Azərbaycan Dövlət İnformasiya Agentliyi

2020-ci ilin əsas hadisələri

2020-ci ilin əsas hadisələri

Bakı, 29 dekabr, AZƏRTAC 

Yola saldığımız 2020-ci il müstəqil Azərbaycanın tarixinə şanlı səhifə kimi yazıldı. Müdrik Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ işğaldan azad edildi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb.

2020-ci ildə dünya koronavirus bəlası ilə üzləşdi. İlk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edən Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal müstəvidə fəal rol oynadı.

AZƏRTAC ilin bu və ya digər mühüm hadisələri barədə informasiyaları xronoloji ardıcıllıqla təqdim edir.

Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması haqqında niyyət protokolu imzalandı

21 yanvar. Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşündə Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalandı.

Milli Məclisə seçkilər keçirildi

9 fevral. Azərbaycanda Milli Məclisə seçkilər keçirildi. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 1314 namizəd mübarizə apardı.

 

Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsi açıldı

18 mart. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı oldu.

Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı

19 mart. Prezident İlham Əliyev Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzaladı. Fərmana əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı.

 

“Virtual məktəb” layihəsinə start verildi

2 aprel. Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsinə start verildi. Layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir.

Türk Şurasının fövqəladə Zirvə görüşü keçirildi

10 aprel. Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunan fövqəladə Zirvə görüşü keçirildi.

Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü keçirildi

4 may. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi.

Bakıda modul tipli ilk xəstəxana kompleksi açıldı 

7 may. Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin açılışında iştirak etdilər.

  

Bakının Nizami rayonunda 3 saylı DOST mərkəzi istifadəyə verildi

19 may. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzi istifadəyə verildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzin açılışında iştirak etdilər. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi dövlət sosial xidmətlərin innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendidir.

Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində təxribat törətdi

12 iyul. Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutdular. Azərbaycan Ordusu tərəfindən görülən adekvat tədbirlər nəticəsində düşmən itki verərək geri oturduldu.

“Qarabağ” yatağının dayaq bloku dənizə yola salındı

10 avqust. “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimi keçirildi. Prezident İlham Əliyev mərasimdə iştirak etdi.

Azərbaycanın üç şəhəri UNESCO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə üzv seçildi

23 sentyabr. Bakı, Gəncə və Qəbələ UNESCO-nun həyatboyu təhsil sahəsində aparıcı qurumu olan Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəyə üzv seçildi. Qlobal Şəbəkənin üzvləri sırasında Azərbaycan şəhərləri ilk dəfə yer aldı.

 

Ermənistan silahlı qüvvələri bütün cəbhəboyu genişmiqyaslı təxribat törətdi. Vətən müharibəsi başladı.

27 sentyabr. Ermənistan silahlı qüvvələri bütün cəbhəboyu genişmiqyaslı təxribat törətdi. Düşmənin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək bu barədə məlumat verdi. Hərbi əməliyyatların ilk günü Murovdağ və Ağdərə istiqamətlərində strateji yüksəkliklər və bir sıra kəndlər işğaldan azad olundu.

BMT-nin Baş katibi Antonio Quterreşlə Prezident İlham Əliyev arasında görüş oldu

28 sentyabr. BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş keçirildi.

Cəbrayıl şəhəri və rayonun bir neçə kəndi işğaldan azad edildi

4 oktyabr. Cəbrayıl şəhəri və rayonun bir neçə kəndi işğaldan azad olundu. Prezident, Ali Baş Komandan İlham Əliyev bu münasibətlə xalqa müraciət etdi.

Xocavənd rayonunun Hadrut qəsəbəsi işğaldan azad olundu

9 oktyabr. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir neçə kəndi işğaldan azad olundu. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət etdi.

Gəncə şəhəri ballistik raketlə atəşə tutuldu

11 oktyabr. Ermənistan silahlı qüvvələri Gəncə şəhərini ballistik raketlə atəşə tutdu.

Baş Prokurorluğun məlumatına əsasən, Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 nəfər həlak oldu, 35-dən çox şəxs yaralandı, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəydi.

Ermənistan silahlı qüvvələri Gəncəyə ikinci dəfə ballistik raket atdı

17 oktyabr. Ermənistan silahlı qüvvələri Gəncə şəhərini ikinci dəfə ballistik raketlə atəşə tutdu.

Baş Prokurorluğun məlumatına görə, düşmənin Gəncəyə xain hücumu nəticəsində 13 nəfər həlak oldu, 48-dən çox şəxs xəsarət aldı, çoxsaylı mülki infrastruktur obyektinə, nəqliyyat vasitələrinə küllü miqdarda ziyan dəydi.

Füzuli şəhəri işğaldan azad edildi

17 oktyabr. Füzuli şəhəri və rayonun bir neçə yaşayış məntəqəsi işğalçılardan azad olundu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı xalqa müraciət etdi.

 

 Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı

18 oktyabr. Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar.

Zəngilan şəhəri işğaldan azad olundu

20 oktyabr. Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad olundu. Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlə xalqa müraciət etdi.

Qubadlı şəhəri işğalçılardan azad edildi  

25 oktyabr. Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etdi. Həmin gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirildi.

Ermənistan ordusu Bərdə şəhərini raket atəşinə tutdu

28 oktyabr. Ermənistan silahlı qüvvələri Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutdu.

Baş Prokurorluğun məlumatına əsasən, raket zərbələri nəticəsində 21 dinc sakin həlak oldu, 70-dən çox şəxs isə bədən xəsarəti aldı. Çoxsaylı mülki infrastruktur obyektinə, evlərə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi.

Şuşa işğaldan azad olundu

8 noyabr. Qarabağın tacı, döyünən ürəyi Şuşa şəhəri işğaldan azad olundu.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdilər. Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət etdi.

 

İşğal altındakı daha 71 kənd, 1 qəsəbə və 8 strateji yüksəklik azad olundu

9 noyabr. Ermənistanın işğalı altındakı daha 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəklik işğaldan azad olundu. Ümumiyyətlə, Vətən müharibəsinin 44 günü ərzində - sentyabrın 27-dən noyabrın 9-dək rəşadətli Azərbaycan Ordusu 5 şəhəri, 4 qəsəbəni və 286 kəndi işğaldan azad etdi.

 

Qarabağda atəşkəs barədə üçtərəfli bəyanat imzalandı

10 noyabr. Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti Dağlıq Qarabağ münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıla səfər etdilər

16 noyabr. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində oldular. Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verdi.

Ağdam rayonu Azərbaycana təhvil verildi

20 noyabr. Üçtərəfli bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Həmin gün Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil oldu və Ağdam şəhərinə dövlət bayrağımız sancıldı. Bununla bağlı Prezident İlham Əliyev xalqa müraciət etdi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdamda oldular

23 noyabr. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində oldular. Dövlətimizin başçısı Ağdam məscidinin qarşısında çıxış etdi.

Kəlbəcər rayonu Azərbaycana qaytarıldı

25 noyabr. Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Həmin gün Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil oldu. Bu münasibətlə Prezident İlham Əliyev xalqa müraciət etdi.

Laçın rayonu Azərbaycana təhvil verildi

1 dekabr. Laçın rayonu Azərbaycana təhvil verildi. Həmin gün Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil oldu və rayonda Azərbaycanın dövlət bayrağı qaldırıldı. Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət etdi.

Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.

Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi

3 dekabr. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində videoformatda Xüsusi Sessiyası keçirildi. Prezident İlham Əliyev sessiyada çıxış etdi.

Azadlıq meydanında Zəfər paradı keçirildi

10 dekabr. Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak etdilər.

           

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı və Zəngilan rayonlarına səfər etdilər

23 dekabr. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında oldular. Müzəffər Ali Baş Komandan Ermənistanın qanunsuz məskunlaşma apardığı Qubadlının Xanlıq kəndində hərbçilərlə görüşdü, Qubadlıda və Zəngilanda Azərbaycan bayrağını ucaltdı.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

Dünya birjalarında qızıl və gümüş bahlaşıb

Birjalarda neft bahalaşıb

“Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib

Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz

Tramp İranla müharibəni dayandırmaq üçün Si Çinpin və Putinlə danışacaq

Üçrəngli bayrağımız milli qürurumuz, tarixi Zəfərimizin və qalib Azərbaycanın dünyaya bəyanıdır - ŞƏRH

Zəfər Günü münasibətilə Qəbələdə silsilə tədbirlər təşkil olunub

Aksiyalar Fransada siyasi kursun və dövlət quruluşunun transformasiyası məsələsini ortaya qoyub

Zəfər Günü münasibətilə vətəndaşlara növbəti “Açıq qapı” günü təşkil edilib

AKTİ tərəfindən Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub

Səfər Qarakoyunlu: Qarabağ Zəfəri bütün Türk dünyasının qürur mənbəyidir

AMEA-nın kollektivi Zəfər abidəsini ziyarət edib

TRT-nin "Azərbaycan rüzgarı" proqramı Qarabağ Zəfərinin ildönümünə həsr olunub

Qarabağın azad edilməsi Azərbaycan Ordusunun qəhrəmanlığının, xalqının birliyinin tarixi təzahürü oldu – ŞƏRH

BDU-nun kollektivi Zəfər parkını ziyarət edib

Almaniyanın Ştutqart şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir

Üçrəngli bayrağımız müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyidir

Nyu-Yorkun Boulinq-Qrin parkında Azərbaycan bayrağı ucaldılıb

Zaqatalada Zəfər Günündə ağacəkmə aksiyası, güləş turniri, konsert proqramı təşkil olunub

Nyu-Yorkda Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir

Pedaqoji Universitet kollektivi Zəfər parkını ziyarət edib

Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb

ABŞ-ın Paterson şəhərində 8 Noyabr Azərbaycanın Zəfər Günü elan edilib

Prezidentin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub VİDEO

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub

Türkiyədən daha bir təbrik: Tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

8 Noyabr münasibətilə Zəfər Parkı ziyarət edilib

Höteburqda Zəfər bayramı qeyd olunub

Ər-Riyadda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb

ASAP xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Bursanın məşhur Saat Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Strasburqda Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin rəhbər heyəti Zəfər parkını ziyarət edib

Zəfər Günü İsveçrədə qeyd olunub

İpoteka və Kredit Zəmanət Fondunun kollektivi Zəfər abidəsini ziyarət edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Zəfər Günü Ağdam, Füzuli və Xocavənddə silsilə tədbirlərlə qeyd edilib

Şanlı Zəfərimizin əsas memarı Prezident İlham Əliyevdir - ŞƏRH

Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib

Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub

Mərakeş qəzetində Azərbaycanın Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş məqalə dərc edilib

Manisada Zəfər Günü ilə əlaqədar təbrik mesajları yayımlanıb

Zəfər Günü Azərbaycanın xaricdəki nümayəndəliklərində qeyd edilib

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Zəfər Gününə həsr olunmuş şahmat turniri təşkil edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb VİDEO

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

Göygöldə Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib VİDEO

Azərbaycanlı həkimlər Zəfər Günü münasibətilə Berlində yürüş keçiriblər

Zəfər Günü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib

Vaxtilə Azərbaycana qarşı fəaliyyət göstərmiş şəxslərin yerləşdiyi binada Zəfər Muzeyinin yaradılması tarixi ədalətin bərpasının rəmzidir – ŞƏRH

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər VİDEO

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb VİDEO

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər YENİLƏNİB VİDEO

Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

Media və Yayım Şurasının və Mətbuat Şurasının kollektivi Zəfər parkını ziyarət edib

Vətən müharibəsində qazanılan böyük Zəfər məzmunca daha qlobal əhəmiyyət daşıyır VİDEO

Vətən müharibəsində qazanılan böyük Zəfər məzmunca daha qlobal əhəmiyyət daşıyır VİDEO

8 Noyabr xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin, Vətən sevgisinin parlaq təcəssümüdür

Ağdam, Füzuli və Xocavənddə şəhid ailələrinin müraciətləri dinlənilib

Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Zəfər abidəsini ziyarət ediblər

Tbilisidə Zəfər Günü qeyd olunub

Kuala Lumpurun mərkəzində Azərbaycan Bayrağını əks etdirən videoçarx nümayiş olunub

Mədəniyyət Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Federasiya rəsmisi: Yorğa atların yarışlarının daha da inkişaf edəcəyinə inanırıq

Minatəmizləmə Agentliyinin rəhbərliyi Zəfər abidəsini ziyarət edib

Zəfər Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş olub

Maliyyə Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Gəncədə Zəfər Günü ilə əlaqədar şəhidlərin xatirəsi yad edilib

“Zəfər Kuboku” uğrunda yorğa qaçışlarının ilk qalibləri bəlli olub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Xarici İşlər Nazirliyinin heyəti Zəfər parkını ziyarət edib

Zəfər Günü Xocavənd qəsəbəsində qeyd olunub

Azərbaycanın tarixi Qələbəsi Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırıb - İtaliya eksperti

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar VİDEO

Xankəndi Zəfər parkı: diqqət çəkən 44 VİDEO

Xankəndi Zəfər parkı: diqqət çəkən 44 VİDEO

Zəfər Günü münasibətilə paytaxtın müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları olub VİDEO

Zəfər Günü münasibətilə paytaxtın müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları olub VİDEO

Litvalı jurnalist: Azərbaycana turist kimi gəldim və Qarabağ müharibəsinin şahidi oldum VİDEO

Litvalı jurnalist: Azərbaycana turist kimi gəldim və Qarabağ müharibəsinin şahidi oldum VİDEO

Xankəndidən gələn mesajlar və Qarabağa elmin qayıdışı

Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər VİDEO

Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırıb VİDEO

Berlindəki Azərbaycan Mədəniyyət Evində Zəfər Gününə həsr olunmuş maarifləndirici dərs təşkil edilib VİDEO

Berlindəki Azərbaycan Mədəniyyət Evində Zəfər Gününə həsr olunmuş maarifləndirici dərs təşkil edilib VİDEO

Ərdoğan: Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb VİDEO

Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

Pakistanlı ekspert: Qarabağ sakinləri itirdikləri xoşbəxtliyi doğma torpaqlarında yenidən tapıblar VİDEO

Pakistanlı ekspert: Qarabağ sakinləri itirdikləri xoşbəxtliyi doğma torpaqlarında yenidən tapıblar VİDEO

Dövlət Xidmətinin rəhbərliyi Zəfər parkını ziyarət edib

Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər VİDEO

Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər VİDEO

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər VİDEO

Mehmet Emir Aksoy: Azərbaycanın Zəfəri dövlət iradəsinin tarixi təsdiqidir

Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır – FAKTİKİ HAVA

Akkan Suver: 8 Noyabr Türk dünyası üçün böyük Zəfər və qürur günüdür

Əsgərlər bir-birlərindən tutaraq qayalıqlardan keçməli oldular –  Keçmiş xüsusi təyinatlı Şuşanın azad edilməsindən danışıb  VİDEO

Əsgərlər bir-birlərindən tutaraq qayalıqlardan keçməli oldular – Keçmiş xüsusi təyinatlı Şuşanın azad edilməsindən danışıb VİDEO