeyd ediblər

Bakı Dövlət Universitetində Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri

Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

BMT rəsmisi: Bakıda qurduğumuz tərəfdaşlıqlar ən böyük nailiyyətlərimizdən və dəyərli imkanlarımızdan biridir

Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

“Alphabet” “Qualcomm” şirkətində yarım milyard dollarlıq pay əldə edib

V4 liderləri Aİ-nin genişlənməsini dəstəkləyib, Ukrayna məsələsində fikir ayrılığı qalır

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Əlcəzairdə Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

AQTA-da Zəfər Günü qeyd olunub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub

Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək

Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Macarıstanın "Gripen" qırıcıları bomba təhdidlərinə görə üç dəfə havaya qaldırılıb

İngiltərə Bankının rəhbəri: Aİ ilə əlaqələrin gücləndirilməsi Britaniya iqtisadiyyatının inkişafına təkan verə bilər

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

BMT sammitində Bakı Kommunikesi elan edilib

Dövlət Xidmətinin nümayəndələri Koreyada daşınmaz əmlakın kadastrı sahəsindəki rəqəmsallaşdırma işləri ilə tanış olublar

Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş olub

Ağdamda 8700-dən çox ağac və dekorativ kol əkilib

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Müəllim: Musiqi bacarıqları düzgün tədris və müntəzəm məşğələ ilə inkişaf edir

Yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında növbəti qaliblər məlum olub

BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb

Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Zəfər Günü beynəlxalq hüququn bərpası baxımından mühüm tarixi və siyasi əhəmiyyətə malikdir - ŞƏRH

Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Milli qürurumuzun təntənəsi – ADPU-nun Şamaxı filialında Zəfər Günü

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər

“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb

Şəhid qardaşı: Mən həm qardaşımı, həm dostumu, həm də döyüş yoldaşımı itirdim

DİM-in verdiyi sertifikat və şəhadətnamələr artıq “mygov”da

Rəşad Eyubov: Futbolçuların əsas milliyə layiq görülməsinə çox şadam

Milli Kibertəhlükəsizlik Agentliyi: Son dövrdə böyük həcmdə fərdi məlumat sızması halları müşahidə olunur

"802” qaynar xətti bayram günlərində vatsap üzərindən fəaliyyət göstərəcək

® Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Yekaterinburqda 8 Noyabr - Zəfər Günü qeyd edilib

Arxeoloqlar Zəfər Gününü müharibə iştirakçıları ilə qeyd ediblər

Azərbaycan modeli: Milli həmrəylikdən dayanıqlı sülhə - ŞƏRH

Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrlə bağlı monitorinq aparılıb

ADU-nun rektoru şəhid ailələrinə dövlət qayğısından və gənclərin məsuliyyətindən danışıb

Bu il dövlət büdcəsindən vətəndaşlara 300 milyon manata yaxın vəsait qaytarılıb

Ərəb nəsri və İslam mədəniyyətinə dair elmi məqalə Rumıniya jurnalında dərc edilib

Gimnastikanın tamblinq növü üzrə Azərbaycan millisi üçqat dünya çempionu olub

Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

8 Noyabr – Zəfər Günü münasibətilə Stokholmda rəsmi qəbul keçirilib VİDEO

8 Noyabr – Zəfər Günü münasibətilə Stokholmda rəsmi qəbul keçirilib VİDEO

“Zəfər əmanətlərinə qayğı ilə” sağlamlıq həftəsi başa çatıb VİDEO

“Zəfər əmanətlərinə qayğı ilə” sağlamlıq həftəsi başa çatıb VİDEO

Azərbaycan Universitetində Qarabağ Zəfərinin tarixi əhəmiyyəti vurğulanıb

Tərtərdə iki nəfəri öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib