AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
CNN: Tramp ABŞ-də aralıq seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
                <description>Bakı, 4 noyabr, AZƏRTAC ABŞ Prezidenti Donald Tramp və administrasiyanın bir sıra üzvləri Konqresə aralıq seçkilərin nəticələrini Ağ Evin Şərq otağından izləyəcəklər.AZƏRTAC xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat yayıb.Məlumata görə, Tramp köməkçiləri ilə söhbətində Respublikaçı namizədlərin seçki kampaniyasına dəstək üçün göstərdiyi səyləri vurğulayıb. Bununla yanaşı, o, özəl söhbətlərində partiyanın seçkilərdə ən pis ssenari ilə üzləşə biləcəyini də etiraf edib.Ağ Evin iki rəsmisi administrasiyanın seçkilərin istənilən nəticəsinə hazır olduğunu bildirib.Qeyd edək ki, ABŞ-də noyabrın 3-də keçirilən aralıq seçkilərdə Senatın 35 üzvü və Nümayəndələr Palatasının bütün 435 üzvü seçilir. Həmçinin 36 ştatda qubernator seçkiləri keçirilir.</description>
Çempionlar Liqasının IV turunun ilk günündə 9 qarşılaşma olub
                <description>Bakı, 4 noyabr, AZƏRTAC UEFA Çempionlar Liqasında IV tura start verilib.AZƏRTAC xəbər verir ki, turun ilk günündə 9 qarşılaşma baş tutub.UEFA Çempionlar LiqasıLiqa mərhələsiIV tur21:45. "Şaxtyor" (Ukrayna) - "Sportinq" (Portuqaliya) – 0:121:45. "Qalatasaray" (Türkiyə) - "Ştutqart" (Almaniya) – 2:000:00. "Barselona" (İspaniya) - "Aston Villa" (İngiltərə) – 3:000:00. "Atletiko" (İspaniya) - "Bavariya" (Almaniya) – 0:200:00. "Mançester Yunayted"(İngiltərə) - "Roma" (İtaliya) -3:200:00. "Feyenoord" (Niderland) - "İnter" (İtaliya) – 0:300:00. "Budyo-Qlimt" (Norveç) - "Lill" (Fransa) – 0:000:00. "Vilyarreal" (İspaniya) - PSJ (Fransa) – 0:600:00. LASK (Avstriya) - "Slovan" (Slovakiya) – 4:0.Qeyd edək ki, Liqa mərhələsində IV turun digər oyunları bu gün keçiriləcək.</description>
“Bavariya” Çempionlar Liqasında “Atletiko Madrid”ə qalib gəlib
                <description>Bakı, 4 noyabr, AZƏRTACAlmaniyanın “Bavariya” klubu UEFA Çempionlar Liqasının dördüncü turunda səfərdə İspaniyanın “Atletiko Madrid” komandasını 2:0 hesabı ilə məğlub edib.AZƏRTAC xəbər verir ki, Madriddə keçirilən görüşdə qolları Lennart Karl (54-cü dəqiqə) və Konrad Laymer (74-cü dəqiqə) vurublar.Bu qələbədən sonra “Bavariya” turnirdə 8 xalla çıxışını davam etdirir. “Atletiko Madrid” isə 4 xalla turnir cədvəlinin aşağı pillələrində qərarlaşıb.Növbəti turda “Atletiko Madrid” səfərdə Norveçin “Vikinq” komandası ilə, “Bavariya” isə Fransanın “Lill” klubu ilə qarşılaşacaq. Görüşlər noyabrın 25-də keçiriləcək.</description>
PSJ Çempionlar Liqasında 17 dəqiqəyə dörd qol vuraraq rekord müəyyənləşdirib
                <description>Bakı, 4 noyabr, AZƏRTACFransanın PSJ klubu UEFA Çempionlar Liqasının dördüncü turunda İspaniyanın “Vilyarreal” komandası ilə səfər oyununda 17 dəqiqə ərzində dörd qol vuraraq turnirin rekordunu yeniləyib.AZƏRTAC xəbər verir ki, Paris təmsilçisinin qollarını Joao Neveş (9-cu dəqiqə), Desire Due (12), Senny Mayulu (13) və Fabian Ruis (17) vurublar.Bundan əvvəlki rekord 2011-ci ilin noyabrında müəyyənləşib. Həmin vaxt bir komanda Zaqreb “Dinamo”sunun qapısından 20 dəqiqə ərzində dörd top keçirib.</description>
Baş məşqçi: “Sabah” üçün hazır və yaxşı formada olan 23 futbolçunu seçdiyimizi düşünürəm
                <description>Bakı, 4 noyabr, AZƏRTAC “Sabah” üçün hazır və yaxşı formada olan 23 futbolçunu seçdiyimizi düşünürəm. Bir-iki oyunçu ilə bağlı yekun qərarı isə məşqdən sonra verəcəyik.AZƏRTAC xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turunda Norveçin “Vikinq” komandası ilə keçiriləcək oyun ərəfəsində təşkil olunan mətbuat konfransında bildirib.Litvalı mütəxəssis süni örtüklü meydançaların futbolçuların sağlamlığına təsiri ilə bağlı fikirlərini bölüşüb. O, bu cür meydançaların daha çox zədəyə səbəb olduğunun elmi cəhətdən sübut edilmədiyini qeyd edib.Dambrauskas sıx oyun qrafikinin futbolçuların fiziki vəziyyətinə təsirindən də danışıb: “Belə sıx qrafikdə futbolçularda həmişə xırda zədələr və zərbələr olur. Hər üç-dörd gündən bir meydana çıxırıq. Bununla belə, bu, hamımız üçün böyük oyundur və bir çoxlarının arzusudur. Bu turnirdə iştirak etdiyimiz üçün xoşbəxtik”.Səfərlərin bərpa prosesinə təsirinə toxunan mütəxəssis beş saatlıq təyyarə və ümumilikdə 12 saatlıq qatar səfərinin futbolçuların istirahəti üçün ayrılan vaxtı azaltdığını vurğulayıb: “Əsas çətinlik futbolçuları mümkün qədər dincəlmiş və sağlam vəziyyətdə saxlamaqdır. Bu məsuliyyət həm tibbi heyətin, həm də məşqçilərin üzərinə düşür”.Norveçə 26 ildən sonra qayıtması barədə danışan Dambrauskas burada yenidən olmağın onun üçün xoş olduğunu bildirib: “26 il əvvəl Norveçdə təxminən üç ay yarım, bəlkə də dörd aya yaxın qalmışdım. Burada yenidən olmaq çox xoşdur və möhtəşəm hisslər yaradır. Xüsusilə də başqa səbəblə deyil, futbol üçün burada olmaq”.</description>
“Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
                <description>Bakı, 3 noyabr, AZƏRTAC UEFA Çempionlar Liqasının liqa mərhələsində IV turun oyunları keçirilir.AZƏRTAC xəbər verir ki, Türkiyənin “Qalatasaray” klubu doğma meydanda Almaniyanın “Ştutqart” komandasını 2:0 hesabı ilə məğlub edib. İstanbul təmsilçisinin hər iki qolunu 12-ci və 15-ci dəqiqələrdə Aleksey Batrakov vurub.Turun digər qarşılaşmasında Portuqaliyanın “Sportinq” klubu səfərdə Ukraynanın “Şaxtyor” kollektivini 1:0 hesabı ilə məğlub edib. Yeganə qola 59-cu dəqiqədə İssa Dumbiya imza atıb.Qeyd edək ki, turun digər oyunlarında “Barselona” – “Aston Villa”, “Atletiko” – “Bavariya”, “Mançester Yunayted” – “Roma”, “Feyenoord” – “İnter”, “Budyo-Qlimt” – “Lill”, “Vilyarreal” – PSJ və LASK – “Slovan” komandaları üz-üzə gələcəklər. IV turun digər matçları noyabrın 4-də keçiriləcək.</description>
Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Bolqarıstanın paytaxtı Sofiya şəhərində oktyabrın 31-dən noyabrın 1-dək 16-cı “WSF - şotokan karate" üslubu üzrə Avropa ölkələrinin çempionatı keçirilib.Karate Federasiyasından AZƏRTAC-a bildirilib ki, yarışda Azərbaycan Karate Federasiyasının (AKF) deflimpiya və parakarate üzrə yığma komandaları, eləcə də digər idmançılarımız uğurla çıxış ediblər.Çempionatda ölkəmizi təmsil edən idmançılar müxtəlif yaş və çəki kateqoriyaları üzrə mübarizə apararaq yüksək nəticələr əldə ediblər.Parakarate yarışlarında Aysel Əhmədli bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib olub.Deflimpiyaçılar arasında keçirilən yarışlarda isə Hikmət Ağayev, 75 kiloqram çəki dərəcəsində Elmin Hüseynli və kata üzrə Aytən Qədirova qızıl medal qazanıblar.16-17 yaşlı idmançılar arasında 61 kiloqram çəki dərəcəsində Yusif Əzimzadə, böyüklər arasında 60 kiloqramda Nizaməddin Əzimzadə və 75 kiloqramda Ələkbər Əlizadə gümüş medala layiq görülüblər.Elnur Qasımzadə və Fəqan Yasimov isə 67 kiloqram çəki dərəcəsində bürünc medal qazanaraq yığmamızın uğurlarına töhfə veriblər.Şotokan karate üzrə fərdi yarışlarda da Azərbaycan təmsilçiləri uğurlu nəticələr əldə ediblər. Böyüklər arasında “Şobu Nihon” kateqoriyasında 75 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Elçin Şiriyev qızıl medal qazanıb. Eyni çəki dərəcəsində Ramin Mazanov, kata üzrə isə Nihad Məmmədzadə gümüş medala sahib olublar.Gənclər arasında 16-17 yaş kateqoriyasında 68 kiloqram çəki dərəcəsində çıxış edən Əbülfəz Rəfiyev də qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.Komanda yarışlarında da Azərbaycan təmsilçiləri fərqləniblər. Kişilərdən ibarət yığma komandamız final görüşündə Türkiyə idmançılarına qalib gələrək qızıl medal qazanıb.Azərbaycan Karate Federasiyasının “Şotokan karate” üslubu üzrə rəhbəri Rənad Əliyevin müşayiəti ilə çempionat və birincilikdə iştirak edən idmançılarımız beynəlxalq arenada ölkəmizi layiqincə təmsil ediblər.</description>
“Turan” klubu CEV Çempionlar Liqasında qələbə qazanıb
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Qadın voleybolçulardan ibarət “Turan” komandası CEV Çempionlar Liqasında növbəti oyununa çıxıb.AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu III təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın “Maritsa” klubunu məğlub edib.Plovdivdə keçirilən qarşılaşma təmsilçimizin 3:0 (25:22, 25:22, 25:20) hesablı qələbəsi ilə başa çatıb.Komandalar arasında cavab görüşü noyabrın 10-da keçiriləcək.Qeyd edək ki, “Turan” II təsnifat mərhələsində Xorvatiyanın “Mladost” kollektivini hər iki oyunda məğlub edib – 3:0, 3:2.</description>
“Xilasedici” komandası CEV Çempionlar Liqasında ilk oyununa çıxıb
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Kişilərdən ibarət “Xilasedici” voleybol komandası CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ilk oyununu keçirib.AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Bakıda Portuqaliyanın “Sportinq” klubu ilə üz-üzə gəlib. Qarşılaşma rəqib komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb – 25:23, 19:25, 23:25, 25:23, 15:10.Görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunub.Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması noyabrın 11-də Portuqaliyada keçiriləcək.  </description>
Futzal liqalarında transfer pəncərələrinin tarixləri müəyyənləşib
                <description>Bakı, 3 noyabr, AZƏRTAC 2026/2027-ci illər mövsümü üzrə futzal liqalarında oyunçu keçidlərinin və qeydiyyatının həyata keçirilməsi üçün transfer pəncərələrinin tarixləri müəyyənləşib.AFFA-dan AZƏRTAC-a bildirilib ki, payız transfer pəncərəsi noyabrın 10-u saat 23:59-dək davam edəcək.Qış transfer pəncərəsi isə 2027-ci il yanvarın 15-dən fevralın 15-i saat 23:59-dək açıq olacaq.Azad agent statusuna malik peşəkar oyunçuların sifarişi üçün son tarix 2027-ci il martın 31-i müəyyən edilib.</description>
“Liverpul”un futbolçusu “Fənərbağça” ilə oyunu buraxacaq
                <description>Bakı, 3 noyabr, AZƏRTACİngiltərənin “Liverpul” klubunun futbolçusu Rayan Qravenberx UEFA Çempionlar Liqasının IV turunda Türkiyənin “Fənərbağça” komandası ilə keçiriləcək oyunda iştirak etməyəcək.AZƏRTAC xəbər verir ki, bu barədə Mersisayd təmsilçisi məlumat yayıb.Bildirilib ki, niderlandlı yarımmüdafiəçi topuq nahiyəsindən aldığı zədə səbəbindən İstanbul səfərinə aparılmayacaq və komandaya kömək edə bilməyəcək.Qeyd edək ki, “Fənərbağça” – “Liverpul” qarşılaşması noyabrın 4-də keçiriləcək.</description>
“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu karyerasını bitirib
                <description>Bakı, 3 noyabr, AZƏRTACTürkiyə millisinin sabiq futbolçusu Serdar Aziz karyerasını bitirib.AZƏRTAC xəbər verir ki, bu barədə 36 yaşlı veteran futbolçu özü məlumat verib. 2025-ci ilin iyulunda “Fənərbağça”dan ayrılan və həmin vaxtdan etibarən klubsuz qalan S.Aziz futbolçu karyerasını rəsmən başa vurduğunu açıqlayıb.Keçmiş müdafiəçi bundan sonra məşqçilik fəaliyyətinə başlamağı planlaşdırdığını bildirib.Serdar Aziz “Bursaspor” və “Qalatasaray” komandalarında da çıxış edib.</description>
İspaniyada futbolçunun vəfatı ilə əlaqədar bir neçə oyun təxirə salınıb
                <description>Bakı, 3 noyabr, AZƏRTAC İspaniya Futbol Federasiyası futbolçu Xesus de Migelin vəfatı ilə əlaqədar bu gün keçirilməsi planlaşdırılan Kral Kuboku və Qadınlar Kral Kuboku matçlarını təxirə salıb.AZƏRTAC xəbər verir ki, “Tenerife” klubunun hücumçusunun faciəvi ölümü ilə əlaqədar İspaniyanın U-21 millisi ilə Yaponiya yığması arasında nəzərdə tutulan qarşılaşma da baş tutmayacaq.Bununla belə, İspaniyada bu gecə keçirilməsi planlaşdırılan UEFA Çempionlar Liqası oyunları əvvəlcədən müəyyənləşdirilmiş qrafik üzrə davam edəcək.Xatırladaq ki, 30 yaşlı futbolçu bu gün yerli vaxtla saat 08:00-da dünyasını dəyişib.Hadisə Sequndanın XII turu çərçivəsində keçirilən və 2:2 hesabı ilə başa çatan “Tenerife” – “Andorra” matçında baş verib. Qarşılaşmanın əsas vaxtına əlavə olunmuş 7-ci dəqiqədə “Andorra”nın qapıçısı Xesus Ovono top uğrunda mübarizədə rəqib komandanın hücumçusu Xesus de Migelə qarşı kobud oynayıb. Buna görə hakim qolkiperə birbaşa qırmızı vərəqə göstərib. Müdaxilədən sonra meydanda yerdə qalan futbolçunun huşunu itirdiyi müəyyənləşib. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Xesus de Migelin ürək və tənəffüs dayanması keçirdiyi bildirilmişdi. Daha sonra klub futbolçunun nevroloji vəziyyətinin pisləşdiyini açıqlamışdı.</description>
Aslan Kərimov: “Sabah” Norveçdə süni örtüklü meydançanın çətinliyi ilə üzləşəcək
                <description>Bakı, 3 noyabr, AZƏRTAC “Sabah”ı çətin Norveç səfəri gözləyir. Qarşılaşmanın çətinliyini artıran bir neçə amil var. İlk növbədə, Çempionlar Liqasında zəif rəqib yoxdur. Turnir cədvəlinin son pilləsində qərarlaşan komandalar belə yüksək səviyyəli futbol nümayiş etdirə bilirlər.Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov “Sabah”ın Norveçdə “Vikinq”ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının oyunu barədə danışarkən deyib.Mütəxəssis qarşılaşmanın çətin keçməsinə təsir edə biləcək amillərdən birinin sıx oyun qrafiki olduğunu bildirib.““Sabah” “Turan Tovuz”la görüşdən sonra lazımi qədər bərpa olunmadan Norveçə uçmaq məcburiyyətində qalıb. Bu da istər-istəməz futbolçuların fiziki vəziyyətinə və oyuna təsir göstərən amillərdəndir. Süni örtüklü meydançada oynamaq da futbolçular üçün əlavə çətinlik yaradacaq. Təbii və süni örtüklü meydançalarda oynamaq tamamilə fərqlidir. Süni meydançaya keçid futbolçulardan başqa cür adaptasiya tələb edir. Əzələlər fərqli işləyir və daha çox enerji sərf olunur. Köhnə zədələri olan oyunçular üçün bu, bir qədər də təhlükəli ola bilər”, - deyə Aslan Kərimov vurğulayıb. Bununla belə, mütəxəssis “Sabah”ın hücum potensialını yüksək qiymətləndirib. O, komandanın Çempionlar Liqasındakı əvvəlki oyunlarda qol imkanları yaratmaq bacarığını nümayiş etdirdiyini söyləyib: “Komanda keçirdiyi hər üç oyunda – İngiltərənin “Mançester Yunayted”, Çexiyanın “Slaviya” və Almaniyanın “Borussiya Dortmund” komandaları ilə qarşılaşmalarda qol imkanları yaratmağı bacarıb. Xüsusilə Dortmund təmsilçisi ilə görüşdə 1:2 hesabı ilə məğlub olmağımıza baxmayaraq, demək olar ki, bərabər səviyyədə oyun keçirdik. Bəlkə də, rəqibdən daha çox qol imkanı əldə etdik. Düşünürəm ki, hücum potensialı baxımından “Sabah” kifayət qədər komplektləşmiş komandadır və yaxşı futbolçulara malikdir. Yəqin ki, taktiki baxımdan üzərində işlədikləri müəyyən oyun planı və özünəməxsus üslubları var. Məhz bu amillər onlara uğur qazanmağa imkan verir”.A.Kərimov “Vikinq”in də kifayət qədər təhlükəli rəqib olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Norveç təmsilçisinin Almaniya klubu “Bavariya” ilə 3:3 hesablı heç-heçə etməsi komandanın potensialını göstərir: “Cəmi bir xal toplamalarına baxmayaraq, “Bavariya” ilə oyunda 2:0 hesabı ilə öndə idilər. Bu, onların nə qədər təhlükəli komanda olduğunu göstərir. “Vikinq”in daxili çempionatda da standart vəziyyətlərdən çoxlu qol vurması diqqət çəkir. Buna görə “Sabah” rəqibin standart vəziyyətlərinə xüsusi diqqət yetirməlidir. “Sabah”ın topa nəzarət etdiyi epizodlarda diqqətli olması vacibdir. Oyunun müəyyən hissələrində topa sahib olacağımızı və rəqib meydançasında qol axtaracağımızı düşünürəm. Bunun üçün səbirli şəkildə topu sağdan-sola, soldan-sağa hərəkət etdirməliyik. Lakin top itkisi zamanı diqqətli olmalıyıq. Çünki “Vikinq” əks-hücumlarda da təhlükəlidir. “Bavariya” ilə görüşdə vurduqları ikinci qol da əks-hücum nəticəsində qeydə alınıb”.A.Kərimov “Sabah”ın hücumlarının təşkilində mühüm rol oynayan serbiyalı yarımmüdafiəçi Velko Simiçin mümkün yoxluğunun da komandaya təsir edə biləcəyini qeyd edib: “O, komandanın əsas aparıcı futbolçularından biridir və hücumların təşkilində böyük rol oynayır. Meydançanın müxtəlif zonalarında topa yaxın olmağa çalışır, bir növ pleymeyker funksiyasını uğurla yerinə yetirir. Onun yoxluğu da oyuna təsir edə bilər”.Şöbə müdiri “Sabah”ın cinah müdafiəçilərinin hücumlara qoşulmasının komanda üçün üstünlük yarada biləcəyini də vurğulayıb. Mütəxəssis Zedatka və Puhaçın bu baxımdan fəallığını xüsusi qeyd edib.A.Kərimov qarşılaşmada hər iki komandanın şanslarını bərabər qiymətləndirib.“Bu oyunun nəticəsinin necə olacağını demək çətindir. Rəqibin standart vəziyyətləri və əks-hücumları bizim üçün ciddi problem yarada bilər. Düşünürəm ki, hansı komanda daha yaxşı konsentrasiya olacaq və rəqibini səhvə məcbur edəcəksə, onun qalib gəlmək ehtimalı daha yüksəkdir. Komandaların şanslarını bərabər qiymətləndirirəm. Bu qarşılaşmanı “Slaviya” ilə oyunumuza bənzədirəm. Həmin görüşdə rəqibi səhvə məcbur etdik, çoxlu qol imkanları yaratdıq və qapımızı toxunulmaz saxladıq. Eyni oyunu Norveçdə də davam etdirmək lazımdır. Ancaq bunu rəqib meydançasında, azarkeşləri önündə və süni örtüklü meydançada bacarmaq asan olmayacaq. Qol imkanlarımızın olacağına yüz faiz əminəm. Ancaq onları reallaşdıra biləcəyikmi, bunu demək çətindir. Eyni zamanda, top itkisi zamanı rəqibin əks-hücumlarının qarşısını ala biləcəyikmi və fərdi səhvlərə yol verəcəyikmi, bunu yalnız oyunda görəcəyik. Qarşılaşmanı səbirsizliklə gözləyirik”, - deyə mütəxəssis əlavə edib. Qeyd edək ki, “Vikinq” - “Sabah” qarşılaşması noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Üç xalla turnir cədvəlinin 25-ci pilləsində qərarlaşan təmsilçimiz indiyədək üç oyun keçirib, bir qələbə qazanıb və iki dəfə məğlub olub. Müxbir – Mikayıl Məmmədov</description>
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Gənclər və İdman Nazirliyi (GİN) Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının noyabrın 1-nə olan reytinq cədvəlini açıqlayıb.GİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ötən ayla müqayisədə siyahıda dəyişiklik olub. Sərbəst güləşçi Arseniy Djioyev 470 xalla birinci pilləyə yüksəlib.Cüdoçu Əhməd Yusifov 440 xalla ikinci, sərbəst güləşçi Giorgi Meşvildişvili isə 410 xalla üçüncü sırada qərarlaşıb.</description>
Azərbaycan Kubokunda qayda pozuntularına görə cəzalar açıqlanıb
                <description>Bakı, 3 noyabr, AZƏRTAC İntizam Komitəsi Azərbaycan Kubokunun II təsnifat mərhələsinin oyunlarında baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edib.AZƏRTAC xəbər verir ki, “Səbail” – “Zirə” qarşılaşmasının 80-ci dəqiqəsində ev sahibi komandanın futbolçusu Samuel Nonqoh ikinci sarı vərəqə aldığı üçün bir oyunluq cəzalanıb. “Səbail” klubu 150 manat cərimə edilib. Həmin görüşdə “Zirə”nin dörd futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.MOİK – “Şahdağ Qusar” matçının 73-cü dəqiqəsində ev sahibi komandanın 80 nömrəli futbolçusu Zahid Mərdanov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb. MOİK 900 manat cərimə edilib.“Şəfa” – “Ağstafa Gəncləri” qarşılaşmasında qonaq komandanın həkimi olmadığına görə “Ağstafa Gəncləri” klubu 100 manat cərimələnib.“Xankəndi” – “Gəncəbasar” oyununda ev sahibi komandanın altı futbolçusu sarı vərəqə aldığı üçün “Xankəndi” 210 manat cərimə edilib.“Zəngəzur” – “Karvan-Yevlax” görüşü təcili tibbi yardım avtomobilinin olmaması səbəbindən gec başladığına görə “Zəngəzur” klubu 200 manat cərimələnib.</description>
İspaniyanın “Tenerife” klubunun futbolçusu vəfat edib
                <description>Bakı, 3 noyabr, AZƏRTAC İspaniyanın “Tenerife” klubunun futbolçusu Xesus de Migel 30 yaşında vəfat edib.AZƏRTAC İspaniya klubunun rəsmi saytına istinadla xəbər verir ki, futbolçu noyabrın 3-də yerli vaxtla saat 08:00-da dünyasını dəyişib.Hadisə Sequndanın XII turu çərçivəsində keçirilən və 2:2 hesabı ilə başa çatan “Tenerife” – “Andorra” matçında baş verib. Qarşılaşmanın əsas vaxtına əlavə olunmuş 7-ci dəqiqədə “Andorra”nın qapıçısı Xesus Ovono top uğrunda mübarizədə rəqib komandanın hücumçusu Xesus de Migelə qarşı kobud oynayıb. Buna görə hakim qolkiperə birbaşa qırmızı vərəqə göstərib.Müdaxilədən sonra meydanda yerdə qalan futbolçunun huşunu itirdiyi müəyyənləşib. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Xesus de Migelin ürək və tənəffüs dayanması keçirdiyi bildirilmişdi. Daha sonra klub futbolçunun nevroloji vəziyyətinin pisləşdiyini açıqlamışdı.“Tenerife” klubu yaydığı başsağlığı müraciətində futbolçunun vəfatı ilə əlaqədar dərin hüznünü ifadə edib, onun ailəsinə və yaxınlarına dəstək olduğunu bildirib.Qeyd edək ki, mərhum futbolçunun ailəsi göstərilən dəstəyə görə təşəkkür edib və bu ağır günlərdə şəxsi həyatlarına hörmətlə yanaşılmasını xahiş edib.</description>
İntizam Komitəsi klubları 12 min manatdan çox cərimələyib
                <description>Bakı, 3 noyabr, AZƏRTAC AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının X turunun oyunlarında baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.AZƏRTAC xəbər verir ki, “Turan Tovuz” – “Sabah” matçı başa çatdıqdan sonra meydançaya kənar şəxsin daxil olması səbəbindən Tovuz klubu 2500 manat cərimələnib. Həmin qarşılaşmada “Sabah” komandasının beş futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə ödəyəcək.“Qəbələ” – “Qarabağ” oyununda “Zona 1” ərazisində kənar şəxslərin olması “Qəbələ” klubuna 1000 manat cərimə tətbiqi ilə nəticələnib.“Qarabağ”ın 9 nömrəli futbolçusu Zakaria Savonun formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyinə görə Ağdam təmsilçisi 1500 manat cərimələnib. Bundan başqa, görüş başa çatdıqdan sonra “Qarabağ” azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsi klubun daha 3000 manat cərimələnməsinə səbəb olub.“Şamaxı” – “Neftçi” görüşünün fasiləsində meydançaya kənar şəxslərin daxil olması səbəbindən “Şamaxı” klubu 2500 manat cərimə edilib. Həmin oyunda “Neftçi” komandasının fotoqrafı tərəfindən Əsasnamənin tələbləri pozulduğuna görə paytaxt təmsilçisinə 500 manat cərimə tətbiq olunub.“Sumqayıt” – “Şəfa” qarşılaşmasında isə qonaq komandanın beş futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa” klubu 700 manat cərimələnib.</description>
Basketbol tarixində bu gün: Kobi Brayant NBA-da debüt edib
                <description>Bakı, 3 noyabr, AZƏRTAC 1996-cı il noyabrın 3-də Milli Basketbol Assosiasiyasının (NBA) əfsanəsi, amerikalı basketbolçu Kobi Brayant NBA-da debüt edib.AZƏRTAC xəbər verir ki, “Los-Anceles Leykers”in heyətində debüt edən basketbolçunun komandası müntəzəm çempionatın ikinci oyununda “Minnesota Timberwolves” kollektivini 91:85 hesabı ilə məğlub edib.Həmin vaxt 18 yaşında olan Kobe NBA tarixinin ən gənc oyunçusu kimi meydana çıxıb.Qeyd edək ki, Kobe Brayant 1996-2016-cı illərdə 20 mövsüm NBA-da çıxış edib və karyerası ərzində yalnız “Los-Anceles Leykers”in formasını geyinib. O, basketbol tarixinin ən görkəmli oyunçularından biri kimi yadda qalıb.Əfsanəvi basketbolçu 2020-ci il yanvarın 26-da 41 yaşında helikopter qəzası nəticəsində həyatını itirib.</description>
Gökdeniz Karadeniz: Kurban Berdiyev Azərbaycan futboluna mühüm töhfələr verə bilər – MÜSAHİBƏ
                <description>Bakı, 3 noyabr, AZƏRTACTürkiyə millisinin sabiq futbolçusu, yığmanın heyətində 2008-ci ildə keçirilən Avropa çempionatında üçüncü olmuş, Rusiyanın “Rubin” klubu ilə uğurlar qazanmış Gökdeniz Karadeniz AZƏRTAC-a müsahibə verib. O, hazırda “Turan Tovuz”da işləyən keçmiş baş məşqçisi Kurban Berdiyev haqqında fikirlərini də bölüşüb.- Kurban Berdiyev futbolçu karyeranızda mühüm yer tutub. Onunla uzun illər birlikdə çalışmısınız. Berdiyev necə məşqçi və necə insandır?- Kurban Berdiyevlə uzun müddət birlikdə çalışmağım üçün fürsətim olub. Təxminən altı-yeddi il onun rəhbərliyi ilə fəaliyyət göstərmişəm. O, mənim karyeramda çox mühüm yer tutur. Çox intizamlı, taktiki baxımdan son dərəcə uğurlu və işinə böyük həvəslə bağlı olan məşqçidir. Onunla çalışmaq həm futbol anlayışımın inkişafına, həm də karyerama mühüm töhfə verib. İnsan kimi də onu yaxşı biri hesab edirəm. Birlikdə keçirdiyimiz illərin mənim üçün xüsusi dəyəri var.- Hazırda Berdiyev Azərbaycanın “Turan Tovuz” komandasını çalışdırır. Onun ölkəmizdə gəlməsini necə qiymətləndirirsiniz? Sizcə, burada uğur qazana bilərmi?- Kurban Berdiyevin Azərbaycan çempionatına gəlməsinin ölkə futboluna mühüm töhfə verəcəyini düşünürəm. O, özünü sübut etmiş məşqçidir. Həm oyun fəlsəfəsi, həm də taktiki yanaşması ilə Azərbaycan futboluna dəyər qata biləcək mütəxəssisdir. Uğur qazana biləcəyinə gəlincə, ötən mövsüm komandasını Avropaya daşıdı (bürünc medallara sahib olmasını nəzərdə tutur – red.). Avrokuboklarda iştirak edə bilməsələr də, məncə, bu, mühüm nailiyyətdir. Kurban Berdiyevin Azərbaycan çempionatında uğurlu olacağına və ölkə futboluna əhəmiyyətli töhfələr verəcəyinə inanıram. O, Rusiyada mühüm titullar qazanmış və ciddi uğurlara imza atmış məşqçidir. Həmin dövrdə “Rubin” həqiqətən də çox yaxşı heyət formalaşdırmışdı və layiq olduğu nailiyyətləri əldə etmişdi. Məncə, Azərbaycanda da oxşar uğura imza ata bilər. Futbol hər şeyin mümkün olduğu idman növüdür. Ancaq bunun üçün çox güclü heyətə malik olmaq lazımdır. Futbol artıq müəyyən qədər dəyişib. Azərbaycan çempionatında da güclü rəqiblər var. Buna görə də asan olmayacaq. Amma futbolda mümkünsüz heç nə yoxdur. Düzgün heyət quruculuğu və yaxşı iş sayəsində bu uğuru əldə etmək olar.Kurban Berdiyev intizama böyük önəm verən, taktiki baxımdan son dərəcə güclü məşqçidir. Hər rəqibə qarşı fərqli taktiki plan tətbiq edə biləcək bilik və təcrübəyə malikdir. Onunla uzun illər işləmək imkanım olub. Məncə, ən mühüm xüsusiyyəti taktiki intizamda heç vaxt güzəştə getməməsidir. Komandasına müəyyən oyun fəlsəfəsi aşılayır və futbolçulardan həmin prinsiplərə əməl etmələrini tələb edir. Düşünürəm ki, uğur qazanmasının əsas səbəblərindən biri də məhz budur.- Son illərdə Azərbaycan klubları avrokuboklarda mühüm uğurlara imza atırlar. Xüsusilə “Qarabağ”ın Avropadakı çıxışlarını necə qiymətləndirirsiniz?- Bəli, son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar. “Qarabağ” da bu klubların önündə gəlir. Bir türk olaraq bu nailiyyətlər məni, təbii ki, çox sevindirir. Azərbaycan komandalarının Avropadakı uğurlarını qürurla izləyirəm və bu nailiyyətlərin davamlı olmasını arzulayıram. Azərbaycan futbolunun daim inkişaf edən struktura malik olması vacibdir. Bunun üçün hansı investisiyaların həyata keçirildiyini ətraflı bilmirəm. Ancaq son illərdə ölkə futbolunda müşahidə olunan yüksəlişi həqiqətən müsbət inkişaf hesab edirəm. Ümid edirəm ki, bu proses davam edəcək və Azərbaycan futbolu Avropada daha böyük uğurlara imza atacaq.- “Sabah” bu mövsüm tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. Sizcə, bu nailiyyət Azərbaycan futbolunun inkişafı baxımından nə ifadə edir?- “Sabah” üçün bu, çox mühüm uğurdur. Eyni zamanda, Azərbaycan futbolu adına da dəyərli nailiyyətdir. Əsas məsələ bu uğuru davamlı etməkdir. Çünki nəticələrin sabit və davamlı olması futbolun inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Məncə, belə turnirlərdə iştirak etmək və hər il avrokuboklarda təmsil olunmaq Azərbaycan futbolunun inkişafına mühüm töhfə verəcək. İnşallah, bu uğurlar artaraq davam edər.- Sizcə, Azərbaycan futbolunun Avropada daha böyük uğurlar qazanması üçün hansı sahələrdə inkişaf etməsi vacibdir?- Azərbaycan futbolu son dövrlərdə mühüm inkişaf yolu keçib. Ancaq Avropada daha böyük uğurlar əldə etmək üçün davamlı futbol sisteminin qurulması lazımdır. Bunun üçün klubların futbola daha çox investisiya yatırması, akademiyalarını gücləndirməsi və çempionatda rəqabət səviyyəsini yüksəltməsi vacibdir. Məncə, Azərbaycan bu inkişafın təməlini artıq qoyub. Növbəti mərhələdə məqsəd səviyyəni daha da yüksəltmək və Avropada daha çox klubla təmsil olunmaq olmalıdır. Hər il Çempionlar Liqası və UEFA Avropa Liqası kimi turnirlərdə iştirak həm klubların, həm də ümumilikdə Azərbaycan futbolunun inkişafına mühüm töhfə verər. Bunun üçün futbol fəlsəfəsi və rəqabət mühiti sistemli şəkildə inkişaf etdirilməlidir.- Azərbaycan çempionatını izləyirsinizmi? Diqqətinizi çəkən komandalar və ya futbolçular varmı?- Azərbaycan futbolunu çox yaxından izlədiyimi, bütün oyunlara baxdığımı deyə bilmərəm. Ancaq Çempionlar Liqasında və UEFA Avropa Liqasında çıxış edən komandaların oyunlarını, eləcə də milli komandanın qarşılaşmalarını izləməyə çalışıram. Son dövrlərdə həm klublar, həm də milli komanda səviyyəsində inkişaf müşahidə edirəm. İmkan daxilində Azərbaycan futbolunu izləyir və bu tərəqqini məmnuniyyətlə qarşılayıram.- 2012-ci ildə Avropa Liqasının qrup mərhələsində Kazan klubunun heyətində “Neftçi”yə qarşı da mübarizə aparmısınız. Həmin dövrdən Azərbaycan futbolu ilə bağlı nə xatırlayırsınız?- Bəli, “Neftçi” ilə avrokuboklarda qarşılaşmamız olmuşdu. Azərbaycanda oynamaq və qardaş ölkənin komandasına qarşı mübarizə aparmaq mənim üçün olduqca xoş idi. Həmin dövrdə gördüyüm qədəri ilə Azərbaycan futbolunda oyun tempi bir qədər aşağı, sistem baxımından isə daha kövrək idi. Ancaq bu gün Azərbaycan futbolunun daha güclü və inkişaf etmiş oyun anlayışına malik olduğunu düşünürəm. Azərbaycanda oynamaq mənim üçün gözəl təcrübə idi. Orada olmaqdan və həmin atmosferi yaşamaqdan zövq almışdım.- “Rubin” 2009-cu ildə səfərdə Çempionlar Liqasının qrup mərhələsində “Barselona” üzərində 2:1 hesablı qələbəsi unudulmaz hadisə idi. Həmin tarixi qələbənin sirri nədə idi? Həmin oyunda qollardan birini də siz vurmuşdunuz...- 2009-cu il “Rubin” tarixinin ən mühüm mövsümlərindən biri idi. Böyük uğurlara imza atdığımız dövr idi. Tariximizin ən əhəmiyyətli qələbələrindən biri də “Nou Kamp”da “Barselona”nı 2:1 hesabı ilə məğlub etməyimiz oldu. İkinci qolu mənim vurmağım da ayrıca qürurverici xatirədir. Həmin qələbənin xüsusi sirri yox idi. Qarşımızda bəlkə də tarixdəki ən güclü “Barselona” komandalarından biri dayanmışdı və oyunun favoriti onlar idi. Ancaq biz komanda olaraq öz gücümüzü və nəyə qadir olduğumuzu bilirdik. Meydanda hər kəs əlindən gələnin artığını etdi. Məncə, bu qələbə inamın, zəhmətin və oyun boyu diqqəti cəmləşdirməyin nəticəsi idi.- Futbolçu və ya məşqçi kimi karyeranız ərzində Azərbaycandan təklif almısınızmı? Gələcəkdə Azərbaycan klublarından birində işləmək istərdinizmi?- Futbolçu olduğum dövrdə Azərbaycandan heç bir klubdan təklif almamışam. Məşqçilik karyeramda da indiyədək belə bir təklif olmayıb. Ancaq təklif gələrsə, əlbəttə, dəyərləndirərəm. Azərbaycan futbolu son illərdə inkişaf edən struktura malikdir. Mən də məşqçi kimi bu inkişafa töhfə vermək istərdim. Azərbaycanda çalışmağa müsbət yanaşıram. Müxbir – Cavid Əliyev</description>
Bilyardın “Snuker” növü üzrə ölkə çempionatına yekun vurulub
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Bilyardın “Snuker” növü üzrə Azərbaycan ölkə çempionatı başa çatıb. Bilyard Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, bir neçə gün davam edən və gərgin idman mübarizəsi şəraitində keçən yarışda ölkənin güclü snuker ustaları çempionluq uğrunda mübarizə aparıblar.Yarışın yekun nəticələrinə əsasən, Orxan Qubatov çempionatın qalibi adını qazanaraq qızıl medalın sahibi olub. Orxan Rzayev ikinci, Vüqar Omarov və Tural Zeynallı isə üçüncü yeri bölüşüblər.Qeyd edilib ki, bu cür yarışların keçirilməsi ölkədə bilyardın “Snuker” növünün inkişafı, idmançılar arasında rəqabət mühitinin gücləndirilməsi, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və yeni istedadların üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.</description>
Norveç millisinin və “Vikinq”in sabiq qapıçısı: “Sabah” izləməkdən zövq aldığım komandadır - EKSKLÜZİV MÜSAHİBƏ
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Norveç millisinin sabiq qapıçısı, yığmanın heyətində 1994-cü ildə keçirilən dünya çempionatında çıxış etmiş, “Vikinq” və İngiltərənin “Tottenhem” komandalarının qapısını qorumuş Erik Тоrsvett AZƏRTAC-a eksklüziv müsahibə verib. - “Vikinq”in UEFA Çempionlar Liqasında debüt etməsi sizi nə dərəcədə təəccübləndirdi? - 2018-ci ildə Norveçin ikinci liqasında çıxış edən bir klubun bu səviyyəyə yüksəlməsi möhtəşəm inkişafdır. Bilirəm ki, “Sabah” 2017-ci ildə yaradılıb. Bu baxımdan, onların irəliləyişi daha da təsirlidir. Ümumiyyətlə, Norveç futbolunun son 7-8 ildə keçdiyi inkişaf yolu bizim üçün inanılmazdır. - “Sabah” klubu haqqında nə bilirsiniz? Komandanın oyunlarını izləmək imkanınız olubmu?- “Sabah”ın çox oyunlarını izləmişəm və komandadan müsbət mənada təsirlənmişəm. Topu irəli daşıma üslubları müəyyən mənada “Budyo-Qlimt”in oyununu xatırladır. Komandanın aydın futbol fəlsəfəsi var və rəqibindən asılı olmayaraq öz oyun kimliyinə sadiq qalır. Hətta “Old Trafford”da “Mançester Yunayted”ə qarşı da belə çıxış ediblər. Bununla belə, rəqibin cərimə meydançasının ön xəttinə yaxınlaşdıqda bəzən hücumları tamamlamaqda çətinlik çəkirlər. Həmçinin rəqiblərinə kifayət qədər qol imkanları verirlər. Buna baxmayaraq, “Sabah” izləməkdən zövq aldığım komandadır. - İki debütantın qarşılaşmasında “Vikinq”in əsas üstünlüyü nədən ibarət ola bilər?- “Vikinq”in əsas üstünlüyü Stavangerdə nadir hallarda məğlub olmasıdır. Hətta “Bavariya” da burada qalib gələ bilməyib. Süni örtüklü meydan da Norveç klubunun xeyrinə işləyə bilər. Dəqiq bilmirəm, Azərbaycanda hansısa komanda bu örtükdə oynayır, ya yox. “Vikinq” cümə günü səfərdə “Budyo-Qlimt”ə 2:3 hesabı ilə uduzdu. Lakin çox gərgin və maraqlı oyun oldu. Qarşılaşmaya qədər bərpa olunmaq üçün vaxtları var. - Stavanger şəhərində azarkeşlərin bu oyuna münasibəti necədir? Stadionda əsl futbol bayramı gözləyirsinizmi?- Atmosfer möhtəşəm olacaq. Bakı ilə müqayisədə burada stadion daha kiçikdir və azarkeşlər meydana çox yaxındırlar. Bununla belə, qarşılaşmada düşmənçilik ab-havası olmayacaq. Qonaq komandanın azarkeşləri də xoş qarşılanacaqlar. - Qarşılaşmanın nəticəsi ilə bağlı proqnozunuz necədir?- Düşünürəm ki, bu, “Vikinq”in Çempionlar Liqasında qələbə qazanmaq üçün ən yaxşı şansıdır. Əmsallara görə də Norveç klubu açıq favoritdir. Amma oyun asan keçməyəcək. “Sabah” yaxşı təşkilatlanmış komandadır və fərdi keyfiyyətlərə malik futbolçuları var. Buna baxmayaraq, ürəyim mənə deyir ki, Norveçdə əfsanəvi futbol gecəsi yaşanacaq və “Vikinq” 2:1 hesabı ilə qalib gələcək. Müxbir – Cavid Əliyev</description>
Beynəlxalq yarışlarda fərqlənən idmançılarla görüş olub
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan İdman Akademiyasında keçirilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Nazir Fərid Qayıbov çıxışında idmançılarımızın beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirib, idmançıları və onların məşqçilərini təbrik edib. Bildirib ki, oktyabr ayı ərzində beynəlxalq yarışlarda Azərbaycan Respublikasının Dövlət Himni 17 ölkədə səsləndirilib. İdmançılarımız ümumilikdə 51 qızıl, 43 gümüş və 74 bürünc medal qazanıblar.Tədbirdə beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Bir sıra idman növlərinin nümayəndələri iştirak etdikləri beynəlxalq yarışlar və əldə etdikləri nəticələr barədə məlumat veriblər.Sonda Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar və qələbələr arzulayıb.Görüşdə nazir Fərid Qayıbovun mentoru olduğu, “Yüksəliş” müsabiqəsinin qalibi, Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin poliklinikasının rəisi Ramil Hüseynzadə də iştirak edib.</description>
“Qarabağ” 11 ildən sonra ardıcıl üç heç-heçə edib
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Azərbaycan Premyer Liqasının ən titullu klubu “Qarabağ” ardıcıl üç çempionat oyununda heç-heçə edib. AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi” (3:3), “Sabah” və “Qəbələ” (hər ikisi 0:0) ilə matçların hərəsində bir xal qazanan Ağdam klubu 11 ildən sonra belə seriya ilə üzləşib. Onbirqat ölkə çempionu 2015/2016-cı illər mövsümünün ilk yarısında ardıcıl 3 heç-heçə edib. 2015-ci ilin dekabrında “Zirə” (0:0), “Sumqayıt” (2:2) və “Qəbələ”yə (1:1) qarşı matçlarda fərqli hesablar qeydə alınıb.Qeyd edək ki, mövsümdə ikinci dəfə komandalardan biri ardıcıl üç dəfə heç-heçə edib. Bunadək “Neftçi” “Sabah” (0:0), “Qarabağ” (3:3) və “Turan Tovuz” (1:1) ilə görüşlərdən sülhlə ayrılıb.</description>
“Neftçi” XXI əsrdə qol rekordunu yeniləyib
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Azərbaycan Premyer Liqasının lideri “Neftçi” keçirdiyi 10 qarşılaşmada 25 qol vurub. Peşəkar Futbol Liqasından (PFL) AZƏRTAC-a bildirilib ki, bu məhsuldarlıq “ağ-qaralar” üçün XXI əsrin rekordudur. Bakı klubunun mövsümün ilk 10 çempionat matçında ən azı 25 qol vurması sonuncu dəfə 2000-ci ildə qeydə alınıb. Paytaxt təmsilçisi 2000-2001 mövsümünün müvafiq dövründə 28 qol vurub. Son 25 mövsümün ən yaxşı göstəricisinə imza atan “Neftçi” bundan əvvəlki 24 turnirin ilk 10 matçında da orta məhsuldarlıqda 2,50-yə çata bilməyib.Qeyd edək ki, 1992-ci ildən keçirilən çempionatın tarixində ən yaxşı nəticə də “Neftçi”yə məxsusdur. Bakı təmsilçisi 1996-1997 mövsümünün startında 10 oyunda 42 qola sevinib.  </description>
Çempionlar Liqası: “Qalatasaray” Almaniya klubuna qarşı
                <description>Bakı, 3 noyabr, AZƏRTACUEFA Çempionlar Liqasının liqa mərhələsində IV turun oyunlarına bu gün start veriləcək.AZƏRTAC xəbər verir ki, turun ilk günündə 9 qarşılaşma keçiriləcək.Günün maraqla gözlənilən görüşlərindən birində Türkiyənin “Qalatasaray” klubu doğma meydanda Almaniyanın “Ştutqart” komandasını qəbul edəcək.“Sabah”ın rəqiblərindən İspaniyanın “Barselona” klubu İngiltərənin “Aston Villa” komandası ilə, “Vilyarreal” isə Fransanın PSJ kollektivi ilə üz-üzə gələcək. UEFA Çempionlar LiqasıLiqa mərhələsi, IV tur3 noyabr21:45. “Şaxtyor” (Ukrayna) – “Sportinq” (Portuqaliya)21:45. “Qalatasaray” (Türkiyə) – “Ştutqart” (Almaniya)00:00. “Barselona” (İspaniya) – “Aston Villa” (İngiltərə)00:00. “Atletiko” (İspaniya) – “Bavariya” (Almaniya)00:00. “Mançester Yunayted” (İngiltərə) – “Roma” (İtaliya)00:00. “Feyenoord” (Niderland) – “İnter” (İtaliya)00:00. “Budyo-Qlimt” (Norveç) – “Lill” (Fransa)00:00. “Vilyarreal” (İspaniya) – PSJ (Fransa)00:00. LASK (Avstriya) – “Slovan” (Slovakiya)Qeyd edək ki, IV turun digər matçları noyabrın 4-də baş tutacaq.</description>
“Turan” Çempionlar Liqasında Bolqarıstan təmsilçisi ilə qarşılaşacaq
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Bu gün qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasında növbəti oyununa çıxacaq.AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu III təsnifat mərhələsində Bolqarıstanın "Maritsa" klubunun qonağı olacaq.Plovdivdəki qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.Komandalar arasında cavab görüşü noyabrın 11-də baş tutacaq.Qeyd edək ki, “Turan” II təsnifat mərhələsində Xorvatiyanın “Mladost” kollektivini hər iki oyunda məğlub edib – 3:0, 3:2.  </description>
“Xilasedici” Çempionlar Liqasında mübarizəyə başlayır
                <description>Bakı, 3 noyabr, AZƏRTACKişilərdən ibarət “Xilasedici” voleybol komandası CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ilk oyununu keçirəcək.AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi bu mərhələnin ilk qarşılaşmasında Portuqaliyanın “Sportinq” klubu ilə üz-üzə gələcək.Görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunacaq. Matç saat 18:00-da başlayacaq.Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması noyabrın 11-də Portuqaliyada keçiriləcək.</description>
Yığmanın məşqçisi: Cüdoçumuzun qızıl medal qazanacağını gözləyirdik VİDEO
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Yeniyetmələr arasında ikinci Olimpiya çempionumuzun Vətənə qayıtması çox sevindirici haldır. Yarışdan əvvəl də İbrahim Talıbovun qızıl medal qazanacağını gözləyirdik. Nəhayət, idmançımız verdiyi sözə əməl etdi. Milli komandanın məşqçisi kimi bu uğura mən də sevinirəm. İnanıram ki, bu nəticə gələcəkdə gənclər və böyüklər arasında da təkrarlanacaq.Bu sözləri AZƏRTAC-a açıqlamasında yeniyetmə oğlanlardan ibarət yığmanın məşqçisi Nicat Şıxəlizadə Azərbaycan cüdoçusu İbrahim Talıbovun “Dakar-2026” Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı danışarkən deyib.Mütəxəssis hazırlıq prosesinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb: “Federasiyanın dəstəyi ilə bir neçə təlim-məşq toplanışı keçirilib, idmançı texniki, fiziki və taktiki cəhətdən hazırlıq keçib. İbrahim Talıbov növbəti mərhələdə gənclər arasında mübarizə aparacaq. İstirahətdən sonra cüdoçu gənclər arasında ölkə çempionatında iştirak edəcək və digər yarışlarda da qüvvəsini sınayacaq”.Qeyd edək ki, noyabrın 13-dək davam edəcək "Dakar-2026"da Azərbaycan komandası 8 idman növündə 13 idmançı ilə təmsil olunur.  </description>
Məşqçi: Cüdoçumuz 8 ildən sonra tarixi qələbəni təkrarladı VİDEO
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Həqiqətən, bu, sevindirici haldır. 2018-ci ildə Vüqar Talıbov Olimpiya çempionu olmuşdu. Səkkiz il keçdikdən sonra İbrahim Talıbov həmin tarixi qələbəni təkrarladı. Bu, hamı üçün sevindiricidir. Bu sözləri AZƏRTAC-a açıqlamasında “Dakar-2026” Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycanın yeniyetmə cüdoçusu İbrahim Talıbovun (55 kiloqram) məşqçisi Emin İsgəndərov deyib.Mütəxəssis idmançının Olimpiya Oyunlarında böyük təcrübə qazandığını söyləyib: “Onun gələcəkdə böyüklər arasında da yüksək nəticələr əldə etməsi özündən asılıdır. Karyerasını uğurla davam etdirə bilər. Ancaq mənim həmişə tələb etdiyim bir qayda var: nizam-intizam olsa, qarşıda onu böyük nəticələr gözləyir”.Qeyd edək ki, noyabrın 13-dək davam edəcək "Dakar-2026"da Azərbaycan komandası 8 idman növündə 13 idmançı ilə təmsil olunur.</description>
Qızıl medal qazanan cüdoçu: Məşqçilərimə və ailəmə çempion olacağıma dair söz vermişdim VİDEO
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Məşqçilərimə və ailəmə çempion olacağıma dair söz vermişdim. Sözümün üstündə durdum, bayrağımızı yüksəklərə qaldırdım. Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın yeniyetmə cüdoçusu İbrahim Talıbov “Dakar-2026” Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı danışarkən deyib.55 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan idmançı yarışa yaxşı hazırlaşdıqlarını və keçirdiyi təlim-məşq toplanışlarının nəticəyə müsbət təsir göstərdiyini bildirib: “Final görüşü digər qarşılaşmalarımla müqayisədə daha çətin keçdi. Bununla belə, özümə inanırdım və yüksək nəticə qazanacağımı gözləyirdim”.İ.Talıbov gələcək hədəflərindən də danışıb. O, böyüklər arasında Olimpiya və dünya çempionu olmaq istədiyini vurğulayıb.Qeyd edək ki, noyabrın 13-dək davam edəcək "Dakar-2026"da Azərbaycan komandası 8 idman növündə 13 idmançı ilə təmsil olunur.</description>
Azərbaycanın Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalçısı Vətənə qayıdıb VİDEO
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycana ilk qızıl medalını qazandıran idmançı Vətənə qayıdıb.AZƏRTAC xəbər verir ki, cüdoçu İbrahim Talıbov və onun məşqçisi Emin İsgəndərovu Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyətinin nümayəndələri, federasiya rəsmiləri, media təmsilçiləri və idmançıların yaxınları qarşılayıblar.55 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan cüdoçu finalda xorvatiyalı rəqibi Zvorc Jonaya qalib gələrək Azərbaycan komandasına "Dakar-2026"nın ilk qızıl medalını qazandırıb. Xatırladaq ki, mübarizəyə 1/4 finaldan başlayan cüdoçumuz ilk iki görüşdə Mərkəzi Afrika Respublikasından olan İbrahim Mussanı və Səudiyyə Ərəbistanı təmsilçisi Muratz Hebahı mübarizədən kənarlaşdırmışdı. Noyabrın 13-dək davam edəcək "Dakar-2026"da Azərbaycan komandası 8 idman növündə 13 idmançı ilə təmsil olunur.  </description>
Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV
                <description>Bakı, 2 noyabr, AZƏRTAC Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanır. Bu komandaların önündə isə “Qarabağ” gəlir. Bir türk olaraq bu uğurlar məni çox sevindirir. Azərbaycan klublarının Avropadakı çıxışlarını qürurla izləyir, bu nailiyyətlərin davamlı olmasını arzulayıram.Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında Türkiyə millisinin və Rusiyanın "Rubin" (Kazan) komandasının sabiq futbolçusu Gökdeniz Karadeniz deyib.O bildirib ki, Azərbaycan futbolu davamlı inkişaf etməlidir: “Bunun üçün nə qədər sərmayə qoyulduğunu dəqiq bilməsəm də, son illər Azərbaycan futbolunda müşahidə olunan yüksəlişi çox müsbət qiymətləndirirəm. Ümid edirəm ki, bu inkişaf davamlı olacaq və Azərbaycan futbolu Avropada daha böyük uğurlara imza atacaq." Müxbir - Cavid Əliyev</description>
Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb
                <description>Bakı, 2 noyabr, AZƏRTAC Azərbaycanlı karateçi Yusif Qəhrəmanlı Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən 16-cı WSF Avropa Ölkələri Şotokan Karate Birinciliyində gümüş medal qazanıb.Karate Federasiyasından AZƏRTAC-a bildirilib ki, 14–15 yaşlı idmançıların mübarizəsində 70 kiloqramadək çəki dərəcəsində çıxış edən təmsilçimiz uğurlu nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib.Yusif Qəhrəmanlı yarışa məşqçiləri Şahin və Rəşid Xudaverdiyevlərin rəhbərliyi altında hazırlaşıb.  </description>
“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq
                <description>Bakı, 2 noyabr, AZƏRTAC Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Azərbaycan Üzgüçülük Federasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Üzməyi öyrənək” layihəsi 2026-cı ilin noyabr-dekabr aylarında 8-ci dəfə təşkil olunacaq.Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, layihənin əsas məqsədi məktəblilərə üzgüçülük bacarıqlarını öyrətmək, onların suda təhlükəsiz davranış vərdişlərini formalaşdırmaq və sağlam həyat tərzinin təşviqinə töhfə verməkdir.Layihə çərçivəsində 1-8-ci sinif şagirdləri məşqçilərin rəhbərliyi ilə üzgüçülük təlimlərinə cəlb olunacaqlar. Təlimlər bir ay müddətində ödənişsiz təşkil ediləcək. Layihənin ölkə üzrə 33 idman obyektində həyata keçirilməsi və 60 məktəbin iştirakı nəzərdə tutulur.Məşğələlər zamanı şagirdlərə üzgüçülüyün əsas bacarıqlarının öyrədilməsinə, suda təhlükəsiz davranış vərdişlərinin aşılanmasına və onların idmana marağının artırılmasına xüsusi diqqət yetiriləcək.Layihə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində, eləcə də Abşeron, Ağcabədi, Ağdaş, Balakən, Beyləqan, Biləsuvar, Cəlilabad, Gəncə, Goranboy, Göyçay, Göygöl, Hövsan, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qax, Qazax, Qəbələ, Quba, Qusar, Lənkəran, Neftçala, Oğuz, Saatlı, Salyan, Sumqayıt, Şəki, Şəmkir, Şirvan, Tərtər, Yevlax və Zaqatala Olimpiya İdman komplekslərində baş tutacaq.</description>
Azərbaycan basketbol millisi Serbiyaya yollanır
                <description>Bakı, 2 noyabr, AZƏRTACAzərbaycanın U-14 basketbol millisi Serbiyada təlim-məşq toplanışına qatılacaq.Bu barədə AZƏRTAC-a kişi basketbolçulardan ibarət milli komandaların meneceri Fərid Əmirov məlumat verib.O, Bedri Meriçin rəhbərlik etdiyi yığmanın noyabrın 18-dən 22-dək Belqrad şəhərində hazırlıq keçəcəyini qeyd edib: “Burada üç yerli komanda ilə yoxlama görüşləri keçirəcəyik”.</description>
Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir
                <description>Bakı, 2 noyabr, AZƏRTAC Çempionatda klublar arasında rəqabətin olması futbolumuzun inkişafı və güclənməsi baxımından müsbət haldır.Bu fikri AZƏRTAC-a açıqlamasında futbol üzrə U-18 Azərbaycan millisinin baş məşqçisi Mahmud Qurbanov deyib.O bildirib ki, çempionatın hazırkı mərhələsində çempionluq mübarizəsi ilə bağlı proqnoz vermək hələ tezdir. Onun sözlərinə görə, klublar arasında həm nəticə, həm də oyun səviyyəsi baxımından rəqabətin artması müsbət tendensiyadır: “Bu turda qeydə alınan nəticələri sensasiya hesab etmirəm. Düşünürəm ki, bunlar komandaların oyununa uyğun normal nəticələrdir. Çempionatın bu şəkildə davam etməsi səviyyəsinin yüksəlməsinə kömək edəcək”.M.Qurbanov “Turan Tovuz”un çıxışına da münasibət bildirib. O, komandanın turnir cədvəlinin aşağı pillələrində qərarlaşan rəqiblərlə oyunlarda xal itirməsini əsas problemlərdən biri kimi qiymətləndirib: “Turan Tovuz”un “Sabah” üzərində qələbə qazanmasını normal və gözlənilən hesab edirəm. Komanda yuxarı pillələrdə qərarlaşan rəqiblərə qarşı inamlı oynasa da, aşağı pillələrdəki klublarla görüşlərdə eyni nəticəni göstərə bilmir. Xüsusilə mövsümün sonunda itirilən xallar komandaya baha başa gələ bilər”.Baş məşqçi “Qarabağ”ın hazırkı oyun səviyyəsi və komandadaxili vəziyyəti barədə də danışıb. O, Ağdam təmsilçisinin əvvəlki oyununu nümayiş etdirmədiyini düşünür: “Qarabağ”ın əvvəlki oyununu görmürük. Güman edirəm ki, bu, yeni futbolçuların komandaya qoşulması ilə əlaqədardır. Son oyunda futbolçular arasında yaşanan insident isə əlbəttə ki, yaxşı hal deyil. “Qarabağ” uzun illərdir Azərbaycanı Avropada layiqincə təmsil edir. Buna baxmayaraq, düşünürəm ki, komanda çempionluq yarışından geri qalmayacaq”.M.Qurbanov futbolçuların motivasiyasının azalmasının da komandanın çıxışına təsir edə biləcəyini istisna etməyib. O qeyd edib ki, əvvəlki illərdə Ağdam klubunda çıxış edən futbolçular uğur qazanmağa daha həvəsli və motivasiyalı idilər: “Əvvəlki “Qarabağ” daha güclü idi. O vaxt komandada oynayan futbolçular hər oyuna daha istəkli və aqressiv yanaşırdılar. Onlar daha çox uğur qazanmaq istəyirdilər. Heyət dəyişdikcə belə problemlərin üzə çıxması mümkündür”.Təcrübəli mütəxəssis sabiq komandası “Kəpəz”in bu mövsümkü çıxışını da dəyərləndirib. O, Gəncə təmsilçisinin qazandığı nəticələrdən məmnun olduğunu bildirib: “Kəpəz”in oyunu və qazandığı nəticələr sevindirir. Komanda əvvəlki vəziyyətinə qayıtmağa çalışmalıdır. Hazırda turnir cədvəlində tutduğu mövqe və göstərdiyi nəticələr müsbətdir”.Veteran futbolçu “Kəpəz”in mövsümün sonunda avrokuboklara vəsiqə qazanması ilə bağlı proqnoz verməyin isə tez olduğunu vurğulayıb. Onun sözlərinə görə, çempionatın başa çatmasına hələ xeyli vaxt və oyun qaldığından indidən belə bir ehtimalı dəyərləndirmək düzgün deyil. Müxbir - Cavid Əliyev</description>
Futzal üzrə Azərbaycan Tələbə Liqasında yeni mövsümə start verilib
                <description>Bakı, 2 noyabr, AZƏRTAC Oktyabrın 31-də ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2026/2027-ci illər mövsümünə start verilib.AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, A və B qruplarında ümumilikdə yeddi qarşılaşma baş tutub. A qrupunda Azərbaycan İdman Akademiyası ilə Bakı Mühəndislik Universitetinin komandaları üz-üzə gəlib. Görüş 3:2 hesabı ilə başa çatıb. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin komandası Azərbaycan Tibb Universitetinin komandasına 7:4, Odlar Yurdu Universitetinin komandası ADA Universitetinin komandasına 6:1 hesabla qalib gəlib.Liqanın B qrupunda qarşılaşan Bakı Slavyan Universitetinin komandası Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandasına 1:8 hesabla məğlub olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandası Milli Aviasiya Akademiyasının komandasına 1:0, Azərbaycan Dövlət Pedaqoji Universitetinin komandası Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının komandasına 8:1, Azərbaycan Texniki Universitetinin komandası Bakı Ali Neft Məktəbinin komandasına 2:0 hesabla qalib gəlib. Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir. 15 ali təhsil müəssisəsinin komandasının mübarizə apardığı liqaya 2027-ci ilin may ayında yekun vurulacaq. Yarışlarda I, II, III yerləri tutan komandalar medal, pul mükafatı, çempion komanda kubok ilə, liqada fərqlənən 3 tələbə-futbolçu isə “Ən yaxşı qapıçı”, “Ən məhsuldar oyunçu” və “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunacaq. Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliği, perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması və tələbələrdən ibarət yığma komandanın formalaşdırılmasından ibarətdir.  </description>
Azərbaycan idmançısı IMMAF Dünya Çempionatında ilk qələbəsini qazanıb
                <description>Tbilisi, 2 noyabr, AZƏRTACGürcüstanın paytaxtı Tbilisidə keçirilən IMMAF Dünya Çempionatında Azərbaycan millisinin üzvü Həsən Muhamqazi ilk qələbəsini qazanıb.AZƏRTAC xəbər verir ki, 61,2 kiloqram çəki dərəcəsində, 18-20 yaş kateqoriyasında mübarizə aparan idmançımız Anqola təmsilçisi ilə qarşılaşmada rəqibinə vaxtından əvvəl qalib gəlib.Azərbaycan millisi çempionatda MMA Federasiyasının prezidenti Rövşən Həsənovun rəhbərliyi ilə iştirak edir.Yığmamızın heyətində Ələkbər Mahmudov, Qabil Əlizadə, Saleh Cəfərov, İsmət Bədəlov, Həsən Muhamqazi, Əli Ataşov və Elmir Allahverdiyev yer alıb.Komandanın meneceri Səidə Osmanova, məşqçiləri Şəhriyar Abbasov, Hacı Allahverdiyev və Natiq Novruzzadədir. Yarışda Azərbaycanı hakim kimi Anar Qurbanov təmsil edir.Qeyd edək ki, IMMAF Dünya Çempionatı noyabrın 1-dən 7-dək Tbilisidə keçirilir. Yarışda 60-dan çox ölkədən 820-dən artıq idmançı iştirak edir. Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi</description>
“Vikinq”-“Sabah” oyununun hakimləri müəyyənləşib
                <description>Bakı, 2 noyabr, AZƏRTAC “Sabah” və Norveçin “Vikinq” komandaları arasında UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək görüşün hakim təyinatları açıqlanıb.AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Norveçdə baş tutacaq görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcək.Oyunun baş hakimi FIFA referisi Sander van der Eyk olacaq. Ona həmyerliləri Rens Bluemink və Stefan de Qrot kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Coui Koy yerinə yetirəcək.Qeyd edək ki, “Vikinq”-“Sabah” qarşılaşması noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Üç xalla turnir cədvəlinin 25-ci pilləsində qərarlaşan təmsilçimiz indiyədək üç oyun keçirib, bir qələbə qazanıb və iki dəfə məğlub olub.</description>
Futbol tarixində bu gün: Ronaldu “Real Madrid”də 100-cü qolunu vurub
                <description>Bakı, 2 noyabr, AZƏRTAC 2011-ci il noyabrın 2-də portuqaliyalı ulduz Kriştianu Ronaldu “Real Madrid”in heyətində 100-cü qolunu vurub.AZƏRTAC xəbər verir ki, bu əlamətdar hadisə UEFA Çempionlar Liqasının qrup mərhələsində Fransanın “Lion” komandası ilə qarşılaşmada qeydə alınıb. Madrid təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib. Komandanın hər iki qolunu Kriştianu Ronaldu vurub. O, yubiley qolunu “Real Madrid”də keçirdiyi 105-ci oyunda vuraraq yüksəkməhsuldarlıq nümayiş etdirib. Qeyd edək ki, Kriştianu Ronaldu 2009–2018-ci illərdə “Real Madrid”in formasını geyinib. Portuqaliyalı hücumçu Madrid klubunda keçirdiyi 438 rəsmi oyunda 451 qol vuraraq komandanın tarixinin ən məhsuldar futbolçusu olub. O, “Real Madrid”lə 4 dəfə UEFA Çempionlar Liqasının, 3 dəfə Klublararası Dünya Çempionatının və UEFA Superkubokunun, 2 dəfə İspaniya çempionatının, İspaniya Kral Kubokunun və İspaniya Superkubokunun qalibi olub.Ronaldu, həmçinin Madrid klubunda çıxış etdiyi dövrdə dörd dəfə “Qızıl top” mükafatına layiq görülüb. O, 9 mövsümlük çıxışı ərzində UEFA Çempionlar Liqasında 105, İspaniya çempionatında isə 312 qola imza atıb.</description>
ABF rəsmisi: Avrokuboklarda ən şanslı komandamız “Sabah”dır
                <description>Bakı, 2 noyabr, AZƏRTACHəm Azərbaycan çempionatında, həm də avrokuboklarda komandalarımızın çıxışını müsbət qiymətləndirirəm. Hələlik qrup mərhələsində cəmi dörd tur geridə qalıb. Buna görə də növbəti mərhələyə yüksəlmək şansları barədə daha dəqiq danışmaq üçün qarşıdakı oyunları gözləməliyik. İnanıram ki, bütün təmsilçilərimizin şansı davam edir.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) idman direktoru Turqay Zeytingöz avrokuboklarda mübarizə aparan təmsilçilərimiz barədə danışarkən deyib.O, “Sabah”ın Çempionlar Liqasının ən çətin qruplarından birində mübarizə apardığını söyləyib: “Komanda səfərdə Litvanın “Ritas” və Türkiyənin “Trabzonspor” klubları ilə oyunlarda məğlub olsa da, hər iki qarşılaşmada yaxşı mübarizə nümayiş etdirdi. Təəssüf ki, son dəqiqələrdə qələbə qazanmaq mümkün olmadı. Daha sonra evdə Fransanın “Nanter” kollektivi üzərində vacib qələbə əldə edərək qrupdakı şanslarını qorudu. İndi “Sabah”ı “Trabzonspor”la çox vacib oyun gözləyir. Bu qarşılaşmada qalib gəlsələr, növbəti mərhələyə yüksəlmək üçün böyük şans əldə edəcəklər. Qrupda komandalar arasında ciddi fərq yoxdur və hər kəs bir-birinə qalib gələ bilər. Düşünürəm ki, “Sabah” son tura qədər qrupdan çıxmaq uğrunda mübarizəni davam etdirəcək”.ABF rəsmisi FIBA Avropa Kubokunda çıxış edən komandaların da şanslarını dəyərləndirib: “Neftçi”nin digər təmsilçilərimizlə müqayisədə bir qədər bəxtsiz olduğunu düşünürəm. Komanda bir neçə oyunda sona qədər mübarizə aparsa da, məğlubiyyətlə üzləşib. Üstəlik, zədəli basketbolçularına görə indiyədək tam heyətlə meydana çıxa bilməyib. Buna baxmayaraq, “Neftçi”nin mübarizəsini uğurlu hesab edirəm. Sadəcə, bu çıxışı nəticəyə çevirə bilməyib. “LANDAU Lions” və “Gəncə” isə son həftələrdə yaxşı oyunlarını qələbələrlə tamamlayıblar. “LANDAU Lions” Türkiyə çempionatının güclü komandalarından “Dənizli”yə, “Gəncə” isə Portuqaliyanın tanınmış klublarından “Sportinq”ə qalib gəlib. “Gəncə” basketbol tariximizdə ilk dəfə Avropa Kubokunda səfərdə qələbə qazanıb. Bu nəticələrin əhəmiyyətli olması üçün komandalarımız növbəti oyunlarda da eyni səviyyəni qorumalıdırlar”.T.Zeytingöz “Sabah”ın imkanlarının digər klublarımızla müqayisədə daha yüksək olduğunu vurğulayıb: “Çünki FIBA Çempionlar Liqasında qrupda üçüncü yeri tutan komanda da pley-in mərhələsində iştirak etmək imkanı qazanır. FIBA Avropa Kubokunda isə altı komandadan ibarət qrupda ilk üç yeri tutmaq lazımdır. Bu baxımdan, “Sabah”ın növbəti mərhələyə yüksəlmək şansını daha yüksək qiymətləndirirəm”.</description>
“Xilasedici” klubunun meneceri: “Sportinq”lə oyunda favoritik
                <description>Bakı, 2 noyabr, AZƏRTACŞansımız var. Hətta özümüzü favorit hesab edirik. Rəqibimiz “Sportinq” də zəif komanda deyil. Onlar Kral Kubokunun qalibidir. Çempionlar Liqasında onsuz da zəif komanda yoxdur. Amma düşünürəm ki, biz bu qarşılaşmaya hazırıq və əlimizdən gələnin ən yaxşısını edəcəyik. İlk oyunda qələbə qazanaraq Portuqaliyaya üstünlüklə yollanmaq istəyirik.Bu sözləri AZƏRTAC-a açıqlamasında Çempionlar Liqasında mübarizəyə başlayacaq kişi voleybolçulardan ibarət “Xilasedici” klubunun meneceri Onat Kurt deyib.O, komandada əhvali-ruhiyyənin çox yaxşı olduğunu söyləyib: "Hər kəs yüksək konsentrasiya ilə qarşılaşmaya köklənib. Çempionlar Liqası Avropanın ən nüfuzlu turniridir və hər bir oyunçu üçün özünü göstərmək baxımından böyük fürsətdir. İnanıram ki, voleybolçularımız bu imkandan maksimum yararlanaraq ən yaxşı oyunlarını nümayiş etdirəcəklər. “Sportinq”ə qarşı qələbə qazanmaq istəyirik. Biz Avropa komandalarına qarşı hər zaman Azərbaycanı layiqincə təmsil etməyə çalışırıq. Avrokuboklarda keçirdiyimiz hər oyuna, demək olar ki, milli komanda səviyyəsində yanaşırıq. İstəyimiz Azərbaycan bayrağını Avropada yüksəklərdə görməkdir".Klub rəsmisi Çempionlar Liqasında ilk dəfə iştirak edəcəklərini xatırladıb: "Püşkün nəticəsinə əsasən birinci mərhələni oynamadan keçmişik. “Sportinq” səddini adlasaq, növbəti mərhələdə Sloveniyanın klubu ilə qarşılaşacağıq. Əsas məqsədimiz qrup mərhələsinə yüksəlməkdir. Bu, Azərbaycan voleybolu tarixində indiyədək qeydə alınmayan nəticə olacaq. Hətta qrup mərhələsinə vəsiqə qazanmaq belə ölkə voleybolu üçün böyük uğur sayılacaq. Ancaq “Lyublyana”nın da çox güclü komanda olduğunu nəzərə almalıyıq. Onların heyətində Avropanın ən yaxşı oyunçuları yer alır. Sloveniyanın milli komandasının üzvləri bu klubda çıxış edirlər. Həmin yığma Avropa çempionatında final oynayıb, üçüncü və dördüncü yerləri tutub. Buna görə də qarşıda bizi çətin oyunlar gözləyir”Qeyd edək ki, komandalar arasında ilk görüş noyabrın 3-də Bakıda FHN-nin idman zalında keçiriləcək. Qarşılaşma saat 18:00-da başlayacaq. Cütün cavab oyunu noyabrın 11-də Portuqaliyada olacaq. Müxbir – Cavid Əliyev</description>
Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı keçiriləcək
                <description>Bakı, 2 noyabr, AZƏRTAC Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı keçiriləcək. Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) AZƏRTAC-a bildirilib ki, ilin son yarışında ölkənin ən güclü konkurçuları bir araya gələcəklər. Bir gün davam edəcək turnirdə idmançılar 3 fərqli kateqoriya üzrə yarışacaqlar. Konkurçular 70-80, 100-115 və 125-130 santimetr hündürlüklü maneələri qüsursuz dəf etməyə çalışacaqlar. Qaliblər kubok, medallar və diplomlarla mükafatlandırılacaq.</description>
Azərbaycan millisi Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
                <description>Bakı, 2 noyabr, AZƏRTAC Bakıda boks üzrə U-23 Azərbaycan millisi növbəti təlim-məşq toplanışına start verib. Boks Federasiyasından AZƏRTAC-a bildirilib ki, noyabrın 12-dək davam edəcək toplanışda Azərbaycanla yanaşı, Türkiyə yığması da hazırlıq keçəcək. Bakı Boks Mərkəzində təşkil olunan toplanışa 25-dək boksçu qatılıb. Komandalar gündə 2 dəfə məşq keçəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək. Məşqlər Xorvatiyada təşkil olunacaq U-23 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.Qeyd edək ki, Avropa çempionatı noyabrın 16-24-də baş tutacaq.  </description>
Kimi Antonelli “Formula 1”də rekorda imza atıb
                <description>Bakı, 2 noyabr, AZƏRTACİtaliyalı Kimi Antonelli “Formula 1” tarixində dünya çempionu titulunu qazanan ən gənc pilot kimi tarixə düşüb.AZƏRTAC xəbər verir ki, o, Meksika Qran-Prisinin nəticələrinə əsasən vaxtından əvvəl dünya çempionluğunu rəsmiləşdirib. “Mercedes” komandasının üzvü bu uğura 20 yaş 69 günlük olarkən imza atıb. Bununla da o, 2010-cu ildə 23 yaş 134 günlük olarkən ilk çempionluğunu qazanan almaniyalı Sebastian Fettelin rekordunu yeniləyib.İtaliyalı pilot Mexikoda keçirilən yarışı üçüncü pillədə başa vurub. Titula sahib olmaq üçün ona əsas yarışda ilk doqquzluğa düşmək və ən azı iki xal toplamaq kifayət edirdi. Qran-Prinin qalibi “Red Bull” komandasının niderlandlı sürücüsü Maks Ferstappen olub. “Ferrari”nin britaniyalı pilotu Lyuis Hemilton isə ikinci yeri tutub.Meksika Qran-Prisindən əvvəl Antonelli ən yaxın rəqibləri Corc Rasseli 123, Lyuis Hemiltonu isə 124 xal qabaqlayırdı. O, cari mövsümdə bundan əvvəl doqquz yarışda qələbə qazanıb.2025-ci ildən “Mercedes” komandasının şərəfini qoruyan Antonelli “Formula 1” tarixində dünya çempionu olan üçüncü italiyalı pilotdur. Ondan əvvəl Cüzeppe Farina 1950-ci, Alberto Askari isə 1952 və 1953-cü illərdə çempionluq qazanıb.Qeyd edək ki, çempionatın növbəti mərhələsi noyabrın 8-də Braziliyanın San-Paulu şəhərində keçiriləcək.</description>
Azərbaycanın 40 şahmatçısı Avropa çempionatında mübarizə aparacaq
                <description>Bakı, 2 noyabr, AZƏRTAC Noyabrın 3-də Yunanıstanın İraklion şəhərində yeniyetmə şahmatçılar arasında Avropa çempionatına start veriləcək. Azərbaycan Şahmat Federasiyasından (AŞF) AZƏRTAC-a verilən məlumata görə, qitə birinciliyində ölkəmizi 40 şahmatçı təmsil edəcək. Mötəbər yarışda yeniyetmələr arasında son dünya çempionu Zəhra Allahverdi, son Avropa çempionatının gümüş medalçısı Mehriban Əhmədli və son qitə çempionatının bürünc mükafatçısı Məryəm Ağaverdiyeva da yer alıb. Ümumilikdə 49 ölkədən 1250 şahmatçı altı yaş kateqoriyasında medallar uğrunda yarışacaq. Qeyd edək ki, şahmatçılarla yanaşı səfərə yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Nicat Məmmədov, məşqçilər Fərid Abbasov, Elmar Atakişiyev və Orxan Abdulov da səfərə yollanıb. Nümayəndə heyətinin rəhbəri Raul Quliyevdir.  </description>
Türkiyəli mütəxəssis: Azərbaycan basketbolu yaxşı günlərə doğru irəliləyir
                <description>Bakı, 2 noyabr, AZƏRTAC “Gəncə” ilə mövsümün əvvəlində komandadan ayrıldıqdan sonra əlaqə saxladıq. Rəhbərliklə görüşərək komandanı necə daha yaxşı vəziyyətə gətirə biləcəyimizi, daha yaxşı nəticələr üçün nə etməli olduğumuzu müzakirə etdik. Bir sıra məsələlər ətrafında fikir birliyinə gəldik və beləliklə, birlikdə çalışmağa başladıq.Bu sözləri AZƏRTAC-a açıqlamasında “Gəncə” basketbol komandasının türkiyəli yeni baş məşqçisi Murad Dikmən deyib.Mütəxəssis mövsüm üçün hədəflərindən və heyətdə mümkün dəyişikliklərdən danışıb.“İlk növbədə, Azərbaycan Basketbol Liqasını ilk dördlükdə başa vurmaq istəyirik. Hətta bunu bacarsaq, ilk üçlükdə yer almağı hədəfləyirik. Çünki bu, pley-off mərhələsinin yarımfinalında meydan üstünlüyü qazanmaq baxımından vacibdir. Bunun üçün məşqləri daha da yaxşılaşdırmalı, bəlkə də heyətə bir-iki oyunçu cəlb etməliyik. Düşünürəm ki, bu yolla məqsədimizə çata bilərik”, - deyə Murad Dikmən vurğulayıb. Türkiyəli baş məşqçisi kluba FIBA Avropa Kubokunun qrup mərhələsində Bolqarıstanın “Rilski Sportist” komandası ilə keçirilməli olan oyuna görə verilən texniki məğlubiyyətə də toxunub: “Bolqarıstan komandası ilə oyuna görə verilən texniki məğlubiyyətin detalları barədə dəqiq məlumatım yoxdur. Hazırda bunun komandaya ciddi təsir etdiyini düşünmürəm. Çünki biz yeni başlanğıc etdik və ilk görüşümüzdə çox güclü rəqibə qalib gəldik. Cəmi iki gün sonra, lazımi səviyyədə məşq etmək imkanımız olmadan və çoxsaylı zədələrə baxmayaraq, gənc oyunçulardan təşkil olunmuş heyətlə də yaxşı nəticə qazandıq. İndi əsas məqsədimiz komandanı daha güclü oyuna qaytarmaq və mübarizə əzmini artırmaqdır. Nəticələr də bundan sonra gələcək. Heç kimin motivasiyasının aşağı düşdüyünü düşünmürəm. Qarşıda Rumıniyada səfər qarşılaşmamız var və orada yaxşı oynayaraq müsbət nəticə qazanmaq istəyirik”.Türkiyəli çalışdırıcı bildirib ki, mövsümün ortasında komandaya gəlmək məşqçi üçün asan deyil: “Çünki heyəti sən formalaşdırmamısan və oyunçuları öz sisteminə uyğunlaşdırmalısan. Buna baxmayaraq, basketbolçular qısa müddətdə sistemimizə uyğunlaşdılar. Mən də onların oyununu təhlil etdim, hər birinin meydandakı rolunu, güclü və inkişaf etdirilməli tərəflərini müəyyənləşdirdim. Mövsümün əvvəlində gəlib heyəti rəhbərliklə birlikdə formalaşdıra bilsəydik, bəlkə də indi tamam başqa şeylərdən danışırdıq. Amma hələ gec deyil. Geniş heyət dəyişikliyi etmək istəmirik. Çünki bu, komandanın kimyasına və oyunçular arasındakı münasibətlərə mənfi təsir göstərə bilər. Bir-iki transfer etməyi planlaşdırırıq. Əlimizdə yaxşı oyunçu potensialı var və əsas məqsədimiz onlardan maksimum faydalanmaqdır”.Daha əvvəl "Xəzri" (indiki "Naxçıvan") klubu ilə Basketbol Liqasının və ölkə kubokunun gümüş medallarını qazanan M.Dikmen Azərbaycandan ayrıldığı vaxtla müqayisədə basketbolda böyük dəyişikliklər gördüyünü söyləyib: “Əvvəllər ölkəni avrokuboklarda bir komanda təmsil edirdisə, ötən mövsüm bu say üçə yüksəldi. Onlardan biri Çempionlar Liqasında çıxış edən “Sabah” idi. Bu mövsüm isə artıq dörd komandamız Avropada mübarizə aparır. 3x3 basketbolunda qadınlarımız böyük uğurlar qazanmağa başlayıblar, aşağı yaş qrupları üzrə milli komandalar da irəliləyir. Gənc oyunçulara liqada daha çox şans verilir. Yerli basketbolçuların inkişafını, hakimlərin səviyyəsinin yüksəlməsini də görürəm. Son iki ildə Azərbaycan basketbolu daha baxımlı, izlənilməsi və işləməsi maraqlı olan liqaya çevrilib. Bu inkişafda əməyi olan federasiya rəhbərliyinə, məşqçilərə, oyunçulara və media nümayəndələrinə təşəkkür etmək lazımdır. Azərbaycan basketbolu yaxşı günlərə doğru irəliləyir”.</description>
Sloveniyalı basketbolçu NBA tarixində ilkə imza atıb
                <description>Bakı, 2 noyabr, AZƏRTACSloveniyalı basketbolçu Luka Donçiç NBA tarixində nadir statistik göstəriciyə imza atıb.AZƏRTAC xəbər verir ki, “Los-Anceles Leykers” klubunun 27 yaşlı oyunçusu müntəzəm çempionatın “Toronto Reptors”la matçında ən azı 45 xal, 15 ribaund, 5 məhsuldar ötürmə, 5 topalma və 5 dəqiq üçlük atışı ilə yadda qalan ilk basketbolçu olub.Noyabrın 2-də keçirilən qarşılaşmada Donçiç 45 xal, 15 ribaund, 6 məhsuldar ötürmə və 5 topalma ilə fərqlənib. O, ilk hissədə 24 xal, 8 ribaund, 4 məhsuldar ötürmə və 5 topalma qeydə alıb. Basketbolçu həmin müddətdə 7 üçlük atışından 6-sını dəqiq yerinə yetirib.Görüş “Los-Anceles Leykers”in 131:125 hesablı qələbəsi ilə başa çatıb. Kaliforniya təmsilçisi oyunun gedişində 26 xal fərqi ilə öndə olsa da, sonuncu periodda rəqibin hesab arasındakı fərqi azaltmasına imkan verib.Qalib komandada Ostin Rivz 19 xal, Uoker Kessler isə 16 xal və 15 ribaundla yadda qalıb. Bu, “Leykers”in cari mövsümdə keçirdiyi 7 oyunda 5-ci qələbəsi olub.</description>
Azərbaycan Premyer Liqasında X tura yekun vurulur
                <description>Bakı, 2 noyabr, AZƏRTACBu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq.AZƏRTAC xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutacaq. “Sumqayıt” komandası “Şəfa” ilə üz-üzə gələcək. “SOCAR Polymer Arena”da təşkil olunacaq görüş saat 19:00-da başlayacaq. Matçın baş hakimi Nicat İsmayıllı olacaq. Hazırda “Sumqayıt” 8 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “Şəfa” isə 3 xalla 11-ci yerdədir.Qeyd edək ki, X turun əvvəlki oyunlarında “Turan Tovuz” “Sabah”ı (3:2), “Neftçi” “Şamaxı”nı (3:2), “Kəpəz” isə “İmişli”ni (1:0) məğlub edib. “Araz-Naxçıvan” – “Zirə” (2:2) və “Qəbələ” – “Qarabağ” (0:0) qarşılaşmalarında isə qalib müəyyənləşməyib.  </description>