Azərbaycan Dövlət İnformasiya Agentliyi

20 YANVAR

1990-cı il. Bakıda 20 Yanvar faciəsi törədilib. Sovet imperiyası rəhbərliyinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın suverenliyini və beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Bakıya yeritdiyi böyük ordu hissələri amansız cinayətlər və kütləvi qırğınlar törədib. O qanlı gecədə milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib. Lakin sovet rəhbərliyinin xalqın iradəsini, milli azadlıq hərəkatını boğmaq niyyəti baş tutmadı. Bu yolda ilk şəhidlərini verən xalqımız milli azadlıq mübarizəsini davam etdirərək müstəqilliyə qovuşdu. Azərbaycan tarixinin şanlı səhifələrindən olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi xalqımızın qəlbində yaşayır və daim yaşayacaq.
2010-cu il. Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev iştirak edib.

1977-ci il. Tanınmış Azərbaycan şairi, publisist, Əməkdar Mədəniyyət İşçisi Zeynal Cabbarzadə vəfat edib (1920-1977). Kiçik yaşlarından yaradıcılığa başlayan Z.Cabbarzadənin “Puşkin” adlı ilk mətbu şeiri 1937-ci ildə dərc edilib. Onun ilk kitabı olan “Xaniman”da cəbhə şeirləri toplanıb. Z.Cabbarzadə “Əfzələddin və şah”, “Arzular”, “Yaylaqda” və digər əsərlərin müəllifidir. Şairin “Neyləsin”, “Bakı”, “Yel əsər”, “Axşam”, “İlk bahar”, “İntizar”, “Sürəyya”, “Sən mənimsən, mən sənin ” və başqa şeirlərinə bəstələnmiş mahnılar korifey sənətkarlarımız tərəfindən ifa olunub. Z.Cabbarzadə bir sıra uşaq mahnılarının söz müəllifidir. “Bahar gəlir”, “Qatar”, “Quzum” şeirlərinə yazılmış mahnılar uşaqların sevimlisinə çevrilib.

 

2003-cü il. Azərbaycanın məşhur futbol hakimi Eldar Əzimzadə vəfat edib (1934-2003). E.Əzimzadə keçmiş SSRİ-nin tanınmış futbol hakimlərindən idi. O, üç dəfə SSRİ-nin ən yaxşı hakimi seçilib, doqquz dəfə ən yaxşı yeddi hakimi sırasına daxil olub. E.Əzimzadə futbol üzrə SSRİ çempionatında 148 matçda meydanda olub. 1980-ci ildə Moskvada keçirilən XXII Yay Olimpiya Oyunlarının futbol turnirinin final matçını (Çexoslovakiya-ADR) idarə edib. 1977-ci ildə Tunisdə yeniyetmələrdən ibarət milli komandalar arasında keçirilən birinci dünya çempionatında mərkəzi oyunlardan birini - Tunis-İspaniya görüşünü (1:1) idarə etdikdən sonra həmyerlimiz beynəlxalq dərəcəli hakim normasını ödəyib. Həmin il SSRİ birinciliyinin güclülər dəstəsində 100-dən artıq matça hakimlik etdiyinə görə E.Əzimzadə SSRİ Futbol Federasiyasının qızıl medalına layiq görülüb və o, dördüncü dəfə ölkənin on ən yaxşı hakimi siyahısına daxil olub.

 

1880-ci il. Azərbaycanda ilk dəmir yolu istismara verilib. Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanılıb. 1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu ilə birləşdirən 25,2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verilib. “Neft sahəsi” adlanan bu xətlərin tikintisi 1879-cu ilin sonunda başa çatdırılıb və 1880-ci il yanvarın 20-də istismara verilib. 1879-cu idə “Simens qardaşları” tərəfindən Gədəbəy mis-filiz mədəni və Qalakənd misəritmə zavodu arasında darxətli dəmir yolunun inşasına başlanıb və 29 verst uzunluğunda olan bu xəttin çəkilməsi 1884-cu ilin yanvarında başa çatdırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bölmənin digər xəbərləri

28 FEVRAL

28 FEVRAL

27 FEVRAL

27 FEVRAL

26 FEVRAL

26 FEVRAL

25 FEVRAL

25 FEVRAL

24 FEVRAL

24 FEVRAL

23 FEVRAL

23 FEVRAL

22 FEVRAL

22 FEVRAL

21 FEVRAL

21 FEVRAL

20 FEVRAL

20 FEVRAL

Bakıda ECOSOC statuslu QHT-lərin forumunun keçirilməsi planlaşdırılır

Misin qiyməti iyuldan bəri ən aşağı səviyyəyə enib

Bakıda BMT sammiti çərçivəsində ikitərəfli görüşlər olub

Politoloq: Zəfər Günü lider, xalq və ordunun sarsılmaz birliyinin təntənəsidir

Qızıl avqustdan bəri ən böyük həftəlik bahalaşmaya hazırlaşır

Milli qəhrəmanlıq salnaməsi

Son dörd ildə 500-dən çox QHT nümayəndəsinin bilik və bacarıqları artırılıb

Zəfərdən gələcəyə: Azərbaycan gəncliyinin yeni tarixi məsuliyyəti

“Sabah” fransalı futbolçu ilə yollarını ayırıb

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 130 mənzil verilib

Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti davam edir

İranla bağlı qeyri-müəyyənlik fonunda neftin qiyməti artır

Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib

Sosial şəbəkələrdə təhqirə məruz qalanlar hüquqlarını necə qoruya bilərlər? - Hakim açıqladı

Çin dizel yanacağının ixracını məhdudlaşdırmağı planlaşdırır

Dağlıq ərazilərə qar yağıb, hazırda bəzi yerlərdə duman müşahidə olunur

2026-2031-ci illərdə bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 4800 giqavat artacaq - Hesabat

Dövlət qulluğuna qəbul üzrə test imtahanında namizədlərin 459-u tələb olunan şərtləri ödəyib

Premyer Liqa: “Qarabağ” və “Neftçi” növbəti oyunlara çıxır

® Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndələri “44” filmini izləyiblər

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2000-ci il 5 may tarixli 8-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında gənclər, bədən tərbiyəsi və idman sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu Kitabçası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

“Azərbaycanın Zəfəri: hərbi strategiya, diplomatiya və milli birlik” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib

Paytaxtda avtobuslarla sərnişindaşımada rekord göstərici qeydə alınıb

Mingəçevirdə yük avtomobili bataqlıqda batıb, köməksiz vəziyyətdə qalmış iki nəfər təxliyə edilib

Şanlı Zəfərimizin 6-cı ildönümünə həsr olunmuş voleybol yarışları keçirilib

Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın inkişafı üzrə Fəaliyyət Planı qəbul edib

“Qarabağın daş yaddaşı” fotomüsabiqəsinin qalibləri müəyyənləşib

Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu başlayıb

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Zirvələrdə dalğalanan qürurumuz: Prezident Kitabxanasında Bayraq Günü

Yasamal və Nizami rayonlarının bəzi küçələrində işıq olmayacaq

Azərbaycan neftinin qiyməti 107 dollara çatır VİDEO

Azərbaycan neftinin qiyməti 107 dollara çatır VİDEO

Qızıl və gümüş ucuzlaşır VİDEO

Qızıl və gümüş ucuzlaşır VİDEO

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günüdür

Fatmayıda yaşayış evində partlayış baş verib, 2 nəfər xəsarət alıb

Kuşner: Ukrayna ilə bağlı danışıqlara Avropa ölkələri də qoşula bilər

Bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramıdır

Xınalıq kəndinə 15 santimetr qar yağıb

Korsika Fransadan muxtariyyət danışıqlarının bərpasını tələb edir

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub

Azərbaycan əsgərinin Şuşaya daxil olması üçün hər gün dua edirdim – Litvalı jurnalist Riçardas Lapaytis

Tramp Oval Ofisdə gələcək dəyişikliklərə məhdudiyyətlər qoyub

Sorğu: Makrona etimad səviyyəsi Ollandın rekord göstəricisindən də aşağı düşüb

Kuşner Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqları məhsuldar adlandırıb

Qətər ABŞ-dən əlavə mayeləşdirilmiş təbii qaz almaq üçün danışıqlar aparır

Sudan sərhədində atışmada iki Misir hərbçisi həlak olub

Vətən sevgisi və Zəfər qüruru məktəblilərin yaradıcılığında

“The Economist”: Ukrayna demoqrafik böhranla üzləşir

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4390 nəfərə çatıb

UEFA Avropa Liqası: “Yuventus” və “Marsel” səfərdə qalib gəlib

UEFA Konfrans Liqası: “Trabzonspor” öz meydanında məğlub olub, “Kayrat” səfərdə xal qazanıb

Türkiyə parlamenti Məkkə Birgə Müdafiə Sazişini təsdiq edib

ABŞ Prezidenti: Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq

Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm

ABŞ Kubaya qarşı sanksiyalar siyahısını genişləndirib

Demokratların qələbəsindən sonra “Tesla” və “SpaceX” şirkətlərinin səhmləri 15 faiz ucuzlaşıb

Pakistanda yol qəzasında 11 nəfər ölüb, 33 nəfər yaralanıb

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Fransada 5 noyabr aksiyaları: CGT nümayişçilərin sayının 1,6 milyona çatdığını açıqlayıb

Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatı davam edir

Lənkəran Dövlət Dram Teatrı Lerik rayonunda “Nəfəsim Vətən” tamaşası ilə çıxış edib

Türkiyənin Afyonkarahisar vilayətində 8 nəfəri qətlə yetirən şəxs tutulub - YENİLƏNİB

“Brexit” Britaniya şirkətlərinə dörd ildə 7,7 milyard funt-sterlinqə başa gəlib

Fransada kütləvi etirazlardan sonra hökumət həmkarlar ittifaqları ilə danışıqlara başlayır

Meqan Marklın ögey qardaşı Filippində polis araşdırmasına cəlb olunub

Romada 8 Noyabr – Zəfər Günü qeyd edilib

Melaniya Tramp Ağ Evdə Rusiya və Ukrayna nümayəndələrini bir araya gətirib

Gədəbəydə Zəfər Gününə həsr olunan veloyürüş

Ermənistanın KTMT-yə üzvlüyü məsələsinə Moskva sammitində baxıla bilər

Şimali Koreyanın müraciəti əsasında taekvondo UNESCO siyahısına salınmağa yaxındır

Şəhid polkovnik-leytenant Zaur Cəfərovun oğluna vəsiyyəti VİDEO

Şəhid polkovnik-leytenant Zaur Cəfərovun oğluna vəsiyyəti VİDEO

Azərbaycan Mətbuat Şurasının yeni tərkibdə ilk iclası: Sədr müavinləri seçilib

Şəhərlərin gələcəyinə baxış - “AIREX 2026”dan FOTOREPORTAJ

Rusiya XİN vətəndaşlarına müvəqqəti olaraq İrana səfər etməməyi məsləhət bilib

Naxçıvanda 8 Noyabr – Zəfər Günü münasibətilə inklüziv konsert proqramı təşkil edilib VİDEO

Naxçıvanda 8 Noyabr – Zəfər Günü münasibətilə inklüziv konsert proqramı təşkil edilib VİDEO

QUAD ölkələrinin dəniz təlimləri başlayıb

Britaniyanın Hitrou və Birmingem hava limanlarına bomba təhdidi

Azərbaycanın voleybol klubu CEV Çelenc Kubokunun 1/16 finalına yüksəlib

“Zəfər naminə – Birlik Kuboku” minifutbol turnirinin qalibi məlum olub YENİLƏNİB VİDEO

“Zəfər naminə – Birlik Kuboku” minifutbol turnirinin qalibi məlum olub YENİLƏNİB VİDEO

Nazirlikdə Cibuti və Qvineya-Bisaunun nümayəndə heyətləri ilə görüşlər keçirilib

Bu saata olan əsas xəbərlər

Bakıda keçirilən BMT-nin İdarəetmə İnnovasiyaları Sammitinin ilk iş günü yekunlaşıb

“A Bola”: Ronaldonun yığmanı tərk etməsi ilə bağlı qərarından baş məşqçinin xəbəri olmayıb

Milli Məclisin sədri Qazaxıstanda işgüzar səfərdədir

Aykut Bülbül: Şəhərsalma layihələri şəhərin ümumi inkişaf strategiyasına uyğun həyata keçirilməlidir

Ena-Kameliya Məlikova: Brend rezidensiyalar premium yaşayış konsepsiyasını zənginləşdirir

Balakəndə 500 ədəd ağac əkilib

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin Büdcə Zərfinə daxil olan sənədlər müzakirə olunub

Ana bətnində əməliyyat mümkündür? VİDEO

Ana bətnində əməliyyat mümkündür? VİDEO

“Auditoriyadan Zəfərə” - ADNSU-da şəhid məzunların xatirəsi yad edilib

Ağalıda payızın rəngləri, uşaqların təbəssümü...

Dayanıqlı, çevik və qabaqlayıcı institutlar üçün regional həllər - PANEL SESSİYA

Bolnisidə məktəblilər Zəfər Gününü qeyd etməyə hazırlaşır

“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 dekabr tarixli 572 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 372 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının tabeliyində “Daşkəsən Rayon Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqındа
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI