AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub
                <description>Buxarest, 3 noyabr, AZƏRTACRumıniyanın paytaxtı Buxarestdə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub.AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rumıniyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Club Diplomatic” sarayında keçirilən tədbirdə Rumıniya Senatının sədri Mirça Abrudyan, hökumət nümayəndələri, deputatlar, senatorlar, ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, ictimai-siyasi xadimlər, elm və mədəniyyət nümayəndələri, media təmsilçiləri, türk və tatar icmalarının, eləcə də Rumıniyada yaşayan və təhsil alan azərbaycanlıların nümayəndələri iştirak ediblər.Tədbir Azərbaycan və Rumıniyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Çıxış edən Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. Diplomat bildirib ki, Azərbaycan torpaqları təxminən 30 il işğal altında qalıb, bir milyondan çox azərbaycanlı doğma yurdlarından didərgin düşüb, şəhər və kəndlər dağıdılıb.Səfir vurğulayıb ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanıb.Qüdsi Osmanov müharibədənsonrakı dövrdə Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən də bəhs edib. O, bölgədə yeni infrastruktur layihələrinin reallaşdırıldığını, yaşayış məntəqələrinin yenidən qurulduğunu və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının davam etdiyini diqqətə çatdırıb.Tədbirin əsas qonağı, Rumıniya Senatının sədri Mirça Abrudyan çıxışında 8 Noyabr tarixinin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O, bu tarixin Cənubi Qafqazın inkişafında yeni mərhələnin başlanğıcı olduğunu qeyd edib.Senatın sədri Rumıniyanın Azərbaycanın etibarlı dostu və strateji tərəfdaşı olduğunu vurğulayaraq, iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada və ortaq strateji maraqlara əsaslandığını söyləyib.Mirça Abrudyan müasir beynəlxalq münasibətlər sistemində regional və qlobal təhlükəsizliyə təhdidlərin artdığını diqqətə çatdırıb. O, belə bir şəraitdə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin, mübahisələrin diplomatik vasitələrlə həllinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.Rumıniya Senatının sədri Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlandığını qeyd edərək, regionun gələcəkdə iqtisadi, enerji və nəqliyyat layihələri ilə daha çox tanınacağına ümidvar olduğunu ifadə edib.Tədbirdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.Qonaqlar, həmçinin Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbəni, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərini və mina problemini əks etdirən fotosərgi ilə tanış olublar.Rəsmi qəbulun sonunda iştirakçılara Azərbaycan milli mətbəxinin nümunələri təqdim edilib.</description>
Rza Əliyev: Azərbaycanın təşəbbüsləri mədəni yaxınlığı konkret əməkdaşlığa çevirir
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Təşəbbüsün davamlı beynəlxalq əməkdaşlığa çevrilməsi əhəmiyyətlidir. Bu il oktyabrın 27-29-da Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bunun son nümunəsidir. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rza Əliyev deyib.Onun sözlərinə görə, Azərbaycanın mühüm töhfəsi belə görüşlər vasitəsilə müxtəlif ölkələrin təcrübəsini bir araya gətirmək və birgə təşəbbüslərə yol açmaqdır. “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi olaraq bizim fəaliyyətimiz də bu imkanları genişləndirir. Qlobal Bakı Forumu vasitəsilə müxtəlif ölkələrin siyasi və ictimai xadimlərini Bakıda bir araya gətiririk. Fərqli mövqeləri olan insanların ünsiyyətini davam etdirməsi, bir-birinin arqumentlərini birbaşa eşitməsi üçün belə görüşlər vacibdir. Azərbaycanın tarixi birgəyaşayış təcrübəsi və müasir beynəlxalq təşəbbüsləri bizə bu işi davam etdirmək üçün güclü əsas verir. Hesab edirəm ki, ölkəmizin gələcək rolu da məhz bu istiqamətdə, mədəni yaxınlığı konkret əməkdaşlığa çevirməkdə daha da güclənə bilər”, - deyə Baş katib vurğulayıb. Müsahibənin tam variantı tezliklə yayımlanacaq.</description>
Baş katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Hesab edirəm ki, Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətlərlə ortaq dil tapmaq və onları bir masa ətrafında birləşdirmək bacarığıdır. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rza Əliyev deyib.Onun sözlərinə görə, Azərbaycanın Asiya ilə Avropa arasında körpü rolunun konkret ifadəsini “Bakı Prosesi”ndə görmək mümkündür. “Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə Bakıda keçirilən Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin konfransına İslam ölkələrinin nazirləri də dəvət olundu. 2009-cu ildə isə İslam ölkələrinin mədəniyyət nazirlərinin Bakı görüşündə Avropa dövlətlərinin nümayəndələri iştirak etdilər. Azərbaycan bununla iki fərqli beynəlxalq mühit arasında birbaşa ünsiyyət üçün yol açdı. Məncə, ölkəmizin mədəniyyət körpüsü kimi rolunu ən aydın göstərən nümunələrdən biri budur”, - deyə Baş katib əlavə edib. Müsahibənin tam variantı tezliklə yayımlanacaq.  </description>
Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbədə Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, xalqın iradəsi və hərbi qulluqçuların qəhrəmanlığı mühüm amillər olub. Müharibə zamanı dövlət rəhbərliyinin fəaliyyəti, cəmiyyətin səfərbər edilməsi və Ali Baş Komandanın hərbi-siyasi proseslərə birbaşa nəzarəti qələbənin əldə olunmasında xüsusi əhəmiyyət daşıyıb.AZƏRTAC xəbər verir ki, bu fikirləri ABŞ Ordusunun ehtiyatda olan mayoru Con Spenser “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” (“The War for Karabakh: Strategy, Technology, and Victory”) kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.O qeyd edib ki, müharibə dövründə və ondan sonra baş verən hadisələr Prezident İlham Əliyevin idarəetmə məharətinin və proseslərə birbaşa nəzarətinin əhəmiyyətini aydın şəkildə göstərir.“Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə dərhal səfər etməsi həmin torpaqların azad olunmasının dövlət və xalq üçün daşıdığı mənəvi-siyasi əhəmiyyəti nümayiş etdirib. Hərbi qulluqçuların öz həyatlarını qurban verərək şəhid olmaları qələbənin qiymətini və onun arxasında dayanan fədakarlığı göstərir. Prezident İlham Əliyevin şəhidlərin xatirəsinə göstərdiyi yüksək ehtiram bu qələbənin mənəvi dəyərini daha da önə çıxarır.C.Spenser bildirib ki, qələbəyə təsir göstərən mühüm amillər sırasında müharibənin müddəti, xalqın iradəsi və ali rəhbərlik səviyyəsində cəmiyyətin səfərbər edilməsi xüsusi yer tutur: “Hərbi uğur yalnız ordunun döyüş meydanındakı fəaliyyəti ilə məhdudlaşmır, həm də siyasi rəhbərliyin strateji qərarları və xalqın ümumi məqsəd ətrafında birləşməsi ilə bağlıdır”.ABŞ Ordusunun ehtiyatda olan mayoru Prezident İlham Əliyevin müharibə dövründəki çıxışlarının əhəmiyyətinə də toxunub. O qeyd edib ki, dövlət başçısının xalqa müntəzəm müraciətləri cəmiyyətin məlumatlandırılması, xalqın iradəsinin möhkəmləndirilməsi və ölkənin qarşıya qoyduğu məqsədlərinin aydın şəkildə ifadə olunması baxımından mühüm rol oynayıb.</description>
Rusiya “3+3” formatında növbəti görüşün tezliklə keçirilməsinə ümid edir
                <description>Moskva, 3 noyabr, AZƏRTAC Rusiya regional məsləhətləşmə platforması olan “3+3” formatında növbəti görüşün yaxın vaxtlarda keçirilməsini gözləyir.AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avrasiya təhlükəsizliyi üzrə IV Minsk Beynəlxalq Konfransının yüksəksəviyyəli plenar iclasında çıxışı zamanı deyib.“Bu platformanın iştirakçıları ümumi maraqları birləşdirən gündəliyin reallaşdırılması barədə razılığa gəliblər. Ümid edirik ki, yaxın vaxtlarda bu formatda növbəti görüş keçiriləcək”, – deyə Rusiyanın xarici siyasət idarəsinin rəhbəri bildiribRegional “3+3” formatı Azərbaycan, Ermənistan və Gürcüstanla yanaşı, Rusiya, Türkiyə və İranın da iştirakını nəzərdə tutur. Fəridə Abdullayeva AZƏRTAC-ın xüsusi müxbiri Moskva</description>
8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı
                <description>Bakı, 3 noyabr, AZƏRTAC2020-ci ilin sentyabr – noyabr aylarında 44 günlük Vətən müharibəsində Zəfər Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın, ordumuzun və dövlətimizin birliyi sayəsində əldə edilmişdir. Azərbaycan milli maraqlarını müdafiə etmək üçün lazımi siyasi iradəyə, siyasi, iqtisadi, hərbi və diplomatik imkanlara malik olduğunu nümayiş etdirmişdir. Silahlı Qüvvələrimiz yüksək döyüş məharəti nümayiş etdirərək dünya hərb tarixinə şanlı səhifələr yazmışlar. Düşmənin uzun illər ərzində qurduğu, keçilməz hesab edilən müdafiə xətləri yarılmış, hava hücumundan müdafiə sistemi və hərbi hava qüvvələri sıradan çıxarılmışdır. İşğalçı qüvvələrə ağır zərbələr endirilmiş, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi, ümumən 300-ə yaxın yaşayış məntəqəsi düşmən tapdağından azad edilmişdir. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın işğaldan azad edildiyi gün olmuşdur.  Azərbaycan şəhid və qazilərinin canı və qanı bahasına BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının, İslam Əməkdaşlığı Təşkilatının, ATƏT-in və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasını təmin edərək, tarixi ədaləti və beynəlxalq hüquq normalarının və prinsiplərinin qüvvəsini bərpa etmişdir. Azərbaycan dövlətinin diplomatik səyləri Kəlbəcər, Ağdam və Laçın rayonlarının sonrakı günlərdə dinc yolla azad edilməsinə gətirib çıxarmışdır. 2020-ci ildə qazanılmış tarixi qələbə Azərbaycan Respublikasının dövlət suverenliyinin tam bərpası üçün möhkəm təməl yaratmışdır. 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatı nəticəsində qanunsuz silahlı birləşmələr tərk-silah edilmiş, separatçı rejim ləğv olunmuş və ölkənin bütün ərazisində Konstitusiya quruluşu bərqərar edilmişdir. Xankəndi şəhərində və azad edilmiş digər yaşayış məntəqələrində Dövlət Bayrağının ucaldılması milli iradəmizin təntənəsini və dövlətçiliyimizin sarsılmazlığını əyani təcəssüm etdirmişdir. Döyüş meydanlarında hərbi qələbələr Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli dövlətçilik konsepsiyasının ardıcıl həyata keçirilməsinin qanunauyğun nəticəsi olmuşdur. İqtisadiyyatın inkişaf etdirilməsi, müasir ordunun qurulması, ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələndirilməsi doğma torpaqlarımızın işğaldan azad edilməsi üçün lazımi şərait yaratmışdır. Bütün xalqın qüvvələrinin “dəmir yumruq” kimi birləşdirilməsi mövcud imkanları taleyüklü milli vəzifəni yerinə yetirməyə qadir olan qarşısıalınmaz qüvvəyə çevirmişdir. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi və hərbi liderliyi tarixi qələbənin qazanılmasında müstəsna rol oynamışdır. Onun strateji baxışı, siyasi iradəsi, sərkərdəlik məharəti və tarixin həlledici məqamlarında düzgün qərarlar qəbul etmək qabiliyyəti hərbi, diplomatik və informasiya istiqamətlərində fəaliyyəti vahid hədəfə yönəltməyə imkan vermişdir. Dövlət başçısının rəhbərliyi ilə ölkənin iqtisadi potensialı müdafiə qüdrətinə, ümumxalq dəstəyi sarsılmaz qətiyyətə, döyüş meydanında qələbələr isə uzunmüddətli siyasi nəticələrə çevrilmişdir. Prezident İlham Əliyev xalqı vətən torpaqlarının azad edilməsi ideyası ətrafında birləşdirərək və bu amalı həyata keçirərək tarixi bir missiyanı yerinə yetirmişdir. Xalqımız öz müqəddəratını özü müəyyənləşdirməyə, hüquqlarını müdafiə etməyə və qarşıya qoyduğu məqsədləri əldə etməyə qüdrəti çatan yenilməz xalq olduğunu göstərmişdir. Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası Cənubi Qafqazda uzunmüddətli sülh yaradılması üçün yeni imkanlar açmışdır. Müharibədən sonra sülh gündəliyinin təşəbbüsçüsü olan Azərbaycan beynəlxalq hüquq normalarına və prinsiplərinə əsaslanaraq dövlətlərarası münasibətlərin normallaşdırılması üçün ardıcıl səylər göstərir. Bizim dövlətimiz dayanıqlı sülhü regionun bütün xalqlarının təhlükəsizliyinin və rifahının zəruri şərti hesab edir. Bu baxımdan 2025-ci il avqustun 8-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə əldə edilmiş Vaşinqton razılaşmaları xüsusi əhəmiyyətə malikdir. Azərbaycanla Ermənistan arasında birgə bəyannamənin imzalanması, sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişin mətninin paraflanması uzun illər davam etmiş qarşıdurmanın aradan qaldırılması yolunda mühüm addım olmuşdur. Bu razılaşmalar sülh prosesinin irəli aparılmasına, kommunikasiyaların açılmasına, qarşılıqlı hörmətə və revanşizmdən imtinaya əsaslanan münasibətlər qurulmasına şərait yaratmışdır. Azərbaycan Respublikasının Milli Məclisi hesab edir ki, uzunmüddətli sülh yaradılması qəbul olunmuş öhdəliklərin yerinə yetirilməsini, ərazi iddialarına bəhanə verə bilən şərtlərin aradan qaldırılmasını, etimadsızlığa və düşmənçiliyə meydan açan hərəkətlərə yol verilməməsini tələb edir. Beynəlxalq birlik region dövlətlərinin suveren seçiminə və təşəkkül tapmış yeni reallıqlara hörmətlə yanaşaraq, birbaşa dialoqa və əməli əməkdaşlığa kömək göstərməlidir. Bu gün azad Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. İşğal dövründə viran qoyulmuş torpaqlarda şəhər və kəndlər yenidən inşa olunur, müasir nəqliyyat və enerji şəbəkələri, təhsil və tibb müəssisələri, digər obyektlər yaradılır. Tarixi, mədəni və dini abidələr bərpa olunur, iqtisadi fəaliyyət və əhalinin layiqli yaşayışı üçün şərait təmin edilir. Həyata keçirilən “Böyük Qayıdış” Proqramı Zəfərə konkret quruculuq məzmunu verir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılması nəticəsində onların pozulmuş hüquqları və sabaha inamı bərpa olunur, soydaşlarımız əcdadlarının torpağına qovuşur, işğalçıların məhv etməyə çalışdıqları həyat yenidən dirçəldilir. Azərbaycan Respublikasının Milli Məclisi əmin olduğunu bildirir ki, ölkənin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi dövlət müstəqilliyini və suverenliyi qorumağın vacib şərti olaraq qalır. Güclü Azərbaycan öz təhlükəsizliyinin etibarlı təminatçısı və regional sabitliyin mühüm amilidir. Biz Prezident İlham Əliyevin həyata keçirdiyi dövlətçiliyin möhkəmləndirilməsi, xalqın rifahının yüksəldilməsi, azad edilmiş ərazilərin bərpası və uzunmüddətli sülhün bərqərar edilməsi xəttini qətiyyətlə dəstəklədiyimizi bildiririk. Parlament həmin vəzifələrin yerinə yetirilməsi üçün zəruri qanunvericilik bazasını bundan sonra da təmin edəcək, milli maraqların müdafiəsi üçün parlament diplomatiyasının imkanlarından səmərəli istifadə edəcəkdir. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevi, Silahlı Qüvvələrimizin əsgər və zabitlərini, şəhid ailələrini və qaziləri, bütün xalqımızı Zəfər Günü münasibətilə təbrik edir. Tarixi qələbəmizin nailiyyətlərini qorumaq, müstəqil Azərbaycanı daha da möhkəmləndirmək, gələcək nəsillərə güclü dövləti miras qoymaq hamımızın borcudur.  (Bəyanat Azərbaycan Respublikası Milli Məclisinin 2026-cı il 3 noyabr tarixli iclasında qəbul edilib).</description>
Azərbaycanın hərbi pilotlarının peşəkarlığı artırılır VİDEO
                <description>Bakı, 3 noyabr, AZƏRTAC  Müdafiə nazirinin 2026-cı il təsdiq etdiyi tədbirlər planına əsasən, hərbi pilotlarımızla təlim-məşq uçuşları icra edilib. Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, təlimin planına uyğun olaraq, pilotların uçuşların şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb, şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb.Uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra hərbi pilotlar Su-25 ML və L-39 hücum təyyarələrinə nəzarət baxışı keçiriblər.Hərbi pilotlar havaya qalxma və yerə enmə, müxtəlif hündürlüklərdə pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər təlim tapşırıqlarını icra ediblər.Təlim uçuşlarının keçirilməsində əsas məqsəd şəxsi heyətin praktiki döyüş vərdişlərinin və ölkənin hava məkanında yaranmış yeni təhdidlərə qarşı uçuş bacarıqlarının yüksəldilməsindən ibarətdir.</description>
Amerikalı müəlliflərin “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimatı olub YENİLƏNİB
                <description>Bakı, 3 noyabr, AZƏRTACNoyabrın 3-də Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə Qarabağ münaqişəsinin tarixi köklərini, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin əsas amillərini təhlil edən “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” (“The War for Karabakh: Strategy, Technology, and Victory”) kitabının təqdimat mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə kitabın amerikalı müəllifləri – ABŞ Ordusunun ehtiyatda olan polkovniki Liam Kollinz və mayor Con Spenser nəşrin hazırlanma prosesi, əsas tədqiqat istiqamətləri və gəldikləri nəticələr barədə ətraflı məlumat veriblər. Bildirilib ki, kitab təxminən iki il ərzində hazırlanıb.Liam Kollinz Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbədə hərbi potensialın gücləndirilməsinin, orduda aparılan islahatların və döyüş qabiliyyətinin artırılmasının mühüm rol oynadığını qeyd edib. Vurğulayıb ki, ordunun effektivliyi yalnız silah sistemlərinin sayından deyil, onların keyfiyyətindən və düzgün tətbiqindən də asılıdır.O, həmçinin 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin şəhər döyüşlərinə hazırlıqsız olmasının və əks-hücumları düzgün planlaşdıra bilməməsinin onların müdafiə imkanlarını zəiflətdiyini deyib. Azərbaycan Ordusunun sürətli irəliləyişi qarşısında Ermənistan qüvvələrinin daha çox dağlıq ərazilərdə mövqe tutmağa çalışdığını qeyd edib.Con Spenser isə vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın hərbi əməliyyatları yalnız pilotsuz uçuş aparatlarının tətbiqi ilə deyil, mürəkkəb quru əməliyyatları, qoşunların koordinasiyası və düşmənin yanlış istiqamətə yönəldilməsi ilə də səciyyələnib. Qeyd edib ki, xüsusilə genişmiqyaslı aldatma əməliyyatının planlaşdırılması və icrası müasir müharibə təcrübəsi baxımından mühüm əhəmiyyət daşıyır.“Azərbaycan Ordusu müxtəlif istiqamətlərdə döyüş əməliyyatlarını davam etdirərkən, bəzi hallarda müdafiə xəttini yarmaq mümkün olmadıqda alternativ planlara keçib. Düşməni yanlış istiqamətdə əsas hücumun həyata keçirildiyinə inandırmaq məqsədi daşıyan aldatma əməliyyatı bu baxımdan xüsusi diqqət çəkir. Qarabağda tətbiq olunan bu yanaşma müasir hərb tarixində aldatma əməliyyatlarının genişmiqyaslı və çoxşaxəli ola biləcəyini göstərir. Əməliyyat düşmənin diqqətini əsas istiqamətdən yayındırmaq, müdafiə qüvvələrinin yerləşməsinə təsir göstərmək və digər istiqamətlərdə hərbi fəaliyyət üçün imkan yaratmaq baxımından əhəmiyyətli olub”, - deyə müəllif əlavə edib.Təqdimat mərasimindən sonra müəlliflərin iştirakı ilə media brifinqi keçirilib.Nəşr Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbəyə dair xaricdə hazırlanmış ilk genişmiqyaslı və sistemli hərbi tədqiqatlardan biridir. Araşdırmaya hərbi tədqiqatlar sahəsində ixtisaslaşmış Vest-Point Hərbi Akademiyasının mütəxəssislərinin də cəlb edilməsi əsərin elmi və analitik əhəmiyyətini daha da artırır.Əsərdə Qarabağ münaqişəsinin tarixi kökləri və Birinci Qarabağ müharibəsindən başlayaraq Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəyə və sonrakı hərbi-siyasi proseslərə qədər geniş dövr əhatə olunur. Kitabda Azərbaycanın genişmiqyaslı müharibəyə hazırlıq strategiyası (Grand Strategy), “Dəmir Yumruq” əməliyyatı və 44 günlük Vətən müharibəsinin əsas mərhələləri, Hadrut, Əmirvarlı, Füzuli, Zəngilan və Qubadlı rayonları istiqamətində Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar, Şuşa uğrunda döyüşlər, eləcə də 2023-cü ildə keçirilmiş antiterror tədbirləri ayrı-ayrı bölmələrdə təhlil edilir.Kitabın diqqətçəkən məqamlarından biri Azərbaycanın qələbəsinin yalnız pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə əlaqələndirilməsi barədə geniş yayılmış fikrin tənqidi təhlilidir. Müəlliflər hesab edirlər ki, qələbənin arxasında daha geniş amillər kompleksi – milli güc, dövlət quruculuğu, iqtisadi inkişaf, düzgün hərbi planlaşdırma və müasir döyüş konsepsiyalarının mənimsənilməsi dayanır.Əsərdə Azərbaycanın hərbi uğurunun əsas səbəblərindən biri kimi “müasir döyüş sistemlərinin tətbiqi” konsepsiyasına dərindən yiyələnməsi göstərilir. Bu konsepsiya mövqelərin maskalanmasını, qüvvələrin səpələnməsini, kiçik bölmələrin manevr imkanlarından səmərəli istifadəni, düşmənin atəş vasitələrinin susdurulmasını və müxtəlif qoşun növlərinin birgə fəaliyyətinin əlaqələndirilməsini əhatə edir.Tədqiqat təxminən 100 hərbi və mülki mütəxəssislə aparılmış müsahibələrə əsaslanır. Bununla yanaşı, müəlliflər əsas döyüşlərin baş verdiyi ərazilərə səfərlər edərək həmin məkanlarda yerində araşdırmalar aparıblar.Kitab müəlliflərinin gəldiyi əsas qənaət ondan ibarətdir ki, hərbi qələbə yalnız döyüş meydanında qazanılmır. Belə bir qələbənin əldə olunmasının arxasında milli güc, ardıcıl dövlət və hərbi quruculuq siyasəti, iqtisadi potensial, effektiv kommunikasiya strategiyası və ideoloji fəaliyyət kimi mühüm amillər dayanır.Kitabda Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin strategiyası, ölkə daxilində və beynəlxalq müstəvidə kommunikasiya fəaliyyətinin fəallığı, eləcə də dezinformasiyaya qarşı mübarizəsi xüsusi vurğulanır.Qeyd edək ki, müəlliflər kitabın nəşrindən əvvəl 44 günlük müharibə zamanı Hadrut və Şuşa şəhərləri uğrunda döyüşlərin gedişinə dair ətraflı araşdırmalar aparıb və bu mövzuda məqalələr dərc etdiriblər.Kitabın müəlliflərindən istefada olan polkovnik Liam Kollinz “Madison Policy Forum”un direktoru, “New America” təşkilatının Gələcəyin Təhlükəsizliyi Proqramının baş elmi işçisi və Yaxın Şərq İnstitutunun fəxri hərbi əməkdaşıdır. O, ABŞ Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib və polkovnik rütbəsində ehtiyata buraxılıb. 2016-2018-ci illərdə Ukrayna üzrə ABŞ-nin baş müdafiə müşavirinin icraçı köməkçisi vəzifəsində çalışıb. Prinston Universitetində dövlət idarəçiliyi üzrə magistr və fəlsəfə doktoru elmi dərəcələrini alıb.Digər müəllif, istefada olan mayor Con Spenser Vest-Point Hərbi Akademiyasının Müasir Müharibə İnstitutunda şəhər döyüşləri üzrə kafedra rəhbəri, həmçinin Şəhər Müharibəsi Layihəsinin həmsədridir. ABŞ Ordusunda 25 ildən artıq xidmət edib və İraqda iki dəfə döyüş əməliyyatlarına qatılıb. O, şəhər döyüşləri üzrə dünyanın aparıcı mütəxəssislərindən biri hesab olunur. 13:18 Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM), Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə ABŞ Ordusunun ehtiyatda olan polkovniki Liam Kollinz və mayoru Con Spenserin müəllifi olduğu “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” (The War for Karabakh Strategy, Technology, and Victory) kitabının təqdimat mərasimi keçirilir.AZƏRTAC xəbər verir ki, tədbirdə kitabın təqdimatı ilə yanaşı, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin hərbi-strateji xüsusiyyətləri, müasir müharibələrin xarakterinə təsiri və bu qələbənin arxasında dayanan milli güc amilləri geniş müzakirə olunur.Fotoqraf – İlkin Cavanşirov</description>
Liam Kollinz: Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı
                <description>Bakı, 3 noyabr, AZƏRTAC 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin şəhər döyüşlərinə hazırlıqsız olması və əks-hücumları düzgün planlaşdıra bilməməsi onların müdafiə imkanlarını zəiflədib. Azərbaycan Ordusunun sürətli irəliləyişi qarşısında Ermənistan qüvvələri daha çox dağlıq ərazilərdə mövqe tutmağa çalışıb.AZƏRTAC xəbər verir ki, bu fikirləri ABŞ Ordusunun ehtiyatda olan polkovniki Liam Kollinz “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimatı zamanı deyib.O qeyd edib ki, Ermənistan qüvvələri şəhərləri müdafiə etmək əvəzinə, əsasən dağlıq ərazilərdə və şəhərlərdən kənarda mövqelənməyə üstünlük verib. Liam Kollinz Hadrut istiqamətində Ermənistan qüvvələrinin həyata keçirdiyi əks-hücumların da ciddi çatışmazlıqları üzə çıxardığını vurğulayıb."Ermənistan tərəfi Hadrutun itirilməsinin qarşısını almağa çalışaraq qüvvələri hissə-hissə döyüşə cəlb edib. Əks-hücumlar zamanı Ermənistan qüvvələri açıq dağ yollarında və artilleriya mövqelərində Azərbaycan Ordusunun zərbələrinə məruz qalaraq daha ağır vəziyyətə düşüblər. Bu isə onların geri çəkilməsini sürətləndirib və Azərbaycan Ordusunun əraziləri daha çevik şəkildə azad etməsinə şərait yaradıb", - deyə o əlavə edib. Fotoqraf - İlkin Cavanşirov</description>
Milli Məclisin plenar iclasında 10 məsələ müzakirə edilib YENİLƏNİB VİDEO
                <description>Bakı, 3 noyabr, AZƏRTACNoyabrın 3-də Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. AZƏRTAC xəbər verir ki, parlamentin sədri gündəliyə 10 məsələnin daxil edildiyini və ilk 2 məsələnin Milli Məclisin qərar layihələri olduğunu deyib.  Milli Məclisin sədri diqqətə çatdırıb ki, birinci məsələ 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı haqqındadır. O bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin tarixi Zəfərinin əhəmiyyəti ildən-ilə daha dolğun şəkildə üzə çıxır. Vətən müharibəsində Qələbənin mahiyyəti 4 fundamental anlayışla ifadə edilə bilər. Bunlar ədalət, dövlətçilik, hüquq və quruculuq anlayışlarıdırlar. Ədalət anlayışı odur ki, torpaqlarımızın 30 illik işğalına son qoyulub. İclasda 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Milli Məclisin Bəyanatının mətnini deputat Hikmət Məmmədov oxuyub.Sonra 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı səsə qoyularaq qəbul edilib. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi məsələsi ilə bağlı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verib. Sonra Səbinə Əliyevanın, Ceyhun Qaracayevin və Elşanə Vəliyevanın namizədlikləri ayrı-ayrılıqda səsə qoyulub. Səbinə Əliyeva səs çoxluğu ilə İnsan hüquqları üzrə müvəkkil (ombudsman) vəzifəsinə seçilib. Yeni seçilmiş Ombudsman Səbinə Əliyeva vəzifəsinin icrasına başlaması ilə əlaqədar deputatlar qarşısında and içib.Sahibə Qafarova deyib ki, növbəti iki məsələ Prezidentin bir məktubu ilə parlamentə daxil olub və bunlar beynəlxalq müqavilələrin təsdiqi ilə bağlı qanun layihələridir. O, bu layihələrin "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələbinə uyğun olaraq bir oxunuşda qəbul ediləcəyini söyləyib.“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib. Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.S.Qafarova bildirib ki, növbəti üç məsələ üçüncü oxunuşda olan qanun layihələridir. O, “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat vermək üçün sözü İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramova təqdim edib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsindən (üçüncü oxunuş) bəhs edib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (üçüncü oxunuş) məlumat verib. O qeyd edib ki, qanun layihəsində hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin tənzimlənməsinin təkmilləşdirilməsi, habelə zabitlərin əlavə ali təhsil almasının və elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə müvafiq dəyişikliklər təklif olunur. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.Parlamentin sədri gündəliyin son 3 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu söyləyib.Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib. O bildirib ki, qanun layihəsi ölkəmizdə aqrar sahənin inkişafının dəstəklənməsi, bu sahəyə xarici mütəxəssislərin cəlb olunması və beynəlxalq təcrübədən istifadənin genişləndirilməsi məqsədi daşıyır. Qanun layihəsi birinci oxunuşda qəbul edilib. İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (birinci oxunuş) mahiyyətini diqqətə çatdırıb. Bildirilib ki, qanun layihəsi İnzibati Xətalar Məcəlləsində hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə prokuror nəzarətinin gücləndirilməsini nəzərdə tutur. Dəyişikliklərlə müvafiq qərarların (qərardadların), protokolların surətlərinin hərbi prokurora göndərilməsi təsbit edilir, həmçinin prokurorun həmin sənədlər üzrə müvafiq hərəkətlər etmək və qərar qəbul etmək səlahiyyətləri müəyyən olunur. Qanun layihəsi birinci oxunuşda qəbul edilib.Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Elektron ticarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib.Deputatlar məsələ ilə bağlı öz fikir və təkliflərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.</description>
Con Spenser: Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir
                <description>Bakı, 3 noyabr, AZƏRTAC44 günlük Vətən müharibəsində Azərbaycanın hərbi əməliyyatları yalnız pilotsuz uçuş aparatlarının tətbiqi ilə deyil, mürəkkəb quru əməliyyatları, qoşunların koordinasiyası və düşmənin yanlış istiqamətə yönəldilməsi ilə də səciyyələnib. Xüsusilə genişmiqyaslı aldatma əməliyyatının planlaşdırılması və icrası müasir müharibə təcrübəsi baxımından mühüm əhəmiyyət daşıyır.AZƏRTAC xəbər verir ki, bu fikirləri amerikalı hərbi ekspert Con Spenser Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” (“The War for Karabakh: Strategy, Technology, and Victory”) kitabının təqdimat mərasimində deyib.Kitabın həmmüəllifi olan Con Spenserin fikrincə, Azərbaycan Ordusu döyüş əməliyyatları zamanı bəzi hallarda müdafiə xəttini yarmaq mümkün olmadıqda, alternativ planlara keçib. “Bu baxımdan düşməni əsas hücumun yanlış istiqamətdə həyata keçirildiyinə inandırmaq məqsədi daşıyan aldatma əməliyyatı xüsusi diqqət çəkir. Qarabağda tətbiq olunan bu yanaşma müasir hərb tarixində aldatma əməliyyatlarının nə qədər genişmiqyaslı və çoxşaxəli ola biləcəyini göstərir. Əməliyyatın nəticəsi düşmənin diqqətini əsas istiqamətdən yayındırmaq, müdafiə qüvvələrinin yerləşməsinə təsir göstərmək və digər istiqamətlərdə hərbi fəaliyyət üçün imkan yaratmaq baxımından əhəmiyyətli olub”, - deyə o əlavə edib. Fotoqraf - İlkin Cavanşirov</description>
Liam Kollinz: Azərbaycanın iqtisadi potensialı və hərbi islahatları Qələbənin əsas amillərindəndir
                <description>Bakı, 3 noyabr, AZƏRTACAzərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbənin əsas amillərindən biri ölkənin uzunmüddətli iqtisadi inkişaf strategiyası və hərbi islahatları olub. İqtisadi potensialın gücləndirilməsi Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasına, ordunun modernləşdirilməsinə və müasir hərbi imkanların formalaşdırılmasına şərait yaradıb.AZƏRTAC xəbər verir ki, bu fikirləri amerikalı müəllif, ekspert Liam Kollinz Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” (“The War for Karabakh: Strategy, Technology, and Victory”) kitabının təqdimat mərasimində deyib.Müəllif 1994-cü ildə Azərbaycanın iqtisadi vəziyyətinin yaxşı olmadığını xatırladaraq deyib: "Lakin sonrakı illərdə Azərbaycan enerji resurslarından əldə etdiyi gəlirləri iqtisadiyyatın inkişafına və hərbi potensialın gücləndirilməsinə yönəldib. Bu yanaşma ölkəyə həm iqtisadi imkanlarını genişləndirmək, həm də ordusunu müasir tələblərə uyğun qurmaq imkanı verib.İqtisadi göstəricilər dövlətin gücünü qiymətləndirmək üçün mühüm meyar olsa da, hərbi uğurun müəyyənləşdirilməsində yeganə amil deyil. Azərbaycanın hərbi islahatları, ordunun hazırlıq səviyyəsi və döyüş effektivliyinin artırılması da 44 günlük müharibənin nəticələrinə əhəmiyyətli təsir göstərib".  Fotoqraf - İlkin Cavanşirov</description>
Parlament “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna təklif edilən dəyişikliyi təsdiqləyib
                <description>Bakı, 3 noyabr, AZƏRTAC“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib. AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin noyabrın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb. Təklif olunan qanun layihəsi hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin tənzimlənməsinin təkmilləşdirilməsi, habelə zabitlərin əlavə ali təhsil almasının və elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə hazırlanıb.Layihə ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 42-ci maddəsinə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 32-ci maddəsinə yeni müddəalar əlavə olunur. Həmin müddəalara əsasən, Azərbaycan Silahlı Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının sifarişi əsasında magistratura (rezidentura) səviyyəsini bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddətinin ali təhsilin hər bir göstərilən səviyyəsi üzrə bir dəfə olmaqla 1 il azaldılması nəzərdə tutulur.Bundan əlavə, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 45-ci maddəsinin və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 31.5-ci maddəsinin "leytenant” hərbi rütbəsində olma müddətinə dair müddəaları yeni redaksiyada verilir. Buna əsasən, təhsil müddəti 5 il olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün həmin müddət 2 il, aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edənlər üçün 1 il, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər hallarda 1 il müəyyən edilir.Beləliklə, layihə ilə hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin hesablanmasına dair mövcud qaydalar dəqiqləşdirilir, zabitlərin magistratura və doktorantura üzrə təhsil və elmi fəaliyyətinin nəzərə alınması təmin edilir, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün "leytenant” hərbi rütbəsində olma müddəti üzrə yeni tənzimləmə müəyyən edilir.</description>
Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqavilə təsdiqlənib VİDEO
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni təsdiqləyib.AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin noyabrın 3-də keçirilən iclasının gündəliyinə daxil edilib. Qeyd edək ki, sənəd 2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanıb.  </description>
Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib VİDEO
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Noyabrın 3-də Milli Məclisin növbəti plenar iclasında Azərbaycan Respublikasının yeni ombudsmanının seçilməsi ilə bağlı məsələ müzakirə olunub.AZƏRTAC xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc namizədlər barədə məlumat verib. Səsvermə yolu ilə hazırkı ombudsman Səbinə Əliyeva yenidən bu vəzifəyə seçilib. Fotoqraf - Aydın Məmmədov</description>
Milli Məclis 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edib VİDEO
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Milli Məclisi 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edib. AZƏRTAC xəbər verir ki, Bəyanatın qəbulu parlamentin noyabrın 3-də keçirilən iclasının gündəliyində yer alıb. Bəyanatın mətnini Milli Məclisin deputatı Hikmət Babaoğlu səsləndirib. Bəyanatda bildirilir ki, 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın, ordumuzun və dövlətimizin birliyi sayəsində əldə edilib. Azərbaycan milli maraqlarını müdafiə etmək üçün lazımi siyasi iradəyə, siyasi, iqtisadi, hərbi və diplomatik imkanlara malik olduğunu nümayiş etdirib. Silahlı Qüvvələrimiz yüksək döyüş məharəti nümayiş etdirərək dünya hərb tarixində şanlı səhifələr yazıb. Düşmənin uzun illər ərzində qurduğu, keçilməz hesab edilən müdafiə xətləri yarılıb, hava hücumundan müdafiə sistemi və hərbi hava qüvvələri sıradan çıxarılıb. İşğalçı qüvvələrə ağır zərbələr endirilib, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib.Qeyd edilib ki, 2020-ci ildə qazanılmış tarixi Qələbə Azərbaycan Respublikasının dövlət suverenliyinin tam bərpası üçün möhkəm təməl yaradıb. 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatı nəticəsində Ermənistana aid olan qanunsuz silahlı birləşmələr tərk-silah edilib, separatçı rejim ləğv olunub və Azərbaycanın bütün ərazisində konstitusiya quruluşu bərqərar edilib. Xankəndi şəhərində və azad edilmiş digər yaşayış məntəqələrində dövlət bayrağının qaldırılması milli iradəmizin təntənəsini və dövlətçiliyimizin sarsılmazlığını əyani təcəssüm etdirib. Fotoqraf - Aydın Məmmədov</description>
Avropada iqtisadi böhranın əsas səbəbləri: Liderlərin siyasi səhvləri, məsuliyyətsiz qərarlar və uğursuz idarəçilik
                <description>Bakı, 3 noyabr AZƏRTAC Avropa uzun illər dünya iqtisadiyyatının ən güclü mərkəzlərindən biri, sosial rifahın, iqtisadi sabitliyin və demokratik idarəetmənin nümunəsi hesab olunub. Lakin son illərdə qitə ciddi iqtisadi problemlərlə üz-üzə qalıb. Yüksək enerji qiymətləri, inflyasiya, sənaye istehsalının zəifləməsi, artan dövlət borcları, işsizlik təhlükəsi və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi Avropanın iqtisadi modelinin dayanıqlılığına dair ciddi suallar yaradıb.Bu fikri AZƏRTAC-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev deyib. Onun sözlərinə görə, bu böhranın səbəblərini yalnız qlobal hadisələrlə, müharibələrlə və beynəlxalq bazarlardakı dəyişikliklərlə izah etmək düzgün olmaz. “Çünki iqtisadi böhranın dərinləşməsində Avropa siyasi liderlərinin strateji səhvləri, yanlış iqtisadi qərarları və uzunmüddətli planlaşdırma qabiliyyətinin zəifliyi də mühüm rol oynayıb. Avropa iqtisadiyyatında böhrana səbəb olan yalnız xarici amillər deyil, həm də Avropanı idarə edən siyasi elitanın məsuliyyətsiz və bəzən uzaqgörənlikdən məhrum qərarlarıdır. Avropanda iqtisadi durğunluğun əsas səbəblərindən biri enerji təhlükəsizliyi sahəsində buraxılan strateji səhvlərdir. Uzun müddət Avropa ölkələri ucuz və əlçatan enerji resurslarına əsaslanan sənaye modeli qurmuşdular. Lakin enerji təchizatının şaxələndirilməsi və alternativ mənbələrin yaradılması istiqamətində kifayət qədər qabaqlayıcı tədbirlər görülmədi. Rusiya-Ukrayna müharibəsindən sonra Avropa enerji bazarında ciddi dəyişikliklər baş verdi. Rusiya qazından asılılığın sürətlə azaldılması zərurəti Avropa ölkələrini daha bahalı alternativ enerji mənbələrinə yönəltdi. Burada siyasi rəhbərliyin məsuliyyəti xüsusilə diqqət çəkir. Niyə Avropa illərlə enerji təhlükəsizliyini bir neçə əsas təchizat kanalından asılı vəziyyətdə saxladı? Niyə alternativ infrastruktur vaxtında qurulmadı? Niyə sənayenin rəqabət qabiliyyətinə təsir edəcək risklər əvvəlcədən hesablanmadı? Bu suallar Avropa liderlərinin iqtisadi siyasətində ciddi planlaşdırma problemlərinin olduğunu göstərir”, - deyə E.İsayev vurğulayıb.Tarix üzrə fəlsəfə doktoru qeyd edib ki, Avropanın iqtisadi gücünün əsas dayaqlarından biri onun sənaye potensialı olub: “Almaniya, Fransa, İtaliya və digər aparıcı ölkələr uzun illər avtomobil, maşınqayırma, kimya və metallurgiya sənayesində dünya liderləri sırasında yer alıblar. Lakin son illərdə Avropa sənayesi həm yüksək enerji xərcləri, həm də ABŞ və Asiya ölkələrinin artan rəqabəti ilə üzləşib. Xüsusilə ABŞ-nin sənaye subsidiyaları və Çinin istehsal gücünün genişlənməsi Avropa şirkətlərinin mövqelərini çətinləşdirib. Avropa rəhbərliyi isə sənayenin qorunması, innovasiyaların sürətləndirilməsi və investisiya mühitinin yaxşılaşdırılması məsələlərində kifayət qədər çevik siyasət həyata keçirə bilməyib. Bürokratik prosedurlar, yüksək istehsal xərcləri, enerji qiymətləri və mürəkkəb tənzimləmə mexanizmləri Avropa şirkətlərinin beynəlxalq bazarlarda rəqabət imkanlarını məhdudlaşdırıb.Avropanın siyasi liderləri yaşıl iqtisadiyyat və ekoloji keçid hədəflərini irəli sürərkən sənayenin bu keçidə uyğunlaşması üçün lazım olan iqtisadi və texnoloji imkanları da təmin etməli idilər. Ətraf mühitin qorunması vacibdir. Ancaq ekoloji siyasət sənaye müəssisələrinin bağlanmasına, iş yerlərinin itirilməsinə və istehsalın başqa qitələrə köçməsinə səbəb olursa, bu siyasətin iqtisadi nəticələri ciddi şəkildə yenidən qiymətləndirilməlidir. Avropa liderlərinin ən ciddi uğursuzluqlarından biri iqtisadi qərarların sosial nəticələrini lazımi səviyyədə nəzərə almamalarıdır. Bir tərəfdən siyasi dairələr iqtisadi artımdan, yaşıl keçiddən və qlobal rəqabətdən danışır, digər tərəfdən isə sıravi vətəndaşlar gündəlik xərclərini qarşılamaqda çətinlik çəkirlər”.Elbrus İsayev əlavə edib ki, ölkə iqtisadiyyatı ilə bağlı əsas məqsəd yalnız makroiqtisadi göstəricilərin yaxşılaşdırılması olmalı deyil: “Avropa İttifaqının əsas problemlərindən biri iqtisadi və siyasi qərarların qəbulunda üzv dövlətlərin maraqlarının tez-tez toqquşmasıdır. Almaniya, Fransa, İtaliya, Polşa və digər ölkələrin iqtisadi prioritetləri bir-birindən fərqlənir. Bu fərqlər böhran dövründə vahid və operativ qərarların qəbulunu çətinləşdirir. Avropa liderləri tez-tez birlik və həmrəylikdən danışsalar da, praktikada milli maraqlar ümumavropa strategiyasından üstün tutulur. Nəticədə iqtisadi böhranla mübarizə tədbirləri bəzən gecikir, bəzən də müxtəlif ölkələrdə fərqli nəticələr verir”.  </description>
Vətən müharibəsinin xronikası: 3 noyabr
                <description>Bakı, 3 noyabr, AZƏRTAC2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.AZƏRTAC hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir. 3 noyabr - müharibənin 38-ci günü • Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin xeyli sayda canlı qüvvəsi, dörd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir KUB zenit-raket kompleksi, doqquz müxtəlif tipli topu və iki sursatla dolu yük maşını sıradan çıxarılıb. • Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.• Cəbhədə uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı, eləcə də Xocavənd istiqamətində gedən döyüşlərə cəlb olunan Ermənistan silahlı qüvvələrinin xeyli sayda şəxsi heyət və döyüş texnikası məhv edilib. • Azərbaycanın Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib. • Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığındakı iki sursat anbarının məhv edilməsinin videogörüntüsü. • Cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma cəhd göstərən düşmən ağır itkilərə məruz qalaraq geri çəkilib.• Düşmənin snayper qrupu və əlahiddə zirehli tank taborunun komandiri məhv edilib. • Ermənistanın mülki əhaliyə qarşı istifadə etdiyi qadağan olunmuş fosforlu top mərmiləri ANAMA tərəfindən zərərsizləşdirilib – AZƏRTAC-ın foto və videoreportajı. • Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən noyabrın 3-dək 91 mülki şəxs həlak olub, 405 nəfər xəsarət alıb, 2 min 488 ev, 97 yaşayış binası və 461 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb. • AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbirləri düşmənin ağır artilleriya qurğularından atəşə tutduğu Ağcabədinin Qaraxanlı kəndində çəkilişlər aparıb, kənd sakinləri ilə həmsöhbət olublar. • Baş Prokurorluq: İşğal olunmuş Azərbaycan torpaqlarında terror təşkilatı yaradan şəxslər barədə cinayət işi başlanıb.</description>
Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir
                <description>Bakı, 3 noyabr, AZƏRTACBu ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir. Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, Müdafiə Nazirliyinin baş idarə və idarələri, eləcə də qoşun və qüvvə növləri, Əlahiddə Ümumqoşun Ordunun qərargahlarının cəlb olunması ilə keçirilən məşqin planına əsasən, hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra olunur. Noyabrın 3-də müdafiə naziri general-polkovnik Zakir Həsənov qərargahların məruzələrini videobağlantı formatında dinləyib.Müdafiə naziri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun fəaliyyətindən razılığını bildirib və Ordu qarşısında qoyulan tapşırıqları çatdırıb.Müasir hərbi təhdidlərə qarşı döyüş təcrübəsi nəzərə alınaraq keçirilən kompüter dəstəkli komanda-qərargah təliminin məqsədi komandir heyətinin hərbi qərar qəbuletmə bacarıqlarının daha da təkmilləşdirilməsi, həmçinin bölmələrin imkan və qabiliyyətlərinin simulyatorlar üzərində məşq etdirilməsidir.</description>
Yaponiyalı professor Xəzər Universitetində mühazirə ilə çıxış edib
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Yaponiyanın Azərbaycandakı səfirliyi və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə “Qlobal idarəetmənin dəyişən mənzərəsi və orta gücə malik dövlətlərin rolu” mövzusunda mühazirə keçirilib.AZƏRTAC xəbər verir ki, Xəzər Universitetində təşkil olunan tədbirdə Yaponiya Hitotsubaşi Universitetinin professoru, beynəlxalq münasibətlər üzrə ekspert Maiko İçihara çıxış edib.Professor qlobal idarəetmə sistemində baş verən dəyişikliklər, beynəlxalq münasibətlərdə orta gücə malik dövlətlərin artan rolu və onların müasir geosiyasi proseslərə təsir imkanları barədə fikirlərini bölüşüb. O, beynəlxalq sistemdə güc balansının dəyişməsi, dövlətlərarası əməkdaşlığın yeni formaları və qlobal çağırışların həllində müxtəlif dövlətlərin üzərinə düşən vəzifələrə toxunub.Çıxış zamanı orta gücə malik dövlətlərin beynəlxalq arenada yalnız regional məsələlərdə deyil, həm də qlobal proseslərdə fəal iştirakının əhəmiyyəti diqqətə çatdırılıb. Bu dövlətlərin diplomatik təşəbbüslər, çoxtərəfli əməkdaşlıq və beynəlxalq institutlar vasitəsilə qlobal idarəetməyə töhfə vermək imkanları müzakirə olunub.Mühazirə interaktiv müzakirələrlə davam edib. Tələbələr professorun çıxışında toxunulan məsələlərlə bağlı suallar ünvanlayıb, beynəlxalq münasibətlərin aktual problemləri və orta gücə malik dövlətlərin müasir dünya siyasətində mövqeyi ətrafında fikir mübadiləsi aparıblar. Fotoqraf - Tofiq Babayev</description>
Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Qafqazda və ümumi qlobal məsələlərdə Azərbaycanın rolu çox vacibdir.AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Yaponiya Hitotsubaşi Universitetinin professoru Maiko İçihara deyib. O qeyd edib ki, Qafqaz regionu mövcud geosiyasi reallıqlar fonunda böyük əhəmiyyət daşıyır və dünyanın aparıcı güc mərkəzlərinin diqqətindədir. Azərbaycan isə bu regionun vacib dövlətlərindən biridir. “Azərbaycanın malik olduğu enerji resursları ölkəyə beynəlxalq münasibətlər sistemində müəyyən təsir imkanları yaradır. Eyni zamanda, ölkənin strateji coğrafi mövqeyi və ətraf regionlarda baş verən proseslər onun əhəmiyyətini daha da artırır”, - deyə professor bildirib.Azərbaycan ilə Yaponiya arasındakı münasibətlərin hazırkı vəziyyətinə də toxunan Maiko İçihara iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinin mümkün olduğunu bildirib. Onun fikrincə, Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır və bu ölkə ilə münasibətlərə daha çox diqqət yetirilməlidir. Fotoqraf - Tofiq Babayev</description>
Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
                <description>Bakı, 2 noyabr, AZƏRTAC Noyabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Furuya Tokuro ilə görüşüb.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, diplomatik fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Yaponiya arasında mövcud əlaqələrin inkişaf etdirilməsi baxımından səfirin fəaliyyətinin əhəmiyyəti qeyd olunub.Tərəflər Azərbaycan-Yaponiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivlərini, siyasi dialoqun genişləndirilməsi, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, yüksək texnologiyalar, idman, humanitar və təhsil sahələrində əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.İqtisadi əməkdaşlığın genişləndirilməsi çərçivəsində Yaponiya şirkətlərinin Azərbaycanda mövcud investisiya imkanlarından, o cümlədən Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi əlverişli biznes və logistika potensialından yararlanmasının əhəmiyyəti vurğulanıb.Azərbaycanın regionlararası nəqliyyat-logistika bağlantılarının gücləndirilməsində artan rolu, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfələr diqqətə çatdırılıb. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir infrastrukturun qurulması, həmin ərazilərin iqtisadi potensialının reallaşdırılması və dayanıqlı inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib. Ərazilərin minalarla geniş şəkildə çirkləndirilməsinin bərpa prosesinə, mülki əhalinin təhlükəsizliyinə və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına yaratdığı ciddi maneələr diqqətə çatdırılıb.Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.</description>
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi VİDEO
                <description>Bakı, 2 noyabr, AZƏRTACTürkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi ölkəmizin hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb. AZƏRTAC xəbər verir ki, o, dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan xalqına Zəfər Günü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğanın təbrikini çatdırıb. Təbrikdə deyilir:“Zati-aliləri, hörmətli qardaşım, Cənubi Koreyaya səfərim zamanı qardaş Azərbaycanın hava məkanından keçərkən öz adımdan və nümayəndə heyətim adından Zati-alinizə və Azərbaycan xalqına ən səmimi salamlarımı və xoş arzularımı çatdırıram. Fürsətdən istifadə edərək ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin və əməkdaşlığın gələcəkdə də möhkəmlənərək inkişaf edəcəyinə güclü inamımı bir daha bildirmək istəyirəm. Qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, Azərbaycana davamlı sülh, firavanlıq və tərəqqi arzulayıram.  Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının Prezidenti”.</description>
Vətən müharibəsinin xronikası: 2 noyabr
                <description>Bakı, 2 noyabr, AZƏRTAC 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.AZƏRTAC hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir. 2 noyabr - müharibənin 37-ci günü • Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün tviter hesabında bildirib.  • Döyüş əməliyyatları əsasən cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin xeyli sayda canlı qüvvəsi, on müxtəlif tipli topu, sursatla dolu üç yük maşını və digər avtomobil texnikaları sıradan çıxarılıb. • Cəbhənin müxtəlif istiqamətlərində düşmən şəxsi heyət və hərbi texnika baxımından itkilərə məruz qalıb. Səngərlərdə və yeraltı sığınacaqlarda gizlənən işğalçı ordunun canlı qüvvəsi Hərbi Hava Qüvvələrimizin zərbələri ilə məhv edilib. Ermənistanın hərbi qruplaşmalarında silah-sursat, ərzaq və hərbi texnika üçün ehtiyat hissələri çatışmazlığı müşahidə olunur. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. • Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində düşmən hücuma cəhd göstərib. Döyüş nəticəsində canlı qüvvə sarıdan itki verən işğalçı ordu Ermənistan ərazisinə çəkilməyə məcbur edilib. Düşmənin Su-25 döyüş təyyarəsi vurulub. • Ermənistan silahlı qüvvələrinin dörd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir “KUB” zenit-raket kompleksi, daimi dislokasiya məntəqəsi, səngər və atəş mövqelərindəki canlı qüvvəsi məhv edilib. • Müdafiə Nazirliyi Vətən müharibəsində iştirak edən hərbçilərimizin şücaətləri barədə videoçarx paylaşıb. • AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbirləri düşmənin ağır artilleriya qurğularından atəşə tutduğu Ağdam rayonunun Təzəkənd qəsəbəsində və Mahrızlı kənd məktəbində çəkilişlər aparıblar.  </description>
Ümummilli Liderin zəngin irsini əks etdirən çoxcildliyin növbəti kitabı işıq üzü görüb
                <description>Bakı, 2 noyabr, AZƏRTAC Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsini, dövlətçilik fəaliyyətini və tarixi çıxışlarını əks etdirən “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin 14-cü kitabı yenidən nəşr olunub.AZƏRTAC xəbər verir ki, nəşrdə Ümummilli Liderin 1996-cı il iyulun 13-dən oktyabrın 3-dək müxtəlif ölkələrə səfərləri, keçirdiyi görüşlər, çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri və digər mühüm materiallar toplanıb. Kitabda Heydər Əliyevin Azərbaycana rəsmi səfər etmiş Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşləri, Rusiya Federasiyasına səfəri zamanı bu ölkənin müdafiə və xarici işlər nazirləri ilə danışıqları, eləcə də böyük Azərbaycan şairləri Məhəmməd Füzulinin və Əliağa Vahidin yubiley tədbirlərindəki çıxışları yer alıb. Nəşrdə xüsusi diqqət çəkən materiallardan biri 1996-cı il iyulun 13-də Avropa Şurasının yüksəksəviyyəli nümayəndə heyəti ilə görüşdən sonra keçirilən mətbuat konfransında Heydər Əliyevin çıxışıdır. Ümummilli Lider Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olmaq niyyətini ifadə edərək, bu istiqamətdə əməli addımların atılacağını vurğulayıb. Çoxcildliyin bu nəşrində, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, bazar iqtisadiyyatına keçid dövrünün çətinliklərinin aradan qaldırılması, kənd təsərrüfatının inkişafı, ölkənin daxili və xarici siyasətinin əsas istiqamətləri, eləcə də Ermənistanın təcavüzünün ağır nəticələri ilə bağlı materiallar əksini tapıb. Qeyd edək ki, çoxcildlik Heydər Əliyevin siyasi fəaliyyətini, müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi istiqamətində gördüyü işləri əks etdirən mühüm tarixi mənbələrdən biridir. Nəşrdə yer alan tarixi sənədlər həmin dövrdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsi, dövlət müstəqilliyinin qorunması və ölkənin qarşılaşdığı siyasi, iqtisadi və hərbi çağırışların aradan qaldırılması istiqamətində həyata keçirilən siyasətə aydınlıq gətirir. Kitab oxuculara Ümummilli Liderin dövlətçilik strategiyası, diplomatik fəaliyyəti və müstəqil Azərbaycanın gələcək inkişafına dair baxışları ilə tanış olmaq imkanı yaradır.Bütün bu dəyərli fikirlərlə çoxcildliyin 14-cü kitabında tanış olmaq mümkündür. Kitabda yer alan materiallar həmin dövrün hadisələri haqqında geniş təsəvvür yaradır.Kitabın buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.Nəşrin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə olunub.</description>
MMU ilə ABŞ-nin hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir
                <description>Bakı, 2 noyabr, AZƏRTACMüdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülovun rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti ABŞ Milli Müdafiə Universitetində və Yaxın Şərq - Cənubi Asiya Strateji Araşdırmalar Mərkəzində olub.Keçirilən görüşlərdə hərbi təhsil sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, peşəkar hərbi təhsilin müasir çağırışlara uyğunlaşdırılması, strateji liderlik və müdafiə sahəsində insan kapitalının inkişafı məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.General-mayor G.Əbdülov MMU-da həyata keçirilən islahatlar, o cümlədən səriştəəsaslı təhsil modelinin tətbiqi, müasir zabit hazırlığı sisteminin təkmilləşdirilməsi, xidmətboyu təhsil konsepsiyası və hərbi təhsilin beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.Görüşlər zamanı tərəflər birgə akademik təşəbbüsləri, o cümlədən professor-müəllim heyətinin peşəkar inkişafı və mübadiləsi məsələlərini nəzərdən keçiriblər.Həmçinin akademik kursların kurikulumlarının təhlili və peşəkar çavuş sisteminin inkişaf etdirilməsi diqqət mərkəzində olub. Görüşdə süni intellekt vasitəsilə hərb oyunlarının hazırlanması və digər maraq doğuran məsələlər üzrə qarşılıqlı əməkdaşlıq imkanları geniş müzakirə edilib. Yekunda nəzərdə tutulan fəaliyyətlərin icrası barədə razılıq əldə olunub.Qeyd edək ki, bu cür görüşlər peşəkar hərbi təhsil sahəsində beynəlxalq tərəfdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübələrin öyrənilməsi baxımından yüksək əhəmiyyət daşıyır.</description>
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
                <description>Bakı, 1 noyabr, AZƏRTAC Müdafiə Nazirliyi ötən həftə (26.10.2026 - 1.11.2026) paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxı yayıb.AZƏRTAC nazirliyin mətbuat xidmətinə istinadla həmin videoçarxı təqdim edir.</description>
Şervin Nəcəfpur: Norveçi Odlar diyarı, Azərbaycanı isə vikinqlərin ölkəsi ilə tanış etmək istəyirəm  MÜSAHİBƏ
                <description>Stokholm, 1 noyabr, AZƏRTAC 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Elə həmin il, Odlar diyarından minlərlə kilometr aralıda, Norveçin Mo-i-Rana şəhərində azərbaycanlı ailəsində bir qız dünyaya gəldi və ona qədim Şervin adı verildi. Bu ad gücün, qəhrəmanlığın və əbədi ruhun mənalarını daşıyır. Bu tarixlərin üst-üstə düşməsində müəyyən bir rəmzilik də var. Azərbaycan tarix boyu çətin sınaqlardan keçərək dövlətçiliyini, milli kimliyini, dilini və mədəniyyətini müdafiə edib. Norveçdə anadan olub böyüyən azərbaycanlı Şervin Nəcəfpur da öz milli kimliyini axtarmaq və təsdiqləmək səyahətinə çıxıb. O, uzun illər ərzində moda və siyasətdən mədəni diplomatiya və sosial layihələrə qədər geniş sahələrdə fəaliyyəti oilə fərqlənib. Baxışlarında müstəqil və maraqlarında çoxşaxəli olan Şervin azərbaycanlı kökləri ilə əlaqəni qorumağa, habelə Azərbaycan və Norveç mədəniyyətləri arasında körpü rolunu oynamağa çalışır.AZƏRTAC-a verdiyi müsahibədə “CAN” diaspor təşkilatının sədri Şervin Nəcəfpur həyata keçirdiyi mədəniyyət layihələri, Azərbaycan ilə Norveç arasında əlaqələrin möhkəmləndirilməsi barədə danışıb. - Şervin xanım, siz modadan sosial və mədəni fəaliyyətlərə qədər müxtəlif sahələrdə çoxşaxəli fəaliyyət göstərən insansınız. Gəlin hər şeyi bir-bir nəzərdən keçirək. Əvvəlcə modadan başlayaq. Dizayner kimi fəaliyyətiniz necə başladı?- Modaya marağım uşaqlıqdan başladı. Anam mənə tikməyi öyrətdi və bu dünyanı ilk dəfə onun vasitəsilə kəşf etdim. Tədricən modaya olan həvəsim həyatımda getdikcə daha çox özünü göstərdi. ABŞ-də orta məktəbi bitirdikdən sonra Norveçə qayıtdım və orada BI-də beynəlxalq marketinq rəhbərliyi üzrə bakalavr dərəcəsi aldım. Daha sonra iki tanınmış norveçli dizaynerlə iki il təcrübə keçdim. Məhz bu təcrübə mənə moda dünyasına peşəkarcasına qərq olmağa və dizayner kimi daha da inkişaf etməyə imkan verdi.Artıq 16, 17 və 18 yaşlarımda Norveç kral ailəsinin üzvləri üçün geyimlər, eləcə də “Miss Universe Norway” müsabiqəsinin finalçılarından biri üçün don dizayn etdim. “Land of Our Origin” (“Əcdadlarımızın torpağı”) kolleksiyası da yaradıcılığımda xüsusi yer tutur. Onun üzərində iş prosesində Tur Heyerdalın tədqiqatlarından və Qafqazla Skandinaviya arasındakı tarixi əlaqələrdən ilhamlanaraq Norveç ilə Türk dünyası arasındakı mədəni əlaqələri vurğulamağa çalışdım. O dövrdə fikirlərimi parçalar, rənglər, siluetlər və simvollar vasitəsilə ifadə edirdim. İndi geri baxanda başa düşürəm ki, o vaxtlar belə, sadəcə geyim yaratmaqdan daha çox şey edirdim.   Amma bəlkə də mənim üçün ən əhəmiyyətli layihə 2019-cu ildə Antalya Moda Həftəsində təqdim etdiyim “I’m a Star” kolleksiyası idi.- Niyə məhz bu layihə həyatınızda xüsusi yer tutur?Əvvəla, ona görə ki, bu, mənim üçün iki çox vacib amili - modaya və Azərbaycana olan sevgi hisslərimi birləşdirməyə imkan verdi. Həmişə inanmışam ki, moda təkcə geyim yaratmaq sənəti deyil, həm də hekayə danışmaq vasitəsidir.Buna görə də beynəlxalq moda səhnəsindən istifadə edərək beynəlxalq diqqəti o vaxtlar işğal olunmuş Azərbaycanın ərazilərinə və doğma yurdlarına qayıtmaq arzusunda olan insanların taleyinə yönəltməyə çalışdım. Modellər hər dəfə podiuma çıxdıqda, arxa planda tematik mesajlar görünürdü. Bunların arasında “I’m a Star in Karabakh”, Leyla Əliyevanın “Mən evimə, Qarabağa qayıtmaq istəyirəm” sözləri və Azərbaycana həsr olunmuş digər müraciətlər var idi. Bu moda nümayişindən sonra həyatım sanki bir gecədə dəyişdi. Bir anda özümü Azərbaycan və Türkiyə mediasının diqqət mərkəzində tapdım. Elə ertəsi gün səhər çoxsaylı təbrik zəngləri və mesajları almağa başladım. Çoxları mənim layihəmi cəsarətli və fövqəladə addım kimi qiymətləndirdi. Əvvəllər mənə bağlı görünən qapılar bir anda açılmağa başladı. Lakin bu tanınma ilə yanaşı, şayiələr və anlaşılmazlıqlar da gəldi. Hətta bəzi insanlar layihəmi maliyyələşdirənlərin özləri olduğunu iddia edərək müsahibələr verirdilər. Amma bu, yalan idi. Lap əvvəldən arzularımın gerçək olacağına inanan və mənə dəstək verən, o cümlədən maliyyələşdirən atam Atabəy oldu. Buna görə də tez-tez zarafatla deyirəm ki, bütün layihələrim “Atabəy Fondu” tərəfindən maliyyələşdirilib.Etiraf edim ki, belə geniş rezonansın olacağını heç gözləmirdim. Öz gücümlə yaratdığım layihənin bu qədər geniş ictimai reaksiya doğuracağını təsəvvür edə bilməzdim. Medianın marağı bir neçə həftə davam etdi. Bir neçə gün ərzində televiziya kanallarına və xəbər agentliklərinə ümumilikdə 21 müsahibə verdim. Yorğun və əsəbi idim, emosiyalara qərq olmuşdum, amma ən əsası, dərin minnətdarlıq hiss edirdim.Moda nümayişindən cəmi iki həftə sonra ən əziz arzularımdan birini gerçəkləşdirmək - Qarabağı ilk dəfə ziyarət etmək üçün artıq Bakıya uçurdum.— Deməli, xəyalınız gerçəkləşib?— Həqiqətən də gerçəkləşib! Milli Məclisin deputatı Qənirə Paşayeva və nümayəndə heyətinin digər üzvləri ilə birlikdə Novruz bayramını evlərinə qayıdan hərbçilər və ailələrlə qeyd etmək üçün Çocuq Mərcanlı kəndinə getdik. 2019-cu ildə kənd təmas xəttinə çox yaxın yerdə yerləşirdi, ona görə də bizi hərbçilər müşayiət edirdi. Bu səfər həyatımın ən mühüm hadisələrindən birinə çevrildi. Kənd məktəbinin ərazisində təşkil edilən bayram tədbirlərindən sonra əvvəllər evlərini tərk etməyə məcbur olmuş bir neçə ailəni ziyarət etmək şansım oldu. Bu insanların səmimiyyəti, xeyirxahlığı və qonaqpərvərliyi məndə çox böyük təəssürat doğurdu. Onlar məni elə mehribanlıqla qarşıladılar ki, sanki bir-birimizi çoxdan tanıyırdıq; qucaqlayır, təşəkkürlərini bildirir və mənim üçün dua edirdilər. Məni çay və evdə hazırlanmış şirniyyatlarla qarşıladılar, ən yaxşı yeməklərini gətirdilər və həyat hekayələrini bölüşdülər. Onları dinləyərkən göz yaşlarımı saxlaya bilmədim.Təsəvvür edin ki, Norveçdə doğulub böyüyən, müharibənin dəhşətlərini heç vaxt görməmiş, evini itirməmiş və ya məcburi köçkün həyatı yaşamamış bir qız bütün bunları yaşamış insanların yanında oturub. Sadəcə, dünyaya onların taleyi, doğma yurdlarına olan həsrəti və qayıtmaq ümidi barədə danışmağa çalışdığım üçün onlar məni doğma adamları kimi qarşıladılar.Bu görüşlər zamanı məndən bir şeyi - Qarabağ haqqında danışmağa davam etməyimi istədilər. Mən vədimə əməl etdim. Sonrakı illərdə Qarabağa həsr olunmuş bir sıra layihələr həyata keçirdim. Bunların arasında Oslonun mərkəzində 200 reklam lövhəsinin yerləşdirildiyi ikihəftəlik məlumatlandırma kampaniyası, eləcə də Qarabağın zəngin irsinin təbliğinə yönəlmiş mədəni gecələr var idi. Bu müddət ərzində onun sakinləri ilə görüşlərimin xatirələrini, onların hekayələrini, minnətdarlıq ifadə edən sözlərini və dualarını xatırlayırdım.Qarabağa Böyük Qayıdış mövzusu fəaliyyətimin mühüm istiqamətinə çevrildi.   — Şervin xanım, siz həm də “CAN” diaspor təşkilatına rəhbərlik edirsiniz. Onun təsis edilməsi ideyası necə yarandı və illər ərzində hansı layihələri həyata keçirmisiniz?— Mən “CAN” diaspor təşkilatını 2018-ci ildə təsis etmişəm. Lap əvvəldən həmvətənlər birliyindən daha geniş təşkilat yaratmaq istəyirdim. Məqsədim mədəni körpülər qurmaq, təkcə Azərbaycan mədəniyyəti haqqında deyil, həm də İpək Yolunun zəngin irsi haqqında məlumat əldə etmək üçün məkan açmaq idi.İnsanların əsasən həmvətənləri ilə toplaşdığı ənənəvi diaspor görüşləri formatından kənara çıxmağa çalışdım. Əsl mədəni dialoq üçün imkanlar yaratmaq, insanlarla Norveçin aparıcı mədəniyyət müəssisələri arasında əlaqələr qurmaq istəyirdim.İllər ərzində “CAN” bir çox maraqlı layihə həyata keçirə bilib. Bu gün qürurla deyə bilərəm ki, səylərimiz öz bəhrəsini verib. Biz Norveçdəki nüfuzlu mədəniyyət müəssisələri ilə əməkdaşlıq edirik, mötəbər tədbirlərə dəvət alırıq və müxtəlif layihələrdə tərəfdaşlıq təklif edirik. Bu, mənim üçün xüsusilə dəyərlidir, çünki fəaliyyətimizin tanındığını və onun ölkənin mədəni həyatının bir hissəsinə çevrildiyini göstərir.Mənim üçün ən əhəmiyyətli layihələrdən biri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə və onun məşhur norveçli səyyah və tədqiqatçı Tur Heyerdal ilə səmimi dostluğuna həsr olunmuş sərgi idi. Sərgi böyük maraq doğurdu və açılış mərasiminə həmin vaxt Oslonun meri olan Marianne Borqen ev sahibliyi etdi. Ürəyimdə xüsusi yer tutan digər bir layihə Əməkdar artist Bəhram Bağırzadə ilə birgə həyata keçirilən “Cırtdan Osloda” kitabıdır. Onun ideyası Azərbaycan xalq nağıllarının sevimli qəhrəmanını Norveç mədəniyyət səhnəsinə tanıtmaq idi. Mənim üçün bu, sadəcə Cırtdanı Norveç ictimaiyyətinə tanıtmaqdan daha çox şeydir. Bu, uşaqlıq illəri, xatirə, mədəni köklər və mənsubiyyət hissi haqqında hekayədir.Norveçdə böyüyən və qəfildən valideynlərinin mədəniyyətindən tanış bir nağıl personajı ilə qarşılaşan bir uşağı təsəvvür edin. Bəlkə də məhz həmin anda o, ilk dəfə mədəni irsin də ətraf dünyada yer tutduğunu anlayır. İnanıram ki, uşaqlar valideynlərinin mədəniyyətini tanımaq və sevmək imkanına malik olmalıdırlar. Onlar əcdadlarının vətəni ilə böyüdükləri və özlərini evdəki kimi hiss etdikləri ölkə arasında seçim etmək məcburiyyətində qalmamalıdırlar. Əksinə, hər iki mədəniyyətin ahəngdar şəkildə bir arada yaşaya və kimliklərinin ayrılmaz bir hissəsi ola biləcəyini başa düşmələri vacibdir.Buna görə də mən “Cırtdan Osloda” kitabını təkcə əhəmiyyətli deyil, həm də müəyyən mənada tarixi layihə hesab edirəm.  Eyni fikirləri Norveçdəki “Bakı” avtobus dayanacağı haqqında da söyləmək olar. İlk baxışdan, adi bir avtobus dayanacağıdır, amma “Bakı” adını daşıyır və bunun sayəsində Azərbaycanın kiçik parçası Norveç mənzərəsinin bir hissəsinə çevrilir.Kimlərsə hər gün onun yanından piyada və ya maşınla keçir, amma adına belə fikir vermirlər. Bəziləri isə bir gün dayanıb “Bura niyə Bakı adlanır? Bu adın arxasındakı hekayə nədir?” deyə düşünə bilərlər. Məhz belə sadə maraqla başqa bir mədəniyyətlə tanışlığımız başlayır. Beləliklə, ölkələrimiz arasında başqa bir körpü yaranır.Məncə, bu, mədəni diplomatiyanın xüsusi gözəlliyidir. Onun mütləq mərasim zallarında və ya rəsmi görüşlərdə təzahür etməsi vacib deyil. Bəzən onun aləti rəsm, bəzi hallarda isə mahnı, uşaq kitabı və ya moda kolleksiyası olur. Bəzən isə Norveçdəki sadə bir yol nişanı belə ola billər. Bəlkə də buna görə mədəni körpülərin qurulması mənim həyatımın əsas amalına çevrilib. Axı, dünyada hələ də danışılmamış çoxlu hekayə, hələ bir-biri ilə görüşməmiş xeyli sayda insan və hələ də kəşfini gözləyən mədəni əlaqələr var.Mən Norveçi Odlar diyarı, Azərbaycanı isə vikinqlərin ölkəsi ilə tanış etmək istəyirəm.- Şervin xanım, maraqlı söhbətiniz üçün təşəkkür edirəm və gələcək layihələrinizin həyata keçirilməsində sizə uğurlar arzulayıram.- Təşəkkür edirəm. Söhbətimizin yekununda daha bir səmimi arzumu bildirmək istəyirəm. Çox istərdim ki, Azərbaycandan daha çox sponsor xaricdə aparılan mədəni işlərin dəyərini qəbul etsin və uzunmüddətli təsir göstərə biləcək unikal layihələri dəstəkləsin.Prezident İlham Əliyev dəfələrlə mədəni diplomatiyanın və xaricdə ana dilinin qorunmasının vacibliyini vurğulayıb. Bu kontekstdə xaricdə həyata keçirilən mədəni təşəbbüslərin dəstəklənməsinin vacibliyini xüsusi vurğulamaq istərdim. Əminəm ki, bu cür layihələrə investisiya qoymaq mədəni əlaqələrin möhkəmlənməsinə və gələcək nəsillər üçün dəyərli bir miras yaratmağa kömək edir.Ən əsası isə, bu sözlərimi gələcək nəslə çatdırmaq istərdim: əcdadlarınızın torpağında doğulmaq onun tarixinin bir hissəsi olmağın vacib şərti deyil. Nərgiz Cəfərli AZƏRTAC-ın xüsusi müxbiri Stokholm</description>
Vətən müharibəsinin xronikası: 1 noyabr
                <description>Bakı, 1 noyabr, AZƏRTAC 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.AZƏRTAC hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir. 1 noyabr - müharibənin 36-cı günü • Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd, Qubadlı və Zəngilan istiqamətlərində davam edib. Ordumuzun cavab tədbirləri nəticəsində düşmənin 8 müxtəlif tipli topu, 2 rabitə qülləsi məhv edilib. Azərbaycan Ordusu müasir texnoloji silahlarla Ermənistan silahlı birləşmələrinin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini sıradan çıxarıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. • Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. • Ermənistan silahlı qüvvələrinin hərbi yük maşınları partladılıb. • Zəngilan istiqamətində düşməndən növbəti hərbi qənimət götürülüb. • Düşmənə məxsus iki ədəd “Qrad”, iki artilleriya batareyası, hərbi avtomobil korteji sıradan çıxarılıb. • Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsinin məhv edilməsinin videogörüntüsü. • Düşmənin xeyli sayda canlı qüvvəsi aviazərbələrlə məhv edilib. • FHN: Ermənistan silahlı qüvvələrinin meşələri və mülki obyektləri raketlərdən atəşə tutması nəticəsində yanğınlar baş verib. • ANAMA: Cəbhəyanı ərazilərdə top və minaatan mərmiləri, tankəleyhinə silahlar aşkarlanıb. • AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbirləri düşmənin ağır artilleriya qurğularından atəşə tutduğu Tərtər rayonunun yaşayış məntəqələrində çəkilişlər aparıblar.</description>
Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
                <description>Bakı, 1 noyabr, AZƏRTAC Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna bu ölkənin İnqilab Günü münasibətilə ünvanladığı təbrik məktubunda bildirib.“İnanıram ki, qardaş xalqlarımızın maraqlarına uyğun olaraq əlaqələrimizin daha da genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da inkişaf etdirilməsi üçün birgə səylər göstərəcəyik.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”, - deyə dövlətimizin başçısı vurğulayıb.</description>
Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır
                <description>Bakı, 31 oktyabr, AZƏRTAC Hazırda ATƏT-in Baş katibi vəzifəsini tutan səfir Feridun Sinirlioğlunun BMT-nin Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq.AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Türkiyənin Feridun Sinirlioğlunun BMT-nin Baş katibi vəzifəsinə namizədliyini irəli sürməsi ilə bağlı medianın sualını cavablandırarkən bildirib.“Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxalq və diplomatik təcrübəsinə, qərəzsizliyinə və üzv dövlətlər arasında konsensusun formalaşdırılması bacarığına əsaslanan, BMT Nizamnaməsinin prinsip və məqsədlərinin rəhbər tutulduğu seçim prosesinin vacibliyini bir daha vurğulayırıq.İnanırıq ki, davam edən məsləhətləşmələr və üzv dövlətlər arasında konstruktiv dialoq nəticəsində BMT-nin müasir qlobal çağırışlara daha səmərəli cavab vermək imkanlarını gücləndirəcək müvafiq qərar qəbul olunacaq", - deyə A.Hacızadə vurğulayıb.  </description>
Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
                <description>Bakı, 31 oktyabr, AZƏRTAC Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb.Başsağlığında deyilir: "Hakkari bölgəsində yerləşən 7-ci Sərhəd Briqadası Komandanlığından olan bir hərbi qulluqçunun sərhədpozma hadisəsinə müdaxilə zamanı açılan atəş nəticəsində həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin".</description>
Vətən müharibəsinin xronikası: 31 oktyabr
                <description>Bakı, 31 oktyabr, AZƏRTAC 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.AZƏRTAC hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir. 31 oktyabr - müharibənin 35-ci günü • Döyüş əməliyyatları əsasən Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Qoşunlarımızın müdafiə xəttinə yaxınlaşmağa cəhd göstərən Ermənistanın xüsusi təyinatlılardan ibarət kəşfiyyat-diversiya qrupunun fəaliyyətinin qarşısı qətiyyətlə alınıb. Onları daşıyan avtomobil texnikası da şəxsi heyətlə birlikdə məhv edilib. Bundan başqa, cəbhənin digər istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 5 ədəd yaylım atəşli reaktiv sistemi, beş tankı, piyadaların üç döyüş maşını, 15 müxtəlif tipli artilleriya topu, bir “Osa” zenit raket kompleksi, bir radioelektron mübarizə stansiyası, üç avtomobil texnikası sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.• Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibə verib. • Qubadlını artilleriya atəşinə tutan düşmənə cavab zərbələri endirilib. • Ermənistan ordusunun döyüş texnikası və xeyli sayda canlı qüvvəsi, kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb. • Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 31-i saat 13:00-dək 91 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb, 2 min 465 ev, 97 çoxmənzilli yaşayış binası və 455 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb. • Ağcabədi rayonunun İmamqulubəyli kənd qəbiristanlığı Ermənistan ordusunun ağır artilleriya atəşinə məruz qalıb .• ANAMA: Cəbhəyanı bölgədə döyüş başlıqları, top mərmisi və bombacıq aşkarlanıb.    </description>
Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır
                <description>Bakı, 31 oktyabr, AZƏRTAC Milli ideya – xalqı ortaq tarixi yaddaş, milli kimlik, dil, mədəniyyət, mənəvi dəyərlər və gələcək məqsədlər ətrafında birləşdirən ideyalar, prinsiplər və məqsədlər sistemidir. Bu sistem elə bir mənəvi bağlarla möhkəmlənir ki, ona qarşı hər hansı bir mənfi addımı fərd özünə qarşı atılmış hesab edər.Milli ideologiyası olmayan xalqlar tarixi inkişaf prosesində uğur qazanmaqdan kənarda yaşayaraq tədricən assimilyasiyaya uğrayıb tarix səhnəsindən silinirlər. Bu baxımdan milli ideologiya ilk növbədə dövlətin qorunub saxlanması, güclənməsi və siyasi ambisiyalarının həyata keçirməsi üçün olduqca vacibdir.Tanınmış ingilis sosioloqu, Kornellsk Universitetinin professoru Benedikt Aderson “Təsəvvür edilən icmalar” əsərində milləti təsəvvür edilən siyasi birlik kimi izah edir. İnsanlar bir-birini şəxsən tanımasalar da, özlərini eyni millətin üzvləri hesab edirlər. Milli ideya insanlarda ortaq mənsubiyyət, birlik və kollektiv kimlik hissi yaradır. Bu hisslər xalqın konsolidasiyanı təmin edir və müqavimət gücü artır. Təsadüfi deyildir ki, tarix boyu Azərbaycan xalqının milli dəyərlərinə qarşı təbliğat aparılıb, insanlara yad ideya təlqin edilib. Azərbaycanın görkəmli dramaturqu Cəlil Məmmədquluzadə “Anamın kitabı” əsərində yad ideyanın təsirinə düşməyin necə ağır fəsadlar verdiyini aydın formada göstərib - xalqa yadlaşmış ziyalıların məslək ayrılığı, soykökündən uzaqlaşmağın acınacaqlı nəticələri, milli müstəqillik və milli birliyin vacib olması və digər aktual problemlər bir evdə baş verənlər. Bir ailənin 3 oğlu müxtəlif ölkələrdə təhsil alıb qayıdırlar. Təhsil aldıqları ölkələrin düşüncə, davranış tərzini, dilini mənimsəyən “qardaşlar” nəinki vətənləri, həm də doğma adamları və bir-biri üçün yad adama çevrilmişlər. “Qardaşların” düşüncəsinə hakim kəsilən yad əqidə onlar üçün milli birlik və vətənpərvərlik anlayışının üstündən qələm çəkmişdir. Məsələn, milli-mənəvi dəyərlərdən üz çevirməyin ailə münasibətlərində doğurduğu acı nəticələr əsərdə daha qabarıq əks etdirilib. Milli-mənəvi dəyərlərə laqeydliyin yaratdığı fəsadları tragikomediyanın bütün epizodlarında ardıcıl müşahidə etmək mümkündür. Təhsildən qayıdan qardaşlar hər biri təhsil aldıqları ölkənin mənafeyinə uyğun əqidə ilə dönmüşlər. Yad ölkələrin dili və əqidəsinə üstünlük vermələri və həmin istiqamətdə fəaliyyət göstərmələri bir ailənin övladlarını ayrı salmışdır. Bacılarına elçi gəldiyi halda qardaşların biri qızı türkə, digəri iranlıya, üçüncüsü isə rusa ərə vermək istəyir. Dövrün ziyalısı problemin nə qədər dərin olduğunu kütləyə bildirib.Məhz bu fəsadların bir də Azərbaycan xalqı yaşamasın deyə Prezident İlham Əliyev ideoloji təhlükəsizlik məsələsini gündəliyə gətirir ki, bunda əsas var. Bu gün dünyada baş verən qlobal proseslərin fonunda Azərbaycan kimi təbii sərvəti, geosiyasi mövqeyi ilə diqqəti cəlb edir. Xalqı milli mentalitetindən döndərib yad ideyanın təsiri altına salanda o ölkəyə hakim kəsilmək asan olur.Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında nitq söyləyən Prezident İlham Əliyev deyib: “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq”.Ümummilli Lider Heydər Əliyevin “Azərbaycançılıq” ideologiyası, etnik mənsubiyyətindən, dilindən, dinindən və sosial statusundan asılı olmayaraq, Azərbaycanı özünə Vətən bilən bütün insanların hüquq bərabərliyinə və həmrəyliyinə əsaslanır. Bu ideya ətrafında birləşən xalq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Qarabağı işğaldan azad etdi.Tanınmış ABŞ politoloqu, professor Samuel Haninqton “Sivilizasiyaların toqquşması” (mübarizəsi) əsərində yazırdı ki, “Soyuq müharibə”dən sonra dünyada daha çox dövlətlər deyil, sivilizasiyalar bir-biriləri ilə mübarizə aparacaqlar. Hər yerdə olduğu kimi bu mübarizədə də güclülər qalib gəlir. Politoloqun təbrincə “güclü” demək heç də zor tətbiq etmək anlamına deyil, fikir və ideya üstünlüyünün, inam faktorunun olması deməkdir.Milli ideyaya inam olmasa, onun reallığa çevrilməsi də mümkün olmur. Misal üçün “Böyük Ermənistan” ideyasına həm ölkədə, həm də xaricdə inam olsaydı, bu gün Ermənistan məğlub olmazdı. Ziyalı təbəqə dünyanın siyasi reallıqlarını nəzərə alaraq bu ideyanın həyata keçməyəcəyini və gələcəkdə də ermənilər üçün elə bir imkanın olmayacağını bilirdilər. Lakin siyasi nomenklatura qarşısında aciz idilər.Klassik alman filosofu Fridrix Niçşe mifi “cəmiyyətin həyatına məna verən qüvvələrdən biridir” hesab edirdi. Lakin bu qüvvəni siyasi ambisiyaların naminə yönəldib, ondan da fayda qazanmaq istəyən siyasi xadimləri cinayətkarlara bərabər tuturdu. Bəli, Ermənistanın indiki və keçmiş rəhbərləri xalqı saxta ideya ilə aldadaraq Qarabağda cinayət törətdilər ki, bu da onlar üçün faciə ilə nəticələndi.Bundan əlavə, milli ideya xalqın sosial, iqtisadi və elmi inkişafına da müsbət təsir göstərir. Ümumi inkişaf məqsədləri ətrafında birləşən cəmiyyət təhsilə, elmə, innovasiyalara və əmək fəaliyyətinə daha çox önəm verir. Gənc nəslin savadlı, bacarıqlı və milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişməsi ölkənin gələcək uğurlarının əsasını təşkil edir. Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır.Azərbaycan xalqı üçün milli ideya dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün müdafiəsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərin yaşadılması, güclü və inkişaf etmiş dövlət quruculuğu kimi mühüm məqsədləri özündə birləşdirir. Azərbaycançılıq ideyası müxtəlif mədəniyyətlərə və dünyagörüşlərinə malik insanları vahid Vətən və dövlət ətrafında birləşdirən mühüm mənəvi əsaslardan biridir.Nəticə etibarilə, milli ideya xalqın yalnız bu gününü deyil, gələcəyini də müəyyən edən mühüm qüvvədir. O, milli birliyi möhkəmləndirir, vətənpərvərlik hissini artırır, milli dəyərləri qoruyur və cəmiyyətin inkişafına istiqamət verir. Milli ideyası güclü olan xalq öz tarixinə sahib çıxır, bu gününü daha inamla qurur və gələcəyə böyük ümidlə baxır. Buna görə də milli ideyanın qorunması və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın mühüm vəzifəsidir. Azərbaycançılıq ideyası da xalqda məhz bu dəyərləri aşılayır.</description>
TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib
                <description>Ankara, 30 oktyabr, AZƏRTAC Oktyabrın 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşü keçirilib.AZƏRTAC xəbər verir ki, “Türk əsri: Dildə, fikirdə və əməldə birlik” şüarı altında təşkil olunan Zirvədə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr (TDT-də müşahidəçi üzv) prezidentləri iştirak ediblər. Tədbirdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edib.Sammitdə ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.“Türkiyə sədrliyi Azərbaycandan təhvil alır. Təşkilatımızın bu günə qədər qazandığı institusional təcrübəni yeni nailiyyətlərə çevirməyi hədəfləyirik. Qarşıdakı dövrü türk əsri elan edəcəyik”, - deyə Türkiyə Prezidenti bildirib.Sonra TDT-də dönəm başqanlığını həyata keçirən Azərbaycan adından XİN başçısı Ceyhun Bayramov çıxış edib.Çıxışının sonunda nazir Ceyhun Bayramov Azərbaycanın sədrliyi dövründə göstərdikləri dəstəyə görə üzv dövlətlərə təşəkkür edib, Türkiyəyə sədrliyi müddətində uğurlar arzulayıb.Özbəkistan Prezidenti Şavkat Mirziyoyev TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə və türk xalqları arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.TDT-nin strateji məqsədlər ətrafında daha da birləşməli olduğunu qeyd edən Özbəkistan Prezidenti türk həmrəyliyi üçün bütün qüvvələrini səfərbər etməyə hazır olduqlarını vurğulayıb.Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın TDT sədrliyi dövrünü yüksək qiymətləndirib. Bildirib ki, rəsmi Bakının sədrliyi dövründə təşkilat daxilində əməkdaşlığın inkişafına və birgə təşəbbüslərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verilib.Prezident Kasım-Jomart Tokayev öz növbəsində Qazaxıstan ilə Azərbaycan arasında Trans-Xəzər Fiber-Optik Rabitə Xəttinin açıldığını və digər türk dövlətlərinin də layihədə iştirak edə biləcəyini bildirib.Qazaxıstanın tranzit potensialını artırmaq üçün xüsusi proqram həyata keçirdiyini bildirən Tokayev Orta Dəhliz boyunca logistika infrastrukturunun və dəniz limanlarının modernləşdirilməsinin ölkəsinin prioritetləri arasında olduğunu vurğulayıb.Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov türk dövlətləri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə çağırıb. O qeyd edib ki, Türkmənistan türk dövlətləri ilə dostluq münasibətlərinin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verir və TDT-yə qarşılıqlı etimadı, səmərəli əlaqələrin inkişafını və qardaş ölkələr arasında praktiki əməkdaşlığı təşviq edən mühüm bir təşkilat kimi baxır.Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman Kipr adasında problemlərin uzunmüddətli və ədalətli həlli istiqamətində bütün tərəflərlə danışıqlar aparmağa hazır olduqlarını bildirib.Sammitdə TDT-nin Baş katibi vəzifəsini başa vuran Kubanıçbek Ömüralıyevə (Qırğızıstan) minnətdarlıq ifadə olunub, yeni Baş katib Mirvoxid Azimovun (Özbəkistan) təyinatı təsdiqlənib.Sammitin sonunda Türk Dövlətləri Təşkilatı 13-cü Zirvə Görüşünün birgə bəyannaməsi (Ankara bəyannaməsi) imzalanıb. 163 maddəlik bəyannamədə regional əlaqə və müdafiə sənayesindən ortaq əlifba və nəqliyyat dəhlizlərinə qədər geniş sahədə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanır. Ramin Abdullayev AZƏRTAC-ın xüsusi müxbiri Ankara</description>
Ekspert: Azərbaycan AQEM çərçivəsində nəqliyyat sahəsində əməkdaşlığın inkişafında mühüm rol oynayır
                <description>Bakı, 30 oktyabr, AZƏRTAC Oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammiti təşkilatın inkişafında mühüm mərhələ oldu. Bakı Bəyannaməsinin qəbul edilməsi, Azərbaycanın sədrliyinin 2028-ci ilədək uzadılması və Laosun AQEM-ə 29-cu üzv dövlət kimi qoşulması təşkilatın gələcək fəaliyyəti üçün yeni perspektivlər açdı. Sammitin nəticələri fonunda AQEM-in institusional əsaslarının möhkəmləndirilməsi, transformasiya prosesinin davam etdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın konkret nəticələrlə yekunlaşması xüsusi aktuallıq kəsb edir.Hərbi elmlər doktoru, AQEM Katibliyinin hərbi-siyasi məsələlər üzrə koordinatoru Mədinə İqibayeva AZƏRTAC-a müsahibəsində Bakı Sammitinin nəticələri, AQEM-in transformasiyasının növbəti mərhələləri, üzv dövlətlər arasında əməkdaşlığın perspektivləri və bu prosesdə Azərbaycanın rolu barədə danışıb. – AQEM-in transformasiyası hansı dəyişikliklərə səbəb olacaq və üzv dövlətlərə nə qazandıracaq? – AQEM-in transformasiyası təşkilatın beynəlxalq hüquqi və institusional əsaslarının möhkəmləndirilməsinə, rəhbər orqanlarının və Katibliyinin fəaliyyətinin təkmilləşdirilməsinə, eləcə də praktiki əməkdaşlıq mexanizmlərinin inkişafına yönəlib. Üzv dövlətlər üçün bunun praktiki əhəmiyyəti birgə fəaliyyətin daha dayanıqlı və ardıcıl xarakter alması, etimad tədbirlərinin həyata keçirilməsi mexanizmlərinin möhkəmləndirilməsi və razılaşdırılmış təşəbbüslərin reallaşdırılması imkanlarının genişləndirilməsindən ibarətdir. Bununla yanaşı, transformasiya üzv dövlətlərin hesabına AQEM-in səlahiyyətlərinin avtomatik şəkildə genişləndirilməsini nəzərdə tutmur. Bu prosesin məzmunu və növbəti mərhələləri konsensus əsasında müəyyənləşdirilir. – AQEM fərqli maraqlara malik dövlətləri necə bir araya gətirir və fikir ayrılıqlarının aradan qaldırılmasına necə nail olur?– AQEM artıq müxtəlif siyasi sistemlərə, iqtisadi modellərə və xarici siyasi prioritetlərə malik dövlətləri birləşdirir. Onların qarşılıqlı fəaliyyətinin əsasını suveren bərabərlik, əməkdaşlığın könüllülük prinsipi və qərarların konsensus əsasında qəbul edilməsi təşkil edir. AQEM fikir ayrılıqlarının məcburi qaydada həll edilməsi mexanizmi deyil. Təşkilatın imkanları daimi dialoqun qorunması, etimad tədbirlərinin inkişaf etdirilməsi, məlumat mübadiləsinin aparılması və mövqelərin razılaşdırılmasının mümkün olduğu istiqamətlərin müəyyənləşdirilməsindən ibarətdir. Konsensus qərarların qəbulunu ləngidə bilsə də, bütün üzv dövlətlərin maraqlarının nəzərə alınmasına və təşkilatın inklüziv xarakterinin qorunmasına imkan verir. – AQEM çərçivəsində iqtisadi əməkdaşlığın hansı istiqamətləri daha perspektivlidir?– Əsas potensial nəqliyyat əlaqələrinin genişləndirilməsi, ticarət prosedurlarının sadələşdirilməsi, ticarətin rəqəmsallaşdırılması, kiçik və orta sahibkarlığın inkişafı, investisiya əməkdaşlığı və texnologiya mübadiləsi ilə bağlıdır. AQEM bu istiqamətlərin inkişafına Biznes Şurası, Maliyyə Sammiti, ixtisaslaşmış görüşlər və iqtisadi sahədə etimad tədbirlərinin həyata keçirilməsinə həsr olunan tədbirlər vasitəsilə töhfə verə bilər. Əməkdaşlığın praktiki nəticələri birgə tövsiyələrin hazırlanması, müəssisələr və maliyyə institutları arasında birbaşa əlaqələrin qurulması, təcrübə mübadiləsi və konkret layihə təkliflərinin hazırlanması ola bilər. – Orta Dəhlizin inkişafında AQEM və Azərbaycan hansı rolu oynaya bilər?– Orta Dəhlizin inkişafı Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi, yükdaşımalar üçün marşrutların şaxələndirilməsi və logistika infrastrukturunun inkişafı üçün yeni imkanlar yaradır. AQEM üçün bu mövzu ilk növbədə üzv dövlətlərin nəqliyyat qurumları, limanları və logistika şirkətləri arasında qarşılıqlı əlaqələrin qurulması üçün əhəmiyyətlidir. AQEM-in təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişafı üzrə etimad tədbirlərinin koordinatoru olan Azərbaycan təcrübə mübadiləsinə, nəqliyyat prosedurlarının rəqəmsallaşdırılmasına, limanlar arasında əməkdaşlığın qurulmasına və texniki maneələrin müzakirəsinə töhfə verə bilər. Bu istiqamətdə görülən işlərə nümunə olaraq cari ilin sentyabrında Bakıda AQEM-ə üzv dövlətlərin liman rəhbərlərinin Konfransının keçirilməsini göstərmək olar. – AQEM-ə üzv dövlətlər rəqəmsal və texnoloji əməkdaşlığın hansı sahələrində konkret nəticələr əldə edə bilər?– AQEM dövlət xidmətlərinin rəqəmsallaşdırılması, rəqəmsal ticarət, informasiya təhlükəsizliyi, süni intellekt və mütəxəssis hazırlığı sahələrində əməkdaşlığa dəstək verə bilər. Ən praktik istiqamətlər arasında ticarət və gömrük prosedurlarının rəqəmsallaşdırılması sahəsində təcrübə mübadiləsi, birgə təlim proqramlarının təşkili və elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi xüsusi yer tutur. Bu təşəbbüslərin həyata keçirilməsi etimad tədbirləri çərçivəsində təşkil olunan tədbirlər, müvafiq dövlət qurumları və AQEM-in aparıcı universitetlərinin Tərəfdaşlıq Şəbəkəsi vasitəsilə mümkündür. Bununla yanaşı, birgə texnoloji layihələrin başlanması, məlumat mübadiləsi və maliyyələşdirmə məsələləri maraqlı tərəflər arasında ayrıca razılaşmalar tələb edir. – AQEM su ehtiyatları, iqlim və təbii fəlakətlərin qarşısının alınması sahələrində əməkdaşlığa necə töhfə verə bilər?– AQEM bu məsələlər üzrə əməkdaşlığı ekoloji istiqamət və etimad tədbirlərinin həyata keçirilməsi üçün mövcud mexanizmlər çərçivəsində inkişaf etdirə bilər. Praktiki əməkdaşlıq istiqamətlərinə hidrometeoroloji məlumatların, su ehtiyatlarının idarə olunması təcrübəsinin, təbii fəlakətlər barədə erkən xəbərdarlıq sistemlərinin və iqlim dəyişmələrinə uyğunlaşma üsullarının mübadiləsi daxildir. Bu məqsədlə müvafiq qurumların görüşləri, birgə seminarlar, tövsiyələrin hazırlanması və maraqlı dövlətlərin könüllü iştirakı ilə layihələrin həyata keçirilməsi mümkündür. Bununla belə, AQEM-in transsərhəd su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı səlahiyyətləri yoxdur. Belə məsələlər müvafiq dövlətlər tərəfindən qüvvədə olan beynəlxalq razılaşmalar çərçivəsində birbaşa həll edilməlidir. – AQEM universitetlər, gənclər, elmi-tədqiqat mərkəzləri və digər ictimai institutlar arasında əməkdaşlığı necə inkişaf etdirir?– Universitetlər və elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlıq davamlı peşəkar əlaqələrin qurulmasına, bilik mübadiləsinə və qarşılıqlı maraq doğuran məsələlər üzrə birgə tədqiqatların aparılmasına şərait yaradır. Bu məqsədlə AQEM çərçivəsində artıq Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsi, Analitik Mərkəzlər Forumu və Gənclər Şurası fəaliyyət göstərir. Perspektivli təşəbbüslərə birgə təhsil proqramları, akademik mübadilə, tədqiqat layihələri və qısamüddətli ixtisasartırma kursları daxildir. Bu strukturlar AQEM çərçivəsində əməkdaşlığın dövlətlərarası siyasi dialoqdan kənara çıxaraq daha geniş sahələri əhatə etməsinə imkan verir. Qadınlar Şurası qadınların imkanlarının genişləndirilməsi məsələlərində dövlət qurumları arasında qarşılıqlı fəaliyyəti və milli təcrübə mübadiləsini təşviq edir. Biznes Şurası sahibkarlar arasında əlaqələrin qurulması üçün platforma rolunu oynayır, Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsi isə akademik və elmi-tədqiqat əməkdaşlığını inkişaf etdirir.Praktiki nəticələr əldə etmək üçün yaxşı olardı ki, birgə təşəbbüslər üzrə konkret prioritetlər, məsul icraçılar, icra müddətləri və gözlənilən nəticələr müəyyənləşdirilsin. Tövsiyələrin icrasının müntəzəm qiymətləndirilməsi və AQEM-in məsləhətçi orqanları arasında əlaqələndirmənin təmin edilməsi də mühüm əhəmiyyət daşıyır. Bu sahədə praktiki nümunələrdən biri AQEM-in Aparıcı Universitetlərinin Tərəfdaşlıq Şəbəkəsi çərçivəsində ADA Universitetinin cari il sentyabrın 29-dan oktyabrın 3-dək Bakıda keçirdiyi rəqəmsallaşma və tədqiqat potensialının inkişafı proqramı olub. Qadınlar Şurasının ilk iclası isə cari il aprelin 14-də Bakıda keçirilib. Həmin iclasda Şuranın gələcək fəaliyyəti ilə bağlı tövsiyələr qəbul edilib. Müxbir – Lalə Minasazova</description>
Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib
                <description>Ankara, 30 oktyabr, AZƏRTAC Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı (TDT) sədrliyi dövrünü yüksək qiymətləndirib.AZƏRTAC xəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşündə çıxış edən Qırğızıstan lideri təşkilatdakı sədrlik missiyasını uğurla yerinə yetirən Azərbaycanın töhfəsini yüksək qiymətləndirib.Azərbaycanın səylərini vurğulayan Sadır Japarov bildirib ki, rəsmi Bakının sədrliyi dövründə təşkilat daxilində əməkdaşlığın inkişafına və birgə təşəbbüslərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verilib.Türk Dövlətləri Təşkilatı ölkələri arasında birgə fəaliyyətin zəruriliyini qeyd edən S.Japarov vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının əhəmiyyəti artır. Qırğızıstan Prezidenti nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməli olduğunu da bildirib. Onun sözlərinə görə, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhlizə birləşdirilməsi türk dövlətlərinin tranzit potensialının artırılması baxımından böyük əhəmiyyət kəsb edir.S.Japarov sonda TDT-nin növbəti qeyri-rəsmi Zirvə Görüşünün 5-6 avqust 2027-ci il tarixlərində Qırğızıstanda keçirilməsini təklif edib: “Bu görüş əməkdaşlığımızı dərinləşdirmək və birgə layihələrimizi müzakirə etmək üçün yeni imkanlar yaradacaq”. Ramin Abdullayev AZƏRTAC-ın xüsusi müxbiri Ankara</description>
Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm
                <description>Ankara, 30 oktyabr, AZƏRTACÖzbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə və türkdilli xalqlar arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.AZƏRTAC xəbər verir ki, Şavkat Mirziyoyev bu barədə paytaxt Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşündə çıxışı zamanı deyib.“Təşkilata sədrliyi dövründə türk xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsi və münasibətlərimizin yeni səviyyəyə yüksəldilməsi istiqamətində Azərbaycanın gördüyü mühüm işlərə görə Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevə minnətdarlığımı bildirirəm”, - deyə Ş.Mirziyoyev qeyd edib.TDT-nin strateji məqsədlər ətrafında daha da birləşməli olduğunu qeyd edən Özbəkistan Prezidenti türk həmrəyliyi üçün bütün qüvvələrini səfərbər etməyə hazır olduqlarını vurğulayıb.Ş.Mirziyoyev konkret addım olaraq, Türk dünyasında 100 strateji birgə investisiya və sənaye layihəsini əhatə edən bir proqramın qəbul edilməsini təklif edib. “Türk İnvestisiya Fondunun və beynəlxalq maliyyə qurumlarının resurslarının bu layihələrə yönəldilməsi xüsusi əhəmiyyət kəsb edir", - deyə Özbəkistan lideri ifadə edib. Onun sözlərinə görə, türk dövlətlərinin beynəlxalq yükdaşımalar və logistikada iştirakını genişləndirmək və qazanclarını artırmaq üçün Orta Dəhliz, ona bağlı olan digər nəqliyyat dəhlizləri “inteqrasiya olunmuş iqtisadi sistemə çevrilməlidir”.Ş.Mirziyoyev, həmçinin türk dövlətləri arasında logistika kompleksləri şəbəkəsinin yaradılmasını və birgə idarə olunması təşəbbüsü ilə çıxış edib, bu addımın regional nəqliyyat və ticarət sahələrində əməkdaşlığı gücləndirəcəyini bildirib.Özbəkistan lideri çıxışını "Bir olduğumuz zaman daha güclüyük" sözləri ilə yekunlaşdırıb. Ramin Abdullayev AZƏRTAC-ın xüsusi müxbiri Ankara</description>
Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub
                <description>Bakı, 30 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Ankara Sammiti çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəbul zamanı Azərbaycan ilə Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub. İki ölkə arasında müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.Həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Türk dünyasının birliyinin və həmrəyliyinin gücləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.</description>
Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir
                <description>Bakı, 30 oktyabr, AZƏRTACOktyabrın 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin paytaxtı Ankarada keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşündə iştirak edib.AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən nazir Ceyhun Bayramov Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Türkiyə tərəfinə təşəkkürünü bildirib, Türkiyə xalqını Cümhuriyyətin 103-cü ildönümü münasibətilə bir daha təbrik edib.Azərbaycanın keçən bir il ərzində TDT-yə sədrliyi dövründə əsas prioritetin “Regional sülh və təhlükəsizlik” olduğunu bildirən nazir beynəlxalq münaqişələrin vüsət aldığı, təhlükəsizlik təhdidlərinin artdığı, beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu hazırkı şərtlərdə sözügedən prioritetin aktuallığını vurğulayıb.  Ölkəmizin öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etdiyi, münaqişəyə son qoyduğu, Azərbaycan tərəfindən irəli sürülmüş prinsiplər əsasında hazırlanmış sülh sazişi mətninin ötən il paraflandığı qeyd olunaraq, sazişin imzalanması üçün Ermənistanın zəruri siyasi və hüquqi addımlar atmasının vacibliyi vurğulanıb.Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığı, müasir infrastrukturun yaradıldığı, təxminən 100 min nəfərin həmin ərazilərdə yaşadığı, işlədiyi və təhsil aldığı bildirilib.Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində xarici işlər nazirlərinin, Təhlükəsizlik Şuraları katiblərinin və eləcə də müdafiə sənayesi qurumları rəhbərlərinin görüşlərinin keçirildiyi diqqətə çatdırılıb. Müdafiə sənayesi sahəsində 2027-ci il üçün Əməkdaşlıq Yol Xəritəsinin qəbul edildiyi vurğulanıb.TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsinin əsas prioritetlərdən olduğu bildirilib. Orta Dəhlizin inkişafı, Zəngəzur dəhlizinin reallaşdırılması, nəqliyyat bağlantılarının genişləndirilməsi, qarşılıqlı investisiyalar və birgə layihələrin ticarət və sənaye sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd olunub.  Azərbaycanın ənənəvi enerji resurslarının etibarlı təchizatçısı kimi rolunu davam etdirməklə yanaşı, Mərkəzi Asiya ilə Avropa arasında yaşıl enerji və rəqəmsal bağlantıların inkişafına töhfə verdiyi vurğulanıb.  Sədrliyimiz dövründə, həmçinin Bakıda Mərkəzi Banklar Şurasının, həmçinin Maliyyə Monitorinqi Xidmətləri rəhbərlərinin görüşlərinin keçirildiyi, müvafiq əməkdaşlıq platformasının yaradıldığı bildirilib.Ortaq tarix, dil və mədəni irsin qorunmasının əhəmiyyətinə toxunularaq, bu il Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin, eləcə də Müsəlman Dini İdarələri rəhbərləri Şurasının toplantısının keçirildiyi qeyd olunub.  TDT-nin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından TDT+ formatının əhəmiyyəti vurğulanıb, Təşkilatın BMT Baş Assambleyasında müşahidəçi statusu qazanması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.Sonda C.Bayramov Azərbaycanın sədrliyi dövründə göstərdikləri dəstəyə görə üzv dövlətlərə təşəkkür edib, Türkiyəyə sədrliyi müddətində uğurlar arzulayıb.Təşkilatın inkişafına verdiyi töhfələrə görə Baş katib Kubanıçbek Ömüralıyevə minnətdarlıq ifadə olunub. Eyni zamanda, yeni Baş katib Mirvoxid Azimov təyinatı münasibətilə təbrik edilib və ona fəaliyyətində uğurlar arzulanıb.Sonda Ankara Bəyannaməsi qəbul olunub.</description>
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirilib
                <description>Bakı, 30 oktyabr, AZƏRTAC Oktyabrın 30-da Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, “Tbilisi prospekti, 129” (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) ünvanı üzrə ərazi partiya təşkilatında Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn strateji məsələlərin təhlili və icrasına həsr olunmuş müşavirə keçirilib.AZƏRTAC xəbər verir ki, müşavirə Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, habelə respublikamızın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin unudulmaz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Dövlət Himni səsləndirilib.Dövlət Komitəsinin sədri Rövşən Rzayev Prezident İlham Əliyevin YAP-ın VIII Qurultaydakı tarixi nitqinin ölkənin gələcək inkişaf prioritetlərini müəyyən edən mükəmməl yol xəritəsi olduğunu diqqətə çatdırıb. Komitə sədri xüsusilə vurğulayıb ki, dövlətimizin başçısının proqram xarakterli çıxışında Böyük Qayıdışa dair səsləndirdiyi fikirlər, azad edilmiş ərazilərdə sürətlə aparılan bərpa-quruculuq işləri, müasir infrastrukturun qurulması və keçmiş məcburi köçkünlərin doğma ata-baba yurdlarına təhlükəsiz, mərhələli və ləyaqətlə qayıdışının təmin olunması Dövlət Komitəsinin və hər bir partiya üzvünün qarşısında mühüm vəzifələr qoyur. Bildirilib ki, işğaldan azad olunmuş yaşayış məntəqələrinə köçürülən əhalinin sayı ildən-ilə artır və bu proses dövlətin güclü iqtisadi potensialı və siyasi iradəsi sayəsində uğurla davam etdirilir.YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev məruzəsində Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının ölkənin siyasi sabitliyi, suverenliyinin tam bərpası və Böyük Qayıdışdakı müstəsna rolunu vurğulayıb. O, YAP-ın VIII Qurultayında müəyyən edilən prioritetlərin azad edilmiş ərazilərə köçən sakinlərlə ideoloji-maarifləndirmə işlərinin aparılmasında və onların cəmiyyətə inteqrasiyasında yeni mərhələ açdığını bildirib. Çıxış edən digər natiqlər də dövlətçilik prinsiplərinə sədaqət, milli maraqların hər şeydən üstün tutulması, vətəndaş məmnunluğunun yüksəldilməsi və əməkdaşların üzərinə düşən funksional vəzifələrə xüsusi məsuliyyətlə yanaşmasının hər bir YAP üzvünün gündəlik fəaliyyət meyarı olmalı olduğunu vurğulayıblar. Müşavirədə ərazi partiya təşkilatının fəaliyyət mexanizmlərinin daha da təkmilləşdirilməsi, təşkilat üzvlərinin sosial-politoloji fəallığının artırılması, Dövlət Komitəsinin üzərinə düşən vəzifələrin operativ və keyfiyyətli icrası, həmçinin Böyük Qayıdışla bağlı maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində praktiki təkliflər və mülahizələr səsləndirilib. Mövcud siyasi kursa birmənalı dəstəyin davam etdiriləcəyi və Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulmuş bütün strateji hədəflərə nail olunması üçün ərazi təşkilatının səfərbər edildiyi bəyan olunub.</description>
Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO
                <description>Paris, 30 oktyabr, AZƏRTACParisdə “Azərbaycan Respublikasının fəxri təltifləri: 1918-ci ildən bu günədək” adlı kitabın təqdimatı və mövzu ilə bağlı sərgi təşkil olunub. AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə keçirilən təqdimatda çıxış edən səfir Leyla Abdullayeva 2020-ci ildən etibarən hər il qeyd edilən Zəfər Günü ərəfəsində keçirilən tədbirin əhəmiyyətinə toxunub və Azərbaycanın fəxri təltiflərinə dair məlumat verib. Sərginin Azərbaycanın dövlətçilik tarixinin müxtəlif mərhələlərini əks etdirdiyini deyən səfir təqdim olunan kitab barədə də danışıb. Bildirib ki, elmi baxımdan böyük dəqiqlik və ardıcıllıqla hazırlanmış bu əsər Azərbaycanın rəsmi təltif sisteminin inkişaf tarixini incəliklə və ətraflı şəkildə əhatə edir. Tədqiqatda ilk demokratik respublikanın yaradılmasından başlayaraq, sovet dövrünə və müasir Azərbaycan Respublikasının fəxri təltiflərinə qədər olan tarixi mərhələlər əhatə olunur.Hərbi attaşe, polkovnik Cavid Abdullayev və kitabın müəllifi Aleksandr Vatən çıxış edərək kitabın əhəmiyyətindən danışıblar. Tədbir iştirakçıları sərgi ilə tanışlıqdan sonra səfirliyin nəzdindəki Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Azərbaycan tarixi və mədəniyyəti muzeyini də ziyarət ediblər.</description>
Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə olunacaq?
                <description>Bakı, 30 oktyabr, AZƏRTAC Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.AZƏRTAC xəbər verir ki, iclasda aşağıdakı 10 məsələ müzakirə olunacaq:1. 8 noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı; 2. Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında;3. “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanunu layihəsi;4. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi;5. “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş);6. “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş);7. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş);8. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş);9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş);10. “Elektron ticarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).</description>
Xarici təhdidlərə qarşı effektiv mübarizə üsulu - azərbaycançılıq ideologiyası – TƏHLİL
                <description>Bakı, 30 oktyabr, AZƏRTAC Prezident İlham Əliyev “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ideoloji təhlükəsizlik məsələlərindən danışarkən azərbaycançılıq ideologiyasını dövlətimizə qarşı formalaşdırılan və yenilənən təhdidlərə qarşı effektiv mübarizə üsulu kimi ön plana çəkdi. Dövlətimizin başçısının nitqindən irəli gələn müddəaları aşağıdakı kimi sıralamaq olar: - Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan tarixi boyu Şərq ilə Qərb arasında unikal geosiyasi və mədəni körpü funksiyasını yerinə yetirib; - Multikulturalizm dəyərləri, dini, etnik dözümlülük xalqımızın əsrlər boyu qoruyub saxladığı və strateji prioritet kimi dəyərləndirdiyi əsas meyarlardır;- Azərbaycanın dayanıqlı və uğurlu inkişaf modelinin təməlini cəmiyyətdaxili ictimai-siyasi ahəngdarlıq və sosial həmrəylik təşkil edir; - Konstitusiya çərçivəsində təmin edilən təminatlarla yanaşı, ölkədəki müxtəlif etnik qrup və konfessiyaların nümayəndələri vahid ailə mühitində yaşayırlar;- Cəmiyyətimizdə qarşılıqlı hörmət, anlaşma və həmrəylik münasibətləri ən yüksək inkişaf səviyyəsinə çatıb; - Ölkə əhalisi milli ideologiya, xüsusilə də cəmiyyətdəki bütün xalqları birləşdirən azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşib; - Xalq ərazi bütövlüyünün bərpası və ədalətin təmin olunması uğrunda “Dəmir yumruq” ideyası ətrafında birlik nümayiş etdirib. Prezident İlham Əliyevin xəbərdarlığı İnkişaf etməkdə olan texnologiyalar inteqrasiya olunaraq informasiya və təbliğat kampaniyaları ilə birləşəndə fiziki təhdidlər üçün zəmin hazırlayan ideoloji çərçivələr genişlənir. Azərbaycan dövləti üçün daxildən heç bir təhlükə yoxdur, ona görə ki, ölkədə yaşayan bütün xalqlar, dini icmalar vahid ideoloji xətdə həmrəylik göstərirlər. Onlar milli təhlükəsizliyin təmin olunmasına töhfə verməyi özləri üçün həm konstitusion, həm də mənəvi vəzifə hesab edirlər. Ancaq ölkə hüdudlarından kənarda təhdid səviyyələrinin qalxması Azərbaycan cəmiyyətindəki tolerant və multikultural modeli parçalamağı hədəfləyir. Açıq və gizli cəhdlərdən istifadə edən qüvvələr Azərbaycana qarşı təhlükələri iddialı, ambisiyalı gündəlik kimi sübuta yetirməyə çalışırlar. Bunun üçün manipulyasiya metodlarından və dezinformasiyalardan istifadə olunur. Azərbaycan dövləti və onun müvafiq qurumları isə ideoloji risklərə qarşı erkən xəbərdarlıq mexanizmi sistemlərinin bütün vasitələrini inkişaf etdirərək preventiv tədbirləri gücləndirir. Ancaq parçalanan dünya nizamı müasir geosiyasətin təhlükəli tendensiyasıdır. Rəqib tərəflər texnoloji inkişafları güc nümayiş etdirmək vasitəsinə alət edir, üstəlik bunu propaqanda diversifikasiyaları ilə birləşdirir. Bu amillər Azərbaycan üçün çağırışları istisna etmir. Ona görə də Prezident İlham Əliyev ictimaiyyəti və dövlət aparatını ayıq-sayıq olmaq barədə xəbərdar edərkən, həmin çağırışlardan irəli gələn norma və vəzifələrin həyata keçirilməsini prioritetləşdirir. Sitat: “Bir neçə dəfə qeyd etdiyim kimi, bizim Azərbaycanda hər hansı daxili risklərimiz yoxdur. Bütün potensial risklər hüdudlarımızın kənarından gəlir. İdeoloji risklər isə fiziki risklər qədər təhlükəlidir. Buna görə biz hər zaman ayıq-sayıq olmalıyıq, özünəməxsusluğumuzun, dövlətçiliyimizin, müstəqilliyimizin və həyat tərzimizin qorunmasına çox sadiq olmalıyıq. Müstəqilliyin bu 35 ili ərzində ölkədə fərqli dövrlər olub, lakin biz hər zaman inanmışıq ki, öz məqsədlərimizə nail olacağıq”.  Azərbaycançılıq niyə mərkəzi mövqedədir? Azərbaycan hərtərəfli inkişaf strategiyasının reallaşdırılmasında diplomatiya, siyasi iradə, iqtisadi portfel və hərbi güc potensialını sistemli şəkildə uzlaşdırmaqla yeni geosiyasi mərhələyə qədəm qoyub. Azərbaycan xüsusilə Ermənistan üzərində hərbi-siyasi qələbə qazandıqdan sonra strateji maraqlarını əhəmiyyətli dərəcədə şaxələndirib. Cənubi Qafqazda sülh və təhlükəsizliyin qarantı kimi çıxış edən Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün kritik rola malik olduğunu bir daha təsdiqləyib. Azərbaycan daha geniş dəhlizə daxil olaraq Mərkəzi Asiya və Yaxın Şərq geosiyasətində özünün strateji rolunu və çəkisini getdikcə gücləndirir. Bu kontekstdə Zəngəzur dəhlizinin reallaşdırılması Azərbaycanın regionlararası inteqrasiya imkanlarını genişləndirməklə yanaşı, qlobal ticarət və logistika zəncirlərindəki strateji əhəmiyyətini də keyfiyyətcə yeni mərhələyə qaldıracaq. Burada Azərbaycan strategiyasının ideoloji strukturu da vacibdir, çünki o, qalibiyyət doktrinasını qoruyan əsas mexanizmlərdən biridir. Prezident İlham Əliyevin bu periodda irəli sürdüyü konsepsiya ümumi milli təhlükəsizlik və onun perspektivi çərçivəsində azərbaycançılıq ideologiyasının sərhədlərini təyin edir. Bu məsələnin əhəmiyyəti böyük rakursda iki istiqamətdə dəyərləndirilə bilər. Birincisi, Azərbaycanın üzləşdiyi təhlükəsizlik çağırışları təkölçülü deyil, çoxvektorlu və kompleks xarakter daşıyır. Həmin təhdid mənbələri müxtəlif maraqlar və ya platformalar üzərindən hərəkət etsələr də, onların hədəf xətti Azərbaycana qarşı yönəlib.İkincisi, Azərbaycanın ideoloji quruluşunda mərkəzi yer tutan azərbaycançılıq ideologiyasının unikallığıdır. Bu, özündə çoxtərəfli praqmatik komponenti birləşdirdiyindən onun beynəlxalq sistemdəki yerinin perspektivini anlamaq lazımdır.  NəticəPrezident İlham Əliyev xalqın təhlükəsizliyinin qorunmasını dövlətin ali siyasətinin əsas prioriteti kimi müəyyənləşdirib. Bu çərçivədə dövlətimizin başçısının irəli sürdüyü bütün təşəbbüslər və strateji ideyalar Azərbaycanın milli təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsinə xidmət edir. Prezident İlham Əliyev, eyni zamanda, azərbaycançılıq ideologiyasını xarici təhdidlərə qarşı müqavimətdə etibarlı xətt kimi göstərməklə onun davamlı təhlükəsizliyi təmin edən qabiliyyətini vurğulayır. Müasir qloballaşma şəraitində dövlətçiliyin və cəmiyyətin dayanıqlığının qorunması məhz ideoloji və mədəni təhlükəsizliyin sinergiyasına əsaslanır. Prezident İlham Əliyevin bu istiqamətdə yürütdüyü siyasət yeni dünya nizamında milli-mənəvi dəyərlərimizin təhlükəsizliyini təmin edən əsas ideoloji bazanı formalaşdırır. Müəllif – Aqşin Kərimov</description>
Mərkəzi Asiya və Azərbaycan arasında yeni siyasi mühit: Daşkənddə diplomatik dialoq
                <description>Astana, 30 oktyabr, AZƏRTAC Daşkənddəki Mərkəzi Asiya Beynəlxalq İnstitutunda “Mərkəzi Asiya və Azərbaycan: etimad və əməkdaşlığa əsaslanan yeni siyasi mühit” mövzusunda ekspert-diplomatik dialoq keçirilib.AZƏRTAC Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) istinadla xəbər verir ki, görüş iştirakçıları siyasi dialoqun möhkəmləndirilməsi, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat bağlantılarının inkişafı və birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktoru Javlon Vahabov bildirib ki, 2016-cı ildən regionda formalaşan yeni siyasi mühit qarşılıqlı etimadın və mehriban qonşuluq münasibətlərinin bərpasına şərait yaradıb. Onun sözlərinə görə, əməkdaşlığın bundan sonra da inkişafı iqtisadi əlaqələrin gücləndirilməsini, birgə layihələrin həyata keçirilməsini və regional qarşılıqlı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsini tələb edir.Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin iştirakı ilə altıtərəfli əməkdaşlıq formatının əhəmiyyətini vurğulayıb. Diplomat beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına, liman infrastrukturunun buraxılış qabiliyyətinin artırılmasına, sənaye kooperasiyasının genişləndirilməsinə və birgə investisiya layihələrinə xüsusi diqqət yetirib. O, kənd təsərrüfatı və rəqəmsal iqtisadiyyatı da əməkdaşlığın perspektivli istiqamətləri kimi qeyd edib. Elşən Rüstəmov AZƏRTAC-ın müxbiri Astana</description>
Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib YENİLƏNİB
                <description>Bakı, 30 oktyabr, AZƏRTACOktyabrın 30-da Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib.AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova iclasda 11 məsələnin müzakirə ediləcəyini bildirib. O, gündəliyin ilk 3 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu deyib.Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsindən (üçüncü oxunuş) danışıb. Layihəyə əsasən, Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək. Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. Layihədə nəzərdə tutulan dəyişikliklər ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi, həmin sahədə xidmət keçmənin hüquqi əsaslarının təkmilləşdirilməsi və bəzi müddəaların dəqiqləşdirilməsi məqsədi daşıyır.Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.Parlamentin sədri gündəliyin növbəti 2 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu söyləyib.Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) mahiyyətini diqqətə çatdırıb.İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (ikinci oxunuş) məlumat verib.Qanun layihələri ikinci oxunuşda qəbul edilib. Sahibə Qafarova gündəliyin digər 6 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu nəzərə çatdırıb. O, növbəti məsələnin Mülki Prosessual Məcəllədə, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “İnzibati icraat haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) olduğunu söyləyib.Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov həmin qanun layihəsini təqdim edib. O, bildirib ki, layihə müxtəlif qanunlarda ekspert fəaliyyətinin tənzimlənməsinin ayrı-ayrı xüsusiyyətlərini əhatə edir. Bura bəzi texniki və təkmilləşmə xarakterli dəyişikliklərlə yanaşı, özəl məhkəmə ekspertlərinin vergi ödəyicisi qismində vergi uçotuna alınması, vergi bəyannaməsinin verilməsi, məhkəmə ekspertizası fəaliyyətinə görə alınan haqların vergitutma obyekti hesab olunması, özəl məhkəmə ekspertlərinin məcburi dövlət sosial sığortasına cəlb olunması, özəl məhkəmə ekspertlərinin məşğul şəxslərin sırasına aid edilməsi daxildir.Məsələ barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanovun, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin və Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun təqdim etdikləri rəylər dinlənildikdən sonra, qanun layihəsi birinci oxunuşda qəbul edilib.Sonra parlamentin sədri bildirib ki, növbəti iki məsələ mahiyyətcə bir-birinə yaxın qanun layihələridir və Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub. Onun təklifinə əsasən, qanun layihələrinin təqdimatları və müzakirələri birlikdə, səsvermələri isə ayrı-ayrılıqda keçirilib.Məsələlərlə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov məlumat verib.“Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi (birinci oxunuş) barədə diqqətə çatdırılıb ki, layihənin əsas məqsədi aztəminatlı və xüsusi həssas sosial qrupların keyfiyyətli hüquqi yardıma əlçatanlığının daha da artırılmasıdır. Vurğulanıb ki, yeni layihə vətəndaş məmnunluğuna, hüquqi təminatların effektivliyinə və cəmiyyətimizdə mövcud olan ədalət mühitinin daha da güclənməsinə xidmət edən mühüm sənəddir. Bildirilib ki, gündəliyin 8-ci məsələsi olan Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəllədə, Cəzaların İcrası Məcəlləsində, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaq hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) də “Pulsuz hüquqi yardım haqqında” yeni qanun layihəsinin hazırlanması zərurətindən irəli gələrək hazırlanıb. Sözügedən qanun layihəsi əsasən həssas əhali qruplarının hüquqi yardım alma imkanlarını genişləndirməyə yönəldiyindən, həmin şəxslərin hüquqi statusunu müəyyən edən əlaqəli qanunlara da müvafiq dəyişikliklərin edilməsini zəruri edir.Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib. Parlamentin sədri Sahibə Qafarova vurğulayıb ki, gündəliyin növbəti iki məsələsi Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və bu qanun layihələri mahiyyətcə bir-birinə yaxındırlar.O, 9-cu məsələnin “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsi və 10-cu məsələnin Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Fərdi məlumatlar haqqında” və “Vətəndaşların müraciətləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu diqqətə çatdırıb.Daha sonra iclasda Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Fərdi məlumatlar haqqında” və “Vətəndaşların müraciətləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Sənəddə "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" qanun layihəsində təsbit edilən mexanizmlərin həyata keçirilməsi üçün zəruri hüquqi əsasların yaradılması və qanunvericiliyin müvafiq müddəalarının həmin layihəyə uyğunlaşdırılması məqsədilə müvafiq dəyişikliklər edilməsi təklif olunur. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.Gündəliyin sonuncu məsələsi olan Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Bildirilib ki, layihə müxtəlif fəaliyyət sahələrində şəffaflığı artırmaq və qanunvericiliyin icrasına nəzarəti gücləndirmək zərurətindən irəli gələrək hazırlanıb. Qanun layihəsi birinci oxunuşda qəbul edilib.</description>
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
                <description>Bakı, 30 oktyabr, AZƏRTAC Milli Məclisin növbəti plenar iclası noyabrın 3-də keçiriləcək.AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 30-da keçirilən iclasında deyib.</description>
İrakli Kobaxidze: Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir
                <description>Siqnaxi, 30 oktyabr, AZƏRTAC Bu gün regionda davam edən geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqaz ölkələri arasında sülhün və sabitliyin möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Gürcüstan həmişə regionda dinc yanaşı yaşama və dialoqun güclü tərəfdarı olub.AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan və Azərbaycan arasında birgə Hökumətlərarası Komissiyasının 11-ci iclasında bildirib.Onun sözlərinə görə, Gürcüstan ilə Azərbaycanı əsrlər boyu davam edən dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Xalqlarımız əsrlər boyu yan-yana yaşayıb, bir-birinin adət-ənənələrinə və milli maraqlarına hörmətlə yanaşıblar və məhz bu qarşılıqlı hörmət tərəfdaşlığımızın möhkəm təməli olub və qalmaqdadır. “Strateji tərəfdaşlığımız ən yüksək səviyyədə müntəzəm siyasi dialoqla müşayiət olunur. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana bu yaxınlarda etdiyi səfəri xüsusi qeyd etmək istərdim ki, bu səfər münasibətlərin inkişafı və daha da dərinləşdirilməsində qarşılıqlı marağı bir daha təsdiqlədi”, - deyə Kobaxidze bildirib.O deyib: “Gürcüstan həmişə regionda dinc yanaşı yaşamağın və dialoqun güclü tərəfdarı olub. Buna uyğun olaraq, qonşu ölkələrimiz arasında başlanan sülh prosesini alqışlayırıq və ümid edirik ki, bu, regionda uzunmüddətli sülhün bərqərar olması və onun iqtisadi inkişafı üçün ilkin şərt olacaq”. Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Siqnaxi</description>
Azərbaycançılıq ideologiyası xalqımızın milli birliyinin və dövlət müstəqilliyinin ideoloji əsaslarındandır -  ŞƏRH
                <description>Bakı, 30 oktyabr, AZƏRTAC Milli ideya hər bir xalqın tarixi inkişafında mühüm rol oynayan amillərdən biridir. O, xalqı birləşdirən, onun gələcəyə baxışını formalaşdıran ortaq dəyərlərin, tarixi konsepsiyaların, məqsəd və idealların məcmusudur. İnsanlar bu dəyərlər ətrafında birləşərək ümumi məqsədlərə nail olmaq üçün mübarizə aparır, milli ideyanın gerçəkləşməsinə töhfə verirlər.Lakin tarix göstərir ki, hər bir milli ideya xalqın inkişafına və rifahına xidmət etmir. Bəzən cəmiyyətlərə təlqin olunan əsassız ərazi iddiaları və siyasi ambisiyalar xalqları fəlakətlərə sürükləyir. Ermənistanda uzun illər təbliğ edilən “dənizdən-dənizə böyük Ermənistan” ideyası buna bariz nümunədir. Bu ideya erməni xalqının rifahına, dövlətinin güclənməsinə xidmət etmək əvəzinə, onu münaqişələrə, işğalçılıq siyasətinə və ağır nəticələrə sürükləyib.Milli ideyadan siyasi hakimiyyət uğrunda mübarizə vasitəsi kimi istifadə edilməsi onun həqiqi mahiyyətinə uyğun gəlmir. Milli ideya, ilk növbədə, xalqın birliyinə, inkişafına və gələcəyinin təmin olunmasına xidmət etməlidir. Ermənistanın timsalında aydın görünür ki, qeyri-real ərazi iddiaları üzərində qurulan ideoloji konsepsiyalar uzunmüddətli perspektivdə iflasa məhkumdur. Regionun müasir geosiyasi reallıqları da göstərir ki, Xəzər dənizindən Qara dənizə qədər əraziləri əhatə edən dövlət qurmaq iddiası milli ideya deyil, siyasi avantüradır. Belə iddialar işğalçılığa, separatizmə, silahlı münaqişələrə və nəticə etibarilə terrorçuluğa zəmin yaradır.Ötən əsrin sonlarında erməni cəmiyyəti məhz bu cür əsassız ideyaların təsiri altında Azərbaycanın Qarabağ bölgəsinin işğalına dəstək verdi. Lakin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra bu ideologiyanın real siyasi və sosial nəticələri bir daha üzə çıxdı. Məlum oldu ki, işğalçılıq siyasəti erməni xalqının milli maraqlarına deyil, müəyyən siyasi dairələrin və xarici qüvvələrin geosiyasi məqsədlərinə xidmət edib. Xaricdəki erməni diasporunun bəzi nümayəndələrinin hərbi-sənaye dairələri ilə əməkdaşlıq çərçivəsində münaqişənin alovlanmasında maraqlı olması da bu siyasətin mahiyyətini ortaya qoyan amillərdəndir.  Azərbaycançılıq xalqın tarixini, dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, dövlət müstəqilliyini və Vətənə bağlılığı özündə birləşdirən ideoloji sistemdir Azərbaycan xalqının milli ideologiyasının formalaşmasında, milli kimliyinin qorunmasında və müstəqil dövlətçilik ənənələrinin möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri var. Ulu Öndərin siyasi fəaliyyətində xüsusi yer tutan azərbaycançılıq ideyası xalqımızın milli birliyinin və dövlət müstəqilliyinin ideoloji əsaslarından birinə çevrilib.Azərbaycançılıq yalnız milli mənsubiyyəti ifadə edən anlayış deyil. Bu ideya Azərbaycan xalqının tarixini, dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, dövlət müstəqilliyini və Vətənə bağlılığını özündə birləşdirən bütöv ideoloji sistemdir. Ulu Öndər Heydər Əliyev azərbaycançılığı cəmiyyətin birliyini təmin edən, milli həmrəyliyi gücləndirən və müstəqil dövlətçiliyi möhkəmləndirən başlıca amillərdən biri kimi dəyərləndirirdi.Ulu Öndərin məşhur kəlamı – “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – azərbaycançılıq ideyasının mahiyyətini dolğun şəkildə ifadə edir. Bu fikir milli kimliyə bağlılığın, Vətənə məhəbbətin və milli mənsubiyyətlə qürur duymağın parlaq təcəssümüdür.  Milli ideyanın uğuru onun real ictimai ehtiyaclara və tarixi-mədəni əsaslara söykənməsindən asılıdır Tanınmış ingilis filosofu və sosioloqu, Kembric Universitetinin professoru, millətçilik və modernləşmə nəzəriyyəsinin görkəmli nümayəndəsi Ernest Qellner “Millətlər və millətçilik” əsərində millətçiliyin formalaşmasında sosial və tarixi amillərin rolunu təhlil edir. Onun yanaşmasından çıxış edərək demək olar ki, milli ideyanın uğuru onun real ictimai ehtiyaclara və tarixi-mədəni əsaslara söykənməsindən asılıdır. Qeyri-real siyasi ambisiyalar üzərində qurulan ideyalar cəmiyyətdə yalnız müvəqqəti dəstək qazana bilər.Nasist Almaniyasında təbliğ olunan irqi üstünlük ideologiyası bunun ən faciəli nümunələrindən biridir. “Ari irqinin üstünlüyü” ideyası əsasında cəmiyyətin səfərbər edilməsi Almaniyanı və bütövlükdə dünyanı fəlakətə sürüklədi. Bu təcrübə göstərdi ki, milli ideya ayrı-seçkilik, üstünlük iddiaları və təcavüzkar siyasi məqsədlər üzərində qurulduqda xalqlar üçün ağır nəticələr doğurur.Bunun əksinə olaraq, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq ideologiyasının əsasında milli mənsubiyyətin və özünüdərkin qorunması, Azərbaycan dilinin inkişafı və dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin, adət-ənənələrin və mədəni irsin yaşadılması, dövlət müstəqilliyinin və suverenliyin qorunması, dünya azərbaycanlılarının birliyi və həmrəyliyinin gücləndirilməsi, eləcə də müxtəlif xalqlar və dini icmalar arasında qarşılıqlı hörmətin təşviqi dayanır.Azərbaycançılıq ideyasının mühüm istiqamətlərindən biri xalqın milli-mənəvi irsinin qorunmasıdır. Ümummilli Lider Heydər Əliyev hesab edirdi ki, xalqın öz tarixinə, mədəniyyətinə, adət-ənənələrinə və mənəvi dəyərlərinə sahib çıxması milli kimliyin davamlılığını təmin edir. Ulu Öndər milli-mənəvi dəyərlərin qorunmasını müasir inkişafla və dünya birliyinə inteqrasiya ilə vəhdətdə nəzərdən keçirirdi. Bu baxımdan azərbaycançılıq həm tarixi irsə bağlılığı, həm də müasir dünyanın çağırışlarına uyğun inkişafı nəzərdə tutan ideoloji konsepsiyadır.  Azərbaycançılıq ideyasının əsas hədəflərindən biri müstəqil dövlətinin möhkəmləndirilməsi idi Ümummilli Lider Heydər Əliyevin 1999-cu il oktyabrın 12-də Naxçıvanda söylədiyi nitqdə səsləndirdiyi “Mən fəxr edirəm ki, mənim doğma ana dilim, Azərbaycan dilim var” fikri də ana dilinin milli kimliyin qorunmasında oynadığı rola verdiyi yüksək qiymətin ifadəsidir.Ulu Öndərin azərbaycançılıq ideyasının mühüm istiqamətlərindən biri də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vahid milli ideya ətrafında birləşdirilməsi idi. Bu məqsədlə 2001-ci il mayın 23-də Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncam imzalandı. Həmin il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Dünyanın müxtəlif ölkələrindən gəlmiş soydaşlarımızın iştirak etdiyi qurultayda milli birlik və həmrəylik, diaspor təşkilatlarının fəaliyyəti, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərin qorunması məsələləri müzakirə olundu. Bu tarixi toplantı dünya azərbaycanlılarının təşkilatlanması və vahid ideya ətrafında birləşməsi istiqamətində mühüm mərhələ oldu.Azərbaycançılıq ideyasının əsas hədəflərindən biri də müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi idi. 1993-cü ildə ölkəmizdə mürəkkəb siyasi və ictimai vəziyyətin hökm sürdüyü bir dövrdə Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlət quruculuğu prosesində yeni mərhələnin başlanğıcını qoydu. Ulu Öndərin rəhbərliyi ilə siyasi sabitliyin təmin olunması, dövlət institutlarının möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı.1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Əsas Qanunun hazırlanması Heydər Əliyevin sədrliyi ilə fəaliyyət göstərən Konstitusiya Komissiyasına həvalə olunmuşdu. Konstitusiyanın preambulasında Azərbaycan xalqının dövlətçilik ənənələrinin davam etdirilməsi, dövlət müstəqilliyinin və suverenliyin qorunması, hüquqi və demokratik dövlət qurulması kimi fundamental prinsiplər öz əksini tapdı. Beləliklə, azərbaycançılıq ideyası dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi və vahid Vətən anlayışının möhkəmləndirilməsi ilə sıx bağlı oldu.Bütün bunlar göstərir ki, milli ideyanın gücü onun hansı dəyərlərə söykənməsindən və hansı məqsədlərə xidmət etməsindən asılıdır. Təcavüzkar ərazi iddialarına, separatizmə və siyasi avantüralara əsaslanan ideyalar xalqları qarşıdurmaya sürüklədiyi halda, azərbaycançılıq kimi birləşdirici və qurucu ideologiyalar cəmiyyətin həmrəyliyini gücləndirir, dövlətin inkişafına və milli maraqların qorunmasına xidmət edir.Azərbaycan xalqı azərbaycançılıq ideyasının birləşdirici gücünü 44 günlük Vətən müharibəsində bir daha nümayiş etdirdi. Məhz milli birlik, həmrəylik, Vətənə bağlılıq və dövlətçilik ideallarına sədaqət xalqımızı Zəfərə aparan əsas amillərdən oldu. Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi ilə qazandığı tarixi Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildi. Bu Zəfər bir daha təsdiqlədi ki, xalqı birləşdirən, milli maraqlara və dövlətçilik ənənələrinə söykənən ideya hər bir cəmiyyətin ən böyük güc mənbəyidir.Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq ideyası bu gün də xalqımızın milli birliyinin, dövlət müstəqilliyimizin və suverenliyimizin ideoloji dayaqlarından biri olaraq qalır. Müəllif - Rabil Kətanov</description>